Məhkəmə qərarları › İş №2(102)-3338/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-3338/2019

13.05.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3338/2019 13.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Əkbərli Əkbər Eldar oğlunun katibliyi, iddiaçının vəkili Vəkil iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 21 dekabr 2018-ci il tarixli qətnaməsindən “xxxx” MMC-nin və vəkili Vəkil kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-735/2018 saylı, 04 iyul 2018-ci il tarixli qətnaməsi ilə, “xxxx” Lizinq Şirkəti QSC ilə bağlanmış 25 aprel 2014- cü il tarixli 2049T/14/B saylı daxili maliyyə lizinq müqaviləsinə əsasən «xxxx» MMC-dən öhdəliklərinin yerinə yetirməməsi nəticəsində ödənilməmiş 6343 manat faiz borcu və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 6373 manat məbləğində borcun İddiaçı Lizinq Şirkəti Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 dekabr 2018-ci il tarixli, 2(103)-13054/2018-saylı qətnaməsi ilə (hakimlər E.Kazımov sədrlik edən, məruzəçi, T.Səmədov və İ.Şirinov) cavabdeh «xxxx» MMC-nin apellyasiya şikayəti təmin edilməyərək hazırki iş üzrə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-735/2018 saylı, 04 iyul 2018-ci il tarixli qətnaməsi cavabdeh «xxxx» MMC-nin (apellyasiya şikayətinə) münasibətdə, mübahisələndirilən hissədə dəyişdirilm ədən saxlanılmışdır. İŞİN HALLARİ: İddiaçı Lizinq Şirkəti Qapalı Səhmdar Cəmiyyəti cavabdeh «xxxx» MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” Lizinq Şirkəti QSC ilə bağlanmış 25 aprel 2014-cü il tarixli 2049T/14/B saylı daxili maliyyə lizinq müqaviləsinə əsasən «xxxx» MMC-dən öhdəliklərinin yerinə yetirməməsi nəticəsində dəymiş ziyan üzrə 6343 manat faiz borcunun və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh “xxxx” MMC-ti və vəkili Vəkil kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, məhkəmə prosesinin birtərəfli qaydada aparılması nəticəsinə, ə dalət mühakiməsinin bütün prinsipləri pozulmuşdur. Bakı Apellyasiya Məhkəməsi qətnaməni çıxaran zaman istinad etdiyi işin faktiki halları biri-birinə ziddiyyət təşkil edir. Eyni zamanda istinad etdiyi halların qanuni əsaslılığını müəyyən etməmişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 21 dekabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş edrilər. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili Vəkil kassasiya şikayətinin dəlilləri ilə razılaşmadığını vurğulayaraq şikayətin təmin edilməməsini Bakı Apellyasiya Məhkəməsinin MK-nın 21 dekabr 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası, cavabdehin nümayəndəsi X1 məhkəmə kollegiyasının iclasına vəkilsiz gəlməsi səbəbindən Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə digər tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, digər tərəflər üzrlü səbəblər olmadan gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən digər tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 21 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəm əsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədal ətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiyainstansiyasıməhkəməsi tərəfindən müəyyən edilmişdirki,25 aprel 2014cü il tarixli daxili maliyyə lizinq müqaviləsinə əsasən İddiaçı Lizinq Şirkəti Qapalı Səhmdar Cəmiyyəti (lizinq verən) “xxxx” MMC-yə 36 ay müddətinə 3 ədəd DongFeng DFL5250GJBA markalı betonqarışdıranları lizinqə vermişdir. 25 aprel 2014-cü il tarixli təhvil-təslim aktı ilə, lizinq obyekti olan 3 ədəd DongFeng DFL5250GJBA markalı betonqarışdıranlar “xxxx” MMC-yə həmin tarixdə təhvil verilmişdir. Cavabdehin 49720,27 manat əsas, 6343 manat faiz, cəmi 56063,27 manat borcu qalmışdır. Apellyasiyainstansiyasıməhkəməsininişinmateriallarıüzrəgəldiyinəticədəngörünürki, cavabdehin məhkəmə iclaslarının yeri və vaxtı barədə xəbərdar edilməməsi ilə bağlı apelyasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, iş üzrə əvvəlcə qiyabi qətnamə çıxarılmış və cavabdehin ərizəsinə əsasən qiyabi qətnamə ləğv edilmişdir. İşdən görünür ki, birinci instansiya məhkəməsi tərəfindən cavabdehin hüquqi ünvanına məhkəmə bildirişləri göndərilmiş, lakin ünvan düzgün olmaması qeydi yazılmaqla məhkəmə bildirişləri geri məhkəməyə qaytarılmışdır. Cavabdeh hüquqi ünvanını dəyişməsi barədə məhkəməyə rəsmi məlumat verməli və məhkəmə bildirişlərini məhz faktiki ünvanlarına göndərilməsini xahiş etməli idi. Lakin cavabdeh tərəf faktiki olaraq ünvanının dəyişməsini ərizədə göstərsə də, məhkəmə bildirişlərinin konkret hansısa ünvana göndərilməsini işdə olan ərizələrində xahiş etməmişdir. Ona görə də, cavabdehin göstərdiyi dəlill ər çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilə bilməz. Həmçinin cavabdeh qətnaməni qanunsuz və əsassız hesab etsə də, bu qanunsuzluğun və əsassızlığın nədən ibarət olmasını apellyasiya şikayətində açıqlamamışdır. Ona görə də, yalnız fikir xatirinə göstərilən dəlillər mötəbər hesab edilə bilməz. Cavabdeh «xxxx» MMC-nin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi ona münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ona münasibətdə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticələrini aşağıdakı maddi hüquq normaları ilə əsaslandırmışdır. Mülki Məcəllənin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə gör ə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifdəsinə verməyə borcludur. Həmin Məcəllənin 747-5.1-ci maddəsinə əsasən lizinq əməliyyatlarının hüquqi forması ya lizinq verənlə lizinq alan arasında bağlanmış lizinq müqaviləsi və lizinq verənlə satıcı arasında bağlanmış alqı-satqı müqaviləsidir, ya da həmin şəxslər arasında bu Məcəllənin 747-5.2-ci maddəsinə və lizinqlə bağlı digər maddələrinə müvafiq surətdə bağlanmış üçtərəfli müqavilədir. Həmin Məcəllənin 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verə nin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin nəticələri işin həqiqi hallarına uyğun olmaqla və tərəflərin qarşılıqlı münasibətlərini əks etdirdiyi üçün qanuni və əsaslıdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək həmin dəlilləri əsaslı hesab etmir. Belə ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Resp ublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Lakin cavabdeh qeyd edilən prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq iddia tələbini təkzib edən sübutları təqdim etməmiş, iddiaçının təqdim etdiyi sübutların mötəbər olmamasını təkzib edə bilməmişdir. Həmçinin kollegiya kassasiya şikayətinin MPM-nin 9-cu maddəsinin pozulması barədə dəlili ilə əlaqədar olaraq qeyd edir ki, həmin dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə iş materialları ilə təkzib edilir, eyni zamanda həmin dəlillər apellyasiya şikayəti ilə eyni olduğundan və apellyasiya məhkəməsi tərəfindən hüquqi qiymət verildiyindən təkrar qiymətləndirmə aparmağa zərurət yoxdur. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiy ası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddiprosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, cavabdehin apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməklə tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyyəsinə, eləcə də MPM-in 14, 77, 88, 217, 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Buna gö rə də kassasiya şikayətinin dəlilləri əsassız olmaqla həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilmədiyi üçün kassasiya şikayəti təmin edilməməli, mahiyyəti üzrə düzgün olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh “xxxx” MMC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın həmin iş üzrə 21 dekabr 2018-ci il tarixl i qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar