Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3338/2021 26.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: ASC “Xalq” Bankı Cavabdeh: Cavabdeh İddia tələbi: kredit borcunun qaytarılması Açar sözlər: əldən çıxmış fayda, kreditora dəyən zərərin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Xəlilov İsmayıl Kamil oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, Kassatorun vəkili X1 iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 sentyabr 2020-ci il tarixli qətnaməsindən iddiaçının kassasiya şikayətinə 26 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında a çıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları “xxxx” ASC ilə Cavabdeh arasında bağlanmış 25 may 2009-cu il tarixli kredit müqaviləsinə əsasən, sonuncuya bank tərəfindən 24 ay müddətinə illik 26 % ödəmək şərti ilə 10.000 ABŞ dolları kredit verilmişdir. a) Birinci instansiya məhkəməsində icraat 25 fevral 2014-cü il tarixdə “xxxx” ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 25.05.2009-cu il tarixli kredit müqaviləsi üzrə 3606 ABŞ dolları məbləğində vaxtı keçmiş əsas, kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə 3543,49 ABŞ dolları məbləğində borc, əsas borcun qaytarılmasının gecikdirilməsinə görə 24.02.2014-cü il tarixinə hesablanmış 1629,22 ABŞ dolları iyirmi iki sent) ABŞ dolları məbləğində cərimə borcu olmaqla cəmi - 8778,71 ABŞ dollarının ödənilən anda manatla məzənnəsi ilə, həmçinin 24.02.2014-cü il tarixindən başlayaraq iddiaçının tələblərinin faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 26 faiz hesabı ilə hesablanan adi faizlərin (hər təqvim günü üçün 3 manat 79 qəpik) illik 15 faiz hesabı ilə hesablanan adi cərimə faizləriniin iddiaçının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 2(021)-570/2014 saylı iş üzrə 03 aprel 2014-cü il tarixli qətnaməsi ilə (hakim C.T.Tağıyev) iddia təmin edilmiş, cavabdehdən 25.05.2009-cu il tarixli kredit müqaviləsi üzrə 3606 ABŞ dolları məbləğində vaxtı keçmiş əsas, kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə 3543,49 ABŞ dolları məbləğində borc, əsas borcun qaytarılmasının gecikdirilməsin ə görə 24.02.2014-cü il tarixinə hesablanmış 1629,22 ABŞ dolları məbləğində cərimə borcu olmaqla cəmi - 8778,71 ABŞ dollarının ödənilən anda manatla məzənnəsi ilə və 24.02.2014-cü l tarixindən başlayaraq iddiaçının tələblərinin faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 26 faiz hesabı ilə hesablanan adi faizlərin (hər təqvim günü üçün 3 manat 79 qəpik) illik 15 faiz hesabı ilə hesablanan adi cərimə faizlərinin (hər təqvim günü üçün 1 manat 50 qəpik) tutulub ASC “xxxxı”nın xeyrinə verilməsi qət edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat Cavabdeh həmin qətnaməni apellyasiya qaydasında mübahisələndirmiş, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və şikayətini onunla əsaslandırmışdır ki, birinc i instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, məhkəmə tərəfindən bankın ona qarşı eyni borca görə ikinci dəfə tələblə məhkəməyə müraciət etməsi nəzərə alınmamışdır. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-2385/2018 nömrəli iş üzrə 27 iyun 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər – Ş.M.Əliyeva, Ə.İ.Məmmədov, E.İ.Xasməmmədov) cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə ləğv edilmiş, iddia rədd edilmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-8081/8081 saylı iş üzrə 19 dekabr 2018-ci il tarixli qərarı ilə (hakimlər Ə.Ə.Şadiyev, Q.A.Allahverdiyev və İ.R.Xələfov) ASC “Xalq” Bankının kassasiya şikayəti qismən, Cavabdeh kassasiya şikayəti təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 iyun 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün həmin apellyasiya instansiya məhkəməsinə qaytarılmışdır. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılan zaman cavabdehin 05.03.2015-ci il tarixdə ASC “Xalq” Banka 3.606 ABŞ dolları ödəniş etməsinə və bununla da faktiki olaraq cavabdehin rayon məhkəməsinin 03 aprel 2014-cü il tarixli qətnaməsini qismən icra etməsinə dair işin hallarına düzgün hüquqi qiymət verilməmiş, rayon məhkəməsinin qətnaməsinin bütövlükdə ləğv edilib iddia tələbinin tam rədd olunması barədə qərar qəbul edilmişdir. Digər tərəfdən, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə b axılan zaman ipoteka predmetinin hərraca çıxarılması ilə əlaqədar məhkəmə qətnaməsinin mövcudluğu ilə bağlı işin hallarına ipotekanın ləğvinin cavabdehi bank qarşısında əsas öhdəliyinin icrasından azad etməməsi baxımından düzgün hüquqi qiymət verilməmiş, iddia tələbinin rədd olunması barədə düzgün olmayan qərar qəbul edilmişdir. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat Apellyasiya instansiyası məhkəməsi tərəfindən alınmış 01 aprel 2020-ci il tarixli məhkəmə mühasibatlıq ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, 25 may 2009-cu il tarixli kredit müqaviləsi üzrə 25 may 2011-ci il tarixə Cavabdeh ASC “xxxxı”na olan borcu 3606 ABŞ dolları əsas, 975 ABŞ dolları faiz borcu, 855 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 5436 ABŞ dolları təşkil edir. Gəncə Apellyasiya Məhkəməsi M ülki Kollegiyasının 2(104)-344/2020 nömrəli iş üzrə 24 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – R.Z.Mamedov, F.Ə.Mehtiyev, Ş.Q.Rzaquliyev) cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi “cavabdehdən 25.05.2009-cu il tarixli kredit müqaviləsi üzrə 3543,49 ABŞ dolları məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc məbləğinin, əsas borcun qaytarılmasının gecikdirilməsinə görə 24.02.2014-cü il tarixinə hesablanmış 1629,22 ABŞ dolları məbləğində hesablanmış cərimə faizlərinin ödənilən anda manatla məzənnəsi ilə, 24.02.2014-cü il tarixindən başlayaraq iddiaçının tələblərinin faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 26 faiz hesabı ilə hesablanan adi faizlərin (hər təqvim günü üçün 3 manat 79 qəpik), illik 15 faiz hesabı ilə hesablanan adi cərimə faizlərinin (hər təqvim günü üçün 1 manat 50 qəpik) tutulub ASC “xxxxı”nın xeyrinə verilməsi” hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilmiş, cavabdehdən 25 may 2009-cu il tarixli kredit müqaviləsi üzrə 975,57 ABŞ dolları məbləğində faiz borcu, 24 fevral 2014-cü il tarixinə 100 ABŞ dolları cərimə məbləğinin ödəniş gününə Azərbaycan manatına olan məzənnəsi ilə alınaraq iddiaçının xeyrinə verilməsi qət edilmiş, iddia 24 fevral 2014-cü il tarixindən başlayaraq iddiaçının tələblərinin faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 26 faiz hesabı ilə hesablanan adi faizlərin, illik 15 faiz hesabı ilə hesablanan adi cərimə faizlərinin tutulub bankın xeyrinə verilməsi hissəsində rədd edilmiş, qət namə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh aldığı krediti müqavilədə müəyyən edilmiş müddətlərdə və məbləğdə tam ödəməmiş və bununla da iddiaçının hüquqları pozulmuşdur. Nəticədə borcalanın 25.05.2011-ci il tarixə (kredit müqaviləsinin bitmə tarixinə) 3606 ABŞ dolları əsas, 975 ABŞ dolları faiz borcu yaranmışdır. Eyni zamanda kreditor tərəfindən borcalana 1629 ABŞ dolları cərimə hesablanmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi düzgün olaraq cavabdehə cərimə hesablanmasının mümkünlüyü barədə nəticəyə gəlsə də, müəyyən olunan cərimənin məbləği tənasübsüz dərəcədə yüksəkdir. Kreditorun əmlak mənafeləri nəzərə alınmaqla cərimənin 100 ABŞ dol ları məbləğində müəyyən edilməsi əsaslı hesab edilir. Bununla bərabər qeyd edilmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərinin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasına zərərin (real zərər və əldən çıxmış fayda) ödənilməsini tələb edə bilər. Apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 443.1, 449-cu maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarına istinad edərək qeyd etmişdir ki, özgəsinin və saitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində həmin şəxs gəlir, artım, bəhər və ya sair maddi xeyir əldə etməmişdirsə, ondan Mülki Məcəllənin 449-cu maddəsinə əsasən faizlərin tutulması mümkün deyildir. İddiaçının Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən sübutetmə vəzifəsi nəzərə alınarsa, Mülki Məcəllənin 449-cu maddəsinə əsasən faiz tələb edən iddiaçı mütləq qaydada yuxarıda göstərilən halların mövcudluğunu (yəni pul vəsaitini qanunsuz saxlama, qaytarmaqdan boyun qaçırma, ödənilməsini digər şəkildə gecikdirmə, başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama, bunun nəticəsində faydalanma) sübut etməlidir. Lakin iddiaçı bu barədə sübutları məhkəməyə təqdim etməmişdir. Cavabdehin pul vəsaitini kreditora qaytarmamaqla faydalandığını təsdiq edən mötəbər sübutlar yoxdur. İddiaçının tələblərinin faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik faiz və cərimənin tutulmasına aid hissəsinin təmin edilməsi üçün Mülki Məcəllənin 449-cu maddəsində nəzərdə tutulmuş dispozisiya şərtləri yoxdur, bu baxımdan iddia həmin hissədə təmin edilməməlidir. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməklə işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən tərəfindən müqavilədən sonrakı müddət üçün faiz borcunun hesablanması və dəbbə pulu tələblərinə dair gəldiyi nəticə həm tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə, həm də mülki qanunvericiliyin normalarına uyğun deyildir. Məhkəmə kollegiyasının iclasında kassatorun vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətn amə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəlləsinin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi i ddiaçının kassasiya şikayəti əsasında mübahisələndirilən hissədə yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarı lmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 462-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kassasiya instansiyas ı məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3338/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-3338/2021
26.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver