Məhkəmə qərarları › İş №2(102)-3343/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3343/2020

14.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3343/2020 14.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), X4 və X1 ibarət tərkibdə, X7 oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının X5 tarixli X5 nömrəli qətnaməsindən Cavabdeh və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, Müəyyən etdim: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Xaçmaz Rayon Məhkəməsinin X5 il tarixli qətnaməsinin dəyişdirilməsi, hər uşaq üçün alimentin hər ay 160 manat müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Xaçmaz Rayon Məhkəməsinin 07 noyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim A.B.Sadıqov) İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər G.Tağızadə sədrlik edən və məruzəçi, T.Quliyev və E.Rəhimov) X5 il tarixli qətnaməsi ilə İddiaçı apelyasiya şikayəti təmin edilmiş, Xaçmaz Rayon Məhkəməsinin iş üzrə 07 noyabr 2019cu il tarixli X5 saylı qətnaməsi ləğv edilmiş, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası təmin edilmiş, 22 sentyabr 1983-cü il tarixdə Xaçmaz rayonu Hülövlü kəndində anadan olan Cavabdeh 29 may 2006-cı il tarixdə anadan olmuş X2 və 06 yanv ar 2010-cu il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi hər ay hər uşaq üçün 160 (yüz altmış) manat, cəmi 320 (üç yüz iyirmi) manat alimenti İddiaçı xeyrinə tutulması, alimentin tutulmasının qətnamə qanuni qüvvəsini alandan sonra hesablanması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin yuxarıda qeyd edilən qətnaməsindən Cavabdeh tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 05.06.2020-ci il tarixli qərardadı ilə iş üzrə Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti icraata qəbul edilərək məhkəmə baxışına təyin edilmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh kassasiya şikayəti MPM-nin tələblərinə zidd olaraq icraata qəbul edilmişdir. Belə ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Xaçmaz Rayon Məhkəməsinin X5 il tarixli qətnaməsi ilə müəyyən edilmiş hər ay hər uşaq üçün 110 manat cəmi 220 manat məbləğində alimentin artırılaraq hər ay hər uşaq üçün 160 manat olmaqla cəmi 320 manat məbləğində alimentin tutulmasını tələb etmişdir. Azərbaycan Respublikası MPM-in 404-1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə tələb müəyyən edilmiş hər ay hər uşaq üçün 110 manat cə mi 220 manat məbləğində aliment məbləğinin artırılaraq hər ay hər uşağa 160 (bir yüz altmış) manat, cəmi 320 (üç yüz iyirmi) manat məbləğdə alimentin tutulmasından ibarətdir. Belə olan halda müəyyən edilmiş aliment məbləği ilə artırılması tələb olunan aliment məbləği arasında fərq 100 manat təşkil edir. Həmin məbləğin bir il ərzində məcmusu isə (100 X 12 ay = 1200 manat) 2000 manatdan, az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz. Azərbaycan Respublikası MPM-nin 417.1.7-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması müəyyən edərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Məhkəmə kollegiyası qeyd olunanlar a əsasən hesab edir ki, Ali Məhkəmənin Mülki kollegiyasının 05.06.2020-ci il tarixli X5 nömrəli işin icraata qəbul edilməsinə dair qərardadı ləğv edilərək kassasiya şikayəti məhkəmə baxışından çıxarılaraq geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 402, 417.1.7-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Cavabdeh Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının X5 tarixli X5 nömrəli qətnaməsindən verdiyi kassasiya şikayətinin icraata qəbul edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 05.06.2020-ci il tarixli qərardadı ləğv edilsin. Mülki iş kassasiya baxışından çıxarılsın. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Sumqayıt

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar