Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-334/2023 08.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iş üzrə QƏRARİ İş № 2(102)-334/2023 (Açar sözlər: torpaq sahəsindən payının ayrılması və zərərin ödənilməsi) Bakı şəhəri 08 fevral 2023-cü il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsindən payının ayrılması və zərərin ödənilməsi” tələbinə dair iddia üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-3/2022 nömrəli, 25 avqust 2022-ci il tarixli qətn aməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 08 fevral 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. RX seriyalı ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən Balakən rayonu Katex kəndində yerləşən 0.90 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/3 hissəsi X1, 2/3 hissəsi isə Cavabdeh2 xüsusi mülkiyyətinə verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək RX №:0053871 nömrəli çıxarışla paylı mülkiyyətdən ona məxsus 1/3 payın ayrılması, Cavabdeh1 və Cavabdeh2 ona məxsus payı 2008-ci ildən hazırkı dö vrə qədər 9 (doqquz) il zəbt edərək torpaq sahəsindəki məhsuldar fındıq ağaclarından iddiaçıya çatacaq gəliri mənimsəməklə iddiaçıya vurulmuş 68500 (altmış səkkiz min beş yüz) AZN həcmində zərərin iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş 92 nömrəli mütəxəssis rəyindən görünür ki Balakən rayonu Katex kəndində yerləşən reyestr nömrəsi **********97 olan Çıxarışa əsasən Cavabdeh2 və İddiaçı ümumi birgə mülkiyyətinə verilmiş 0.90 ha kənd təsərrüfatı təyinatlı torpaq'sahəsininin naturada ölçüləri 0.7771 ha-dır. Torpaq sahəsinin ölçüləri hüquqmüəyyənedici sənədlərə uyğun deyildir. Hüquqmüəyyənedici sənəddə gös tərilən torpaq sahəsindən iddiaçının 1/3 hissə payının naturada ayrılması tikililər olduğuna görə bölgünün ekspert tərəfindən aparılması məqsədə müvafiqdir.
4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən 30 noyabr 2017-ci il tarixli 23934 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikası ƏMMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətininin 18 saylı Zaqatala LTİ-nin mütəxəssisi E.Həsilov tərəfindən imzalanmış xx.xx.2017-ci il tarixli **********33 saylı mütəxəssis rəyində qeyd olunanlara əsasən, Balakən rayonu Katex kəndində yerləşən reyestr nömrəsi **********97 olan Çıxarışa əsasən Cavabdeh2 və İddiaçı ümumi birgə mülkiyyətlərinə verilmiş 0.90 ha kənd təsərrüfatı təyinatl ı torpaq sahəsininin naturada ölçüləri 0.7771 ha-dır. Ölçüləri hüquq müəyyənedici sənədlərə uyğun deyildir.Torpaq sahəsinin naturada ölçülərinin 0.7771 ha olması səbəbindən həmin torpaq sahəsini bölgüsünün aparılması üzrə tədqiqat aparılmadı.
5. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Balakən Rayon Kənd Təsərrüfatı İdarəsi tərəfindən verilmiş 06 aprel 2018-ci il tarixli 44 nömrəli rəydən görünür ki, Balakən rayon Katex kəndində yerləşən İddiaçı, Cavabdeh1 və Cavabdeh2 birgə mülkiyyətində olan 0,90 ha kənd təsərrüfatı təyiantlı torpaq sahəsinə (reyestr) nömrəsi **********97) baxış keçirilmiş və aşağıdakılar müəyyən edilmişdir: -qeyd olunan 0,90 ha torpaq sahəsi kənd təsərrüfatına yararlı və fındıq bağı vardır. Sahədə fındıq tomalarından başqa 2 ədəd az məhsuldar xurma ağacının və 1 ədəd yaşlaşmış baxımsız armud ağacının olduğu müəyyən edildi. sahədə cəmi 123 ədəd fındıq tomasının olduğu, həmin tomaların 8-nin quruduğu,31 ədədinin 7-8 illik və qalan 84 ədədinin isə çoxillik olduğu müşahidə edildi. -Sahədə mövcud olan fındıq tomalarının 115-i məhsuldardır. -Torpaq sahəsində olan fındıq tomalarının 84 ədədinin çoxillik olduğu və orta hesabla ildə 500-550 kq fındıq məhsulunun verə biləcəyi, 31 tomanın isə cavan olduğuna görə orta hesabla 8090 kq fınldıq məhsulunun, 2 ədəd xurma ağacının 20-30 kq xurma və 1 ədəd armud ağacının isə 100120 kq məhsulun verə biləcəyi təxmin edilir. -həmin sahənin suvarılması imkanları vardır. Mövcud vəziyyət onu göstərmişdir ki, sahədə suvarma işləri aparılmır, (fındıq tomalarının quruması onu göstərir). -Qeyd olunan sahədə heç bir aq rotexniki tədbirin aparılmadığı, budanmadığı və gübrə verilmədiyini təxmin edilir.
6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən 07 iyun 2018-ci il tarixdə verilmiş 9796/9939 nömrəli rəydən görünür ki, Balakən rayonu Katex kəndində yerləşən reyestr nömrəsi **********97 olan Çıxarışa əsasən Cavabdeh2 və İddiaçı ümumi paylı mülkiyyətinə verilmiş 0,90 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində 123 ədəd fındıq toması, 2 ədəd xurma, 1 ədəd armud ağacları vardır. Həmin ağaclardan 84 ədəd fındıq toması çoxillik olub orta hesabla ildə 500-550 kq, 31 fındıq tomasının orta hesabla ildə 80-90 kq fındıq məhsulu, 2 ədəd xurma ağacının 20-30 kq, 1 ədəd armud ağacının isə 100-120 kq məhsul verə biləcəyi təmin edilir. 7. 06.04.2018-ci il tarixli 44 №li məktubunda g östərilən, Balakən rayron Kənd Təsərrüfatı İdarəsinin Bitkiçilik sektrorunun Baş məsləhətçisi Şadnus Mamedov tərəfindən 0,90 ha torpaq sahəsinə baxış keçirilməsi nəticəsində verilmiş rəyə əsasən 1 ildə əldə edilməsi ehtimal edilən məhsulun orta bazar qiyməti təxminən 1988,00 manat, eyni məhsuldarlıq olduğu halda 10 ildə 19880,00 manat müəyyən edilir. (Ekspertiza tədqiqatının dəyəri 160 manatdır).
8. İddiaçı xx.xx.2018-ci il tarixdə iddia ərizəsinə əlavə verərək Balakən rayonu Katex kəndində yerləşən RX № ******* nömrəli çıxarışa əsasən reyestr nömrəsi **********97 olan Torpaq sahəsinin planı və ölçüsü sənədi cizgiləri müəyyən edilmiş, İddiaçı və Cavabdeh2 ümumi paylı mülkiyyətində olan 0.90 ha torpaq sahəsindən İddiaçı 1/3 hissə payını, reyestr nömrəsi **********97 olan Torpaq sahəsinin pl anı və ölçüsü sənədində, torpaq sahəsinin planı (cizgisi) bölməsində göstərilmiş planın (7-8)x (7-6) və ya (3-4)x (45) nöqtələri arasındakı xətlərin əmələ gətirdiyi cizgiyə əsasən ayrılması barədə qərar çıxarılmasını xahiş etmişdir.
9. Balakən Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 18 oktyabr 2018-ci il tаrixli, 2(019)-170/2018 saylı qətnaməsi ilə (hakim H.Səlimov) iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada vurulmuş ziyana görə 1988 manatın alınıb İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi, qət edilmişdir.
10. Məhkəmə işin hallarını, ekspert rəyinə əsasən iddiaçının payının naturada ayrılmasının mümkün olmamasını, maddi hüquq normasının tələblərini nəzərə alaraq hesab etmişdir ki, iddia tələbi torpaq sahəsin dən payın naturada ayrılmasına aid hissədə təmin edilməməlidir.
11. Həmçinin məhkəmə torpaq sahəsinin iddiaçının paylı mülkiyyətində olmasını, həmin torpaq sahəsindən ildə 1988 manat gəlir əldə edə bilməsini, iddiaçının payının1/3 olmasını və 3 ilə görə ziyan tələb edə bilməsini nəzərə alaraq, iddianı bu hissədə qismən təmin etmişdir.
12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 23, 213, 216, 220, 1097.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119cu maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi barədə və RX N:0053871 saylı çıxarışla paylı mülkiyyətdən ona məxsus 1/3 hissə payın ayrılması və Cavabdeh1 və Cavabdeh2 ona məxsus payı 2008-ci ildən hazırkı dövrə qədər (11 il) zəbt edərək ona məxsus torpaq sahəsində yerləşən məhsuldar ağaclardan ona çatacaq gəliri mənimsəməklə, ona vurulmuş 68500 (altmış səkkiz min beş yüz) AZN həcmində zərərin ona ödənilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdirlər.
15. Şəki Apellyasiya Məhkəməsinin 9 iyul 2022-ci il tarixli 2(107)-6/2021 nömrəli qərardadı ilə məhkəmə tikin-texniki ekspertizаsı təyin edilmişdir.
16. Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizаsı Mərkəzi tərfindən verilmiş xx.xx.2022-ci il tarixli 10/3601 saylı rəydə göstərilmişdir: Daşınmaz Əmlakın Kad astrı və Ünvan Reyestri Xidmətininin 18 saylı Zaqatala LTİnin mütəxəssisi P.İsmayılovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən Balakən rayonu Katex kəndində yerləşən reyestr nömrəsi **********97 olan Çıxarışa əsasən Cavabdeh2 və İddiaçı ümumi birgə mülkiyyətinə verilmiş 0.90 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin döngə nöqtələrinin koordinatları, ölçüləri və yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planı 1də göstərilmişdir. Həmin koordinatlarda yerləşən torpaq sahəsinin ölçüləri 0.90 hektardır. Həmin torpaq sahəsinin sənəd üzrə naturada bölgüsü mümkündür. Mübahisəli torpaq sahəsinin sənəd üzrə bölgüsü tərtib edilmiş yerquruluşu planı-2 də və yerquruluşu planı-3 də göstərilmişdir.
17. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-3/2022 nömrəli iş üzrə 25 avqust 2022-c i il tarixli qətnaməsi ilə (hakimlər Ələddin Məcidov (sədrlik edən və məruzəçı), hakimlər Vəzirxan Məlikov və Mahir Əsədli) iddiaçı və cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətlərinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddiaın qismən təmin edilməsi, ayrılan torpaq sahəsinin ölçüləri və koordinatları Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətininin 18 saylı Zaqatala LTİ-nin mütəxəssisi P.İsmayılovun tərtib etdiyi 10 may tarixli mütəxəssis rəyinə əlavə edilmiş 2 saylı yerquruluşu planında göstərilənlərə uyğun olaraq M 1:2000 olmaqla koordinatları (1) X 627950.63 Y 4610482.42, (2) X 627973.22 Y 4610468.50, (3) X 627928.93 Y 4610366.29, (4) X 627905.16 Y 4610380.78; döngə nöqtələri 1-2 arası məsafə 26.5 metr, 2-3 arası məsafə 11 1.4 metr, 3-4 arası məsafə 27.8 metr, 4-1 arası məsafə 111.3 metr müəyyən edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
18. Məhkəmə ekspert rəyinə əsasən hesab etmişdir ki, iddia tələbinin paylı mülkiyyətdən ona məxsus 1/3 payın ayrılması hissəsində təmin edilməməsi üçün heç bir əsas yoxdur.
19. Maddi ziyan tələbi ilə bağlı isə, birinci instansiya məhkəməsi iddianı ona məxsus payı 2008-ci ildən hazırkı dövrə qədər 9 il zəbt edərək torpaq sahəsindəki məhsuldar fındıq ağaclarından iddiaçıya çatacaq gəliri mənimsəməklə iddiaçıya vurulmuş 68500AZN həcmində zərərin iddiaçıya ödənilməsi hissəsində qismən təmin edərkən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən 07 iyun 2017-ci il tarixdə verilmiş 9796/9939 nömrəli rəyinə əsaslanmışdı r.Halbuki Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Balakən Rayon Kənd Təsərrüfatı İdarəsi tərəfindən verilmiş 06 aprel 2018-ci il tarixli 44 nömrəli rəyinə əsasən mövcud vəziyyət onu göstərmişdir ki, sahədə suvarma işləri aparılmır, (fındıq tomalarının quruması onu göstərir). -Qeyd olunan sahədə heç bir aqrotexniki tədbirin aparılmadığı, budanmadığı və gübrə verilmədiyi təxmin edilir.
20. İddiaçı mübahisəli bağ sahəsində tələb etdiyi məhsulun olmasını və həmin məhsulun cavabdehlər tərəfindən yığılaraq mənimsənilməklə ona ziyan vurulduğunu təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir.
21. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 213.1, 216, 220, 1096.1, 1096.2, 1097.1, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin ş ərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 14.2, 77.1, 88, 117.1, 119.1, 217.1, 218.1, 372.1, 372.6, 372.7, 384.0.1, 385.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
22. İddiaçı (Vəkil3) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli torpaq sahəsindən iddiaçıya məxsus 1/3 hissə pay torpaq sahəsinin ƏMDK Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinin apellyasiya instansiya məhkəməsinə t əqdim etdiyi mətəxəssis rəyinə, əlavə edilmiş 3 saylı Plana uyğun aparılması daha məqsədəuyğundur. Çünki ayrılacaq torpaq sahəsinə gedişgəliş üçün yol 3 saylı Planda qeyd edilmiş 1 və 2 nöqtələri arasından mümkündür və hətta mövcüddür. 2 saylı plan üzrə isə gediş- gəliş yolunun açılmasına mane olan 1 və 2 nöqtələri arasındakı xətt boyunca kənd sakinlərini qazla təmin edən qaz xətti keçir.
24. Apellyasiya instansiya məhkəməsi iddiaçıya ziyan vurulduğunu təsdiq edən sübutun olmaması səbəbindən iddianı təmin etməmişdir. Halbuki Azərbaycan Respublikası Kənd Təsərrüfat Nazirliyinin Balakən rayon Kənd Təsərrüfatı İdarəsi tərəfindən verilən rəydə vicdansız sahibin əmlaka qanunsuz sahiblik ettdiyi bütün dövr ərzində götürdüyü və gğtürməli olduğu gəlirlər öz əksini tapmışdır.
25. Cavabdehlər tərəfi ndən iddiaçının öz əmlakından istifadə etməsinə süni maneə yaradıldığı etiraf edlmişdir və özgənin qanunsuz sahibliyində olduğu müddətdə götürdüyü və ya götürməli olduğu gəlirin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb etsə də, apellyasiya instansiya məhkəməsi sübutları kifayət qədər araşdırmamışdır, nəticədə iddiaçı adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərdən (əldə çıxmış fayda) məhrum olmuşdur.
26. Apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Balakən Rayon Kənd Təsərrüfatı İdarəsi tərəfindən verilmiş 06 aprel 2018-ci il tarixli 44 nömrəli rəyin olmasına baxmayaraq həmin rəyi nəzərə almamışdır.
27. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 152, 157, 215, 216, 1097.1, Azərbaycan Respublikası Torpa q Məcəlləsinin 84.3, Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum Qərarının 1-ci bəndinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9, 14.1, 14.2, 76, 117, 367.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
28. Kassasiya şikayətinə qarşı etirazı daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
29. Maddə
21. Hüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum olması ilə əlaqədar və ya hüququ pozulmasaydı, əmlakı zədələnməsəydi, onun adi mülki dövrüyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hü qüqu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
30. Maddə
216. Mülkiyyətçilər arasında razılaşma ilə ayrı qayda nəzərdə tutulmayıbsa, paylı mülkiyyətdə olan əşyanın istifadəsindən götürülən bəhər, məhsul və gəlir ümumi əmlakın tərkibinə daxil olur və paylı mülkiyyətin mülkiyyətçilərinin paylarına uyğun surətdə onlar arasında bölüşdürülür.
31. Maddələr 220.1-220.3. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyəta mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölü nməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
35. Maddə 102.2. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəylə ri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər.
36. Maddə 102.3. Məhkəmə işdə iştirak edən şəxslərin vəsatəti ilə əlavə və ya təkrar ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir.
37. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
38. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad e tməyə yol verilmir.
39. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
40. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
41. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
42. Kassasiya baxışının hədləri
43. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
44. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məh kəməsi tərəfindən torpaq sahəsinin naturada bölünməsi tələbi hissəsində işdə olan sübutlara Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 88-ci maddəsi baxımından düzgün qiymət verilməmişdir.
46. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə-tikinti texniki ekspertizası nəticəsində Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 10/3601 saylı rəydə Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətininin 18 saylı Zaqatala LTİnin mütəxəssisi P.İsmayılovun tərtib etdiyi mütəxəssis rəyinə istinadən mübahisəli torpaq sahəsinin naturada bölgüsünə dair 2 və 3 saylı iki yerquruluşu planı üzrə bölgünün mümkün olduğu göstərilmişdir.
47. Apellyasiya məhkəməsi həmin rəyə istinad etməklə təklif edilmiş 2 saylı yerquruluşu planı üzrə torp aq sahəsinin naturada bölünməsini təmin etmiş, lakin bu zaman ekspert rəyi ilə bağlı tərəflərin mövqeyini, təklif edilən 2 plandan hansı üzrə bölgünün daha uyğun olması, yola çıxışının əlverişli olub-olmamasını araşırmamış həmin bölgüyə dair 3 saylı plan üzrə bölgünü hansı səbəbdən seşməməsini qətnamədə əsaslandırmamışdır. İddiaçı kassasiya şikayətinə əlavə etdiyi fotoşəkillərə istinad edərək 2 saylı bölgü sxemi üzrə ayrılan torpaq sahəsindən küçəyə çıxışa manelər olduğuna göstərmişdir.
48. Azərbaycan Respublikası MPM-nin 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir.
49. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müə yyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
50. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 №-li Qərarının 3.3-cü bəndinə əsasən digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə ekspert rəyinə də digər sübutlarla bərabər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilib-edilməməsi səbəbləri qətnamədə öz əksini tapmalıdır.
51. Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
52. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya məhkəməsi ekspertiza rəyi ilə təklif edilən bölgü planlarının hansının daha əlverişli olduğunu, küçəyə gediş-gəliş yolunun mümkünlüyünü tərəflərlə müzakirə etməklə, yerində müayinə keçirməklə araşdırmalı olsa da bunları etməmiş, nəticədə prosessual hüquq normalarının tələblərini pozmuşdur.
53. Buna görə də, kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası torpaq sahəsinə payın naturada ayrılması hissəsində onları əsaslı hesab edir.
54. Məhkəmə kollegiyası hesab edir ki, qətnamə həmin hissədə ləğv edilməli və iş bu hissədə yeni apellyasiya baxışına göndərilməlidir.
55. Lakin məhkəmə kollegiyası iddianın maddi ziyan tələbinə dair hissəsinin rədd edilməsi barədə apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, qətnamə bu hissədə əsaslıdır. İddiaçı həmin torpaq sahəsinə hər hansı aqrotexniki qulluq edilməklə, məhsul əldə edilməsinə dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir.
56. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-3/2022 nömrəli, 25 avqust 2022-ci il tarixli qətnaməsi qismən, ümumi paylı mülkiyyətdə olan torpaq sahəsindən 1/3 hissə payın ayrılması hissəsində ləğv edilsin və iş həmin hissədə yeni apelyasiya baxışına göndərilsin. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.