Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3332/2019 22.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahverdiyev Qəhrəman Əli oğlu (sədrlik edən və məruzəçi) Xələfov İlqar Rəhim oğlu və Şadıyev Ənvər Əhməd oğlundan ibarət tərkibdə, ACnun katibliyi, iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili AMnun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 12 dekabr 2018-ci il tarixli qətnaməsindən iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 22 may 2019-cu il tarixdə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 08 avqust 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən T.S.Kərimov, iş 2(001)-860/2018) iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər "X1" MMC-yə, H-X2, Cavabdeh3, Cavabdeh4 qarşı borc tələbi və ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 12 dekabr 2018-ci il tarixli, 2(103)-11910/2018 saylı qətnaməsi ilə (X.Ə.Sarıyev (sədrlik edən və məruzəçi), hakimlər M.A.Məmmədov və Ş.Ə.Məhərrəmova) Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 08 avqust 2018-ci il tarixli, 2(001)860/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər "X1" MMC-yə, H-X2, Cavabdeh3, Cavabdeh4 qarşı borc tələbi və ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh “X1” MMC ilə 26 iyul 2013-cü il tarixdə aralarında bağlanmış 042/13 saylı kredit müqaviləsinə xitam verilməsi, iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 501021,34 manat əsas borc, 85936,08 manat faiz borcu və 89181,80 manat dəbbə pulu olmaqla ümumilikdə 675916,54 manat məbləğində borcun, məhkəmədə iddia qaldırılmasından ötrü ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, tutmanın Cavabdeh3 ilə bağlanmış ipoteka müqaviləsinə əsasən Bakı şəhəri, ÜNVAN, ev 18A, mənzil 43 nömrəli yaşayış sahəsinə yönəldilməsi, ilkin satış qiymətinin müəyyən edilməsi, həmin əmlakın açıq hərracdan satılınası, satışdan əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsi, həmçinin tutmanın Cavabdeh4 ilə bağlanmış ipoteka müqaviləsinə əsasən Bakı şəhəri, ÜNVAN1, ev 81, mənzil 73 nömrəli yaşayış sahəsinə yönəldilməsi, ilkin satış qiymətinin müəyyən edilməsi, həmin əmlakın açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili AM kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab e tmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materiallarında olan iddiaçı ləğv prosesində olan İddiaçı ASC ilə cavabdeh “X1” MMC arasında 26 iyul 2013-cü il tarixdə bağlanmış 042/13 nömrəli kredit müqaviləsindən görünür ki, borc verən tərəfindən istehlak məqsədləri üçün borc alana illik faiz dərəcəsi 16% müəyyən edilməklə, 36 ay müddətinə qaytarılması şərti ilə 700.000 ma nat məbləğində revolver kredit xəttinin açılması, borcalan tərəfindən isə müqavilədə müəyyən edilən müddətdə və şərtlər daxilində kreditin qaytarılması müqavilənin predmetini təşkil etmişdir. İş materiallarına əlavə edilmiş 31 yanvar 2017-ci il tarixli maliyyə arayışından görünür ki, borcalan "X1" MMC-nin kredit müqaviləsi üzrə yerinə yetirilməmiş öhdəliyi 501021,34 manat əsas, 85936,08 manat faiz, 89181,80 manat dəbbə pulu, cəmi 675916,54 manat borc təşkil edir. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatİıq ekspertizasının 04 iyul 2018-ci il tarixli, 10424 saylı ekspert rəyindən görünür ki, iş materiallarında olan hesabdan çıxarış, 06 aprel 2014-cü il tarixli, 250000 manat məbləğində ödəniş qəbzi və 26 iyul 2013-ci il tarixli, 042/13 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınaraq “X1” M MC-nin İddiaçı ASC-yə 16 avqust 2016-cı il tarixə əsas borcu 0 manat, faiz, borcu 0 manat, artıq ödənilən məbləğ 229559,35 manat təşkil edir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 145 manat təşkil etmişdir. İş materiallarına əlavə edilmiş müvafiq ödəniş tapşırığından görünür ki, iddiaçı məhkəmədə iddia qaldırılmasından ötrü 30 manat dövlət rüsumu ödəmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı ləğv prosesində olan İddiaçı ASC ilə cavabdeh "X1" MMC arasında kredit və girov müqaviləsi bağlanmaqla Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələ rinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. -385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, -739.1-ci maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borcalan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. -739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, kredit müqaviləsindən irəli gələn öhdəliklərin bank tərəfindən yerinə yetirilməsini (kreditin vəsaitinin borc alan hüquqi şəxsin hesabına mədaxil edilməsini, yaxud nağd şəkildə götürülməsini) təsdiq edən kredit vəsaiti borc alan hüquqi şəxsin hesabına mədaxil edildiyi halda isə həmin vəsait üzərində borcalanın sonrakı sərəncamlarını təsdiq edən sənədlərin əsilləri ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan istənilsə də, məhkəməyə təqdim olunmuş 31 yanvar 2017ci il tarixli maliyyə arayışına əsasən 23 iyun 2014-cü il tarixdə istifadə olunmamış 600.000 manat məbləğində kreditin borc alana verilməsini təsdiq edən süb ut iddiaçı tərəfindən təqdim edilə bilməmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuşdur ki, cavabdehin iddiaçı qarşısında icra edilməmiş öhdəliyi olmadığı, tam əksinə 229559,35 manat artıq ödəməsinin olduğu halda, iddiaçının həmin cavabdehə qarşı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icra edilməməsi ilə əlaqədar qaldırdığı iddia əsaslı hesab edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, kredit müqaviləsindən irəli gələn öhdəliklərin lazımınca icra edilməməsi ilə bağlı iddia tələbi öz təsdiqini tapmadığından, iddia tələbinin kredit müqaviləsindən irəli gələn öhdəliklərinin təminatı olan ipoteka predmetinə tutmanın yönəldilməsi hissəsində araşdırmaya zərurət qalmamışdır. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, biri nci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün heç bir əsas olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 12 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdiril mədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3332/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-3332/2019
22.05.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver