Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3334/2021 25.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı LPO «xxxx» KB ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh1 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-3334/21 (Açar sözlər: kredit borcu, borcun ipoteka predmetinə yönəldilməsi) Bakı şəhəri, 25 may 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı ləğv prosesində olan “xxxx” KB ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili X1 iştir akı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5212/2020 nömrəli iş üzrə 13 avqust 2020-ci il tarixli qətnaməsindən iddiaçı ləğv prosesində olan “xxxx” KB ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş kasasiya şikayətləri üzrə işə 25 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi və ipoteka predmeti olan daşınmaz əmlakın açıq hərracdan satılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 139.578,43 manat məbləğin də kredit borcunun 63.850 manat əsas borcun, 65.074,47 manat isə faiz borcunun, 10.653,96 manat kredit üzrə müddət bitdikdən sonra Konstitusiya Məhkəməsinin Plenumunun 24.12.2014-cü il tarixli qərarına əsasən hesablanan faiz borcunun, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydiyyata alınması üçün ödənilmiş 30 manat məbləğində rüsumunun Cavabdeh1 və Cavabdeh2 tutularaq ləğv prosesində olan “xxxx” KB ASC-nə ödənilməsi, tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, 0.11983 ha torpaq sahəsində yerləşən 89 nömrəli, 9 mərtəbəli binada yerləşən 63.14 kv.m ümumi, 47.04 kv.m yaşayış sahəsindən ibarət 91 saylı mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması, mənzilin satışın dan əldə olunmuş pul vəsaitinin Cavabdeh1 ləğv prosesində olan “xxxx” KB ASC-nə olan kredit borcunun ödənilməsinə yönəldilməsi və mənzil hərracdan satıldıqdan sonra ən geci 1 ay ərzində boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia tələbini onunla əsaslandırmışdır ki, ləğv prosesində olan “xxxx KB” ASC ilə Cavabdeh1 arasında bağlanmış 10.04.2015-ci il tarixli, 70 nömrəli kredit müqaviləsi üzrə borcalana 12 ay müddətinə, illik 20 % ilə 85.500 manat məbləğində kredit verilmişdir. Bank tərəfindən verilmiş kreditin təminatı kimi Ləğv prosesində olan “xxxx KB” ASC ilə Cavabdeh2 arasında 10 aprel 2015ci il ta rixdə sonrakı ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən verilmiş 18.08.206-cı il tarixli, MH seriyalı, ******* nömrəli çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsində istifadədə olan 0.11983 ha torpaq sahəsində yerləşən 89 nömrəli, 9 mərtəbəli binada yerləşən 63.14 kv.m ümumi, 47.04 kv.m yaşayış sahəsindən ibarət 91 saylı mənzil tərəflərin qarşılıqlı razılığı ilə 100.000 manat məbləğində qiymətləndirildikdən sonra Cavabdeh2 tərəfindən banka ipoteka qoyulmuşdur. İpoteka müqaviləsi notariat qaydasında təsdiq edildikdən sonra ipoteka qoyulmuş mənzilin Bankın xeyrinə ipoteka ilə yüklü edilməsi barədə çıxarış verilmişdir. Kredit müqaviləsinin 1.1 -ci, 4.2-ci və 7.2.2-ci bəndlərinə əsasən borc alan Cavabdeh1 kredit məbləğini və ona hesablanmış faizləri kredit müqaviləsi ilə müəyyən edilmiş şərtlərlə və qaydada ödəmək barədə bank qarşısında öhdəlik götürməsinə baxmayaraq o, bu öhdəlikləri yerinə yetirməmiş və kredit götürdükən sonra banka əsas borc üzrə 21.650 manat, faiz borcu üzrə isə 2.850 manat ödəniş etmiş və 03 avqust 2017-ci il tarixdə banka 20.000 manat məbləğində sonuncu ödənişi etdikdən sonra kredit üzrə ödənişləri tam dayandırmışdır. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar cavabdehlərə bir neçə dəfə şifahi müraciət edilməsinə, 27.11.2018-ci il tarixli, **********727 nömrəli xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq cavabdehlər tərəfindən kredit borcunun banka qaytarılması təmin edilməmi şdir. Qeyd edilən hüquq normalarının tələblərinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi tədbiri kimi “İpoteka haqqında” Qanunun 36.2-ci maddəsinin tələblərinə uyğun olaraq bank tərəfindən ipoteka qoyan Cavabdeh2 ipoteka predmetinin yönəldilməsi barədə 11.01.2019-cu il tarixli bildiriş göndərilmiş və həmin bildirişin müvafiq qaydada Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində qeydiyyatdan keçirilməsi təmin edilmişdir. Hazırda 25.02.2019-cu il tarixə Cavabdeh1 Banka ödənilməmiş cəmi 139.578,43 manat məbləğində kredit borcu vardır. Bunun 63.850 manat əsas, 65.74,47 manat faiz borcu və 10.653,96 manat isə kredit üzrə müddət bitdikdən sonra Konstitusiya Məhkəməsinin Plenumunun 24.12.2014-cü il tarixli qərarına əsasən hesablanan faiz borcu təşkil edir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməs inin (bundan sonra – birinci instansiya məhkəməsi) 26.04.2019-cu il tarixli, 2(001)-3706/2019 saylı qərardadı ilə (hakim Fuad Abdıyev) iş üzrə əmlakın qiymətləndirilməsi və məhkəmə-mühasibatlıq ekspertizaları təyin edilmiş, məhkəmə-mühasibatlıq ekspertizasının aparılması Məhkəmə Ekspertizası Mərkəzinə, əmlakın qiymətləndirilməsi ekspertizasının aparılması “xxxx” MMC-yə həvalə edilmişdir. “xxxx” Hüquq və Qiymətləndirmə Şirkətinin 24.09.2019-cu il tarixli rəyinə əsasən, Cavabdeh2 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Mir-Cəlal küeçəsində yerləşən 89 saylı evin 91 saylı mənzilinin 20.09.2019-cu il tarixinə bazar dəyəri 135000 manat təşkil edir. Məhkəmə Ekspertizası Mərkəzinin 21928 nömrəli, 11.10.2019-cu il tarixli rəyinə əsasən, 10.04.2016-cı il tarixə Cavabdeh1 “xxxx” KB ASC-nə olan borcu 97.848,83 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas kredit borcu – 83850 manat, faiz borcu – 13998 manat. Birinc instansiya məhkəməsinin 29.11.2019-cu il tarixli 2(001)-3706/2019 nömrəli qətnaməsi ilə (hakim Fuad Abdıyev) iddia qismən təmin edilərək, Cavabdeh1 10.04.2015-ci il tarixli, 70 saylı kredit müqaviləsi üzrə 43.850 manat məbləğində əsas, kredit müqaviləsi üzrə kredit müddəti bitdiyi, yəni 10.04.2016-cı il tarixədək hesablanmış 13.998,83 manat məbləğində faiz, kredit müqaviləsi üzrə kredit müddətinin bitdiyi, yəni 10.04.2016-cı il tarixdən 22.07.2016-cı il tarixədək illik 5% dərəcəsi ilə hesablanmış 904,56 manat məbləğində faiz, cəmi 58.753,39 manat məbləğində borcun, məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutma haqqında bildirişin qeydiyyatı üçün ödənilmiş 10 manat dövlət rüsumunun, 20 manat xidmət haqqının “xxxx KB” ASC-nin xeyrinə tutulması, tutmanın kredit müqaviləsinin təminatı qismində ipoteka ilə yüklü edilmiş, Cavabdeh2 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, 89 nömrəli evin, 91 saylı mənzilinə yönəldilməsi, həmin əmlakın açıq hərrac vasitəsilə satılması, satışdan əldə olunan vəsait hesabına yuxarıda göstərilən məbləğlərin ödənilməsi, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsinin ipoteka qoyana - Cavabdeh2 qaytarılması, hərraca çıxarılarkən ipoteka predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, 89 nömrəli evin 91 saylı mənzilin ilkin satış qiymətinin 135.000 manat məbləğində müəyyən edilməsi, ipo teka predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, 89 nömrəli evin, 91 saylı mənzili açıq hərracdan satıldıqdan sonra ən geci 1 ay ərzində Cavabdeh2 həmin əmlakdan çıxmazsa, onun məcburi qaydada çıxarılması, ekspertiza tədqiqatının dəyərini təşkil edən 145 manat məbləğində pul vəsaitinin 45 manat hissəsinin iddiaçı “xxxx KB” ASC-dən, 100 manat hissəsinin isə Cavabdeh1 tutularaq dövlət gəlirlərinə alınması qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, məhkəmə iddia üzrə tələb edilən kredit borcunun, yəni əsas və faiz borcunun məbləğlərini ayrı-ayrılıqda nəzərdən keçirib, əsas borc məbləği hissəsində məhkəmə ekspertinin 21928 nömrəli, 11 oktyabr 2019-cu il tarixli ekspert rəyini və “xxxx” ASC- nin 18.11.2019-cu il tarixli maliyyə arayışını müqayisəli şəkildə təhlil edib, hesab edir ki, Cavabdeh1 əsas borcu müəyyən edilərkən “xxxx” ASC- nin 18.11.2019-cu il tarixli maliyyə arayışı əsas götürülməli və 43.850 manat məbləğində əsas borc Cavabdeh1 “xxxx KB” ASC-nin xeyrinə tutulmalıdır. Belə ki, iddiaçı Cavabdeh1 ilk olaraq 63.850 manat əsas borcunun olduğunu bildirməsinə baxmayaraq, məhkəmə eksperti əsas borcun 83.850 manat olduğunu göstərmişdir. Bundan sonra da cavabdeh tərəfindən 20.000 manat məbləğində ödəniş edilmişdir və iddiaçı əsas borcun 43.850 manat qaldığını göstərmişdir. Başqa sözlə, məhkəmə iddiaçının tələbini əsas götürür. Məhkəmə iddia tələbinin faiz borcunun tutulması hissəsi ilə bağlı qeyd edir ki, kredit müqaviləsi üzrə iddiaçı Cavabdeh1 iddia tələbində qeyd olunan məbləğdə, yəni 65.074,47 manat məbləğində faiz borcunu kredit müqaviləsində nəzərdə tutulmuş faiz dərəcəsini 25.02.2019-cu il tarixədək hesablanmaqla tələb edir. Halbuki, kredit müddəti 10.04.2016-cı il tarixdə bitmişdir. Məhkəmə iddiaçının kredit müqaviləsi üzrə faizlərin kredit müddətinin bitməsindən sonra da eyni faiz dərəcəsi ilə hesablanması ilə bağlı istinad etdiyi halları əsassız hesab edir. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarında nümayiş etdirilmiş hüquqi mövqe baxımından məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsində kreditin vaxtında qaytarılmaması ilə bağlı kredit müddətindən sonra borclunun kredit müqaviləsi üzrə faiz dərəcəsi ilə gecikdirmə faizlərinin ödənilməsi üzrə hər hansı şərt nəzərdə tutulmadığından, iddiaçının tələb etdiyi faiz məbləği yalnız kredit müqaviləsinin m üddətinin bitdiyi tarixədək, yəni 10.04.2016-cı il tarixədək hesablanmalıdır. Bu baxımdan məhkəmə hesab edir ki, iddia faiz borcunun tutulması hissəsində qismən təmin edilməli, Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərin lazımi qaydada icra edilmədiyinə görə tutulmalı olan faiz borcu müəyyən edilərkən 10.04.2016-cı il tarixə yaranmış faiz borcu əsas götürülməli və bu borc məbləği ilə bağlı iddiaçının 18.11.2019-cu il tarixli maliyyə arayışı deyil, məhkəmə ekspertin rəyi mötəbər sübut kimi qiymətləndirilməli və həmin rəyə əsasən kredit müqaviləsi üzrə kredit müddətinin sonuna hesablanmış 13.998,83 manat məbləği faiz borcu qismində müəyyən edilərək, Cavabdeh1 tutulmalıdır. Məhkəmə iddia tələbinin müqavilənin müddəti bitdikdən sonra illik 5 faiz dərəcəsi ilə hesablama aparmaqla cavabdehdə n 10.653,96 manat məbləğində faiz borcunun tutulması hissəsi ilə bağlı belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin edilməlidir. Belə ki, 1 saylı İnzibati-İqtisadi Məhkəməsinin qanuni qüvvəsini almış 2-1(81)- 3617/2016 saylı, 22 iyul 2016-cı il tarixli qərarına əsasən “xxxx" ASC məcburi ləğv edilmiş və Əmanətlərin Sığortalanması Fondunun “xxxx” ASC-nin ləğvedicisi təyin edilməsi qərara alınmışdır. Hüquqi nəticə etibarı ilə 22.07.2016-cı il tarixdən sonra “xxxx” ASC-nin faiz formasında zərərin ödənilməsini tələb etmək hüququ məhdudlaşır. Belə ki, ləğv prosesində olan Bank artıq fiziki və hüquqi şəxslərdən depozitlərin və ya digər qaytarılan vəsaitlərin cəlb edilməsi, öz adından və öz hesabına kreditlərin verilməsi və sair bu kimi kimi fəaliyyəti həyata keçirə bilmir. Belə ola n halda onun əldən çıxmış faydası da ola bilməz. Bu səbəbdən də illik 5% dərəcəsi ilə hesablama məhz 22.07.2016-cı il tarixədək aparıla bilər. Kredit müqaviləsi üzrə kredit müddətinin bitdiyi, yəni 10.04.2016-cı il tarixdən 22.07.2016-cı il tarixə kimi, 3 ay 12 gün təşkil edir. İllik 5 faiz dərəcəsi ilə 1 il üçün hesablanmış faiz borcu (63.850 x 5 /100 = 3.192,5 manat) 3.192,5 manat, 3 ay üçün hesablanmış faiz borcu (3.192,5 /12 = 266,04 x 3 ) 798,12 manat, 12 gün üçün hesablanmış faiz borcu (266,04 / 30 = 8,87 manat x 12 = 106,44 manat) 106,44 manat təşkil edir. Ümumilikdə 3 ay 12 gün üçün isə (798,12 + 106,44 = 904,56) 904,56 manat təşkil edir. Bununla belə, məhkəmənin qənaətinə əsasən iddia tələbi bu hissədə qismən təmin edilməli, gecikdirilmiş vaxt üçün illik 5% dərəcəsi ilə hesablanmı ş 904,56 manat məbləğində faiz borcu Cavabdeh1 iddiaçı ləğv prosesində olan “xxxx” ASC-nin xeyrinə tutulmalıdır. Bundan əlavə, təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı “İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi proseduruna əməl etmişdir. Borclu iki dəfədən artıq öhdəliklərin icrası müddətlərini pozmuş, bununla da ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır. İddiaçı (ipoteka saxlayan) hazırda daşınmaz əmlakın satılmasını və əldə edilmiş vəsait hesabına borcun ödənilməsini tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməli, ipoteka müqaviləsi ilə təmin edilmiş öhdəlik borclu Cavabdeh1 tərəfindən lazımınca icra edilmədiyindən, borcun ödənilməsi üçün tələb ipotekay a qoyulmuş, Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, 89 nömrəli evin, 91 saylı mənzilə yönəldilməli, həmin mənzil açıq hərrac vasitəsilə satılmalı və satışdan əldə edilmiş vəsait hesabına borcun ödənilməsi həyata keçirilməlidir. Məhkəmə qeyd edir ki, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitdən qalığın qalması da istisna edilmir və belə bir hal baş verdiyi təqdirdə ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsinin müqəddəratı da həll edilməli və belə bir məbləğ yarandığı təqdirdə qanunvericiliyin tələbləri nəzərə alınmaqla mənzilin satışından əldə olunan vəsaitin qalan hissəsi Cavabdeh2 qaytarılmalıdır. Məhkəmə eyni zamanda, hesab edir ki, Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, 89 n ömrəli evin, 91 saylı mənzilinin ilkin satış qiyməti qismində sonrakı ipoteka müqaviləsində göstərilən məbləğdə deyil, mütəxəssiz rəyində göstərilən 135.000 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə iddia tələbinin "ipoteka predmeti satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılması” hissəsi ilə bağlı qeyd edir ki, qanunvericilikdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin məhkəmə qərarı ilə ipoteka predmetindən məcburi qaydada çıxarılması nəzərdə tutulmuş, lakin ipoteka predmetinin boşaldılması nəzərdə tutulmamışdır. Belə ki, ipoteka predmetinin boşaldılması özündə həmin əmlakda yaşayan şəxslərin bütün əşyaların çıxarılmasını özündə ehtiva edir. Qanunverici də bu vəziyyətdə “məcburi qaydada çıxarılma” ifadəsini təsbit etməklə, bu şəxslərin ipoteka predmetindən onlara məxsus əşyaları ilə birlikdə çıxarılmasını nəzərdə tutmuşdur. Belə ki, əsas məqsəd ipoteka predmeti satıldıqdan sonra onun maneəsiz şəkildə alıcı tərəfindən qəbul edilməsini təmin etməkdən ibarətdir. Bu da öz növbəsində əmlak satıldıqdan sonra həmin əmlakda ipoteka qoyana və onun ailə üzvlərinə, habelə əmlaka aidiyyəti olan digər şəxslərə məxsus olan hər hansı əşyanın olmasını istisna edir və onların ipoteka predmetindən məcburi qaydada məhz əşyalarla birlikdə çıxarılmasını şərtləndirir. Bu səbəbdən məhkəmə qanunvericilikdə təsbit edilmiş ifadəni yetərli hesab edir və belə qənaətə gəlir ki, ipoteka predmeti açıq hərracdan satıldıqdan sonra ən geci 1 ay ərzində Cavabdeh2 Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, 89 nömrəli evin, 91 saylı mənzilindən çıxmazsa, məcbu ri qaydada çıxarılmalıdır. Birinci instansiya məhkəməsi qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.4, 269.7, 282.1, 282.2, 317.1, 319.1, 319.6, 385.1, 427.3, 442, 443.1, 448.1, 448.2, 449.1, 449.3, 449.4, 739.2-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 34.1, 36.1, 36.3, 39.3, 39.3.3, 47.4, 59.3.1, 59.4-cü və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.2, və 217.4-cü maddələri və Azərbaycan respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24.12.2014-cü il tarixli qərarı ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan Cavabdeh2 apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və qeyd etdiyi əsaslarla yeni qətnamə edilməsini xahiş etmişdir. Qətnamədən narazı qalan iddiaçı ləğv prosesində olan “xxxx” KB ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Tofiq Səmədov - sədrlik edən və məruzəçi, İkram Şirinov, Anar Tanrıverdiyev) 13.08.2020-ci il tarixli, 2(103)-5212/2020 saylı qətnaməsi ilə apelyasiya şikayətləri təmin edilməyərək,Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 29.11.2019-cu il tarixli qətnaməsinin dəyişdirtilmədən saxlanması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddia tələbinı yuxarıda göstərilən qaydada qismən təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğv edilməsinə hüquqi əsaslar vermir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətlərinin dəlilləri İddiaçı ləğv prosesində olan “xxxx” KB ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu (vəkil X2) kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya məhkəməsi iddiaçı tərəfi işə baxılmasının vaxtı və yeri barədə ümumiyyətlə məlumatlandırmamış, məhkz bu səbəbdən iddiaçının nümayəndəsinin məhkəmə kollegiy asının iclasında iştirak mümkün olmamışdır. Bundan əlavə, apelyasiya məhkəməsi tərəfindən tələb edilən gecikdirilmiş vaxt üçün illik beş faiz pulla bağlı verilmiş şikayət tam araşdırılmamış, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan sübutlar nəzərə alınmamışdır. Cavabdeh2 (vəkili Vəkil) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya məhkəməsi tərəfindən işdə olan sübutlara obyektiv qiymət verilməmiş, maddi və prosessual hüquq normaları düzgün əsaslandırılmamışdır. Bundan əlavə, apelyasiya məhkəməsi tərəfindən iş mahiyyəti üzrə tam şəkildə araşdırılmamış və işin faktiki hallarına uyğun olmayan q ətnamə çıxarmışdır. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətlərinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, Cavabdeh2, vəkili Vəkil və digər Cavabdeh1 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən iddiaçı ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili X2 iddiaçının kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini, cavabdehin k asasiya şikayətinin isə əsassız olduğundan təmin edilməməsini xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun ri sk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Maddə 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər; Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir; Maddə 319.6. İpoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır “İpoteka Haqqında ”Azərbaycan Respublikasının Qanunu: Maddə 39.3.3. Məhkəmə qətnamədə ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İpoteka predmetinin ilkin satış qiyməti ipotekaqoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Maddə 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə ( hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyas iya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kasasiya şikayətlərində qətnamə tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunm uşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. İlk olaraq iddiaçının kasasiya şikayətinin dəlilləri üzrə qeyd edilməlidir ki, iddiaçı kasasiya şikayətində ilk əvvəl məhkəə iclasının vaxtı və yeri barədə məlumatlandırılmamalarına dəlil olaraq istinad etsə də, kasasiya yoxlaması nəticəsində müəyyən edilmişdir ki, 24.07.2020-ci il tarixdə (səh 138) 13.08.2020-ci il tarixinə təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş tərəflərə göndərilmiş, həmçinin tərəflərə səh 139) SMS-bildiriş göndərilmişdir. Odur ki, iddiaçının kasasiya şikayətinin qeyd edilən dəli li apelyasiya kollegiyası tərəfindən porsessual hüquq normasının pozuntusuna yol verilməsi kimi qiymətləndirilə bilməz. İddiaçının gecikdirilmiş vaxta görə illik beş faiz pulun tutulmalı olması barədə dəlili üzrə isə qeyd edilməlidir ki, Əmanətlərin Sığortalanması Fondunun “xxxx” ASC-nin ləğvedicisi təyin edildiyi 22.07.2016-cı il tarixdən sonra “xxxx” ASC-nin faiz formasında zərərin ödənilməsini tələb etmək hüququ məhdudlaşır. Belə ki, ləğv prosesində olan Bank artıq fiziki və hüquqi şəxslərdən depozitlərin və ya digər qaytarılan vəsaitlərin cəlb edilməsi, öz adından və öz hesabına kreditlərin verilməsi və sair bu kimi kimi fəaliyyəti həyata keçirə bilmir. Belə olan halda onun əldən çıxmış faydası da ola bilməz. Bu səbəbdən də illik 5% dərəcəsi ilə hesablama məhz 22.07.2016-cı il tarixədə k hesablayıb qənaətini bu formada əsaslandırmaqda apelyasiya kollegiyası hər hansı maddi hüquq normasının pozuntusuna yol verməmiş, düzgün hüquqi mövqedə olmuşdur. Odur ki, iddiaçının kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Cavabdehin kasasiya şikayətinin dəlillərinə gəldikdə isə qeyd edilməlidir ki, cavabdeh kasasiya şikayətini formal olaraq əsaslandırmağa çalışmışdır. Belə ki, cavabdeh kasasiya şikayətində apelyasiya kollegiyasının işdə olan sübutlara düzgün hüquqi qiymət vermədiyini, maddi və hüquq normalarının pozuntusuna yol verdiyini qeyd etsə də, hansı sübuta qiymət verilmədiyini, bu qiymət verməmənin hansı hüquqi nəticəyə səbəb olduğunu, maddi və prosessual hüquq normalarının pozuntusunun nədə ifad ə olunmasını göstərməmiş, nə dəki kasasiya yoxlaması nəticəsində apelyasiya kollegiyası tərəfindən hər hansı maddi və ya prosessual hüquq normasının pozuntusuna yol verilməsi müəyyən edilməmişdir. Odur ki, cavabdehin də kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi kasasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayətləri təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və Cava bdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş kasasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5212/2020 nömrəli iş üzrə 13 avqust 2020-ci il tarixli qətnaməsi kasasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.