Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3332/2023 07.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Bakı şəhər Nəsimi rayon İcra Hakimiyyətinə qarşı “mülkiyyətə müdaxilənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: tikilinin sökülməsi, tələbin cavab verməli olmayan şəxsə qarşı yönəldilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və X1 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 may 2023-cü il tarixli, 2 (103)3077/2022 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 1. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
2. Bakı şəhəri, Nəsimi rayonu, Nəsibbəy Yusifbəyli küçəsi, ev 15 ünvanında yerləşən 3 otaqlı mənzil isə əvvəllər Cavabdeh1 mülkiyyətində olmuş, o, 04 aprel 2014-cü il tarixli müqavilə ilə həmin mənzilin 1 otağını X4, 1 otağını X2, qalan hissəsini isə 18 aprel 2016-cı il tarixli müqavilə ilə Cavabdeh2 bağışlamaqla, sonuncuların mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında yerləşən iddiaçıya məxsus fərdi evin divarından dayaq kimi istifadə edilməklə, cavabdeh tərəfindən aparılmış tikinti işlərinin cavabdehin hesabına sökülməsi və cavabdehin hesabına evinin divarının əvvəlki vəziyyətinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Sonradan iddiaçının ərizəsinə əsasən Cavabdeh2 iş üzrə cavabdeh qismində, birinci instansiya məhkəməsinin təşəbbüsü ilə isə Bakı şəhər Nəsimi rayon İcra Hakimiyyəti iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişlər.
5. İddia onunla əsaslandırılmışdır ki, tərəflər qonşu olsalar da, aralarında münaqişələr olmuşdur. Cavabdeh iddiaçının mülki yyəti olan fərdi evinin divarına müdaxilə edərək, özünün qanunsuz tikilisinə dayaq kimi istifadə etmiş, apardığı tikinti işləri iddiaçının iradə və istəyinə, hüquq və mənafelərinə zidd olmaqla yanaşı, qanunilik baxımından düzgün olmamışdır.
6. İş üzrə təyin edilərək keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 29 sentyabr 2022-ci il tarixli rəyinə əsasən, ünvan 2 ünvanında yerləşən iddiaçıya məxsus fərdi yaşayış evinin divarından dayaq kimi istifadə edilməklə cavabdeh tərəfindən anbar kimi istifadə olunan tikilinin inşa edildiyi müəyyən edilir. ünvan 2 ünvanında cavabdeh tərəfindən inşa olunmuş tikili (anbar 11,4 kv.m (2,75x4,15) ölçüdə) iddiaçıya məxsus fərdi yaşayış evi ilə ara məsafəsi baxımından, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin 69.5.1. bəndinin tələblərinə uyğun inşa olunmadığı müəyyən edilir. ünvan 2 ünvanında yerləşən iddiaçıya məxsus fərdi yaşayış evinin divarından dayaq kimi istifadə edilməklə cavabdeh tərəfindən inşa olunmuş anbar tikilisinin iddiaçıya məxsus yaşayış evinə giriş-çıxışına maneə törətmədiyi müəyyən edilmişdir. Lakin cavabdeh tərəfindən inşa olunmuş anbar tikilisinin iddiaçıya məxsus yaşayış evinin mətbəx tikilisinin pəncərəsinin böyründə inşa olunduğundan, yaşayış evinin mətbəx tikilisinin təbii işıqlandırılmasının və havalandırılmasının qarşısını qismən alındığı müəyyən edilir.
7. Birinci instansiya məhkəməsi tərəfindən mübahisəli ərazi yerində müayinə olunmuş və məhəlləyə daxıl olarkən ümumi girişdən sağ tərəfdə iddiaçının iki mərtəbəli evinin, iddiaçının evinə bitişik ikimərtəbəli mübahisəli tikili nin, həmin mübahisəli tikilinin birinci mərtəbəsində sanitar qovşağının və sanitar qovşağının qapısının ağzından ikinci mərtəbəyə pilləkənin, ikinci mərtəbənin üstünün bağlı vəziyyətdə iddiaçının divarına bərkidilmiş yarıtikilinin olması, məhəllədə səkkiz mənzilin yerləşməsi müəyyən edilmişdir.
8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 noyabr 2023-cü il tarixli, 2(006)537/2022 nömrəli qətnaməsi ilə (hakim A.Q.İbadzadə) iddia qismən təmin edilmiş, ünvan 3 ünvanında yerləşən İddiaçı məxsus fərdi yaşayış evinin divarından dayaq kimi istifadə edilməklə Cavabdeh1 tərəfindən inşa edilmiş yarıtikilinin (sanitar qovşağın üzərindəki 2-ci mərtəbənin) onun hesabına sökülməsi və Cavabdeh1 hesabına evin divarının əvvəlki vəziyyətinə qaytarılması, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edil mişdir.
9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, mübahisəli tikilinin birinci mərtəbəsində sanitar qovşağı yerləşməklə mənzilin texniki pasportunda nəzərdə tutulmuşdur. İkinci mərtəbəsində isə üstü bağlı vəziyyətdə iddiaçının evinin divarına bərkidilmiş yarıtikilidir ki, həmin tikilinin qanuni əsaslarla tikilməsi barədə cavabdehlər tərəfindən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir.
10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 29-cu, Mülki Məcəllənin 140, 152.1, 157.2, 180.1, 180.4-cü, Mülki Prosessual Məcəllənin 14.2 və 217.4-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
11. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 noyabr 2023-cü il tarixli, 2(006)-537/2022 nömrəli qətn aməsinin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Həmçinin Cavabdeh1 apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 noyabr 2023-cü il tarixli, 2(006)-537/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 may 2023-cü il tarixli, 2(103)3077/2022 nömrəli qətnaməsi ilə (hakim M.Ə.Rüstəmlinin sədrliyi və məruzəsi ilə, hakimlər A.Ə.İsgəndərovun və V.N.Sadıqovun iştirakları ilə) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 noyabr 2023-cü il tarixli, 2(006)-537/2022 nömrəli qətnaməsinin ləğv edilərə k, iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı iddiası təmin edilməmişdir.
14. Apellyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, apellyasiya baxışı zamanı tərəflər təsdiq etmişlər ki, iddiaçı tərəfindən sökülməsi tələb edilən tikili X3 adına tərtib edilmiş texniki pasportda əks olunan 3,7 kv.m sahəsi olan sanitar qovşağı və onun üzərində iddiaçının divarından dayaq kimi istifadə edilməklə inşa edilmiş yarıtikilidir. Cavabdehlər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş təkrar məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə dair vəsatətdə mübahisəli tikilinin X3 mülkiyyətində olması bildirilsə də, məhkəmə bu halı araşdırmamış, iddiaçıya cavabdehlərin əsl cavabdehlə əvəz edilməsini təklif etməmişdir.
15. Bu baxımdan apellyasiya məhkəməsi hesab etmişd ir ki, iddia tələbi ona cavab verməli olmayan şəxslərə qarşı yönəldiyindən qismən təmin edilə bilməzdi.
16. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Mülki Məcəlləsinin 152.1, 152.5, 157.4, 180.1, 180.4-cü, Mülki Prosessual Məcəllənin 14.2, 50.3, 54.1, 77.1, 88, 217.4, 384.0.2, 385.1-cü maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
17. İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 may 2023-cü il tarixli, 2(103)-3077/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsini, yaxud işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmişdir.
18. Kassasiya şikayəti onunla əsaslandı rılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Mülki Məcəllənin 152.1, 152.5, 180.1, 180.2-ci, Şəhərsalma və Tikinti Məcəlləsinin 69.5.1-ci, Mülki Prosessual Məcəllənin 88, 217.1, 218.3-cü maddələrinin pozulması ilə qəbul edilmişdir. Belə ki, cavabdehlərin qanunsuz hərəkəti nəticəsində iddiaçının əmlakından istifadə hüququ məhdudlaşmış, qanunsuz inşa edilmiş özbaşına tikili mənzilinin təbii işiqlandırmasının və havalanmasının qarşısını almışdır. Cavabdehin tikilisi mülki qanunvericiliyin və Şəhərsalma və Tikinti Məcəlləsinin normalarının pozulması ilə inşa edilmişdir. Lakin məhkəmə iş üzrə alınmış tikinti-texniki ekspertizasının rəyini nəzərə almamışdır. Tikili Cavabdeh1 tərəfindən inşa edilmişdir.
19. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
20. Kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:
21. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tə ləblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
22. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən bütövlüklə mübahisələndirildiyindən, hazırki kassasiya baxışının predmetini həmin qətnamənin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
23. Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız mə hkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövq eyi:
25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
26. Belə ki, apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, sökülməsi tələb olunan tikililər hazırki iş üzrə cavabdehə deyil, işdə iştirak etməyə cəlb olunmayan X4 aiddir. Belə olan halda, tələb cavab verməli olmayan şəxslərə qarşı yönəldilmişdir.
27. Kassasiya şikayətinin dəlilləri iddianın əsaslı olması ilə əlaqədardır. Lakin tələ b buna cavab verməli olan şəxslərə qarşı yönəldilmədiyindən, iddianın əsaslı olub-olmamasına dair dəlillərə hazırki icraatda hüquqi qiymət verilə bilməz.
28. Odur ki, məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.
29. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kolle giyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 may 2023-cü il tarixli, 2(103)-3077/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.