Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3337/2021 03.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Ləğv prosessində olan İddiaçı1 ASC-nin ləğvedicisi İddiaçı2 cavabdehlər Cavabdeh 1 qızı, Cavabdeh2 və X2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İmanov Turqut Muxtar oğlunun katibliyi, iddiaçı Ləğv prosessində olan İddiaçı1 ASCnin ləğvedicisi İddiaçı2 vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 fevral 2021-ci il ta rixli, 2(103)1676/2021 saylı qətnaməsindən iddiaçı Ləğv prosessində olan İddiaçı1 ASC-nin ləğvedicisi İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 03 avqust 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Kreditor "xxxx" ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış 17.02.2015-ci il tarixli, ***/15 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə 36 ay müddətinə, illik 29% ödəmək şərtilə 5.200 manat məbləğində kredit verilmişdir. X3 və Cavabdeh2 17.02.2015-ci il tarixli, ***/15 saylı zaminlik müqaviləsinə əsasən borcalan ilə birlikdə kreditor qarşısında kredit məbləğinin, hesablanacaq faizlərin və cərimə pulunun ödənilməsi barədə öhdəlik götürmüşlər. Cavabdehlər müqavilə öhdəliklərini pozmuş, bor c məbləği tam ödənilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Ləğv prosessində olan İddiaçı1 ASC-nin ləğvedicisi İddiaçı2 cavabdehlər Cavabdeh 1 qızı, Cavabdeh2 və X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən birgə qaydada 4.725,82 manat əsas, 4.308,94 manat faiz borcunun, habelə hesablanmış 4092 manat dəbbə pulunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddianın məbləğini dəqiqləşdirərək, cavabdehlərdən birgə qaydada 4.725,82 manat əsas, 3.571,71 manat faiz borcunun, habelə hesablanmış 2.199,36 manat dəbbə pulunun və gecikdirilmiş vaxt üçün hesablanmış 294,36 manat pulun tutulmasını xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər ara sında yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar heç bir fayda verməmişdir.
4. Cavabdehlər birinci instansiya məhkəməsinin iclaslarında iştirak etməmiş və iddia tələbinə qarşı yazılı münasibət də bildirməmişlər.
5. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim N.Nəbizadə, iş № 2(001)-80/20) iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh 1 qızı, Cavabdeh2 və X1 müştərək qaydada 4.717,79 manat əsas borc və ödənilmiş dövlət rüsumunun 10,91 manat hissəsinin tutularaq iddiaçı Ləğv prosessində olan İddiaçı1 ASC-nin ləğvedicisi İddiaçı2na ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin olunmamışdır.
6. Məhkəmə cavabdehin Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının təsir dairəsinə düşməsinin işin mübahisəsiz halı olmasını nəzərə alaraq hesab etmişdir ki, cavabdehin əsas borcu 4.717,79 (iddia ərizəsində 4.725,82) manat olduğu halda, cavabdehlərdən məhkəmə qaydasında əlavə olaraq 3.571,73 manat faiz, 4.054,02 manat cərimə borcunun və gecikdirilmiş vaxt üçün illik 5% 617,10 manat olmaqla, cəmi 12.968,67 manat məbləğində borcun tələb edilməsi Fərmanın ruhuna ziddir.
7. Belə ki, qeyd olunan Fərman vətəndaşlara dəstək və onların maliyyə yükünün azaldılması məqsədi ilə qəbul olunmuş, bu dəstəyin reallaşdırılması üçün dövlət tərəfindən banklara kifayət qədər şərait yaradılmış və banklar vətəndaşlarla olan kredit münasibətlərin də daha güclü və məlumatlı tərəf olmaqla, üzərlərinə düşən vəzifələri daha ədalətli və humanist şəkildə icra etməli idilər.
8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 448.1, 470.1, 472, 739-cu maddələrinə istinadla əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
9. İddiaçının nümayəndəsi həmin qətnamədən apelyasiya şikayəti verərək qətnamənin qismən ləğv edilməsi və iddia tələbinin təmin olunmayan hissəsinin tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 fevral 2021-ci il tarixli, 2(103)-1676/2021 saylı qətnaməsi ilə (hakimlər A.Ə.İsgəndərov (sədrlik edən və məruzəçi), İ.Ə.Kərimli və E.C.Kazımov) apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayo n Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli qətnaməsi apelyasiya şikayəti üzrə mübahisələndirilən hissədə (iddianın təmin olunmayan hissəsində) dəyişdirilmədən saxlanılmışdır.
11. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab etmişdir ki, cavabdehin kredit borcunun Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının təsiri altına düşməsi işin mübahisəsiz halıdır. İddiaçı kredit borcunun həmin Fərmana uyğun olaraq restrukturizasiya olunmamasının səbəbini cavabdehin bu məqsədlə şəxsən müraciət etməməsi ilə izah etmişdir.
12. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, borcun restrukturizasiya olunması barədə bildiriş cavabdehin ünvanına deyil, səhvən başqa ünvana - ünvan 1işdir. A.Hacıyevanın Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Neftçi küçəsi, ev 30B ünvanda yaşaması və ya qeydiyyatda olması barədə işdə heç bir sübut mövcud deyil. İş materiallarında, o cümlədən kredit müqaviləsində və iddia ərizəsində cavabdehin ünvanı kimi ünvan 2B kimi göstərilmişdir.
13. Apelyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, təqdim edilmiş bildirişdə ünvanından başqa, Cavabdeh1 (Hacıyeva) borclu olduğu bankın adı da səhv yazılmış, hətta, bildirişin məzmununda da kobud səhvə yol verilərək kredit müqaviləsinin tarixi, nömrəsi də göstərilməmiş, borclunun hansı müqavilə üzrə hansı banka yaxınlaşması qeyri-müəyyən qalmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri 14.İddiaçının nümayəndəsi kassasiya şikayə ti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
15. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasi Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının icrası qaydaları ilə bağlı restrukturizasiya olunacaq kreditlər üzrə cavabdeh, müştəri banka yaxınlaşaraq yeni müqavilə bağlamalıdır. Bu yeni müqavilə məhkəmədə işin dayandırılması üçün əsasdır. Əks halda, müştəri tərəfindən heç bir müraciət olunmaması və ya bankın müraciətinə məhəl qoyulmaması, həmin müştərinin borc barədə razılığa gəlmək istəməməsi, öz mövqeyində dayanaraq bank qarşısında borc öhdəliyini nəzərə almaması kifayət edir ki, həmin öhdəliyin məcburi icrası məqsədilə məhkəməyə müraciət edilsin. Beləliklə, müştəri yeni müqavilənin bağlanması üçün razılıq vermədiyi təqdirdə bank əvvəlki müqavilə şərtlərinə uyğun olaraq faiz və cərimə tələb edə bilər. Hazırkı işdə cavabdeh müqaviləni mübahisələndirir onun yeni müqavilənin bağlanmasına razılıq verəcəyi inandırıcı deyil. Bu səbəbdən məhkəmənin hadisələri qabaqlayaraq bankın müqavilə üzrə tələb etməyə haqqı olan faiz və cəriməni təmin etməməsi qanuna ziddir. Ölkə başçısının 28 fevral 2019-cu il tarixli Fərmanına uyğun olaraq hazırkı mülki iş üzrə Fərmanın icrası ilə bağlı cavabdehə bildiriş göndərilmişdir. Lakin, cavabdeh tərəfindən banka yeni müqavilə bağlanması üçün müraciət edilməmişdir. Məhkəmə hazırkı qətnamə ilə Fərma nın qaydalarını düzgün tətbiq etməyərək və səlahiyyətlərini aşaraq həm restrukturizasiya üçün müraciət etmədən, həm də bankı Fərmanın qaydalarında nəzərdə tutulmuş 1% restrukturizasiya gəlirindən məhrum edərək nəzərə almadan ancaq vətəndaşın mövqeyini nəzərə alan qətnamə qəbul etmişdir. Bundan başqa məhkəmə qətnaməsində restrukturizasiyanan bağlı bank tərəfindən cavabdehə ünvanlanmış 07.10.2019-cu il tarixli bildirişin Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Neftçi küçəsi, ev 30 B ünvanına göndərildiyini, cavabdehin isə həmin ünvanda qeydiyyatda olmadığını qeyd etmişdir. Bank 2018-ci ildə məhkəməyə müraciət edən zaman cavabdehin qeydiyyat ünvanı ünvan 3 2019-cu il tarixində restrukturizasiyanan bağlı cavabdehə məktub ünvanlanan zaman qeydiyyat ünvanının dəyişdirildiyi məlum olmuşdu r və məktub cavabdehin yeni qeydiyyat ünvanına, yəni Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Neftçi küçəsi, ev 30 B ünvanına göndərilmişdir. Bu da onu göstərir ki, cavabdeh tam şəkildə məlumatlandırılmışdır.Həmçinin məhkəmə restrukturizasiyanan bağlı cavabdehə ünvanlanan məktubda icraçı bankın adının səhv yazıldığını göstərmişdir. Bununla bağlı qeyd olunur ki, LPO "xxxx" ASC-nin və digər Ləğv prosesində olan bankların Fərmanın icrasını həyata keçirən işçi qrupu LPO "xxxx"ASC-nin ünvan 5 ünvanında yerləşən “Əməliyyat İdarəsi” filialında həyata keçirilir ki, cavabdeh də bu barədə düzgün olaraq məlumatlandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları 17.Məhkəmə kolle giyasının iclasında iddiaçı Ləğv prosessində olan İddiaçı1 ASC-nin ləğvedicisi İddiaçı2 vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
18. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə cavabdehlər Cavabdeh 1 qızı, Cavabdeh2 və X4 məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq
19. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə
389. Müqavilə anlayışı 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlər də qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə
443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə
445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi x əbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə
739. Borc müqaviləsi 739.1. Borc müqav iləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə
417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.3. apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apelyasiya instansiyası məhkəməsinə göndərə bilər; Maddə
418. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
20. Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikasi Prezi dentinin Fərmanı
5. Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilsin ki: 5.1. bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10. 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17.000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682 000 000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini təmin etsin; 5.2. bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 000 000,0 (iki yüz on be ş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsini təmin etsin; Kassasiya baxışının hədləri
21. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
22. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edil məsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
23. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməmə lidir.
24. Hazırkı kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyindən, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
26. Kassasiya kollegiyası cavabdehin Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının təsir dairəsinə düşməsinin işin mübahisəsiz halı olmasının məhkəmə tərəfindən nəzərə alınaraq cavabdehin əsas borcunun 4.717,79 (iddia ərizəsində 4725,82) manat olduğu halda, cavabdehlərdən məhkəmə qaydasında əlavə olaraq 3.571,73 manat faiz, 4.054,02 manat cərimə borcunun və gecikdirilmiş vaxt üçün illik 5% 617,10 manat olmaqla, cəmi 12968,67 manat məbləğində borcun tələb edilməsinin Fərmanın ruhuna zidd olması ilə bağlı gəldiyi qənaətlə razılaşır.
27. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.
28. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
29. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: İddiaçı Ləğv prosessində olan İddiaçı1 ASC-nin ləğvedicisi İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 fevral 2021-ci il tarixli, 2(103)1676/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.