Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3342/2024 24.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: borcun qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-219/2024 nömrəli, 22 may 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halla rı
1. Cavabdeh İddiaçı xx.xx.2020-ci il tarixdə 3400 manat borca pulu almış və həmin pulu xx.xx.2020-ci il tarixədək İddiaçı qaytarmağı barədə söz verərək, xx.xx.2020-ci il tarixli yazılı iltizama imza etmişdir.
2. Cavabdeh İddiaçı xx.xx.2020-ci il tarixdə 1155 manat borca pulu almış və həmin pulu 6 ay müddətinə, xx.xx.2021-ci il tarixədək İddiaçı qaytarmağı barədə söz verərək, xx.xx.2020-ci il tarixli yazılı iltizama imza etmişdir.
3. Cavabdeh İddiaçı xx.xx.2020-ci il tarixdə 650 manat borca pulu almış və həmin pulu 2 ay müddətində İddiaçı qaytarmağı barədə söz verərək, xx.xx.2020-ci il tarixli yazılı iltizama imza etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5205 manat məbləğin də pulun və ödənilmiş 72.50 manat dövlət rüsumunun alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh onun tanışıdır, ona xx.xx.2020-ci ildə müraciət edərək təcili 3400 manat məbləğində pul lazım olduğunu bildirmiş və söz vermişdir ki, xx.xx.2020-ci il tarixə kimi həmin pulu qaytaracaqdır. Daha sonra cavabdeh xx.xx.2020-ci ildə 1155 manat və xx.xx.2020-ci ildə 650 manat məbləğində də pul almış və həmin pulları da ona qaytarmamışdır. Ümumilikdə cavabdehin ona 5205 manat borcu yaranmışdır. Həmin pulları ondan alması cavabdeh tərəfindən həmin tarixlərdə yazılmış iltizamlarla da təsdiq olumuşdur.
6. Məhkəmə iclasında iştirak edən cavabdeh iddianı qəbul etmədiyini, iddiaçının ona qarşı olan iddiasının əsassız olduğunu bi ldirərək, əlavə olaraq qeyd etmişdir ki, iddiaçıdan faiz dərəcəsi 10 faiz olmaqla 3350 manat borca pul almışdır. Hazırda onun iddiaçıya borcu olmamışdır. Belə ki, o, iddiaçıya həmin borcu 2020-ci ildə tam şəkildə ödəmişdir. O, bankdan 1000 manat kredit götürərək, 2000 manata 1 otaqlı evini sataraq və 350 manat da əlavə olmaqla aldığı borcu qaytarmışdır. Həmçinin qeyd etmişdir ki, borca pul götürərkən qızının təqaüd kartını iddiaçıya vermişdir. İddiaçı 2019-cu ildə 5 ay kartından pul çəkmişdir. İddiaçı ona verdiyi borca görə 1170 manat faiz əldə etmişdir.
7. Məhkəmə iclasında şahid X1 ifadəsində göstərmişdir ki, o, cavabdeh ilə iş yoldaşı olmuşdur. Cavabdeh yanvar ayında evini satmışdır. Cavabdeh pulu işə gətirmiş və onlar pulu saymışlar. Onlar birlikdə iddiaçının evinə getmişlər. O, çöldə cavabdehi gözləmiş, cavabdeh isə iddiaçının evinə girərək pulu ona vermişdir.
8. Cavabdeh adına olan kartından xx.xx.2020-ci ildən xx.xx.2023-cü ilədək hansı ünvanlarda yerləşən bankomatdan hansı tarixlərdə istifadə olunması, kim tərəfindən və hansı məbləğdə pul çıxarılması barədə məlumatlar və görüntülər (fotoşəkil və.s) "xxxx" ASC-dən Sumqayıt Şəhər Məhkəməsinə təqdim edilməsi barədə qərardad qəbul edilmişdir. 9. "xxxx" ASC-nin məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubunda pulları çıxarmış şəxsin foto və videosunu əks etdirən görüntülərinin təqdim olunması ilə bağlı bildirilmişdir ki, Bankda müşahidə kameralarının görüntüləri qeydə alınan tarixdən yalnız 6 ay ərzində mövcud olur. Hazırda tələb olunan tarix aralığının üzərindən 6 aydan çox müddətin keçdiyini nəzərə alaraq həmi n görüntülərin təqdim edilməsi mümkün olmamışdır.
10. Sumqayıt Şəhər Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli, 2(060)-3180/2023 nömrəli qətnaməsi ilə (hakim Əfqan Ələkbərov) iddianın təmin edilməsi, Cavabdeh 5205 manat borcun və ödənilmiş 72.50 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
11. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı cavabdehə xx.xx.2020-ci ildə 3400 manat, xx.xx.2020-ci ildə 1155 manat və xx.xx.2020-ci ildə 650 manat borc pul vermiş, cavabdeh isə həmin pulları müvafiq tarixlərdə qaytarmağa dair öhdəlik götürərək, sadə yazılı formada iltizam vermişdir. Lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir.
12. Məhkəmə belə nəticəyə gəlmişdir ki, cavabdeh iddiaçı qarşısında borc pulu qaytarmaq öhdəliyi daş ımış və həmin öhdəliyin əmələ gəlməsi əsası onların bağladıqları sadə yazılı formada iltizamlar olmuşdur. Odur ki, cavabdeh iddiaçıya ondan aldığı pulun borc verənə qaytarmaq öhdəliyinin daşıyıcısı olduğuna baxmayaraq, bunu yerinə yetirmədiyindən iddia əsaslı olmuşdur. Belə ki, cavabdeh tərəfindən borcun qaytarılması məhkəmə araşdırılması zamanı sübuta yetirilməmiş və bu halla bağlı mötəbər dəlillər məhkəməyə təqdim edilməmişdir.
13. Məhkəmə daha sonra qeyd etmişdir ki, cavabdehin iddiaçıdan faiz dərəcəsi 10% olmaqla 3350 manat borc alması və həmin məbləği tam ödəməsi barədə dəlilini, bu hal iş materialları və sübutlarla təsdiqlənmədiyindən əsassız hesab etmişdir.
14. X2 cavabdeh borcu iddiaçının evində qaytaran zaman onun bayırda gözlədiyi barədə ifadəsinə qiymət verərək məhkəmə hesab etm işdir ki, göstərilənlər bilavasitə pulun Cavabdeh tərəfindən İddiaçı verilməsini təsdiqləməmişdir.
15. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab etmişdir ki, iddia təmin olunduğundan dövlət rüsumu ilə bağlı tələb də təmin edilməli, cavabdehdən ödənilmiş 72.50 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir
16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 329.2, 385.1, 442, 445.2, 448.1, 739.1, 739.2-ci maddələrinə, Azərbaycan Respublikasının MPMin 14.2, 77.1, 119.1, 217.4-cü maddəsinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
17. Cavabdeh apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli, 2(060)-3180/2023 nömrəli qətnaməsinin ləğv ed ilməsi, iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, öhdəliyini icra etdiyi təqdirdə iddiaçı pul tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı öhdəliyinin ziddinə hərəkət edərək, vicdanlılıq prinsipini pozaraq, məhkəməni yanlış məlumatlandırmışdır. Birinci instansiya məhkəməsi öhdəliyin icra edilib-edilməməsi məsələsini düzgün araşdırmamışdır. O, öz öhdəliyini tam şəkildə icra edərək borcunu ödəsə də, məhkəmə bunu nəzərə almamışdır. Bunu şahid ifadələri də təsdiq etmişdir. İddiaçı ilə aralarında bağlanmış müqaviləyə və bu müddəaya tam olaraq riayət edərək, götürdüyü borcu iddiaçıya tam ödəmişdir. Bu barədə sübutların olmasına rəğmən məhkəmə nəzərə almamışdır. Bununla da tamamilə qanunsuz qətnamə qəbu l edilmişdir. Məhkəmə borcun ödənilib-ödənilməməsi məsələsini tam araşdırmamış və bu məsələni aydınlaşdırmamışdır. Məhkəmə bu halı aydınlaşdırmadan, yalnız iddiaçının ifadələri əsasında qətnamə qəbul etmişdir. Onun təqdim etdiyi sübutlar isə məhkəmə tərəfindən nəzərə alınmamışdır.
19. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-4/62 nömrəli ekspert rəyinə əsasən ekspertizaya təqdim edilmiş 2(105)-2187/2023 nömrəli mülki işin 23-cü vərəqinin üz hissəsində xx.xx.2020-ci il tarixli iltizamda olan yazılar və yazıların aşağı hissəsində “Рəhимов Рəсмир” yazılarının qarşısındakı imza, 24-cü vərəqinin üz hissəsində xx.xx.2020-ci il tarixli İltizamda olan yazılar və vərəqin arxa hissəsində olan yazılar, yazıların aşağı hissəsində “Рə hимовa” yazısının qarşısındakı imza, 25-ci vərəqin üz hissəsində xx.xx.2020-ci il tarixli iltizamda olan yazılar - Cavabdeh tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş 2(105)2187/2023 nömrəli mülki işin 25-ci vərəqinin üz hissəsində xx.xx.2020-ci il tarixli iltizamda olan yazıların aşağı hissəsində “Рəhимов” yazısının qarşısındakı imzanın – Cavabdeh tərəfindən icra olunub-olunmamasını tədqiqat prosesinin təsviri hissəsində göstərilən səbəblərdən müəyyən etmək mümkün olmamışdır.
20. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-219/2024 nömrəli, 22 may 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Lalə Rəhimli (sədrlik edən və məruzəçi), İlqar Dəmirov və Fuad Məmmədov) apellyasiya şikayəti təmin edilmədən, Sumqayıt Şəhər Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli, 2 (060)-3180/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmış, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 110 manat məbləğində pul vəsaitinin Cavabdeh tutulması qət edilmişdir.
21. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh apellyasiya şikayətinin dəlillərində iddiaçıdan aldığı borcu qaytardığını bildirsə də buna dair sübutu nə birinci instansiya məhkəməsində nə də apellyasiya instansiyası məhkəməsində təqdim etməmişdir. İşin obyektiv və hərtərəfli araşdırılması üçün kollegiya tərəfindən təyin edilmiş müvafiq ekspertizanın aparılmasına dair qərardad əsasında əldə edilmiş rəylə müəyyən edilmişdir ki, xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli İltizamda olan yazılar və imza, xx.xx.2020-ci il tarixli iltizamda olan yazılar - Cavabd eh tərəfindən icra olunmuşdur. Kollegiya hesab edir ki, xx.xx.2020-ci il tarixli iltizamda olan imzanın Cavabdeh tərəfindən icra olunub-olunmamasını müəyyən etmək mümkün olmasa da, həmin iltizamın mətnini Cavabdeh tərəfindən yazılması cavabdehin həmin pulun götürməsini təsdiq edir.
22. Apellyasiya instansiyası məhkəməsi izah etmişdir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. 23. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikas ı Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Qərarında izah edilmişdir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir.... Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir.... Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır.
24. Şərh olunanları ümumiləşdirərək apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, cavabdeh öz apellyasiya şikayətinin əsaslarına dair dəlillərini sübut edə bilməmiş, məhkəməyə heç bir mötəbər və legitim, əsaslı şübhələrdən kənar sübut təqdim etmədiyindən, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülə n dəlillər isə mahiyyətcə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz.
25. Birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarına düzgün istinad etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında baxıldıqda dəyişdirmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlanması üçün əsasdır. 26.
42. Eyni zamanda iş üzrə aparılmış ekspertiza tədqiqatı üçün tələb edilən 110 (bir yüz on) manat pul cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir.
27. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1, 390.1, 425, 442, 739.1; Mü lki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 97.1, 101.7, 103.1, 217.3, 217.4 217-ci maddələrinə; “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarına istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
28. Cavabdeh (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-219/2024 xx.xx.2024-cü il tarixli qətnaməsini ləğv etməklə işə yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsin i xahiş etmişdir.
29. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə birtərəfli mövqe nümayiş etdirməklə yalnız qarşı tərəfin təqdim etdiyi sübutları daha mötəbər və inandırıcı hesab etmiş, ekspert rəyinə əsaslanmışdır. Halbuki mən məhkəmə prosesində təkrar ekspertizanın keçirilməsini və iddiaçının təqdim etdiyi qəbzlərdəki imzaların kimə məxsusluğunun yoxlanılmasını xahiş etmiş, lakin məhkəmə verilmiş rəylə kifayələnərək bu qətnaməni qəbul etmişdir.
30. Konkret halda tərəfindən məhkəməyə dəvət edilmiş şahid ifadəsi ilə iddiaçıdan aldığı pulu qaytarmağı öz təsdiqini tapdığı üçün məhkəmə iddiaçının iddia təlləbini rədd etməli idi. Bundan başqa iddiaçıdan 3400 manat pul almamışdır, iddiaçıdan 650 və 1155 manat məbləğində pul almış və həmin pulu da iş yoldaşının yanında qaytarmışdır. Əgər iddiaçıdan aldığı pulları qaytarmasaydı və ona faiz verməsəydi necə olur ki, həmin aralıqlarda pul verməkdə davam edir. Lakin məhkəmə bu halı araşdırmamış və ekspertin verdiyi rəylə kifayətlənərək bu qətnaməni qəbul etmişdir. İddiaçıya borcu yoxdur, ondan aldığı pula görə 2 dəfədən də artıq faiz vermiş və əsas borcu da qaytarmışdır. Məhkəmə qətnamədə qeyd edir ki, guya aldığı pulları qaytardığını sübut edə bilməmişdir. Halbuki bununla bağlı məhkəməyə tərəfindən şahid dəvət olunmuş və o bu faktı təsdiqləmişdir. İddiaçıya borclu olmağı qənaətinə gəlməklə sadalanan normalara məhkəmənin istinad etməsi ilə razılaşmır və bu hal məhkəmə tərəfindən maddi normanın düzgün tətbiq edilməməsinə sübutdur.
31. Kassasiya şikayəti əsaslandırılarkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386, 39 0, 425, 442, 739, Azərbaycan Respublikasının MPM-in 77, 88-ci maddəsinə istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
32. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
33. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır;
34. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər;
35. Maddə
425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edər kən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər;
36. Maddə 442-ci. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər ş ərtləri pozmaqla icra edilməsi) başa düşülür.
37. Maddə 739.1(hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan redaksiya).Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
40. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur;
41. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir;
42. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
43. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
44. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
45. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir;
46. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
47. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
48. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
49. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
50. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən ap ellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
51. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
52. Məhkəmə kollegiyası kassasiya şikayətinin məhkəmə prosesində təkrar ekspertizanın keçirilməsini və iddiaçının təqdim etdiyi qəbzlərdəki imzaların kimə məxsusluğunun yoxlanılmasını xahiş etdiyi, lakin məhkəmənin verilmiş rəylə kifayələnərək bu qətna məni qəbul etdiyi barədə dəlili ilə əlaqədar qeyd edir ki, apellyasiya instansiyası məhkəməsində iş üzrə keçirilən 22 may 2024-cü il tarixli məhkəmə iclasının audio-video yazısından məlum olur ki, cavabdeh “müstəqil ekspert istəyirəm” demişdir. Məhkəmə kollegiyası hesab edir ki, bu söz və ifadələrin təkrar ekspertizanın keçirilməsi barədə vəsatət kimi qəbul edilməsi mümkün deyil. Hər bir halda verilən vəsatət əsaslandırılmış olmalıdır. Lakin cavabdeh tərəfindən təkrar ekspertizanın keçirilməsi ilə əlaqədar əsaslandırılmış vəsatət verilməsi iş materialları ilə təsdiqlənmir.
53. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə kassasiya şikayətində göstərilən digər hallara mül ki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
54. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
55. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
56. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 may 2024-cü il tarixli 2(105)-219/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.