Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3335/2023 27.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı X17 Cavabdehnə qarşı, müstəqil tələb irəli sürən üçüncü şəxs M cavabdehlər ” Mənzil Tikinti Kooperativinə və X23 qarşı və iddiaçı X17 cavabdehlər və Cavabdeh MTK-ya qarşı birləşdirilmiş mülki iş üzrə QƏRARİ İş № 2(102)-3335/22 (Açar sözlər: mənzilin təhvil verilməsi, müqavilənin etibarsız hesab edilməsi) Bakı şəhəri, 27 sentyabr 2023-cü il Hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), X31 və Şamayev Elşad Yaquboviçdən tərkibdə, İddiaçı X17 Cavabdeh MT-ya qarşı mənzilin təhvil verilməsi tələbinə dair, müstəqil tələb irəli sürən üçüncü şəxs n cavabdehlər Cavabdeh MTK-ya və X23 qarşı müqavilən in etibarsiz hesab edilməsi tələbinə dair və iddiaçı X17 cavabdehlər və Cavabdeh MTK-ya qarşı müqavilənin etibarsızlığı, mənzildən çıxarılma və mənzilin boşaldılması tələbinə dair birləşdirilmiş iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-15/2023 nömrəli iş üzrə 16 may 2023-cü il tarixli qətnaməsindən üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətinə dair işə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh MTK-nın sədri X24 ilə alıcı X30 arasında bağlanmış xx.xx.2008-ci il tarixli "xxxx" müqaviləyə əsasən, MTK Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində tikilməkdə olan binasının 1-ci girişi, 7-ci mərtəbəsində ümumi dəyəri 54315 manat və ümumi sahəsi 106,5 kv. m. olan iki otaqlı 44 saylı mənzili alıcıya verməyi, alıcı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür.
2. İşə əlavə olunmuş maliyyə arayışlarından görünür ki, X30 tərəfindən mənzilin dəyəri olan 54315 manat Yeni -Yasamal MTK-ya ödənilmiş, o, Cavabdeh MTK-nın üzvlüyünə qəbul edilməsi barədə ərizə vermişdir.
3. Cavabdeh MTK-nın sədri X24 ilə alıcı Məmiyev Cavid Məhərrəm oğlu arasında bağlanmış xx.xx.2013-cü il tarixli "xxxx" müqaviləyə əsasən, MTK Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində tikilməkdə olan binasının 1-ci girişi, 7-ci mərtəbəsində ümumi dəyəri 32000 manat və ümumi sahəsi 106,5 kv. m. olan iki otaqlı 44 saylı mənzili alıcıya verməyi, alıcı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtın da ödəməyi öhdəsinə götürmüşdür. 4. xx.xx.2013-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, Məmiyev Cavid Məhərrəm oğlu tərəfindən mənzilin dəyəri olan 32000 manat Yeni YasamalMTK-ya ödənilmişdir. 5. xx.xx.2013-cü il tarixdə X30 Cavabdeh MTK-nın sədri X13 ərizə ilə müraciət edərək özünə məxsus olan, Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində tikilməkdə olan binanın 1-ci girişi, 7-ci mərtəbəsində ümumi dəyəri 32000 manat və ümumi sahəsi 106,5 kv. m. olan iki otaqlı 44 saylı mənzilini maddi ehtiyacı olduğuna görə satmaq qərarına gəldiyini, bu məqsədlə X14 54315 manat aldığını bildirərək, mənzilin onun adına sənədləşdirilməsinə köməklik göstərilməsini xahiş etmişdir.
6. Cavabdeh MTK-nın sədri X24 ilə alıcı X32 arasında bağlanmış xx.xx.2013-cü il tarixli " xxxx" müqaviləyə əsasən, MTK Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində tikilməkdə olan binasının 1-ci girişi, 7-ci mərtəbəsində ümumi dəyəri 48000 manat və ümumi sahəsi 106,5 kv. m. olan iki otaqlı 44 saylı mənzili alıcıya verməyi, alıcı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. 7. xx.xx.2013-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, X32 tərəfindən mənzilin dəyəri olan 48000 manat Yeni Yasamal MTK-ya ödənilmişdir. X32 Cavabdeh MTK-nın üzvlüyünə qəbul edilməsi barədə ərizə vermişdir.
8. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-61/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmünə əsasən, X25 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 29,178.3. 2, 308.2, 313 və 320.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmiş və ona qəti olaraq 3 (üç) il müddətə dövlət və yerli özünü idarə orqanlarında maddi məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. X33 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 29,178.3.2, 308.2, 313 və 320.1-ci maddələri ilə ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmiş və ona qəti olaraq 3 (üç) il müddətə dövlət və yerli özünü idarə orqanlarında maddi məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İş üzrə zərərçəkmiş şəxs, mülki iddiaçılar: X32 və qeyrilərinin irəli sürmüş olduqları iddia tə ləbləri baxılmamış saxlanılmış və onlara, həmçinin həmin iş üzrə iddia tələbləri irəli sürməyən digər zərərçəkmiş şəxslərə onlara vurulmuş maddi ziyanın ödənilməsinə dair və həmçinin əldən çıxmış fayda ilə bağlı mülki mühakimə icraatı qaydasında iddia tələbləri ilə təqsirləndirilən şəxslər X25 və X26, həmçinin digər şəxslərə qarşı müvafiq məhkəməyə müraciət etmək hüquqları olduğu izah edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci iş üzrə birinci instansiya məhkəməsində icraat
9. İddiaçı X34 Cavabdeh MTK-ya qarşı “mənzilin təhvil verilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanda inşa olunmuş 2 girişli və 16 mərtəbəli yaşayış binasının 1-ci blokunda, 7-ci mərtəbəsində, ümumi sahəsi 106,5 kv.m. olan 2 otaqlı, 44 saylı mənzilin özünə təhvil verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. İddiaçı X34 iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh MTK-nın sədri X25 ilə aralarında xx.xx.2013-cü ildə bağlanmış "xxxx" müqavilənin şərtlərinə görə MTK Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində tikilməkdə olan binasının 1-ci girişi, 7-ci mərtəbəsində ümumi dəyəri 48000 manat və ümumi sahəsi 106,5 kv. m. olan iki otaqlı 44 saylı mənzili alıcıya verməyi, alıcı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşlər. Müqavilənin şərtlərinə uyğun olaraq xx.xx.2013-cü ildə tərəfindən 48000 manat məbləğində pul Yeni YasamalMTK-ya ödənilmiş və bu barədə ona maliyyə arayışı verilmişdir. Hər dəfə mənzilə gedib baxmaq is təyərkən binanın komendantı Əzizağa onu müxtəlif bəhanələrlə mənzilə buraxmamışdır. Sonuncu dəfə gedəndə ondan 2000 manat pul istəmiş, pulu gətirməsə mənzilə buraxılmayacağı bildirilmişdir. Sonradan məlum olmuşdur ki, 44 nömrəli mənzili qeyri-qanunu olaraq basqa bir sakinə satmışlar. Məcbur olaraq binaya girdikdə 44 nömrəli mənzildə yasayş olduğunu görmüşdür. Hazırda, mənzilin qapısının açarları dəyişdirilmiş, dəyərinin ödənilməsinə baxmayaraq, həmin mənzilin təhvil verilməsindən imtina edilir.
11. İddiaçı X34 əsl olmayan tərəfin əvəz edilməsinə dair ərizə təqdim edərək özünün əsl iddiaçı X32 ilə əvəz olunmasını xahiş etmiş və məhkəmənin qərardadı ilə əsl olmayan tərəf əsl iddiaçı X32 ilə əvəz olunmuşdur.
12. Eyni zamanda Yeni Yasamal MTK X23 qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilərək ünvan 2 ünvanında olan 7 mərtəbəli yaşayış binasındakı 1-ci giriş, 7-ci mərtəbədə yerləşən sahəsi 106,5 kv.m olan 2 otaqlı 44 saylı mənzilə dair X32 ilə Cavabdeh MTK arasında bağlanmış xx.xx.2013-cü il tarixli müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, lakin sonradan Cavabdeh MTK tərəfindən məhkəməyə ərizə təqdim edilərək ünvan 2 ünvanında olan 7 mərtəbəli yaşayış qarşılıqlı iddia ərizəsinin baxılmamış saxlamaqla, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması xahiş edilmişdir.
13. Müstəqil tələb irəli sürən üçüncü şəxs Məmiyev Cavid Məhərrəm oğlu cavabdehlər Cavabdeh MTK-ya və X27 qarşı “müqavilənin etibarsiz hesab edilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək istifadəsində və mülkiyyəti olan Cavabdeh MTK-ya məxsus M.Xiyabani küçəsi, 5 ünvanında olan 7 mərtəbəli yaşayış binasındakı 1-ci giriş, 7-ci mərtəbədə yerləşən sahəsi 106,5 kv.m olan 2 otaqlı 44 saylı mənzilə dair cavabdehlər arasında bağlanmış xx.xx.2013-cü il tarixli müqavilənin etibarsız hesab edilməsi və gələcəkdə həmin mənzilə dair heç bir maneçilik olmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Məmiyev Cavid Məhərrəm oğlu iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh MTK-ya məxsus Yasamal rayonu, M.Xiyabani küçəsİ, 5 ünvanında olan 7 mərtəbəli yaşayış binasındakı 1-ci giriş, 7-ci mərtəbədə yerləşən sahəsi 106,5 kv.m olan 2 otaqlı 44 saylı mənzili xx.xx.2013-cü il tarixdə MTK-nın sədri X24 ilə aralarında bağlanmış "xxxx" müqavilə əsasında almışdır. Sonradan ona məlum olmuşdur ki, C.Alışov heç bir səlahiyyəti olmadan onun mənzilini xx.xx.2013-cü il tarixdə Aida Müzəffərovaya qanunsuz olaraq vermişdir. Əvvəla vicdanlı alıcı və mənzilin mülkiyyətçisidir. Yəni, lazımi qaydada evi satıcıdan almışdır. Sənədlərinin rəsmiləşdirilməsi üçün bütün tədbirləri görmüşdür. X45 C.Alışovun qanunsuz hərəkətləri nəticəsində ondan sonra mənzilinə dair MTK ilə qanunsuz müqavilə bağlamışdır.
15. Məhkəmə iclasında müstəqil tələb irəli sürən üçüncü şəxs Məmiyev Cavid Məhərrəm oğlu əsl olmayan tərəfin əvəz edilməsinə dair ərizə təqdim edərək cavabdeh X18 əsl cavabdeh X32 ilə əvəz olunmasını xahiş etmiş və məhkəmə tərəfindən əsl olmayan tərəf əsl cavabdeh X32 ilə əvəz olunmuşdur.
16. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim S.B.Mehrəliyev) 2 (004)6260/2018 saylı, 02 noyabr 2018-ci il tarixli qətnaməsi ilə X17 iddia tələbinin təmin edilməsi, ünvan 5 ünvanında Cavabdeh MTK tərəfindən inşa edilən yaşayış binasının 1-ci girişi, 7-ci mərtəbəsində yerləşən 106,5 kv.m sahəsi olan 2 otaqlı 44 saylı mənzilin iddiaçı X23 təhvil verilməsi vəzifəsinin Cavabdeh MTK-ya həvalə edilməsi, ödənilmiş 10 (on) manat dövlət rüsumunun Cavabdeh MTK-dan tutularaq iddiaçı X23 ödənilməsi, müstəqil tələb irəli sürən üçüncü şəxs Məmiyev Cavid Məhərrəm oğlunun cavabdehlər Cavabdeh MTK-ya və X23 qarşı Cavabdeh MTK-ya məxsus M.Xiyabani küçəsi, 5 ünvanında olan 7 mərtəbəli yaşayış binasındakı 1-ci giriş, 7-ci mərtəbədə yerləşən sahəsi 106,5 kv.m olan 2 otaqlı 44 saylı mənzilə dair cavabdehlər arasında bağlanmış xx.xx.2013-cü il tarixli müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddiasının təmin edilməməsi, ödənilmiş 10 (on) manat dövlət rüsumunun üçüncü şəxs Məmiyev Cavid Məhərrəm oğluna aid edilməsi qət edilmişdir.
17. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, məhkəmə iclasında işin həqiqi halları, işdə iştirak edən şəxslərin izahatları və işin digər materialları ilə mübahisəli 44 saylı mənzilin alğı-satqı müqaviləsi ilkin olaraq X30 ilə bağlandığından onun razılığı olmadan sonradan həmin mənzilin Məmiyev Cavid Məhərrəm oğluna satılması mülki qanunvericiliyin tələblərinə və müqavilə şərtlərinə riayət edilmədən bağlanması, eyni zamanda, X15 razılığı, xx.xx.2013-cü il tarixli müqavilə və 48000 manatın ödənilməsi haqqında maliyyə arayışı əsasında X4 müəyyən edilmişdir.
18. Cavabdeh MTK ilə Məmiyev Cavid Məhərrəm oğlu arasında bağl anmış xx.xx.2013-cü il tarixli yaşayış binasında mənzil tikintisi haqqında müqavilənin qanunvericiliyin tələbləri nöqteyi nəzərindən bağlandığı andan etibarsız əqd olması tam olaraq sübuta yetirildiyinə görə, iddia təmin edilməli, mübahisəli 44 saylı mənzilin iddiaçı X23 təhvil verilməsi vəzifəsi Cavabdeh MTK-ya həvalə edilməlidir. Yuxarıda sadalanan əsaslardan çıxış edərək məhkəmə hesab etmişdir ki, müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiası təmin edilməməlidir.
19. Məhkəmə iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası 152.1, 157.2, 157.8, 324.1, 324.2, 324.5, 337.1, 337.2, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 25 oktyabr 2010-cu il tarixli Qərarına və Mülki Prosessual Məc əllənin 14.2, 77.1, 119.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Birinci iş üzrə apellyasiya instansiyası məhkəməsində icraat
20. Müstəqil tələb irəli sürən üçüncü şəxs Məmiyev Cavid Məhərrəm oğlu apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, ilkin iddianın rədd olunması və üçüncü şəxsin tələbinin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, kooperativin sədri səlahiyyəti olmadan ona məxsus mənzilə dair iddiaçı ilə müqavilə bağlamışdır. Qonşularla birgə mənzilə və onun yerləşdiyi binaya dair bir çox işlər görmüşdür. İddiaçı mübahisəli mənzillə heç vaxt maraqlanmamış, onun harada yerləşdiyindən belə xəbəri olmamışdır. Cavabdeh işə baxılarkən qarşılıqlı id dia versə də, naməlum səbəblərdən sonradan onu geri götürmüşdür. Əgər qarşılıqlı iddia geri götürülməsə idi, həmin ərizədə göstərilənlərlə onu verən şəxsin izahatının bir-birinə zidd olduğu görünərdi. Üçüncü şəxs mübahisəli mənzili cavabdehdən tam əminliklə və qanuna müvafiq qaydada satın almışdır. X46 mübahisəli mənzilin satılmasını istəyibsə, bu halda cavabdeh mənzilin satışında sərbəst hərəkət etməli, məhz iddiaçıya satılmalı deyildi.
22. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-907/2019 saylı qətnaməsi ilə (hakimlər A.Q.Hüseynov (sədrlik edən və məruzəçi), A.N.İmanov və V.N.Sadıqov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim S.B.Mehrəliyev) 2(004)-6260/2018 saylı, 02 noyabr 2018-ci il tarixli qətnaməsi d əyişdirilmədən saxlanılmışdır.
23. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iş üzrə cavabdeh Mülayim Hüseynovaya (sonradan mənzili həmin şəxsdən almış iddiaçıya) münasibətdə vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etməmiş, onunla bağladığı podrat müqaviləsi ləğv edilmədən, həmin müqavilənin bağlanmasından təxminən beş il sonra mübahisəli sahəyə dair üçüncü şəxslə eyni məzmunlu müqavilə bağlamış, bununla da ilkin müqavilənin məqsədinə çatmağa maneçilik törədən və öhdəliklərinin icrasını təhlükəyə məruz qoya bilən hərəkətlərə yol vermişdir. Mülayim Hüseynova xx.xx.2008-ci il tarixdə podrat müqaviləsi üzrə öhdəliklərini tam yerinə yetirməklə həmin müqavilədən irəli gələn bütün hüquqları əldə etmişdir. İş materiallarında mübahisəli sahənin daşınmaz əmlakın dövlət reyestrində hər hansı şə xsin adına qeydə alınması barədə məlumat yoxdur. Cavid Məmiyev apellyasiya şikayətində və məhkəmə iclasında Mülayim Hüseynova ilə bağlanmış ilkin müqavilənin və mənzilin iddiaçının adına keçirilməsi barədə razılıq ərizəsinin mötəbərliyini mübahisələndirdiyi üçün apellyasiya baxışı zamanı Bakı Ağır Cinayətlər Məhkəməsinə həmin sənədlərin cinayət işinin materiallarında olub-olmaması barədə sorğu ünvanlanmışdır. Sorğuya cavab olaraq mübahisəli mənzilə dair Mülayim Hüseynova ilə bağanmış müqavilənin, maliyyə arayışının və razılıq ərizəsinin cinayət işinin materiallarında olduğu bildirilmiş və həmin sənədlərin surətləri məktuba əlavə edilmişdir. Müəyyən olunmuşdur ki, daxil olan sənədlərin surətləri eyni sənədlərin işdə olan surətləri ilə eyniyyət təşkil edir. Eyni zamanda üçüncü şəxs mübahisəl i mənzilə dair cavabdehlə bağladığı müqavilənin maliyyə arayışının yalnız kserosurətlərini təqdim etmişdir. Apellyasiya baxışı zamanı təklif edilməsinə baxmayaraq, üçüncü şəxs həmin sənədlərin əsillərini və ya lazımi qaydada təsdiq olunmuş surətlərini təqdim etməmişdir. Həmçinin hazırkı iş üzrə cavabdehin qarşılıqlı iddia verməsi və sonradan nümayəndənin ərizəsi əsasında həmin iddianın baxılmamış saxlanılması mövcud vəziyyətdə işdə olan sübutlarla işin mahiyyəti üzrə həllinə təsir etmir. c) Birinci iş üzrə kassasiya instansiyası məhkəməsindəki birinci icraat
24. Müstəqil tələb irəli sürən üçüncü şəxs Məmiyev Cavid Məhərrəm oğlu kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsinin ləğv edilməsini, ilkin iddianın rədd olunması və üçüncü şəxsin tələbinin tam təmin edilməsi və ya işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir..
25. Kassasiya şikayəti onunla əsaslandırmışdır ki apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, nəticə etibarilə işin faktiki hallarına uyğun gəlməyən qanunsuz və əsassız qətnamə qəbul etmişdir.
26. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – kassasiya instansiyası məhkəməsi) 2(102)-5494/2019 nömrəli iş üzrə 17 sentyabr 2019cu il tarixli qərarı ilə (hakimlər – A.Ə.İsgəndərov (sədrlik edən və məruzəçi), Ə.M.Rüstəmov və Ə.A.Əhmədov) kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
27. Kassasiya məhkəmə si gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, hazırkı işdə Mülayim Hüseynova işdə iştirak edən şəxs deyil və onun hər hansı tələbi yoxdur. Ə.Müzəffərovla bağlanmış xx.xx.2013-cü il tarixli müqavilədə xx.xx.2008-ci il tarixli müqaviləyə və xx.xx.2013-cü il tarixli etiraz ərizəsinə istinad olunsa da, müqavilə tərəfi olan Cavabdeh MTK ilkin olaraq həmin müqavilənin həqiqiliyini qəbul etməmiş, onu qanunsuz saymış və öz qarşılıqlı iddiasında mənzilin xx.xx.2013-cü il tarixli müqavilə əsasında Cavid Məmiyeva satıldığını etiraf etmişdir. Cavabdeh MTK həmin qarşılıqlı iddia ərizəsində mənzilin ilkin olaraq C.Məmiyevə satıldığını qeyd etmiş, Mülayim Hüseynova ilə xx.xx.2008-ci ildə hər hansı müqavilə bağlanmasına istinad etməmişdir. Lakin sonradan Cavabdeh MTK mövqeyini dəyişərək Ə.Müzəffərovla m əhkəmədənkənar danışıqlar aparıldığını bildirmiş və bu əsasla ərizəsinin baxılmamış saxlanmasını xahiş etmişdir. Həmin ərizəyə prosessual baxımdan işə baxan məhkəmə tərəfindən heç bir hüquqi qiymət verilməsə də, nəticə etibarilə məhkəmə həmin tələbə baxmamış və Cavabdeh MTK məhkəmə baxışı zamanı Ə.Müzəffərovun iddiasını qəbul edərək onu əsaslı, 3-cü şəxs C.Məmiyevin iddiasını isə əsassız saymışdır. Bu isə o deməkdir ki, ilkin iddiaçı Ə.Müzəffərovla Cavabdeh MTK arasında mənzilə dair hər hansı mübahisə yoxdur. Yuxarıda qeyd olunduğu kimi, iddiaçı Ə.Müzəffərovun tələbi Cavabdeh MTK-ya qarşı yönəlmişdir və mübahisəli mənzilin ona təhvil verilməsi barədədir. Halbuki, işdən göründüyü kimi, həmin mənzil Cavabdeh MTK-nın deyil, 3-cü şəxs C.Məmiyevin sahibliyindədir və məhz C.Məmiyev mənzilə sahib lik etməklə orada yaşayır. 3-cü şəxs C.Məmiyevə qarşı isə hazırkı işdə hər hansı tələb irəli sürülməmişdir. Eləcə də, 3-cü şəxs C.Məmiyevin mübahisəli mənzilə dair hüquq müəyyən edən sənədləri (müqavilə, maliyyə arayışı) qüvvədədir və hazırkı işdə mübahisələndirilməmişdir. Apellyasiya instansiyası məhkəməsi qətnamədə mübahisəli mənzilə dair müqavilənin və maliyyə arayışının əslinin təqdim olunmasını 3-cü şəxsə təklif etdiyini göstərsə də, bu hal nə iş materialları ilə, nə də iş üzrə məhkəmə iclas protoklu ilə təsdiq olunmur. Apellyasiya instansiyası məhkəməsi mübahisəli mənzilə dair iddiaçı Ə.Müzəffərova məxsus sənədlərin əsillərinin cinayət işində olub-olmaması ilə bağlı Bakı Ağır Cinayətlər Məhkəməsinə sorğu edib həmin sənədlərin surətlərini əldə etsə də, bu sorğunu 3-cü şəxs C.Məmiyev b arəsində etməmiş, sonuncu ilə bağlanmış müqavilənin və maliyyə arayışının əsillərinin həmin cinayət işində olubolmadığını aydınlaşdırmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsi və hər bir tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları özlərinin sübut etməli olmalarına dair Azərbaycan Respublikası MPMnin 77.1-ci maddəsinin mövcudluğu zəruri sübutları müstəqil əldə etmək imkanı olmayan tərəfi Azərbaycan Respublikası MPM-nin 78.2-ci maddəsinin tələbinə müvafiq olaraq sübutların tələb olunması ilə bağlı məhkəməyə müraciət etmək hüququndan məhrum etmir. İşdən göründüyü kimi, hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində Cavabdeh MTKnın vəzifəli şəxslərinin barəsində olan cinayət işinə məhkəmə baxışı davam edir və hazırkı i ş üzrə iddiaçı Ə.Müzəffərov və 3-cü şəxs C.Məmiyev həmin cinayət işi üzrə zərərçəkmiş kimi keçirlər. Həmin cinayət işində Ə.Müzəffərov tərəfindən mülki iddia da verilmişdir.
28. Məhkəmə kollegiyası hesab etmişdir ki, işə apellyasiya qaydasında yenidən baxan məhkəmə adı çəkilən cinayət işinə baxılmasının nəticəsini öyrənməli, həmin iş üzrə qəbul edilən yekun qərarın hazırkı iş üzrə preyudisial əhəmiyyət daşıyan faktlar müəyyən edib-etmədiyini aydınlaşdırmalı, Ə.Müzəffərovun cinayət işi üzrə mülki iddiasının nədən ibarət olduğu, təmin olunub-olunmadığı müəyyən edilməlidir. İkinci iş üzrə birinci instansiya məhkəməsində icraat
29. İddiaçı X32 cavabdehlər Məmiyev Cavid Məhərrəm oğlu və Cavabdeh MTKya qarşı “müqavilənin etibarsızlığı, mənzildən çıxarılma və mənzilin boşaldılması” tələbinə dair iddia ərizəsi və iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə ilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, ünvan 7 ünvanında Cavabdeh MTK tərəfindən inşa edilən yaşayış binasının 1-ci girişi, 7-ci mərtəbəsində yerləşən 106,5 kv.m. sahəsi olan 2 otaqlı 44 saylı mənzilə dair Məmiyev Cavid Məhərrəm oğlu ilə Cavabdeh MTK-nın sədri X25 arasında xx.xx.2013-cü ildə bağlanmış "xxxx" müqavlənin və eyni tarixli maliyyə arayışının etibarsız sayılması, Məmiyev Cavid Məhərrəm oğlunun ünvan 7 ünvanında Cavabdeh MTK tərəfindən inşa edilən yaşayış binasının 1-ci girişi, 7-ci mərtəbəsində yerləşən 106,5 kv.m sahəsi olan 2 otaqlı 44 saylı mənzildən çıxarılması və boşaldılaraq iddiaçıya təhvil verilməsini xahiş etmişdir.
30. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı mənzili onun əv vəlki sahibi olan, mənzillə bağlı xx.xx.2008-ci il tarixdə MTK ilə müqavilə bağlanmış X12 xx.xx.2013-cü ildə almışdır və bu faktı qeyd edilən məhkəmə iclasında Cavabdeh MTK-nın nümayəndəsi də izahatında təsdiq etmişdir. Cavabdeh MTK-nın nümayəndəsinin qeyd edilən məhkəmə iclasına etiraf etdiyi kimi, mübahisəli mənzili Məmiyev Cavid Məhərrəm oğluna MTK-nın əməkdaşları satmışlar. Ona görə də iddiaçının iddiası əsaslı, 3-cü şəxsin iddiası isə əsassızdır. Cavabdeh Məmiyev Cavid Məhərrəm oğlunun iddiaçının mənzilini qeyri-qanuni zəbt etməsi ilə bağlı şikayətinin əsasında Azərbaycan Respublikasının Baş Prokuroru yanıda Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsində MTK-nın rəhbərliyi barədə aparılan cinayət işi üzrə iddiaçı xx.xx.2018-ci il tarixdə mülki iddaçı kimi tanınmış və prokurorluğun xx.xx.2018-ci il tarixli “sənədlərin götürülməsi haqqında” protokoluna əsasən mübahisəli mənzilə dair Cavabdeh MTK-dan yalnız iddiaçının adına olan müqavilə və maliyyə arayışının əsilləri ekspertiza keçirilməsi götürülmüşdür. Göstərilənlər həmçinin Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin xx.xx.2018-ci il tarixli, ********* saylı məktubun məzmunu ilə də təsdiqini tapır. Belə ki, həmin məktubda göstərilmişdir ki, Cavabdeh, “Yüksəliş-C” və Badu-Kübə” tikinti şirkətlərinin vəzifəli şəxsləri tərəfindən saxta sənədlər əsasında mənzillərin satılmaqla vətəndaşların pul vəsaitlərinin talanması və digər qanunsuzluq faktları üzrə Azərbaycan Respublikası CM-nin 178.3.2, 308.2, 313, 320.2 və 322.1-ci naddələri ilə ********* №- li cinay ət işi istintaq olunur. İstintaq zamanı müəyyən edilmişdir ki, Cavabdeh MTK tərəfindən ünvan 8 ünvanında inşa olunmuş binada yerləşən 2 otaqlı, 106,5 kv.metr sahəli 44 nömrəli mənzil MTK-nın rəhbərliyi tərəfindən ilkin olaraq xx.xx.2008 tarixli müqavilə və 54315 manatın ödənilməsi haqqında maliyyə arayışı əsasında X1, onun tərəfindən X2 sonra sonuncunun adına xx.xx.2013-cü il tarixli müqavilə və 48000 manatın ödənilməsi haqqında maliyyə arayışı tərtib edilmişdir. Həmin mənzili MTK-nın əməkdaşları həmçinin xx.xx.2013-cü il tarixli müqavilə və 32000 manatın ödənilməsi haqqında maliyyə arayışı əsasında Məmiyev Cavid Məhərrəm oğluna satmışlar. Cinayət işi üzrə Məmiyev Cavid Məhərrəm oğlu xx.xx.2018-ci ildə zərərçəkmiş şəxs, X32 xx.xx.2018-ci ildə zərərçəkmiş şəxs və mülki iddiaçı qismində tanı nmışlar. Beləliklə də göründüyü kimi, mübahisəli mənzilin X3 faktı mübahisəsiz olduğu üçün onun iddiaçıya mənzil satması faktı da mübahisəsiz kimi qiymətləndirilməlidir. X50 Məhərrəm oğlunun adına olan müqavilə və maliyyə arayışı MTKnın rəhbərliyinin imzası və MTK-nın möhürü ilə təsidiqlənsə də, faktiki olaraq mənzili ona rəhbərlik deyil, MTK-nın işçiləri geri tarixlə rəsmiləşdirməklə satmışlar ki, bu da qanuna uyğun olmamışdır. Məntiqli və qanunla mənzil X15 adına olması faktı mübahisəsizdirsə, Məmiyev Cavid Məhərrəm oğluna da mənzili MTK deyil, o satmalı idi. Lakin işin materiallarında görünür ki, MTK onun adına mənzilin ilkin alıcısı kimi müqavilə və maliyyə arayışı vermişdir ki, bu da işin faktiki hallarında uyğun deyildir. Həmçinin də iddiaçı ilə bağlanmış xx.xx.2013-cü il tarixli müq avilədə X15 xx.xx.2008-ci il tarixli müqaviləyə və xx.xx.2013-cü il tarixli razılıq ərizəsinə istinad olunması faktı da onu təsdiq edir ki, mənzili faktiki olaraq MTK-nın sakini kimi ondan almışdır və deməli, bu mənzil X30 tərəfindən cavabdeh Məmiyev Cavid Məhərrəm oğluna satıla bilməzdi. Həmçinin də cavabdeh də X20 tanımır və ərizələrində mənzilin ona MTK tərəfindən satılmasını göstərir. İddiaçı tərəfindən Cavabdeh MTK-ya qarşı “mənzilin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi məhkəmədə baxılarkən ümid edirdi ki, məhkəmələr iddiasını təmin və Məmiyev Cavid Məhərrəm oğlunun iddiasını da rədd edərkən sonuncunun adına olan xx.xx.2013-cü il tarixli müqavilənin bağlandığı andan qanunsuz olmasını qeyd etdikləri üçün həmin vaxt bununla bağlı iddia qaldırmağa zərurət yox idi. Belə ki, mənzi lin iddiaçıya təhvil verilməsi nəticəsi Məmiyev Cavid Məhərrəm oğlunun adına olan sənədlərin faktiki olaraq qüvvədən düşməsi anlamına gəlməyə əsas verirdi və bu sənədlər artıq heç bir hüquqi əhəmiyyət kəsb etməyəcəkdi. Yuxarıda qeyd edilən mülki iş üzrə kassasiya instansiyası məhkəməsinin qərarında göstərilmişdir ki, üçüncü şəxs Məmiyev Cavid Məhərrəm oğluna qarşı isə hazırki işdə hər hansı tələb irəli sürülməmişdir Eləcə də, üçüncü şəxsin mübahisəli mənzilə dair hüquq müəyyən edən sənədləri qüvvədədir və hazırki işdə mübahisələndirilməmişdir. X21 adına olmuş müqavilənin qanuniliyi mübahisələndirilmədiyi, iddiaçının isə mənzili məhz ondan almağını MTK tərəfindən və aparılan istintaqla müəyyən edilməyini, eləcə də xx.xx.2013-cü il tarixli müqavilə və 48000 manatın ödənilməsi haqqında maliyy ə arayışının tərtibindən sonra həmin mənzilin MTK-nın əməkdaşları həmçinin geri tarixlə xx.xx.2013-cü il tarixli müqavilə və 32000 manatın ödənilməsi haqqında maliyyə arayışı əsasında Məmiyev Cavid Məhərrəm oğluna satılması da istintaq tərəfindən müəyyən edildiyinə görə sonuncuya iddiaçının mənzilinə dair hüquq müəyyən edən sənədlərinin qanunsuz olmasını mübahisələndirmək hüququndan istifadə edir və hesab edir ki, bu sənədlər qanuna uyğun olmadığı üçün etibarsız sayılmalıdır. Əvvəlki iddiasında məhkəmələr tərəfindən Məmiyev Cavid Məhərrəm oğlunun adına iddiaçının mənzilinə dair verilmiş hüquq müəyyən edən sənədlərinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1 və 337.2 maddələrinin tələblərinə əsasən bağlandığı andan etibarsız əqd olmasına qiymət verdiyi üçün həmin qərarların ha zırda ləğv edilməsinə baxmayaraq, hesab edir ki, sözü gedən sənədlərin qanuniliyini mübahisələndirilməyi üçün müddəti buraxmamış sayılmalıdır. Çünki iddiaçı məhkəmənin verdiyi hüquqi qiymətlərə müdaxilə edə bilməz. Əgər iddiaçı tələb irəli sürməsə də, məhkəmə qərarında üçüncü şəxsin müqaviləsini etibarsız saymışsa, bu məhkəmənin səlahiyyətində olan məsələdir və bu qərarın ləğv edilməsi iddiaçının hazırki tələblə müraciət etməyini məhdudlaşdıra, həm də tərəfindən iddia müddətinin pozulması kimi qiymətləndirilə bilməz. İddiaçının iddiası mülkiyyət hüquqları ilə bağlı olduğundan hazırki işə ümumiyyətlə iddia müddəti şamil edilə bilməz. Göstərilənlərə əsasən mübahisəli mənzilə Məmiyev Cavid Məhərrəm oğlu ilə Cavabdeh MTK-nın sədri X25 arasında xx.xx.2013-cü ildə bağlanılmış "xxxx" müqavilə və eyni tarixli maliyyə arayışı bağlandığı və verildiyi andan etibarsız sayılmalı, cavabdeh iddiaçının mənzilindən çıxarılmalı, mənzili boşaldılaraq iddiaçıya təhvil verilməli, Məmiyev Cavid Məhərrəm oğlunu isə mənzilə görə kimlərə pul vermişsə, onlara qarşı da iddia qaldırmaq hüququnun olması izah edilməlidir.
31. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim S.B.Mehrəliyev) 2(004)34/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia ərizəsinin təmin edilməsi, ünvan 7 ünvanında Cavabdeh MTK tərəfindən inşa edilən yaşayış binasının 1-ci girişi, 7-ci mərtəbəsində yerləşən 106,5 kv.m sahəsi olan 2 otaqlı 44 saylı mənzilə dair Məmiyev Cavid Məhərrəm oğlu ilə Cavabdeh MTK arasında bağlanmış xx.xx.2013-ci il tarixli "xxxx" müqavilə və eyni tarixli maliyyə arayışının etibarsız hesab edilməsi, Məmiyev Cavid Məhərrəm oğlu ünvan 7 ünvanında Cavabdeh MTK tərəfindən inşa edilən yaşayış binasının 1-ci girişi, 7-ci mərtəbəsində yerləşən 106,5 kv.m sahəsi olan 2 otaqlı 44 saylı mənzildən çıxarılması və həmin mənzilin boşaldılaraq iddiaçı X23 təhvil verilməsi qət edilmişdir.
32. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddia tələbi qanuni və əsaslı olduğundan təmin edilməli, ünvan 7 ünvanında Cavabdeh MTK tərəfindən inşa edilən yaşayış binasının 1-ci girişi, 7-ci mərtəbəsində yerləşən 106,5 kv.m sahəsi olan 2 otaqlı 44 saylı mənzilə dair Məmiyev Cavid Məhərrəm oğlu ilə Cavabdeh MTK arasında bağlanmış xx.xx.2013-ci il tarixli "xxxx" müqavilə və eyni tarixli maliyyə arayışı etibarsız hesab edilməli, Məmiyev Cavid Məhərrəm oğlu ünvan 7 ünvanında Cavabdeh MTK tərəfindən inşa edilən yaşa yış binasının 1-ci girişi, 7-ci mərtəbəsində yerləşən 106,5 kv.m sahəsi olan 2 otaqlı 44 saylı mənzildən çıxarılmalı və həmin mənzil boşaldılaraq iddiaçı X23 təhvil verilməlidir.
33. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2, 324.1, 337.1, 337.2, 339.2 və 339.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində hazırkı icraat
34. Məmiyev Cavid Məhərrəm oğlu apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
35. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, C.Məmiyev vicdanlı alıcıdır, o, həmin əşyaya üçüncü şəxslərin iddialarının olmasından xəbəriz olub, həmçinin mənzili vicdanlı alıcı kimi əldə etdiyindən mənz il onun qanuni sahibliyindədir. Bu sahibliyi qanunsuz sahiblik hesab etmək olmaz. Onun sahibliyi qanunsuz olmadığı üçün əmlak ondan geri alına bilməz. İddiaçıya dəyən zərəri isə, MTK ya pul formasında ya da başqa mənzil verməklə kompensasiya eləməlidir. Çünki C.Məmiyev həmin mənzili təmir edib, ona kifayət qədər xərc çəkib. Məhkəmə ədalətli balans yarada bilməyib, C.Məmiyevin MTK ilə bağladığı müqaviləni etibarsız hesab etsə də, onun mənzilin alınması üçün ödədiyi pulun habelə təmirə çəkdiyi pulun qaytarılması barədə heç bir hüquqi nəticəyə gəlməyibdir.
36. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Ş.A.Məmmədova (sədrlik edən və məruzəçi), C.A.Yusifov və P.A.Hüseynov) xx.xx.2023-cü il tarixli 2(103)- 760/2023 saylı qərardadı ilə iddiaçı X17 cavabdeh Məmiyev Cavid Məhər rəm oğluna qarşı, Cavabdeh MTK mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edilməklə, müqavilənin etibarsızlığı, mənzildən çıxarılma və mənzilin boşaldılması” tələbinə dair 2(103)-760/2023 saylı mülki iş, iddiaçı Məmiyev Cavid Məhərrəm oğlunun cavabdeh “X23 qarşı “müqavilənin etibarsiz hesab edilməsi” tələbinə dair mülki işlə birləşdirilərək 2(103)-15/2023 nömrə altında bir icraatda baxılması qərara alınmışdır.
37. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər X.A.Mərdanova (sədrlik edən və məruzəçi), E.M.Həsənov və S.X.Bəhrəmzadə) xx.xx.2023-cü il tarixli 2(103)-15/2023 saylı qətnaməsi ilə apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6260/2018 saylı, 02 noyabr 2018-ci il tarixli qətnaməsi ləğ v edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-34/2022 saylı, 19 oktyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, X17 iddia tələbləri təmin edilmiş, ünvan 8 ünvanında Cavabdeh MTK tərəfindən inşa edilən yaşayış binasının 1-ci girişi, 7-ci mərtəbəsində yerləşən 106,5 kv.m sahəsi olan 2 otaqlı 44 saylı mənzilin iddiaçı X23 təhvil verilməsi vəzifəsinin Cavabdeh MTK-ya həvalə edilməsi, ödənilmiş 10 (on) manat dövlət rüsumunun Cavabdeh MTK-dan tutularaq iddiaçı X23 ödənilməsi, müstəqil tələb irəli sürən üçüncü şəxs Məmiyev Cavid Məhərrəm oğlunun cavabdehlər Cavabdeh MTK-ya və X23 qarşı Cavabdeh MTKya məxsus M.Xiyabani küçəsi, 5 ünvanında olan 7 mərtəbəli yaşayış binasındakı 1-ci giriş, 7-ci mərtəbədə yerləşən sahəsi 106,5 kv.m olan 2 otaqlı 44 say lı mənzilə dair cavabdehlər arasında bağlanmış xx.xx.2013-cü il tarixli müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddiasının təmin edilməməsi, ünvan 7 ünvanında Cavabdeh MTK tərəfindən inşa edilən yaşayış binasının 1-ci girişi, 7-ci mərtəbəsində yerləşən 106,5 kv.m sahəsi olan 2 otaqlı 44 saylı mənzilə dair Məmiyev Cavid Məhərrəm oğlu ilə Cavabdeh MTK arasında bağlanmış xx.xx.2013-ci il tarixli "xxxx" müqavilə və eyni tarixli maliyyə arayışının etibarsız hesab edilməsi, Məmiyev Cavid Məhərrəm oğlunun ünvan 7 ünvanında Cavabdeh MTK tərəfindən inşa edilən yaşayış binasının 1-ci girişi, 7-ci mərtəbəsində yerləşən 106,5 kv.m sahəsi olan 2 otaqlı 44 saylı mənzildən çıxarılması və həmin mənzilin boşaldılaraq iddiaçı X23 təhvil verilməsi, X25 və X16 35000 manat tutularaq Məmiyev Cavid Mə hərrəm oğluna qaytarılması və apellyatorun ödədiyi dövlət rüsumunun onun özünə aid edilməsi qət edilmişdir.
38. Məhkəmə kollegiyası hesab etmişdir ki, işə baxan birinci iş üzrə birinci instansiya məhkəməsi nəticə etibarilə Cavabdeh MTK-nın qarşılıqlı iddia tələbinə baxmasa da həmin iddia ərizəsinin baxılmamış saxlanılması barədə ərizə prosessual baxımdan heç bir hüquqi qiymət verilməmişdir. Halbuki, məhkəmə tərəfindən həmin ərizənin baxılmamış saxlanılması barədə qərardad qəbul edilməli idi. Göründüyü kimi, birinci iş üzrə birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən prosessual pozuntuya yol vermişdir.
39. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci iş üzrə Mülayim Hüseynovanın xx.xx.2008-ci il tarixli müqaviləyə və xx.xx.2013-cü il tarixli ərizəsinə istinad olunsa da, müqavilə tər əfi olan Cavabdeh MTK ilkin olaraq həmin müqavilənin həqiqiliyini qəbul etməmiş, onu qanunsuz saymış və qaldırdığı qarşılıqlı iddiasında mənzilin xx.xx.2013-cü il tarixli müqavilə əsasında Cavid Məmiyeva satıldığını etiraf etmişdir. Sonradan isə Cavabdeh MTK məhkəmə baxışı zamanı Ə.Müzəffərovun iddiasını qəbul edərək onu əsaslı, 3-cü şəxs C.Məmiyevin iddiasını isə əsassız saymışdır.
40. Kassasiya instansiyası məhkəməsinin mövqeyindən də görünür ki, işin bu halı, ilkin iddiaçı Ə.Müzəffərovla Cavabdeh MTK arasında mənzilə dair hər hansı mübahisə olmaması deməkdir. İş materiallarından görünür ki, istər birinci, istərsə də ikinci iş üzrə iddialara birinci instansiya məhkəməsində baxılarkən Azərbaycan Respublikasının Baş Prokuroru Yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində X11 və X22 barəsində istintaq getmiş, daha sonra isə Bakı Ağır Cinayətlər Məhkəməsində Cavabdeh MTK-nın adları qeyd edilən vəzifəli şəxslərinin barəsində olan cinayət işinə məhkəmə baxışı başlamış və davam etmişdir. Həmin iş üzrə iş üzrə iddiaçı Ə.Müzəffərov və 3-cü şəxs (cavabdeh) C.Məmiyev həmin cinayət işi üzrə zərərçəkmiş kimi keçmişlər.
42. Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-61/2021 saylı, xx.xx.2021-ci il tarixdə çıxarılmış hökmü qanuni qüvvəsini almışdır.
43. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, mübahisəli mənzilin Mülayim Hüseynovaya ilkin olaraq MTK tərəfindən satılması faktı mübahisəsiz olduğundan qaldırılmış tələblərə də məhz bu müqavilənin mövcudluğu baxımından yanaşmaqla müyyən edilmiş digər hallara qiymət verilməlidir.
44. Kollegiyanın qənaətinə görə Məmiy ev Cavid Məhərrəm oğlu mübahisəli mənzilin ilkin alıcısı kimi qiymətəndirilə bilməz.
45. Belə ki, X11 və X22 barəsində olan qanuni qüvvəsin almış məhkəmə hökmündən görünür ki, onlar 2 otaqlı, 106.5 kv.metr sahəli 44 nömrəli mənzili 1 may 2013cü il tarixli saxta müqavilə və maliyyə arayışı əsasında Cavid Məmiyevə satılması adı ilə ondan həmin tarixdə binanın həyətində yerləşən ofis otağında 35000 manat məbləğində pulu birlikdə alaraq aralarında bölərək şəxsi ehtiyaclarına sərf etməklə vəzifə saxtakarlığı etmiş, cinayət əməlini gizlətmək üçün isə Cavid Məmiyevin mənzilə köçməsini təmin etmişlər.
46. Beləliklə də, faktiki olaraq həmin şəxslər C.Məmiyevi açıq-aşkar aldatmış, evin M.Hüseynovaya satılmasını bildikləri halda bu faktı qəsdən C.Məmiyevdən gizlətmiş və onun pulunu alaraq mənimsəmişl ər.
47. İş materiallarından görünür ki, Cavid Məmiyev mübahisəli mənzillə bağlı X15 MTK ilə müqaviləsi olmasına dair irəli sürülən dəlilləri qəbul etmir və MTK tərəfindən aldadılmasına baxmayaraq özünü mənzilin ilkin və vicdanlı alıcısı sayır.
48. Məhkəmə kollegiyası hesab etmişdir ki, mübahisəli mənzilin Mülayim Hüseynovaya ilkin olaraq MTK tərəfindən satılması faktını nəzərə almadan Cavid Məmiyev həmin mənzilin MTK tərəfindən ilkin alıcı kimi qiymətləndirilə bilməz.
49. Kollegiya qeyd etməyi zəruri saymışdır ki, C.X7 ona münasibətdə razılıq ərizəsi odduğu halda vicdanlı alıcı kimi qiymətləndirilə bilərdi. Lakin iş materiallarından görünür ki, X15 ona deyil, Ə.Müzəffərova münsibətdə razılıq ərizəsi mövcuddur.
50. Məhkəmə hesab etmişdir ki, birinci iş üzrə müstəqil tələb irəli sürən üçünc ü şəxsin mübahisələndirdiyi müqaviləsinin etibarsızlığına dair tələbinin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun deyildir, yəni dizpozisiya əlamətləri ilə uzlaşmır. Hazırki işin faktiki halları da maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşmadığından müstəqil tələb irəli sürən üçüncü şəxs C.Məmiyevin iddiası əsaslı sayıla və təmin edilə bilməz.
51. Məhkəmə kollegiyası belə olan halda işin həqiqi halları, işdə iştirak edən şəxslərin izahatları və işin digər materialları ilə mübahisəli ünvan 9 ünvanında Cavabdeh MTK tərəfindən inşa edilən yaşayış binasının binanın 1-ci girişi, 7-ci mərtəbəsində yerləşən 106,5 kv.m sahəsi olan 2 otaqlı 44 saylı mənzilin alğı-satqı müqaviləsinin ilkin olaraq X30 ilə bağlandığından, onun razılığı olmadan sonradan həmi n mənzilin Məmiyev Cavid Məhərrəm oğluna satılmasının mülki qanunvericiliyin tələblərinə və müqavilə şərtlərinə riayət edilmədən bağlanması, eyni zamanda, X15 razılığı, xx.xx.2013-cü il tarixli müqavilə və 48000 manatın ödənilməsi haqqında maliyyə arayışı əsasında X23 qanuni əsaslarla satılması qənaətinə gəlmişdir. Buna görə də məhkəmə kollegiyasının qənaətinə görə birinci iş üzrə mübahisəli mənzilə dair cavabdehlər arasında bağlanmış xx.xx.2013cü il tarixli müqavilənin etibarsız hesab edilməsi üçün heç bir hüquqi əsas yoxdur.
52. Məhkəmə kollegiyası ikinci iş üzrə qeyd etmişdir ki, işə baxan məhkəmə həmin iş üzrə cavabdeh tərəfin mübahisəyə iddia müddətinin tətbiq edilməsinə dair 41. ərizəsinə qiymət vermədən nəticəyə gəlmişdir. Kollegiya iş üzrə iddia müddətinin tətbiqi barədə ərizəyə qiymət verilməməsini prosessual nöqsan kimi qiymətləndirir.
53. Məhkəmə kollegiyası ikinci iş üzrə həm iddiaçının tələblərinə, həm də cavabdeh tərəfin iddiaya olan etirazın əsasları, eləcə iddia müddətinin tətbiqi ərizəsi ilə bağlı hesab etmişdir ki, göstərilənlərə birinci iş üzrə gəlinmiş nəticələr baxımından və məhkəmənin qanuni qüvvəsini almış hökmünün hazırki iş üzrə preyudisial əhəmiyyət kəsb etməsi baxımından qiymət verilməli, ünvan 7 ünvanında Cavabdeh MTK tərəfindən inşa edilən yaşayış binasının 1-ci girişi, 7-ci mərtəbəsində yerləşən 106,5 kv.m sahəsi olan 2 otaqlı 44 saylı mənzilə dair Məmiyev Cavid Məhərrəm oğlu ilə Cavabdeh MTK arasında bağlanmış xx.xx.2013-ci il tarixli "xxxx" müqavilə və eyni tarixli maliyyə arayışı etibarsız sayılmalıdır.
54. Belə ki, iş materiallarından gör ünür ki, X30 mübahisəli mənzili alaraq onun qanuni sahibi olmuş və daha sonra X32 da mübahisəli mənzili həmin mənzilin birbaşa qanuni sahibindən əldə etməklə onun qanuni alıcısı olmuş, Cavabdeh MTK (X25 və X33) tərəfindən dələduzluq yolu ilə, məhz mənzilin ilkin alıcısı olan Mülayim Hüseynovadan həmin mənzili 30 dekabr 2013-cü il tarixli müqavilə əsasında 48.000 (qırx səkkiz min) manat pul ödəməklə satın almış X28 öz əmlakından istifadə ilə bağlı hüquqlarından məhrum etmək niyyəti ilə vəzifə saxtakarlığı etmiş, cinayət əməlini gizlətmək üçün Məmiyev Cavid Məhərrəm oğluna 01 may 2013-cü il tarixli yaşayış binasında mənzil tikintisi haqqında müqavilə əsasında 35000 manat məbləğində sataraq sonuncunun mənzilə köçməsini təmin etmişlər.
55. Məhkəmə kollegiyası həmçinin göstərilənlərlə, eləcə də, bağlanmış müqavilələr üzrə təqsirləndirilən şəxslərin mübahisəli mənzillə bağlı işdə olan qanuni qüvvəsini almış məhkəmə hökmündə əksini tapmış istintaq və məhkəmə iclasında verdikləri ifadələrinə də diqqət yetirilməsini zəruri sayır. Belə ki, təqsirləndirilən şəxs X25 istintaq zamanı verdiyi ifadələrində göstərmişdir ki, 2 otaqlı, 106,5 kv. metr sahəli 44 №-li mənzilin satılması ilə bağlı X15 adına xx.xx.2008-ci il tarixli müqavilə və 54315 manatın ödənilməsi haqqında maliyyə arayışı, onun adından X17 adına keçirilməsi ilə əlaqədar tərtib olunmuş xx.xx.2013-cü il tarixli müqavilə və 48000 manatın ödənilməsi haqqında maliyyə arayışı, həmçinin Məmiyev Cavid Məhərrəm oğlunun adına xx.xx.2013-cü il tarixli müqavilə və 32000 manatın ödənilməsi haqqında maliyyə arayışında da MTK sədrinin adın dan əks olunan imzalar ona məxsusdur. Mülayim Hüseynovaya mənzil 2008-ci ildə qanuni olaraq satılmaqla, pulu MTK-ya mədaxil olunmuşdur. Sonradan Mülayim mənzilini Ərəstuna sataraq pulunu almışdır. Məmiyev Cavid Məhərrəm oğlunu isə tanımamış, ona mənzil satmamış və bu barədə məlumatı olmamışdır. Habil Fətəliyev ondan xəbərsiz bu mənzili də satmış və pulu almışdır Təqsirləndirilən şəxs Habil Fətəliyev ifadəsində həmçinin göstərmişdir ki, Cavabdeh MTK-nın inşa etdiyi binadan 2 otaqlı, 106,5 kv. metr sahəli 44 №-li mənzilin satılması ilə bağlı X15 adına xx.xx.2008-ci il tarixli müqavilə və 54315 manatın ödənilməsi haqqında maliyyə arayışı, onun adından X17 adına keçirilməsi ilə əlaqədar tərtib olunmuş xx.xx.2013-cü il tarixli müqavilə və 48000 manatın ödənilməsi haqqında maliyyə arayışı, həmçi nin Məmiyev Cavid Məhərrəm oğlunun adına xx.xx.2013cü il tarixli müqavilə və 32000 manatın ödənilməsi haqqında maliyyə arayışını da MTK sədrinin adından əks olunan imzalar Cahangir Alışova məxsus olmuşdur. Mülayim Hüseynovanı tanımamış, ona mənzil satışında, həmçinin mənzilin Ərəstunun adına keçirilməsində iştirak etməmişdir. 2013-cü ilin yazında həmin 2 otaqlı 44 №-li mənzilin əvvəllər kiməsə satılmasını yoxlamadan xatırlamadığı maklerlərin vasitəsilə satışa çıxarmış və binanın ofisinə gəlmiş Cavid Məmiyevlə danışmış, ondan 32000 manatı almışdır. MTK-nın möhürlü, Cahangir Alışovun imzası əks olunan blanklarından istifadə etməklə müqavilə və maliyyə arayışını yazıb vermiş, C.Alışova bu satış haqqında məlumat verməmiş və pulu binanın bəzi işlərinə xərcləmişdir. Cavidi mənzilin ilkin alıcısı kimi bildiyinə görə onu təmir işlərinə buraxmışdır. Hökmdən daha sonra Cavabdeh MTK-dan mənzil satışlarına dair Cahangir Alışova elan edilmiş ittihamın otuz dördüncü epizodu, Habil Fətəliyevə elan edilmiş ittihamın qırx dördüncü epziodu olan Cavabdeh MTK-nın inşa etdiyi binanın 10-cu mərtəbəsindəki 2 otaqlı, 106,5 kvadrat metr sahəli 44 saylı bağlı Cahangir Alışov və X33 tərəfindən məhkəməyə təqdim edilmiş, hər iksi tərəfindən imzalanmış birgə yazılı ifadələrindən görünür ki, onlar bildirmişlər ki, mənzil ilkin olaraq 2008-ci ildə X5, sonradan MTK-a sədrinin adına ərizə ilə müraciət edərək mənzili X17 adına keçirtmişlər. Məhkəmə mübahisəsi olmuş, Bakı Apellyasiya Məhkəməsi cinayət işi getdiyi üçün icraatı dayandırmışdır. Mənzilin qanuni sahibi X29r. Həmin mənzil 2013-cü ildə X40 tərəfin dən Məmiyev Cavid Məhərrəm oğluna 35000 manat ödənişlə verilmişdir. Mənzillə bağlı MTK-ya heç bir vəsait daxil olmamışdır.Buna baxmayaraq Məmiyev Cavid Məhərrəm oğlu zərərçəkmiş şəxs kimi tanınmış və zərərin əvəzi ödənilməsi üçün «Abşeron Kristal»tikinti şirkətinə göndərilmişdir. Mənzildə aparılan təmir xərcləri ilə bağlı məhkəməyə müraciət edib X23 qarşı iddia qaldırmaq hüququ vardır.
56. Məhkəmə kollegiyası Məmiyev Cavid Məhərrəm oğlu ilə Cavabdeh MTK arasında bağlanmış xx.xx.2013-ci il tarixli müqavilə və eyni tarixli maliyyə arayışı barədə yuxarıda göstərilən qənaətə gələrkən 2013-cü il üçün ünvan 7 ünvanında Cavabdeh MTK tərəfindən inşa edilən yaşayış binasının 1-ci girişi, 7-ci mərtəbəsində yerləşən 106,5 kv.m sahəsi olan 2 otaqlı mənzilin dəyərinin də həmin dövr üçün 32000 və ya 350 00 manat məbləğində olmasının da real, inandırıcı və ağlabatan (M.Hüseynova ilə Ə.Müzəffərovun mənzilə görə ödədikləri məbləblər baxımından) olmamasını qeyd edir.
57. Məhkəmə hesab etmişdir ki, Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından ikinci iş üzrə cavabdeh S.Məmiyev öz hüquqi mövqeyini sübut edilə bilməmiş və iddiasının əsaslı olmasına dair hər hansı mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir.
58. Kollegiya həmçinin hesab etmişdir ki, hazırkı mübahisəyə Mülki Məcəllənin 452.1-ci maddəsinin tətbiqinə dair Cavid Məmiyevə münasibətdə həmin normanı tətbiq etməklə Ə.Müzəffərovun iddiasını rədd etmək olmaz. Belə ki, Mülki Məcəllənin 452.1-ci maddəsinə görə fərdi müəyy ən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Qeyd olunan normadan göründüyü kimi, kreditorun fərdi-müəyyən əşyanı (hazırki halda mənzili) borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini o halda tələb edə bilməz ki, əmlak artıq mülkiyyət hüququ ilə üçüncü şəxsə verilmiş olsun. Yəni fərdi-müəyyən əşya üçüncü şəxsə mü lkiyyət hüququ ilə verilmədiyi halda, həmin əşya ilə bağlı öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditora verilməlidir. Hazırkı işin hallarından da müəyyən olunduğu kimi, dəyəri ödənilməklə mübahisəli mənzilə dair ilkin olaraq müqavilə M.Hüseynova ilə bağlanmış, o isə Ə.Müzəffərova satmışdır. Bununla da müəyyən olunur ki, tərəflər arasında podrat müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır.
59. Məhkəmə kollegiyası hesab etmişdir ki, MTK tərəfindən mənzil artıq M.Hüseynova satıldığı üçün digər şəxsə, konkret olaraq C.Məmiyevə satıla bilməzdi.
60. Məhkəmə kollegiyası eyni zamanda onu da qeyd etmişdir ki, hazırkı mülki işin faktiki halları baxımından da MM-in 452.1-ci maddəsinin tətbiqi düzgün hesab oluna bilməz. Çünki, MM-in istinad olunan 4 52.1-ci maddəsinin təhlilindən aydın olur ki, həmin normada mülki dövriyyədə azad şəkildə, hər hansı maneəsiz və tam sərbəst özgəninkiləşdirilə bilən əşyalardan, yəni əşyanın özünün verilməsi ilə həmin əşyaya mülkiyyətin də eyni vaxtda verilməsindən bəhs edilir. Başqa sözlə, daşınmaz əşyalar və rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyaların özgəninkiləşdirilməsi zamanı alğısatqı müqaviləsinə əsasən alıcının əmlak barəsində yalnız sahiblik və istifadə hüquqları yaranır, sərancam hüququ isə müqavilənin dövlət qeydiyyatından sonra əmələ gəlir, yəni mülkiyyət hüququnun əldə edilməsi dövlət qeydiyyatı ilə bağlı olur, rəsmi reyestrdə qeydə alınması tələb olunmayan istənilən daşınar əşyalar barəsində isə belə qaydaya riayət edilməsi tələb olunmur, yəni əşyanın əldə edilməsi ilə eyni vaxtda həmin əşyaya mülkiyyət hüququ da əldə edənə keçir. Bununla da müəyyən olunur ki, İddiaçı2 mübahisəli mənzili MTK-dan tələb etməsi üçün hər hansı qadağa mövcud deyildir, yəni həmin mənzil cavabdeh C.Məmiyevin adına qeydə alınmamışdır və müvafiq olaraq onun mülkiyyətində deyildir. Başqa sözlə, sözügedən cavabdehə münasibətdə Mülki Məcəllənin 452.1-ci maddəsində nəzərdə tutulmuş zəruri dispozitiv şərt (bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır) müəyyən edilmir Beləliliklə də Mülki Məjəllənin 452.1-ci maddənin hazırki halda cavabdehə münasibətdə tətbiq edilməsi yolverilməzdir.
61. Apellyasiya instansiyası məhkəməsi X11 cəzaçəkmə müəssisəsindən apellyasiya instansiyası məhkəməsinə ünvanladığı ərizəsində mübahisəli mənzilin C.Məmiyevin istifadə saxlanmas ının məqsədəuyğunluğu barədə ərizəsinə qiymət verərək hesab edir ki, bu ərizə hazırki iş üzrə heç bir hüquqi əhəmiyyət kəsb etmədiyi üçün nəzərə alınması və sübut kimi qiymətləndirilməsi mümkün deyildir. Belə ki, məhz X25 və X22 qanunsuz və cinayət xarakterli hərəkətləri nəticəsində onlar C.Məmiyevi aldadılaraq mənzilin faktiki sahibi olan Ə.Müzəffərova qarşı törədilən cinayətlərini ört-basdır etmək niyyəti ilə onu qanuni əsaslarla olmadan mənzilə köçürülməsini təmin etməklə hazırki ağır mənəvi duruma salmışlar.
62. Məhkəmənin kollegiyasının qənaətinə görə, hazırkı iş üzrə sözügedən mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, iddiaçının qanuni əsaslarla əldə etdiyi həmin mənzi üzərində olan huquqları əmlak hüquqları hesab olunur və onun bu hüquqları Avropa Məhkəməsinin pr esedent hüququna əsasən 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsinin tətbiqi dairəsinə düşən «mülkiyyət» anlamını təşkil edir. Buna görə də qanuni əsaslarla əldə etdiyi mənzillə bağlı digər, qanuni yollarla deyil, cinayət əməlini gizlətmək məqsədi ilə digər şəxsin adına bağlanmış müqavilənin etibarsızlığı ilə bağlı Ə.Müzəffərov tərəfindən iddia müddətinin buraxılmasına yol verilməmişdir.
63. Məhkəmə kollegiyası digər tərəfdən qeyd etməyi də zəruri saymışdır ki, ikinci iş üzrə cavabdeh tərəfin iddia müddətinin tətbiqi ilə bağlı ərizə verməsi ilə bir növ ona qarşı qaldırılmış iddianın əsaslı olması ilə razılaşmasına da dəlalət edir.
64. Məhkəmə kollegiyası hesab etmişdir ki, ünvan 7 ünvanında Cavabdeh MTK tərəfindən inşa edilən yaşayış binasının 1-ci girişi, 7-ci mərtəbəsində yerləşən 106,5 kv.m sahəsi olan 2 otaqlı 44 saylı mənzilə dair Məmiyev Cavid Məhərrəm oğlu ilə Cavabdeh MTK arasında bağlanmış xx.xx.2013- ci il tarixli "xxxx" müqavilə və eyni tarixli maliyyə arayışı etibarsız hesab edildiyi üçün X6 Habil Məmməd oğlundan 35000 manat tutularaq Məmiyev Cavid Məhərrəm oğluna qaytarılmalıdır.
65. Belə ki, Məmiyev Cavid Məhərrəm oğlundan alınan məbləğ maliyyə arayışında 32000 manat göstərilməsinə baxmayaraq qanuni qüvvəsini almış məhkəmə aktları ilə həmin məbləğin faktiki olaraq 35000 manat olmaqla, onun tərəfindən MTK-nın hesabına köçürülməsi təsdiqini tapmamışdır. X49 Məhərrəm oğlundan alınan məbləğ X25 və X22 şəxsi ehtiyaclarına sərf etmələri təsdiqlənmişdir.
66. Məhkəmə kollegiyası həmçinin hesab etmişdir ki, Məmiyev Cavid Məhərrəm oğluna mənzili X23 təhvil verdikd ən sonra təmir işləri və onlara çəkilmiş xərclərə dair müvafiq iddia qaldırmaq hüququnun olması izah edilməlidir.
67. Kollegiya həmçinin xüsusi olaraq bu qənaətə də gəlmişdir ki, C.X8 və X22 dələduzluq və vəzifə saxtakarlığı kimi cinayət əmələlini gizlətmək yolu onu aldatmaları ilə müşayət olunan, qanuna uyğun olmayan müqavilə və arayış verməklə (məhkəmə hökmünə əsasən saxta olan) onun hazırki vaxta kimi qanuni əsaslar olmadan Ə.Müzəffərova məxsus olmasını bilə-bilə, onun mənzilinə köçməsinə, təmir edib yaşamasına şərait yaratması ilə bağlı onlara (C.Alışov və H.Fətəliyev) qarşı həmçinin maddi və mənəvi ziyanın vurulması tələbi ilə də iddia qaldırmaq hüququndan yararlana bilər. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri Məmiyev Cavid Məhərrəm oğlu kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, onun iddiasının təmin və iddiaçının iddiasının rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
69. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 60-cı maddələrinin, Mülki Məcəllənin 152, 157, 182-ci maddəsinin tələblərini pozmuşdur. Kassator vicdanlı alıcıdır, o, həmin əşyaya üçüncü şəxslərin iddialarının olmasından xəbəriz olub, həmçinin mənzili vicdanlı alıcı kimi əldə etdiyindən mənzil onun qanuni sahibliyindədir. Bu sahibliyi qanunsuz sahiblik hesab etmək olmaz. Onun sahibliyi qanunsuz olmadığı üçün əmlak ondan geri alına bilməz. İddiaçıya dəyən zərəri isə, MTK ya pul formasında ya da başqa mən zil verməklə kompensasiya eləməlidir. Çünki C.Məmiyev həmin mənzili təmir edib, ona kifayət qədər xərc çəkib. Məhkəmə ədalətli balans yarada bilməmiş, C.Məmiyevin MTK ilə bağladığı müqaviləni etibarsız hesab etsə də, onun mənzilin alınması üçün ödədiyi pulun, habelə təmirə çəkdiyi pulun qaytarılması barədə heç bir hüquqi nəticəyə gəlməmişdir. Cavabdeh MTK-ya məxsus Yasamal rayonu, M.Xiyabani küçəsİ, 5 ünvanında olan 7 mərtəbəli yaşayış binasındakı 1-ci giriş, 7-ci mərtəbədə yerləşən sahəsi 106,5 kv.m olan 2 otaqlı 44 saylı mənzili xx.xx.2013-cü il tarixdə MTK-nın sədri X24 ilə aralarında bağlanmış "xxxx" müqavilə əsasında almışdır. Sonradan ona məlum olmuşdur ki, C.Alışov heç bir səlahiyyəti olmadan onun mənzilini xx.xx.2013-cü il tarixdə Aida Müzəffərovaya qanunsuz olaraq vermişdir. Əvvəl a vicdanlı alıcı və mənzilin mülkiyyətçisidir. Yəni, lazımi qaydada evi satıcıdan almışdır. Sənədlərinin rəsmiləşdirilməsi üçün bütün tədbirləri görmüşdür. X45 C.Alışovun qanunsuz hərəkətləri nəticəsində ondan sonra mənzilinə dair MTK ilə qanunsuz müqavilə bağlamışdır. 68. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
70. İddiaçı Ə.Müzəffərov kassasiya şikayətinə qarşı etiraz verərək, onun təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi
71. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
72. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahib liyindən öz əmlakını geri tələb edə bilər.
73. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
74. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
75. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
76. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
77. Maddə 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir.
78. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
79. Maddə 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsi
80. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
81. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
82. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə vəkommersiya mübahisəsinəbaxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
83. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam bax dıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
84. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
85. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
86. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
87. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
88. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
89. Maddə
420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri
90. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmə ləri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
91. Hazırkı kassasiya şikayətində qətnamə Məmiyev Cavid Məhərrəm oğlu tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
92. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçı X17 iddialarının təmin edilməsi, 3-cü şəxs Məmiyev Cavid Məhərrəm oğlunun iddiasının rədd edilməsi nəticəsinə gəlinərkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Sübutları araşdırmaq və qiymətləndirmək səla hiyyətinə malik olan məhkəmələr tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır.
94. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassızdır.
95. Belə ki, mübahisəli mənzilin MTK tərəfindən ilkin olaraq Mülayim Hüseynovaya satılması faktı mübahisəsizdir. Onun razılığı olmadan sonradan həmin mənzilin Məmiyev Cavid Məhərrəm oğluna satılmasının mülki qanunvericiliyin tələblərinə və müqavilə şərtlərinə riayət edilmədən bağlanması, eyni zamanda, X15 razılığı, xx.xx.2013-cü il tarixli müqavilə və 48000 manatın ödənilməsi haqqında maliyyə arayışı əsasında X23 qanuni əsaslarla satılması müəyyən edilmişdir.
96. Buna görə də, Məmiyev Cavid Məhərrəm oğlu mübahisəli mənzilin ilkin alıcısı və eyni zamanda, vicdanlı alıcı hesab edilə bilməz.
97. Belə ki, hazırki işdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinin dispozisiya şərtləri mövcud deyildir, 3-cü şəxs mənzili daşınmaz əmlakı dövlət reyestrində aparılmış qeydə əsaslanaraq əldə etməmişdir.
98. Həmçinin kassatorun Mülki Məcəllənin 452-ci maddəsinə istinad etməsi də əsassızdır. Belə ki, “M.Hüseynovun şikayət üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 iyul 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 04 mart 2015-ci il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyə görə mənzilin dəyərini tam ödəməklə həmin əmlaka sahiblik və istifadə hüququ başqa şəxs tərəfindən əldə edildikdən sonra MTK-nın mülkiyyətində olmayan əşya (mənzil) barədə sərəncam verməsi mülki qanunvericiliyin normalarına və Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə uyğun deyildir.
99. Konstitusiya baxışının predmeti olmuş həmin mülki işdə də, hazırkı işdə olduğu kimi, söhbət MTK tərəfindən mənzilin bir şəxsə satıldıqdan sonra başqa şəxsə də satılmasından getmiş və Konstitusiya Məhkəməsi məhkəmələr tərəfindən Mülki Məcəllənin 452.1-ci maddəsinin bu hala tətbiqini qanuni hesab etməmişdir.
100. Həmçinin nəzərə alınmalıdır ki, X11 və X22 barəsində olan qanuni qüvvəsin almış məhkəmə hökmü ilə müəyyən edilmişdir ki, onlar 2 otaqlı, 106.5 kv.metr sahəli 44 nömrəli mənzili 1 may 2013-cü il tarixli saxta müqavilə və maliyyə arayışı əsasında Cavid Məmiyevə satılması adı ilə ondan həmin tarixdə binanın həyətində yerləşən ofis otağında 35000 manat məbləğində pulu birlikdə alaraq aralarında bölərək şəxsi ehtiyaclarına sərf etməklə vəzifə saxtakarlığı etmiş, cinayət əməlini gizlətmək üçün isə Cavid Məmiyevin mənzilə köçməsini təmin etmiş, faktiki olaraq həmin şəxslər C.Məmiyevi açıq-aşkar aldatmış, evin M.Hüseynovaya satılmasını bildikləri halda bu faktı qəsdən C.Məmiyevdən gizlətmiş və onun pulunu alaraq mənimsəmişlər. Belə olan halda, C.Məmiyev ona vurulmuş ziyanın ödənilməsini təqsirli şəxslərdən tələb edə bilər.
101. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddiaçı X17 iddialarının təmin edilməsi, 3-cü şəxs Məm iyev Cavid Məhərrəm oğlunun iddiasının rədd edilməsi hissəsində ləğvi üçün əsas yoxdur və qətnamə bu hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.
102. Lakin məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən xx.xx.2013- ci il tarixli "xxxx" müqavilə və eyni tarixli maliyyə arayışı etibarsız hesab edildiyi üçün X25 və X16 35000 manat tutularaq Məmiyev Cavid Məhərrəm oğluna qaytarılması barədə gəlinən nəticə prosessual hüquq normalarının tələblərinə ziddir.
103. Belə ki, apellyasiya məhkəməsi Məmiyev Cavid Məhərrəm oğlundan alınan məbləğin maliyyə arayışında 32000 manat göstərilməsinə baxmayaraq qanuni qüvvəsini almış məhkəmə aktları ilə həmin məbləğin faktiki olaraq 35000 manat olmaqla, onun tərəfindən MTK-nın hesabına köçürülmədiyini və X49 Məhərrəm oğlundan alınan məbləğ X 25 və X22 şəxsi ehtiyaclarına sərf etmələri təsdiqləndiyini müəyyən etsə də, etibarsız əqd üzrə alınmış məbləğin qaytarılması məsələsini hazırki iddia çərçivəsində həll edə 93. bilməzdi. X9 və X33 hazırki iş üzrə nə cavabdeh, nə də 3-cü şəxs kimi cəlb edilməmişdirlər.
104. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, bu hissədə məhkəmə işdə iştirak etməyə cəlb edilməmiş şəxslərin hüquq və vəzifələrinə dair onların hüquqlarının pozulmasına səbəb olan qətnamə qəbul etdiyinə görə qətnamə həmin hissədə ləğv edilməli, Məmiyev Cavid Məhərrəm oğluna mənzilin əldə edilməsinə görə ödədiyi vəsaitin qaytarılması üçün X25 və X26 qarşı ümumi qaydada məhkəmədə iddia qaldırmaq hüququ izah edilməlidir.
105. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti t əmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən, X25 və X16 35000 manat tutularaq Məmiyev Cavid Məhərrəm oğluna qaytarılması hissəsində ləğv edilməli, qalan hissələrdə isə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
106. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 may 2023-cü il tarixli 2(103)15/2023 saylı qətnaməsi qismən, X25 və X16 35000 manat tutularaq qaytarılması hissəsində ləğv edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.