Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-3335/2022 19.05.2022 ALİ MƏHKƏMƏ QƏRARDAD Kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Xəlilov İsmayıl Kamil oğlu (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, İddiaçı "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi üzrə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2083/2022 saylı, 25.02.2022-ci il tarixli qərardadı ilə, iddiaçı “X1” ASC-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi üzrə mülki iş baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı “X1” ASC məhkəməyə şikayət ərizəsi ünvanlayaraq, ünvan 1 tarixli qərardadının ləğv edilərək baxılmasının davam etdirilməsi, əks təqdirdə şikayətin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi xahiş edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2083/2022 saylı, 10.03.2022-ci il tarixli qərardadı ilə şikayət vəkil tərəfindən tərtib edilmədiyi üçün geri qaytarılmışdır. Həmin qərardadla razılaşmayan iddiaçı kassasiya şikayəti vermiş və şikayət yenə vəkil tərəfindən tərtib edilməmişdir. Kassasiya şikayətini yalnız hüquqi şəxs olan iddiaçı bankın Problemli Kreditlər Departamentinin direktoru Nümayəndə2 imzalayaraq elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirmişdir. İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) tələblərinə cavab vermədiyindən qeyrimümkün hesab edilməlidir. Belə ki, MPM-nin 407.3-cü maddəsinə görə kassasiya şikayəti onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. MPM-in 69.2-ci maddəsinə görə, hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. MPM-in 408.1.1-ci maddəsinə görə, kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə kassasiya şikayəti geri qaytarılır. MPM-in 404-1.2-ci maddəsinə əsasən işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. MPM-nin 404-1.1 və 404-1.2-ci maddələrinə görə, kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir. işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab e dilməsinə dair qərardad qəbul edilir. Ona görə də cavabdehin kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Qeyd olunanları nəzərə alaraq və MPM-nin 404-1.1, 404-1.2, 407.3, 408.1, 408.1.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı "xxxx" ASC-nin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)2083/2022 saylı, 10.03.2022-ci il tarixli qərardadından verdiyi kassasiya şikayəti qeyrimümkün hesab edilsin və mülki iş Binəqədi Rayon Məhkəməsinə qaytarılsın.
Məhkəmə qərarları › İş №2(102)-3335/2022
Ali Məhkəmə Qərardad — İş №2(102)-3335/2022
19.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver