Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-3341/2020 15.05.2020 ALİ MƏHKƏMƏ QƏRARDAD Ali Məhkəmənin hakimi Quliyev Gündüz Ağababa oğlu Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 yanvar 2020-ci il tarixli qətnaməsindən cavabdehlərdən Cavabdeh1 kassasiya şikayətini nəzərdən keçirərək Müəyyən etdim: İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı pul tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 yanvar 2020-ci il tarixli qətnaməsindən cavabdehlərdən Cavabdeh1 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti vermişdir. Kassasiya şikayəti yalnız vəkil tərəfindən imzalanmışdır.Lakin vəkilə məhkəmə aktından şikayət verilməsinə dair vəkalət işdə yoxdur. Azərbaycan Respublikası MPM-nin 68.3- cü maddəsinə əsasən işdə iştirak edən şəxslərin tapşırığı ilə vəkalət əsasında vəkil məhkəmə aktlarından şikayət verir və qanunla ona verilmiş sair hüquqlardan istifadə edir. Həmin Məcəllənin kassasiya şikayətinin qaytarılması əsaslarını müəyyən edən 408ci maddəsinin tələblərinə görə kassasiya şikayəti bu Məcəllənin 407.1-ci maddəsinin tələblərinə cavab vermirsə, kassasiya şikayəti imzalanmamışsa, yaxud onu imzalamağa hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa qaytarılır. Həmin Məcəllənin 409-cu maddəsinəəsasən apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 407-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 407-ci maddəsinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Lakin apellyasiya məhkəməsi tərəfindən həmin maddənin tələbləri pozularaq Azərbaycan Respublikası MPM-nin 407-ci maddəsinin tələblərinə cavab verməyən kassasiya şikayəti baxılması üçün kassasiya instansiyası məhkəməsinə göndərilmişdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 408-ci maddəsini rəhbər tutaraq Qərara aldım: Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 yanvar 2020-ci il tarixli qətnaməsindən cavabdehlərdən Cavabdeh1 kassasiya şikayəti icraata qəbul edilmədən Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılsın.
Məhkəmə qərarları › İş №2(102)-3341/2020
Ali Məhkəmə Qərardad — İş №2(102)-3341/2020
15.05.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver