Məhkəmə qərarları › İş №2(102)-3342/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3342/2021

31.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3342/2021 31.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh Xna qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: mülki hüquq pozuntusu (delikt) nəticəsində dəymiş ziyanın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, X1nın katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi X1, vəkili Nümayəndə, Cavabdeh X və onun vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-7668/2020 nömrəli iş üzrə 06 noyabr 2020-ci il tarixli qətnaməsindən cavabdeh X tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 31 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Bakı şəhəri, Yeni Günəşli, “AB” yaşayış sahəsi, bina № 151-də yerləşən 70 saylı mənzil İddiaçı, bir mərtəbə yuxarıda, iddiaçının mənzilinin üstündə yerləşən 72 saylı mənzil isə cavabdeh Xna məxsusdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53cü maddəsinə əsasən verilmiş “iddia tələbinin həcminin dəyişdirilməsi barədə” ərizə ilə Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, ona məxsus olan mənzilə, yuxarı mərtəbədə yerləşən cavabdehə məxsus mənzildən suyun axıdılması nəticəsində ona vurulmuş maddi ziyanın ödənilməsi məqsədi ilə 20000 manat, mənəvi zərərin əvəzin ödənilməsi məqsədi ilə 30000 manat, iddianın məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pulun cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun mənzilinin üstündə yerləşən və cavabdehə məxsus mənzildən onun mənzilinə dəfələrlə su axıdılmışdır. Bununla bağlı iddiaçı yaşadığı binaya xidmət göstərən 68 saylı Mənzil Kommunal-İstismar Sahəsinə mütaciət etmiş və MKİS-nin əməkdaşları mənzilə baxış keçirərək su axıdılmanın şahidi olmuş və mənzilə dəyən ziyanla bağlı 16.08.2019-cu il tarixdə akt tərtib etmişlər. Suyun axıdılması nəticəsində mənzilin mətbəxinin, qonaq otağının, sanitar qovşağın, dəhlizin təmiri və elekt rik sistemi sıradan çıxmışdır. Mənzilin təmirinin bərpası üçün 20000 manatdan çox vəsait tələb olunur. Mənzildə hal-hazırda yaşamaq mümkün deyil, mənzili təmir etdirmək üçün maddi imkanı yoxdur, dəymiş ziyanın ödənilməsi üçün isə cavabdeh təşəbbüs göstərmir. Eyni zamanda nəzərə alınmalıdır ki, cavabdehin qanunsuz hərəkəti nəticəsində mənəvi zərərə məruz qalmışdır. İddiaçı ona vurulmuş mənəvi zərərin əvəzini 30000 manat məbləğində qiymətləndirmişdir. İddiaçı tərəfindən təqdim edilmiş Suraxanı Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 68 saylı MKİS-nin rəisi tərəfindən verilmiş 111 saylı 16.08.2019-cu il tarixli arayışda qeyd edilmişdir ki, iddiaçının müraciəti əsasında iddiaçının yaşadığı mənzilə MKİS-nin əməkdaşları tərəfindən baxış keçirilmiş və müəyyən edilmişdir ki, iddiaçıya məxsus mənzilə, üst mərtəbədə yerləşən və cavabdehə məxsus mənzildən bir neçə dəfə su axıdılmışdır. Akta əlavə edilmiş fotoşəkillərdən müəyyən edilmişdir ki, suyun axıdılması nəticəsində iddiaçıya məxsus mənzilin mətbəxinin, qonaq otağının, sanitar qovşağının, dəhlizin təmirinə ziyan dəymişdir. Birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qərardad əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş ekspertiza tədqiqatının nəticəsi ilə verilmiş 22.04.2020-ci il tarixli, 4091 saylı rəyində qeyd edilmişdir ki, ekspert iddiaçının və cavabdehin iştirakı ilə 70 və 72-ci mənzillərə baxış keçirmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, iddiaçıya məxsus 70 saylı mənzilin yataq otağındakı, dəhlizindəki və mətbəxindəki divar kağızının birləşmələri b əzi yerlərdə aralanmış, üzərində sarımtıl ləkələr, tavanındakı boya qatı qabarıb çatlamışdır. Mətbəxin parket döşəməsi sıradan çıxmışdır. Sanitar qovşağın tavanındakı boya qatı qabarıb çatlamış, divarındakı kafellər sıradan çıxmışdır. 70 saylı mənzildə yaranmış qüsurlar 72 saylı mənzildən sızma nəticəsində əmələ gəlmişdir. Buna səbəb isə 72 saylı mənzildə yaşayan sakinlər tərəfindən sudan nəzarətsiz istifadə edilməsi olmuşdur. 70 saylı mənzildə əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görülməli təmir bərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 2173 manat təşkil edir. Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin (hakim Nərminə Rzayeva) 08 iyun 2020ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsini, maddi zərərin əvəzinin ödənilməsi məqsədi ilə 2173 ma nat, iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun bir hissəsinin, yəni 27 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya, iş üzrə keçirilmiş ekspertizanın xərcinin ödənilməsi məqsədi isə 100 manat məbləğində pulun cavabdehdən tutularaq dövlət nəfinə ödənilməsini, qalan hissədə iddianın təmin edilməməsini qət etmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarında olan sübutlarla müəyyən edilmişdir ki, iddiaçıya məxsus mənzilə həmin mənzilin üstündə yerləşən və cavabdehə məxsus mənzildən su axıdılmış, bunun nəticəsində iddiaçının mənzilində müxtəlif qusurlar əmələ gəlmişdir. Dəymiş ziyanın məbləği ekspert rəyi ilə müəyyən edilmişdir. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 1096.1, 1096.2, 1097.1, 1111.2, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci mad dələrinə istinadla əsaslandırmışdır Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 68 saylı MKİS-nin işçiləri tərəfindən tərtib olunmuş akt əsassızdır. Çünki həmin akt tərtib olunan zaman cavabdehə məlumat verilməmiş akt onun iştirakı olmadan iddiaçının xeyrinə tərtib olunmuşdur. Bundan başqa, ekspert rəyi də sübut kimi qiymətləndirilə bilməz. Çünki rəydə qeyd edilməyib ki, su sızma məhz cavabdehin mənzilindən baş verib. b) Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər – Məmməd Məmmədov - sədrlik edən və məruzəçi, Şeyda Məhərrəmova, Rəşad Həsənov) 06 noyabr 2020-ci il tarixli qətna məsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, qeyd edilən aktı və ekspert rəyini mübahisələndirən cavabdeh həmin sənədlərin əsassız olmasının nədən ibarət olduğunu və onlarda əks olunmuş məlumatları təkzib edə biləcək sübutları məhkəmələrə təqdim etməmişdir. Halbuki, MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Belə olan halda hesab edilməlidir ki, qeyd edilən akt və rəy əsassız deyil. Akt və ekspert rəyi ilə iddiaçının mənzilinə cavabdehə məxsus mənzildən suyun sızması və nəticədə iddiaçıya maddi ziyan dəyməsi təsdiq olunur. Beləliklə də, apellyasiyanın nəticələri ilə məhkəmə müəyyən etmişdir ki, apellyasiya baxışının predmeti olan hissədə birinci instansiya məhkəməsi hazırki iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlili formal mülahizə xarakteri daşıyır. Apellyasiya baxışının predmeti olan hissədə qətnamənin ləğv edilməsi və dəyişdirilməsi üçün əsaslar yoxdur. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlil ləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh və vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdilər. İddiaçı, onun nümayəndəsi və vəkili məhkəmə kollegiyasının iclasında kassasiya ş ikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Maddə

21. Zərərin əvəzinin ö dənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüquq pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquq i faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırki işdə iddia tələbi birinci instansiya məhkəməsi tərəfindən qismən təmin edilmiş, iddiaçı tələbin rədd edilən hissəsini mübahisələndirməmişdir. Apellyasiya instansiyası məhkəməsi qətnaməni yalnız cavabdehin apellyasiya şikayətinə əsasən iddia tələbinin təmin edilən hissədə yoxlamışdır. Kassasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən və apellyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının pozulması ilə bağlı dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynidir və məhkəmə kollegiyası həmin hallar üzrə apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə də lillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh X tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-7668/2020 nömrəli iş üzrə 06 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar