Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3333/2022 14.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə və üçüncü şəxs X7 qarşı iş üzrə QƏRARİ Açar sözlər: müqavilənin və onun nəticələrinin etibarsız hesab edilməsi, mənzilin istifadəyə verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu, (məruzəçi hakim), Şəfiyev İspəndiyar Əsəd oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə üçüncü şəxs X7 qarşı “müqavilənin və onun nəticələrinin etibarsız hesab edilməsi və mənzilin istifadəyə verilməsi” tələbinə dair Sumqayıt Apellyasiya Məhkəməsi Mülk i Kollegiyasının 2(105)-3293/2021 nömrəli, 09 dekabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 14 iyun 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh "xxxx" məhdud məsuliyyətli cəmiyyəti (bundan sonra –cavabdeh) ilə İddiaçı (bundan sonra-iddiaçı) arasında bağlanmış 25 iyul 2006-cı il tarixli müqaviləyə əsasən cavabdeh Sumqayıt şəhəri, 40-cı məhəllə ünvanında inşa edilən 1 bloklu, 15 mərtəbəli, 98 mənzilli yaşayış evinin “A” korpusunun 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 92 kv.m olan izolə olunmuş 2 otaqlı 17 saylı mənzili İddiaçı satmağı öz öhdəsinə götürmüşdür.
2. İddiaçı cavabdeh cəmiyyətə 25760 ABŞ dolları məbləğində ödəniş etmişdir.
3. Cavabdeh ilə X9 arasında bağlanmış 11 yanv ar 2007-ci il tarixdə bağlanmış müqaviləyə əsasən cavabdeh Sumqayıt şəhəri, 40-cı məhəllə ünvanında inşa edilən 1 bloklu, 15 mərtəbəli, 98 mənzilli yaşayış evinin “A” korpusunun 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 92 kv.m olan izolə olunmuş 2 otaqlı, 17 saylı mənzili X4 öz öhdəsinə götürmüş, mənzilin dəyəri 25000 ABŞ dolları müəyyən olunmuşdur.
4. Sumqayıt şəhəri, ünvan 2 ünvanında yerləşən mənzil RX seriyalı, ******* nömrəli çıxarışa əsasən X6 xüsusi mülkiyyətindədir. a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə (bundan sonra MPM-nin) əsasən iddia tələbinin artırılmasına dair ərizə ilə müraciət edərək, cavabdeh "xxxx" məhdud məsuliyyətli cəmiyyəti ilə X9 arasında Sumqayıt şəhəri, 40-cı məhəllə ünva nında inşa edilən 1 bloklu, 15 mərtəbəli, 98 mənzilli yaşayış evinin “A” korpusunun 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 92 kv.m olan izolə olunmuş 2 otaqlı, 17 saylı mənzilə dair bağlanılan 11 yanvar 2007-ci il tarixli, 03/17 saylı müqavilə və onun əsasında olan bütün hüquqi nəticələrin etibarsız hesab edilərək ləğv edilməsi, həmin mənzilin maneəsiz olaraq istifadəsinə verilməsi vəzifəsinin cavabdeh "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, 25 iyul 2006-cı il tarixli müqaviləyə əsasən mənzilin pulunu nəğd ödəmiş və qəbzini almışdır. O, mənzili aldığı zaman binanın 5-6 mərtəbəsi tikilmişdir. O, həm Azərbaycan, həm də İsra il vətəndaşı olduğu üçün və ailə vəziyyəti ilə əlaqədar olaraq xarici ölkələrdə olmuş, bu səbəbdən Sumqayıt şəhərində sözü gedən mənzili aldığını unutmuşdur. Oğlu böyüdüyü zaman ona ev lazım olduğundan 2020-ci ilin yayında Sumqayıt şəhərində ev aldığı yadına düşmüş, bu məqsədlə evi almaq üçün "xxxx" MMCyə müraciət etmişdir. Bu zaman ona məxsus olan mənzilin başqasına satıldığı məlum olmuşdur.
7. Cavabdeh "xxxx" MTK-nın qanuni təmsilçisi X5 birinci instansiya məhkəməsi zamanı iddia tələbini qəbul etməyərək bildirmişdir ki, 2015-ci ildən "xxxx" MMC-nin direktorudur. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə X9 arasında bağlanan 11 yanvar 2007-ci il tarixli, 03/17 №-li müqaviləyə əsasən Sumqayıt şəhəri, 40-cı məhəllə ünvanında inşa edilən 1- bloklu 15 mərtəbəli 98 mənzilli yaşayış evinin «A» korpusunun 3- cü mərtəbəsində yerləşən, ümumi 92 kv.m. olan, izolə olunmuş 2 otaqlı 17 saylı mənzili X1. İddiaçı iddiasında qeyd edilən müqavilədən onun heç bir xəbəri yoxdur və həmin müqavilə barədə "xxxx" MMC-nin arxivində heç bir sənəd yoxdur. Məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Həmçinin vəkil tərəfindən bildirilmişdir ki, iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş sənədlər siyahısından görünür ki, iddiaçı məhkəməyə müqavilənin və qəbzin surətini təqdim etmişdir. Bu məqamın özü ehtimal yaradır ki, iddiaçı məhkəməyə saxta sübut təqdim etmişdir. Bundan əlavə qeyd edilir ki, iddiaçının məhkəməyə təqdim etdiyi 2006-cı il tarixli kassa mədaxil qəbzinin və tərəflərindən məhkəməyə təqdim edilmiş (mənzilin X2 dair) 2007-ci il tarixli kassa mədaxil qəbzinin tərtibatında fə rqlər vardır. Belə ki, 2006-cı ildəki mədaxil orderində öncə baş mühasib qrafası, daha sonra sədr qrafası vardır. 2007-ci ildəkində isə öncə direktor (əvvəlki qəbzdə isə direktor əvəzinə sədr qeyd edilib) sonra baş mühasib qeyd edilmişdir. Qəbzlərdəki yazı üslubundan görünür ki, tamamilə başqa şəxslər tərəfindən tərtib edilmişdir. Hər iki qəbzdə və müqavilələrdə mənzilin qiymətləri fərqlidir. Qeyd edilən ünvanda yerləşən çoxmənzilli yaşayış binası "xxxx" MTK tərəfindən inşa edilərək bina sakinlərinə təhvil verilmişdir. İddiaçı Sumqayıt şəhəri, 40-cı məhəllə ünvanında inşa edilmiş 1 bloklu, 15 mərtəbəli, yaşayış evinin “A” korpusunun 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 92 kv.m olan 17 saylı mənzilin ona satılmış olmasını israr etsə də, ötən 15 il ərzində bir dəfə də olsun həmin mənzilə gəlməmiş və mənzili və ya onun dəyəri ilə bağlı cəmiyyətə qarşı bir dəfə də olsun heç bir tələb irəli sürməmişdir (tələbinə dair hər hansı yazılı sübut yoxdur). Ötən bu müddət ərzində iddiaçı əgər həqiqətən də mənzilin sahibi idisə mütləq mənzilə gələrək baş çəkməli idi və əgər gəlmiş olsa idi həmin mənzilin başqaları tərəfindən təmir olunaraq yaşayış sahəsi kimi istifadə edilməsinin şahidi ola bilərdi. İddiaçı bir dəfə də olsun nə mənzilə gəlməmiş, nə də tikinti şirkətinə etirazını bildirməmişdir. Hətta tikinti şirkətinin təşkilati-hüquqi formasının MMC-dən MTK-ya dəyişməsindən də məlumatı yoxdur. Mübahisəli mənzil iddiaçının istinad etdiyi müqavilənin bağlanmasından 6 ay sonra, yəni 11 yanvar 2007-ci ildə, 03/17 saylı müqavilə əsasında X1. Bina təhvil verildikdən sonra mənzilin əsl sahi bi X9 mənzili təmir etmiş və hazıradək ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşayır. Həmin tarixdən, yəni mənzil X3 uzun zaman keçsə də iddiaçı bir dəfə də olsun mənzilə baş çəkməmişdir.
8. Cavabdehin vəkili tərəfindən iddia müddəti ötdüyü üçün müddətin tətbiqinə dair məhkəməyə eyni məzmunlu ərizə təqdim etmişdir. Ərizəyə əsasən "xxxx" MTK qaldırılmış iddianı qəbul etmir. Binanın inşası başa çatdırıldığı vaxtdan etibarən hər bir sakin öz mənzilini təhvil alaraq təmir işləri aparmışdır. Ümumiyyətlə iddia tələbi qeyri- müəyyəndir, tələbi əsaslandıran hallar mövcud deyil, nə hüquqi nə də faktiki əsas vardır. Bununla yanaşı, bildirilir ki, iddia tələbi üzrə müddət keçmişdir. Bütün qeyd edilənləri nəzərə alaraq iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
9. Birinci instansiya məhkəməsi zamanı üçüncü şəxs X9 bildirmişdir ki, Sumqayıt şəhəri, 40-cı məhəllə ünvanında inşa edilən 1-bloklu 15 mərtəbəli 98 mənzilli yaşayış evinin «A» korpusunun 3-cü mərtəbəsində yerləşən, ümumi 92 kv.m.olan, izolə olunmuş 2 otaqlı 17 saylı mənzili 11 yanvar 2007-ci il tarixli 03/17 №-li müqaviləəsasında "xxxx" MMC-dən pulunu ödəyərək almışdır. Bina təhvil verildikdən dərhal sonra mənzili təmir edərək ailəsi ilə birlikdə oraya köçmüş və hal-hazırda ailəsi ilə orada yaşayır. Eyni zamanda sözü gedən mənzili Azərbaycan Respublikası ƏMDK Yanında DƏDRX tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışla özəlləşdirmişdir.
10. Sumqayıt Şəhər Məhkəməsinin (hakim A.İsmayılov) 2(060)-4047/2021 saylı, 06 iyul 2021-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.
11. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara istinadən qeyd etmişdir ki, fərdi-müəyyən əşya olan mənzilin kimin mülkiyyətinə verilməsi məsələsini müəyyən etməli, yalnız bundan sonra mənzillə bağlı daha əvvəl tərəflərdən hansı ilə müqavilə bağlanmasını nəzərə almalıdır. Bu halları müəyyən etmək mümkün olmadıqda isə üstünlük daha əvvəl iddia irəli sürənə verilməlidir. Qanunvericiliyə əsasən göstərilən şərtlərdən birincisi üçüncü şəxs X7 münasibətdə müəyyən edilmişdir, yəni mənzil onun mülkiyyətinə verilmişdir. Belə olan halda Mülki Məcəllənin 452.1-ci maddəsinin tələblərinə görə mübahisəli mənzilə dair digər şəxslərin tələbləri əsaslı ola bilməz.
12. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra- MM-nin) 452.1-ci maddəsi ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. İddiaçı apellyasiya şikayəti verib, qətnamənin ləğv, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər T.Q.Məmmədov (sədrlik edən və məruzəçi), Ş.R.Abbasov, S.A.Qafari) 2(105)-3293/2021 nömrəli, 09 dekabr 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır.
16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29 maddəsinin İ və İV hissələrinə, 152.1. 152.5, 157.4, 157.8, 158.1.2, 158.4-cü maddələrinə, MPM-nin 88-ci maddələri ilə əsaslandırmışdır. a) Kassasiya şikayətinin dəlilləri
17. İddiaçı (Vəkil2) kassasiya şikayəti verib, qətnamənin ləğv, iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli mənzil xx.xx.2015-ci il tarixdə xüsusi mülkiyyət hüququ əsasında üçüncü şəxs X6 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Müəyyən etdiyi bu hallar əsasında məhkəmələr mübahisənin həllinə Azərbaycan Republikası Mülki Məcəlləsinin 452.1-ci maddəsini tətbiq edərək hesab etmişdir ki, mübahisəli mənzil üçüncü şəxs X6 mülkiyyətinə verilmiş olduğundan, mübahisəli mənzilə dair digər şəxslərin tələbləri əsaslı ola bilməz. Mülki işdən görünür ki, mübahisə li mənzilin dəyərini (pay haqqını) onunla cavabdeh arasında bağlanmış 25 iyul 2006-cı il tarixli, 03/17 saylı müqavilə əsasında elə həmin tarixdə onun tərəfindən tam ödənilmiş, bununla da həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələbinə görə mənzilə mülkiyyət hüququ əldə etmişdir. Mənzilin dəyərinin (pay haqqının) onun tərəfindən tam ödənilməsi və bunun əsasında da mənzilə mülkiyyət hüququnu əldə etməsindən sonra həmin mənzilə dair sonradan "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin (MTK-nın) üçüncü bir şəxslə müqavilə bağlaması qanunsuz olmuşdur. Digər tərəfdən, onunla bağlanmış müqavilə əsasında tərəfindən mənzilin dəyəri (pay haqqı) tam olaraq cavabdehə ödənilmiş, bununla da mənzilə mülkiyyət hüququ əldə etmiş olduğundan, sonradan həmin mənzilə dair mülkiyyət hüququnun onun (mülkiyyətçi nin) razılığı olmadan kiməsə keçməsi qanunsuz olmuşdur. Hazırki halda fərdi-müəyyən əşya olan mübahisəli mənzil onunla "xxxx" məhdud məsuliyyətli cəmiyyəti arasında bağlanmış 25 iyul 2006-cı il tarixli, 03/17 saylı müqavilə üzrə kreditor olmuş onun mülkiyyətinə, müqavilənin bağlandığı gün onun tərəfindən mənzilin dəyərinin (pay haqqının) həmin müqavilə üzrə borclu olan "xxxx" məhdud məsuliyyətli cəmiyyətinə tam ödənilməsi ilə keçmişdir (verilmişdir). Həmin tarixdən sonra mübahisəli mənzilə dair sərəncam vermək hüququ yalnız ona məxsus olmuşdur. Bu səbəbdən mənzilin dəyərinin (pay haqqının) tam ödənilməsindən sonra eyni, yəni mübahisəli mənzili ona satmış və buna görə mənzilin dəyərini (pay haqqını) ondan almış "xxxx" məhdud məsuliyyətli cəmiyyəti tərəfindən, mənzilin sahibinin (mülkiyyətçi sinin), yəni onun razılığı olmadan üçüncü bir şəxsə satılması qanunsuzdur, bununla bağlı "xxxx" məhdud məsuliyyətli cəmiyyəti ilə üçüncü şəxs arasında bağlanmış müqavilə isə əhəmiyyətsiz əqd olaraq bağlandığı andan etibarsız olmuşdur. Bu baxımdan mübahisəli mənzil onunla "xxxx" məhdud məsuliyyətli cəmiyyəti arasında 25 iyul 2006-cı il tarixdə 03/17 saylı müqavilə bağlandığı və həmin tarixdə mənzilin dəyərinin tam ödənilməsi ilə mənzil onun mülkiyyətinə keçmiş olduğundan, sonradan həmin mənzilə üçüncü şəxsin "xxxx" məhdud məsuliyyətli cəmiyyəti arasında sonradan bağladığı 11 yanvar 2007-ci il tarixli, 03/17 saylı müqavilə (əhəmiyyətsiz əqd) əsasında xx.xx.2015-ci il tarixdə mülkiyyət hüququna dair çıxarış alması və mübahisəli mənzilin üçüncü şəxsin mülkiyyətinə keçməsi, qanuni olaraq keçm əsi kimi qiymətləndirilə bilməz. Bu baxımdan da hazırki mübahisənin həllinə Azərbaycan Republikası Mülki Məcəlləsinin 452.1-ci maddəsi tətbiq oluna bilməz. b) Kassasiya şikayətinə qarşı yazılı etirazın dəlilləri
19. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, kassasiya şikayətinin rədd edilməsi və Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-3293/2021 nömrəli, 09 dekabr 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə
20. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
21. Maddə 452.1. F ərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir.
22. Maddə 452.2. Kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Mülki Prosessual Məcəllə
23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
24. Maddə 77.1. Hə r bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
26. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
27. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
28. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və apellyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətn amə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
30. İddiaçının iddia tələb ilə müəyyən olunur ki, 25 iyul 2006-cı il tarixdə cavabdehlə müqavilə bağlamış, mənzilin pulunu nağd ödəmiş, lakin mənzil ona təhvil verilməmişdir. Oğlu böyüdüyü zaman ona ev lazım olduğundan 2020-ci ilin yayında Sumqayıt şəhərində ev aldığı yadına düşmüş, bu məqsədlə evi almaq üçün "xxxx" MMC-yə müraciət etmişdir. Bu zaman ona məxsus olan mənzilin başqasına satıldığı məlum olmuşdur.
31. Cavabdeh tərəfin etirazı ilə müəyyən olunur ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə X9 arasında bağlanan 11 yanvar 2007-ci il ta rixli, 03/17 №-li müqaviləyə əsasən Sumqayıt şəhəri, 40-cı məhəllə ünvanında inşa edilən 1-bloklu 15 mərtəbəli 98 mənzilli yaşayış evinin «A» korpusunun 3-cü mərtəbəsində yerləşən, ümumi 92 kv.m. olan, izolə olunmuş 2 otaqlı 17 saylı mənzili X1. İddiaçı iddiasında qeyd edilən müqavilə ilə bağlı MMC-nin arxivində heç bir sənəd yoxdur. Mənzil İ.Abbasova təhvil verilmiş, onun tərəfindən təmir edilərək yaşamağa başlanmış və mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyesrində onun adına qeydə alınmışdır.
32. Məhkəmələr hazırkı mübahisəyə Mülki Məcəllənin 452-ci maddəsini tətbiq etmişlər.
33. İddiaçı kassasiya şikayətində göstərir ki, onun mübahisəli mənzillə bağlı müqaviləsi 3-cü şəxsin müqaviləsindən əvvəl bağlanmış və həmin vaxt qüvvədə olan Mülki Məcəlləsinin 178.8-ci maddəsinin təl əbi baxımından mənzilə onun mülkiyyət hüququ yaranmışdır. Onunla müqavilə bağlandıqdan sonra MMC-nin həmin mənzilə yeni mübqavilə bağlamaqla sərəncam vermək səlahiyyəti olmamışdır. Bu baxımdan mübahisəyə Mülki Məcəlləninin 452-ci maddəsinn tətbiqi istisna olunur.
34. Həmin dəlillə bağlı olaraq apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, kreditorun fərdi-müəyyən əşyanı (hazırkı halda mənzili) borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini o halda tələb edə bilməz ki, əmlak artıq mülkiyyət hüququ ilə üçüncü şəxsə verilmiş olsun.
35. Kassasiya şikayətinin dəlilinə münasibətdə isə Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 2010-cu il 25 oktyabr tarixli Qərarın da kooperativ üzvlərinin mülkiyyət hüququ ilə əlaqədar qeyd etmişdir ki, pay haqqının tam ödənilməsinə qədər kooperativin və onun üzvü arasında yaranan hüquq münasibətləri öhdəlik xarakterlidir. Bu öhdəliyin mahiyyəti ondan ibarətdir ki, kooperativin üzvü yaşayış və ya qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun əldə edilməsinə əsas verən pay haqqının tam ödənilməsi vəzifəsini, kooperativ isə həmin sahənin müəyyən olunmuş müddətdə kooperativ üzvünə təhvil verilməsi vəzifəsini daşıyır. Beləliklə, kooperativin üzvü tərəfindən kooperativə pay haqqının tam ödənilməsi onun dövlət qeydiyyatını həyata keçirən orqandan həmin əmlakın sahibi kimi mülkiyyət hüquqlarının, yəni sahiblik, istifadə və sərəncam hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etmək hüququ yaradır. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər.
36. Belə olan halda iddiaçı iddia etdiyi kimi pay haqqını ödənliməsini göstərsə də onun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyesrində qeydə alınmamış, mənzil ona təhvil verilməmişdir. Bu halda onun yalnız istinad etdiklərinə əsaslanmaqla müvafiq orqandan hüququnun qeydə alınmasını tələb etmək hüququ olmuşdur. Yaranmış vəziyyətdə isə mübahisəli mənzil üzərində onun mülkiyyət hüququnun yaranması nəticəsinə gəlmək yolverilən deyildir. Əksinə 3-cü şəxsin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınd ığından mənziln ona təhvil verilməsi və 3-cü şəsxlə bağlanmış müqavilənin etibarsız hesab edilməsi yolverilən hesab edilə bilməz. Eyni zamanda həmin mənzilə münasibətdə müqavilənin icrası tələb oluna bilməz. Digər tərəfdən istinad olunan maddənin 2-ci bəndi baxılan iş üzrə iddiaçını müdafiə edir.
37. Beləliklə sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən kassasiya şikayət inin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
39. Qeyd olunanları nəzərə alaraq kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahsələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. 40.Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-3293/2021 nömrəli iş üzrə 09 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.