Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3341/2019 20.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Xnın katibliyi ilə, Cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)13611/2018 nömrəli iş üzrə 25 dekabr 2018-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Xətai rayon məhkəməsinin (hakim İlahə Abbasova) 2(011)-4216/2018 saylı, 10 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh k redit müqaviləsi üzrə 45405 ABŞ dolları (ekvivalenti ödəniş gününə Mərkəzi Bankın kursuna müvafiq olaraq manatla) məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması, tələbin Cavabdeh məxsus olan ipoteka ilə yüklü edilmiş ünvaninə yönəldilməsi, həmin mənzilin ilkin satış qiyməti 152542 manat olmaqla açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsait hesabına cavabdehin iddiaçıya olan borcunun ödənilməsi, ipotekaya qoyulmuş ünvaninə tutma yönəldikdən sonra əmlak satıldıqda ən geci 1 ay ərzində Cavabdeh və onula birlikdə yaşayan ailə üzvlərinin (mənzildə qeydiyyatda olan) şəxslərin mənzildən çıxarılması və həmin mənzilin onlar tərəfindən boşaldılması, iddia qismən təmin edildiyindən, 300 manat ekspertiza xərcinin 50%, yəni 150 manat iddiaçıdan, 50%, yəni 150 manat cavabdehdən tutularaq " xxxx” MMC-nin hesabına ödənilməsi, iddia qismən təmin edildiyindən, 30 manat dövlət rüsumunun 50%, yəni 15 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, qalan 50% iddiaçıya aid edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Vüqar Həsənov - sədrlik edən və məruzəçi, Şərafət Məmmədova, Namiq Cəfərov) 25 dekabr 2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai rayon məhkəməsinin 10 oktyabr 2018-ci il tarixli qətnaməsi Cavabdeh münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 45405 ABŞ dollarının ödəmə gününə manata məzənnəsi ilə tutularaq onun xeyrinə ödənilməsi barədə qə tnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbini artıraraq Cavabdeh 45405 ABŞ dollarının ödəmə gününə manata məzənnəsi ilə tutularaq İddiaçı ödənilməsi, qeyd olunan vəsaitin ödənilməsini təmin etmək məqsədilə tələbin Cavabdeh məxsus olan ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 97,78 kvadrat metr, yaşayış sahəsi 76,18 kvadrat metr, yardımçı sahəsi 21,6 kvadrat metr olan 5 otaqlı mənzilə yönəldilməsi, ipoteka predmetinin hərracda satılması üçün ilkin satış qiymətinin 110000 manat məbləğində müəyyən edilməsi, açıq hərracda satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi, ipoteka predmetinin satışından əldə olunmuş pul vəsaiti kredit borcun ödənilməsi üçün yetərli olmadıqda, qalan borcun cavabdehin digər vəsaiti hesabına ödənilməsi, ipoteka p redmeti hərracda satıldıqdan sonra bir ay ərzində cavabdehin və orda yaşayan şəxslərin, ailə üzvlərinin mənzildən çıxarılmaları və mənzilin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, Bakı şəhəri 6 saylı Notariat kontoru tərəfindən qeydə alınmış 18 dekabr 2015-ci il tarixli “Kredit müqaviləsi”nə əsasən Cavabdeh 100000 ABŞ dolları borc verilmişdir. Həmin müqavilənin 2-ci bəndindən görünür ki, cavabdeh ona borc verilmiş məbləği 25 fevral 2017-ci il tarixinə qaytarılmasını öhdəsinə götürmüşdür. Qeyd olunan tarixdən bir ildən artıq keçməsinə baxmayaraq cavabdeh borc götürdüyü məbləği tam qaytarmamışdır. Belə ki, uzun müddətli müraciətlərdən sonra cavabdeh ona borc verilmiş məbləğin 54595 ABŞ dollarını qaytarsa da, 45405 ABŞ dolların ı qaytarmamışdır. Bununla əlaqədar ona dəfələrlə müraciət olunmasına baxmayaraq müxtəlif bəhanələr gətirərək borc götürdüyü məbləğin qalan hissəsini qaytarmaqdan yayınmışdır. Ona görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 25 dekabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Məhkəmə işdə olan sübutları tam, hərtərfəli və obyekt iv araşdırmamışdır. Tərəflərin izahatları: Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 25 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki, İddiaçı ilə Cavabdeh a rasında bağlanmış 18.12.2015-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı tərəfindən Cavabdeh 100000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin müqaviləyə əsasən “Borcalan” krediti 25 fevral 2017-ci il tarixədək “Borc verənə” qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 18.12.2015-ci il tarixli ipoteka müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh məxsus olan ünvan ipoteka saxlayanın qarşısında kreditin qaytarılmasını təmin etmək uçün ipoteka ilə yüklü edilmiş, ipoteka ilə yüklü edilmiş əmlak 110000 manat məbləğində qiymətləndirilmiş və ipotekanın yüklülüyü dövlət reyestrində qeydə alınmışdır. İddiaçı Cavabdeh ünvanladığı 02 may 2018-ci il tarixli xəbərdarlığa əsasən məlum olur ki, iddiaçı cavabdehə borcun ödənilməsini təklif etmiş, borc ödənilməsə qanunvericilikdə nəzərdə tutulan tədbirlərin görüləcəyi, eyni zamanda ipoteka predmetinə tutmanın yönəltməyə başladığı barədə xəbərdarlıq etmişdir. İş materiallarında olan “xxxx” MMC tərəfindən verilmiş 03 avqust 2018-ci il tarixli hesabatdan görünür ki, Cavabdeh mülkiyyətində olan ünvaninin hazırki bazar qiyməti 152542 manat təşkil etmişdir. İddiaçı həmin borc müqaviləsinə istinad edərək cavabdehdən 45405 ABŞ dolları pul tələb edir və cavabdehin 54595 ABŞ dollarının cavabdeh tərəfindən ödənildiyini bildirmişdir. Birinci instansiya məhkəməsi qətnaməsində qeyd etmişdir ki, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən və bu fakt iş materialları ilə sübut olunduğundan, cavabdehdən 45405 ABŞ dolları borc məbləği tutularaq, idd iaçıya ödənilməli, tələb Cavabdeh qızma məxsus əlan ipoteka ilə yüklü edilmiş ünvaninə yönəldilməlidir. İddiaçı ipoteka predmetinin hərracda satılması üçün ilkin satış qiymətinin 110000 manat məbləğində müəyyən edilməsini tələb etsə də, məhkəmə haqlı olaraq hesab etmişdir ki, mənzilin ilkin satış qiyməti hazırda real bazar qiyməti olan 152542 manat müəyyən edilməklə açıq hərracdan satılmalı və satışdan əldə olunacaq məbləğ cavabdehin iddiaçıya olan borcunun ödənilməsinə yönəldilməlidir. Mənzil satıldıqdan sonra ipoteka qoyan Cavabdeh və onunla birlikdə yaşayan ailə üzvləri (qeydiyyatda olanlar) yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər mənzildən məcburi qaydada çıxarılmalı və mənzil boşaldılmalıdır. Məhkəmə aşağıdakı maddi hüquq n ormalarına istinad etmişdir: Azərbaycan Respublikası Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kr editorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsaəsn öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsaəsn əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dair əsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o, satıldıqda ipoteka qoyan və onun birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduq ları yaşayış sahəsini ən geci 1 ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi uzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun. Cavabdehin apellyasiya şikayətində əsasən qətnaməni apellyasiya qaydasında iddianın təmin edilən hissədə yoxlayan apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin bu mövqeyi əsaslı olmuşdur. Cavabdeh apellyasiya şikayətində tərəflər arasında bağlanmış müqavilənin etibarlı müqavilə olmadığını, iddiaçdan hər hansı məbləğdə pul almadığını, aldadıldığını və iddiaçı qarşısından onun öhdəliyinin mövcud olmadığını göstərmişdir. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, tərəflər arasında müqavilə bağlanmış və müqavfilənin predmeti ol an pul məbləği iddiaçı tərəfindən cavabdehə verilmişdir. Bunun əksini işin araşdırılmış halları ilə təsdiq olunmur. İddiaçı məhz həmin müqaviləyə istinad edərək ödənilməmiş qalan pul məbləğini tələb edir. Nəzərə alınmalıdır ki, kredit müqaviləsi iddiaçıda qalmaqda davam edir, cavabdeh isə borc məbləğinin tam ödənilməsinə dair heç sübuta istinad etmir, əksinə öhdəliyin ona aid olmadığını qeyd edir. Müqavilə etibarsız və ya ləğv olunmamışdır. Ondan irəli gələn öhdəliyin isə tam icra edilmədiyi işin mübahisəsiz halıdır. Belə olan halda pul almayan və üzərində icra edilməli olan öhdəliyi olmayan şəxsin özünə məxsus əmlakın ipotekaya məhz həmin kredit müqaviləsinin icrası ilə bağlı qoyması onu təsdiq edir ki, cavabdeh iddiaçıdan müqavilədə nəzərdə tutulan pul məbləğini almış, lakin onu tam olar aq geri qaytarmamışdır. Bu halda isə iddiaçı haqlı olaraq öhdəliyin icra edilməyən hissəsi üzrə tələb irəli sürmüş, eyni zamanda tələbin əmlaka yönəldilməsini tələb etmişdir. İddiaçı aldadıldığını göstərmiş olsa da, aldatmanın nədən ibarət olmasını əsaslandıran hər hansı möhtəbər sübuta istinad etmir. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilm əz. Cavabdehin öz etirazının əsası kimi istinad etdiyi və apellyasiya şikayətində göstərdiyi hallarla kassasiya şikayətində göstərilən dəlillərin eyni olduğunu, apellyasiya instansiya məhkəməsi tərəfindən cavabdehin göstərdiyi dəlillərə hüquqi qiymət verildiyini nəzərə alaraq kollegiya hesab edir ki, maddi və prosessual hüquq normalarının tətbiqi ilə bağlı kassasiya şikayətinin dəlillərinə ayrıca qiymət verilməsinə və apellyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Odur ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 25 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rə hbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-13611/2018 nömrəli iş üzrə 25 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov
Məhkəmə qərarları › İş №2(102)-3341/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-3341/2019
20.05.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver