Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3343/2019 16.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Mirzəliyev Əsəd Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qoldman Tatyana Aleksandrovnadan, Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, katib A.Cəfərlinin iştirakı ilə, İddiaçı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 fevral 2019-cu il tarixli qərardadından verdiyi kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Xətai rayon Məhkəməsinin 29 iyul 2016-cı il tarixli, 2(011)-5762/2016 saylı qətnaməsi ilə (hakim İ.Abbasova) iddianın qismən təmin edilməsi, 22.529,34 manat məbləğində pulun iddiaçıya qaytarılması, iddia tələbinin Hərrac Mərkəzinə aid hissədə rədd edilməsi qət etmişdir. Bakı Apellyasiya Məh kəməsi MK-nın 10 mart 2017-ci il tarixli, 2(103)-2027/2017 saylı qətnaməsi ilə (hakimlər M.Məmmədov, M.Bağırova və S.Məmmədov) Bakı şəhəri Xətai rayon Məhkəməsinin 29 iyul 2016-cı il tarixli, 2(011)-5762/2016 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsi MK-nın 18 fevral 2019-cu il tarixli, 2(103)2027/2017 saylı qərardadı ilə (hakimlər M.Məmmədov, X.Sarıyev və E.Şamayev) prosessual müddətin buraxılmamış hesab edilməsi barədə İddiaçı ərizəsi təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 mart 2017-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi MK-nın 18 fevral 2019-cu il tarixli, 2(103)-2027/2017 saylı qərardadının ləğv edilməsi, prosessual müddətin buraxılmamış hesab edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsi MK-nın 18 fevral 2019-cu il tarixli, 2(103)-2027/2017 saylı qərardadının ləğv edilməsi, prosessual müddətin buraxılmamış hesab edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Prosesiştirakçılarının izahatları: Üçüncü şəxs “xxxx” ASC-nin nümayəndəsi X1 məhkəmə iclasında vəkilsiz iştirak etdiyi üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə əsasən işin baxılmasında onun iştirakını mümkün hesab etmədi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, qərardad dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 405-ci maddəsinə görə, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilər. Göründüyü kimi, kassasiya şikayəti verilməsi müddətinin axımı qətnamənin tərəfə rəsmi təqdim edildiyi vaxtdan başlayır. İşə əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, Məhkəmənin 10.03.2017-ci il tarixli qətnaməsi iddiaçıya poçt vasitəsi ilə göndərilmişdir. Qətnamə iddiaçının qeydiyyat ünvanı üzrə 11.05.2017-ci il tarixdə qəbul edilmiş və bu barədə poçt sənədinə imza olunmuşdur (iş v. 165). Lakin buna baxmayaraq iddiaçı 17.09.2018-ci il tarixdə ərizə ilə Məhkəməyə müraciət edərək, Məhkəmənin 10.03.2017-ci il tarixli qətnaməsinin ona təqdim edilməsini xahiş etmişdir. İddiaçı ərizəsində qeyd etmişdir ki, qətnamənin göndərildiyi ünvanda yerləşən mənzil başqa şəxsə satıldığına görə o, qətnaməni almamışdır. Həmin ərizəyə əsasən Məhkəmənin 10.03.2017-ci il tarixli qətnaməsi iddiaçıya 21.09.2018-ci il tarixdə təqdim edilmişdir (iş v. 166). Qətnamənin iddiaçıya rəsmi olaraq təqdim edilmə tarixinin 21.09.2018-ci il tarix olduğu qəbul edildiyi halda, MPM-nin 405-ci maddəsinin tələbinə görə, kassasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş müddətin sonuncu günü 2018-ci ilin noyabr ayının 21 hesab edilir. Lakin kassasiya şikayəti 11.02.2019-cu il tarixdə apelyasiya instansiyası məhkəməsinə daxil olmuşdur. Başqa sözlə, iddiaçı qətnamədən kassasiya şikayəti vermək üçün nəzərdə tutulmuş prosessual müddəti ötürmüşdür. MPM-nin 408.1.4-cü maddəsinə əsasən kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti geri qaytarılır. Digər tərəfdən qeyd edilməlidir ki, kassasiya şikayətinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilməmişdir. MPM-nin tələblərinə görə, apellyasiya və kassasiya şikayətləri verildikdə, eləcə də iş üz rə icraata xitam verilməsindən, iddianın baxılmamış saxlanılmasından, məhkəmə cərimələrinin qoyulmasından şikayət verildikdə dövlət rüsumu ödənilir (maddə 108.1.4.). Kassasiya şikayətinə dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur (maddə 407.4.). Kassasiya şikayətinə müəyyən olunmuş qaydada dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə, şikayət qaytarılır (maddə 408.1.3.). Göstərilənləri nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının verdiyi kassasiya şikayəti yuxarıda qeyd edilən əsaslara əsasən, ən əsası isə prosessual müddətinin ötürülməsinə görə düzgün olaraq apelyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılmışdır. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsində işə baxılarkən prosessual hüquq pozunt usuna yol verilmədiyindən, kassasiya şikayəti təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 419-cu maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 fevral 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3343/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-3343/2019
16.05.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver