Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3343/2021 14.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: müddətin keçməsi, zaminliyə xitam verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1053/2021 nömrəli iş üzrə 03 fevral 2021-ci il tarixli qətnaməsindən iddiaçı ləğv proses ində olan İddiaçı ASC tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 14 iyun 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Xəzər filialı ilə (bundan sonra – iddiaçı və ya bank) Cavabdeh1 arasında bağlanmış 16.01.2015-ci il tarixli, ********* saylı kredit müqaviləyə əsasən, sonuncuya illik 29% dərəcəsilə 36 ay müddətinə 12740 ABŞ dolları kredit verilmişdir. Həmin tarixdə Bankla digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 (bundan sonra – zaminlər) arasında kredit müqaviləsinin təminatı üçün zaminlik müqaviləsi bağlanmışdır. 31.05.2015-ci il tarixli Əlavə Sazişlə tərəflərin razılaşmasına əsasən kreditin müddəti 30.11.2017-ci il tarixədək müəyyən edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə a ktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlərə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada Bankın xeyrinə 11329,69 ABŞ dolları əsas, 11660,61 ABŞ dolları faiz, 4980,89 ABŞ dolları cərimə, müqavilə müddətinin bitdiyi 17.07.2019-cu il tarixə kimi gecikdirilmiş vaxt üçün illik 5% olmaqla 22,12 ABŞ dolları, ümumilikdə 27993,31 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavadehlər müqavilə üzrə öhdəliklərini yerinə yetirməyərək Banka borcları yaranmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər müqavilə üzrə öhdəliklərini icra etməkdən imtina edir. İddiaçı tərəfindən təqdim edilmiş 19.07.2019-cu il tarixli maliyyə aray ışına əsasən Cavabdeh1 Banka 17.07.2019-cu il tarixə əsas məbləğ üzrə 11329,69 ABŞ dolları, müqavilə müddəti üzrə hesablanmış və tələb olunan faiz üzrə 11660,61 ABŞ dolları, müqavilə üzrə borcun gecikdirdiyinə görə hesablanmış və tələb olunan cərimə üzrə 4980,89 ABŞ dolları, gecikdirilmiş vaxt üçün illik 5% hesablanmaqla 22,12 ABŞ dolları olmaqla, ümumilikdə 27993,31 ABŞ dolları borcu qalmışdır. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş ekspertiza üzrə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18.06.2020-ci il tarixli, 9/1088 saylı rəyinə əsasən iş materiallarında olan hesabdan çıxarış məlumatları və 16.01.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 30.11.2017-ci il tarixinə Banka əsas borc üzrə 11570,06 ABŞ dolları, faiz borcu üzrə isə 6480,41 ABŞ dolları olmaqla, ümumilikdə 18230,47 ABŞ dolları müəyyən edilmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(001)-688/2020 nömrəli iş üzrə 22 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim M.Rüstəmli) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh1 11329,69 ABŞ dolları əsas, 6480,41 ABŞ dolları faiz, 100 ABŞ dolları cərimə, gecikdirilmiş vaxt üçün illik 5% olmaqla 22,12 ABŞ dolları, ümumilikdə 17932,22 ABŞ dolları borcun ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə iddiaçının xeyrinə tutulması, 30 manat ödənilmiş dövlət rüsumunun 19 manatının cavabdehdən iddiaçının xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə keçir ilmiş ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 165 manatın 105 manatının cavabdehdən, 60 manatının isə iddiaçıdan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi hazırda mübahisələndirilən hissədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı ilə borc alan Cavabdeh1 arasında bağlanmış müqavilə və əlavə sazişə əsasən kreditin müddəti 30 noyabr 2017-ci il tarixədək təyin olunmuş, yəni öhdəliyinin icrası vaxtı həmin tarixdə başa çatmış və həmin tarixdən bir il ərzində kreditor zaminlərə qarşı iddia irəli sürməmişdir. Zaminlik müqaviləsinin 5.1.4-cü bəndində də qeyd olunduğu kimi zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən 1 il ərzində kreditorun zaminə və ya zaminlərə qarşı iddia irəli sürülmədiy i halda zaminliyə xitam verilir. Belə olan halda zaminliyə xitam verilmişdir və zaminlərə qarşı yönəlmiş iddia tələbi təmin edilməməlidir. Məhkəmə mübahisələndirilən digər hisssədə, yəni faiz borcu hissəsində ekspert rəyini mötəbər sübut kimi qiymətləndirərək rəydə müəyyən edilmiş məbləğdə faiz borcunun tutulmasını qət etmişdir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 385.1, 427.3, 442, 443.1, 448.1, 739, 462.1, 463.1, 465.2, 467, 477.0.4-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək iddia tələbinin rədd edilən hissədə qətnamənin ləğv edilməsini xahiş etmişdir. b) Apellyasiya instansi yası məhkəməsindəki icraat Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-1053/2021 nömrəli iş üzrə 03 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər: Z.Şirinov, F.Talışinski və R.Eyvazov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə görə, bankın zaminlərdən kredit borcunun tutulmasını tələb etməkdə hüququ yoxdur. Belə ki, zaminliyin verildiyi müddət müqavilədə göstərilməlidir. Qanun bunun göstərilməməsi imkanını nəzərdə tutsa da, müddətin göstərilmədiyi təqdirdə zaminliyin xitamı üçün konkret müddətlər müəyyən etmişdir. Bu müddətlər zaminliyin bağlı olduğu əsas öhdəliyin icrası vaxtının çatdığı gündən bir il və ya əsas öhdəliyin icrası müddəti göstərilmədiyi, müəyyənləşdirilə bilmədiyi, yaxud tələbetmə məqamı ilə müəyyənləşdirildiyi halda zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi dövrdür. Həmin müddətlər keçdikdə zaminliyə qanuna əsasən xitam verilir. Bunun üçün ayrıca iddia qaldırılmasına və məhkəmə qərarının çıxarılmasına ehtiyac yoxdur. Baxılan işdə zaminlik müqaviləsi ilə təminat verilən kredit müqaviləsinin icra müddəti dəqiq şəkildə göstərildiyindən apellyasiya instansiyası məhkəməsi Mülki Məcəlləin 477.0.4-cü maddəsinin ikinci cümləsində göstərilən qaydanı hazırkı işə tətbiq edən birinci instansiya məhkəməsinin qənaətini əsaslı hesab etmişdir. Çünki hazırki işdə kredit müqaviləsinin bitmə t arixi 30.11.2017-ci il müəyyən edilmişdir. Əsas öhdəliyin icra vaxtını 30.11.2017-ci il tarixdən hesabladıqda “bank, zaminlərə qarşı bir il ərzində 30.11.2018-ci ilədək iddia irəli sürməli idi. Lakin iddiaçı həmin dövrdə zaminlərə qarşı iddia qaldırmasına dair heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Hazırkı iddia isə qeyd olunan müddətin bitdiyi tarixdən bir ildən artıq vaxt keçdikdən sonra, yəni 29.10.2019-cu ildə irəli sürülmüşdür. Bu hal ona dəlalət edir ki, iddiaçı zaminlik müqaviləsi ilə təmin edilən əsas öhdəliyin icra müddəti çatdığı gündən bir il ərzində zaminlərə qarşı iddia qaldırmadığı üçün onların zaminliyinə 30.11.2018-ci il tarixdə qanuna əsasən xitam verilmişdir. Apellyasiya instansiyası məhkəməsi iddiaçının apellyasiya şikayətinin zaminliyə xitam verilməsi ilə bağlı müd dətin iddia müddəti olması, məhkəmənin isə bu müddəti yalnız cavabdehin belə ərizəsi olduğu halda nəzərə ala biləcəyi barədə dəlilinə münasibətdə bildirərək qeyd etmişdir ki, zaminlik kreditorla zamin arasında bağlanan müstəqil müqavilədir və onlar arasındakı hüquqi əlaqənin yeganə əsasıdır. Bu müqaviləyə görə, zamin, əsas borclunun öhdəliyini yerinə yetirməyəcəyi təqdirdə həmin öhdəliyi özünün icra edəcəyi barədə kreditora şəxsi təminat verir. Zaminlik müqaviləsinin mühüm əlamətlərindən biri də odur ki, zamin qayda olaraq əvəzsiz şəkildə kreditor qarşısında öhdəlik götürür. Bu müqavilə ilə kreditor, adətən zaminə qarşı öhdəlik daşımır, yəni zamin qarşılıqsız borclanır. Bu səbəbdən, qanunverici, zaminliyin yaranma və aradan qalxma əsaslarını dəqiqliklə müəyyən etmiş, zaminin qorunması üç ün bir sıra təminatlar nəzərdə tutmuşdur. Bunlara zaminliyin özünün etibarsızlığına dair müdafiə imkanları, onun növünə görə mübahisələr, zaminliyə xitam verilməsi əsasları və s. aiddir. Zaminliyin qanuni təminatlarından biri də onun konkret müddətə bağlı olmasıdır. Azərbaycan Respublikasının mülki qanunvericiliyində zaminliyin müddətlərinin yuxarı həddi dəqiq müəyyən edilmişdir. Bu baxımdan, Mülki Məcəllənin 477.0.4-cü maddəsində nəzərdə tutulan bir illik müddət kəsici müddətdir. Kəsici müddəti isə cavabdehin ərizəsindən asılı olmayaraq məhkəmə öz xidməti vəzifəsinə görə tətbiq edir. Məhkəmə iddiaçının faiz borcunun düzgün hesablanmaması ilə bağlı dəlillərini də əsaslı hesab etməyərək qeyd etmişdir ki, kredit müqaviləsi üzrə Cavabdeh1 faiz borcu məhkəmə tərəfindən keçirilmiş məhkəmə-mühas ibatlıq ekspertizasının rəyinə uyğun olaraq müəyyən edilmişdir. Məhkəmə qeyd etmişdir ki ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. İddiaçı isə, məhkəməyə ekspert rəyinin mötəbərliyini şübhə altına alacaq hər hansı sübut təqdim etməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 470.1, 472.1, 477.0.4-cü maddələrinə, MPM-in 77.1-ci maddəsinə istinadla əsaslandırmışdır. İddiaçı qətnamədən kassasiya şikayəti vermişdir. Kassasiya şikayəti nin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçının (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin edilməyən hissədə ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə zaminlərə münasibətdə, eyni zamanda faiz borcunun qismən təmin edilməsi hissəsində qanunsuz və əsassızdır. Belə ki, zaminlərlə Bank arasında 16.01.2015-ci il tarixdə bağlanmış zaminlik müqaviləsi mövcuddur. Məhkəmə qeyd etmişdir ki, zaminlik müqaviləsinin müddəti 30.11.2017-ci il tarixdə bitdiyindən zaminlərin bank qarşısında öhdəliklərinə xitam verilmişdir. Lakin Mülki Məcəlləin 375.2-ci mad dəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi halda iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır. Faiz borcunu azaldarkən isə məhkəmə ekspert rəyinə istinad etmişdir. Halbuki, MPM-in 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinə baxılması zamanı Cavabdeh1 vəkilsiz iştirak etdiyindən MPMin 67-ci madd əsinin tələbinə əsasən onun izahatı dinlənilmədi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçının nümayəndəsi və digər cavabdehlər hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə iddiaçının və digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında ol an, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırki işdə iddia tələbi birinci instansiya məhkəməsi tərəfindən qismən təmin edilmiş, cavabdeh tələbin təmin edilən hissəsini mübahisələndirməmişdir. Apellyasiya instansiyası məhkəməsi qətnaməni yalnız iddiaçının apellyasiya şikayətinə əsasən iddia tələbinin rədd edilən hissələrində (zaminlərə və faiz borcuna aid hissələrdə) yoxlamışdır. Hazırkı kassasiya icraatı üzrə birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının apellyasiya şikayəti əsasında yoxlamış apellyasiya instansiyası məhkəməsinin aktı həmin iddiaçının kassasiya şikay əti əsasında tam yoxlanılır. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 470.1. və 472.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə 477.0.4. Zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əl avə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. MPM Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının pozulması ilə bağlı dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynidir və məhkəmə kollegiyası həmin hallar üzrə apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır. Ona görə də, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1053/2021 nömrəli iş üzrə 03 fevral 2021-ci il tarixl i qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3343/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-3343/2021
14.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver