Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3344/2020 21.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi ilə, İddiaçı QSC-nin, vəkili Ağamirov Mirağa Mirbəşir oğlunun və Cavabdeh1, vəkili Mütəllimov Şahin Rasim oğlunun Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(105)-136/2020 saylı qətnaməsindən ayrı – ayrılıqda verdikləri kasasiya şikayətləri üzrə işə baxaraq Müəyyən etdi: Siyəzən Rayon Məhkəməsinin xx xxxxxx 20 18-ci il tarixli, 2(059)-115/2018 saylı qətnaməsi ilə (hakim F.B.Mirzəquliyev) iddia ərizəsinin qismən təmin edilməsi, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2008-ci il tarixli, 11L000000149 saylı kredit xətti müqaviləsinə, xx.xx.2012-ci il tarixli 149 saylı, xx.xx.2014-cü il tarixli 149 saylı sazişlərə, xx.xx.2015-ci il tarixli 011R********** saylı kredit razılaşmasına, xx.xx.2016-cı il tarixli 011R**********S saylı sazişə, xx.xx.2016-cı il tarixli 011R********** saylı kredit razılaşmasına xitam verilməsi, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçı "İddiaçı" QSC-nin xeyrinə 011R********** saylı kredit razılaşmasına əsasən 20581,78 ABŞ dolları əsas, 6085,39 ABŞ dolları faiz, 700 ABŞ dolları cərimə olmaqla, cəmi 27367,17 ABŞ dollarının ödəniş günündə ekvivalent məbləğ, 011R ********** saylı kredit razılaşmasına əsasən 13568,83 manat əsas, 3673,06 manat faiz, 500 manat cərimə olmaqla, cəmi 17741,89 manat borc, eləcə də, cəmi, 123 manat dövlət rüsumunun alınaraq, İddiaçı ASC-yə verilməsi, tutmanın Cavabdeh2 mülkiyyətində olan, ipotekaya qoyulmuş Xaçmaz rayonu Niyazoba kəndində olan 0,10 ha torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 26,20 kv.m. ümumi sahəsi, 22,10 kv.m. yaşayış sahəsi, 4,10 kv.m. yardımçı sahəsi olan fərdi yaşayış evi, Xaçmaz şəhərində yerləşən Cavabdeh1 xüsusi mülkiyyətində olan 0,04 ha torpaq sahəsi və ünvan 1 ünvanında yerləşən Cavabdeh1 xüsusi mülkiyyətində olan 3 saylı mənzilə yönəldilməsi, həmin əmlakın açıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsilə satılması, əldə olunmuş pul vəsaiti hesabına, İddiaçı QSC-yə olan bor cun ödənilməsi, borc və məhkəmə xərcləri ödənildikdən sonra qalan pul vəsaitinin cavabdehlərə qaytarılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(105)-136/2020 saylı qətnaməsi ilə (hakimlər: sədrlik edən və məruzəçi A.Ə.Abbasov, Ş.R.Abasov və T.Q.Məmmədov) Cavabdeh1 apelyasiya şikayəti qismən təmin edilərək, Siyəzən Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(059)-115/2018 saylı qətnaməsinin Cavabdeh1 şikayəti üzrə mübahisələndirilən hissədə – Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçı "İddiaçı" QSC-nin xeyrinə 011R********** saylı kredit razılaşmasına əsasən 6085,39 ABŞ dolları faiz məbləği, 011R********** saylı kredit razılaşmasına əsasən 13568,83 manat əsas, 3673,06 manat faiz məbləğinin tutulması hissəsində dəyişdirilməsi, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 011R********** saylı kredit razılaşması üzrə 2.640,56 (iki min altı yüz qırx dollar əlli altı sent) ABŞ dolları faiz məbləği, 011R********** 10 saylı kredit razılaşması üzrə 13.554,83 (on üç min beş yüz əlli dörd manat səksəmn üç qəpik) manat əsas, 3.611,23 (üç min altı yüz on bir manat iyirmi üç qəpik) manat faiz məbləğinin tutulması, İddiaçı ASCnin apelyasiya şikayətinin təmin edilməməsi, qətnamənin iddiaçının mübahisələndirdiyi hissədə – ipoteka predmeti olan əmlakların hərracda satıldıqdan sonra 1 ay ərzində boşaldılması barədə iddianın təmin olunmayan hissəsində dəyişdirilmədən saxlanılması, Xaçmaz rayonu, Niyazoba kəndində Cavabdeh2 mülkiyyətində olan 0,10 ha torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli, 2 otaqlı ümumi sahəsi 26,20 kv.m., yaşayış sahəsi 22,10 kv.m., 4,10 kv.m. yardımçı sahədən ibarət fərdi yaşayış evinin hərracda ilkin satış qiymətinin 13.000 (on üç min) manat, Xaçmaz şəhərində yerləşən Cavabdeh1 mülkiyyətində olan 0,04 ha torpaq sahəsinin hərracda ilkin satış qiymətinin 40.000 (qırx min) manat, ünvan 1 ünvanında yerləşən Cavabdeh1 xüsusi mülkiyyətində olan 3 nömrəli mənzilin hərracda ilkin satış qiymətinin 32.000 (otuz iki min) manat müəyyən edilməsi qət edilmiş, iş üzrə aparılmış mühasibatlıq ekspertizasının dəyəri olaraq 150 manat pulun 50 (əlli) manatı İddiaçı ASC-dən, 100 (yüz) manat isə Cavabdeh1, alınaraq aşağıdakı Az.MEM, VÖİN **********, Dövlət Xəzinədarlıq agentliyi, kod 210005, VÖEN **********, m/h AZ 41 NABZ***** *************** SWİFT BİK CTREAZ 22 hesaba keçirilmişdir. İşin halları: İddiaçı QSC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə bağlanmış xx.xx.2008-ci il tarixli, 11L000000149 saylı kredit xətti müqaviləsinə, xx.xx.2012-ci il tarixli 149 saylı, xx.xx.2014cü il tarixli 149 saylı sazişlərə, xx.xx.2015-ci il tarixli, 011R********** saylı kredit razılaşmasına, xx.xx.2016-cı il tarixli 011R**********S saylı sazişə, xx.xx.2016-cı il tarixli 011R********** saylı kredit razılaşmasına xitam verilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 011R********** saylı kredit razılaşması üzrə 20581,78 ABŞ dolları məbləğində kredit borcu, 6085,39ABŞ dolları məbləğində faiz və 11055,35 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 37722,52 ABŞ dolları, 011R********** saylı kredit razılaşması üzrə 13568,83 manat kredit borcu, 3673,06 manat məbləğində faiz və 5581,67 manat məbləğində cərimə borcu olmaqla, cəmi 22823,56 manat məbləğində borcun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumunun və 63 manat xidmət haqqının tutulması, tələbin Xaçmaz rayonu, Niyazoba kəndində Cavabdeh2 xüsusi mülkiyyətində olan 0,10 ha torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 26,20 kv.m ümumi sahəsi, 22,10 kv.m. yaşayış sahəsi, 4,10 kv.m. yardımçı sahəsi olan fərdi yaşayış evinə, Xaçmaz şəhərində yerləşən Cavabdeh1 xüsusi mülkiyyətində olan 0,04 ha torpaq s ahəsi və ünvan 2 ünvanında yerləşən Cavabdeh1 xüsusi mülkiyyətində olan 3 saylı mənzilə yönəldilməsinə, həmin əmlakların açıq hərracda satılması, cəmi 37.722,52 ABŞ dolları, 22.823,56 manat borcun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumunun və 63 manat xidmət haqqının ipoteka predmetinin açıq hərracdan satışından əldə olunan vəsait hesabına "İddiaçı" QSC-yə ödənilməsi, hərracda əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1 və Cavabdeh2 İddiaçı QSC-nin xeyrinə müştərək qaydada tutulması, Xaçmaz rayonu, Niyazoba kəndində Cavabdeh2 xüsusi mülkiyyətində olan 0,10 ha torpaq sahəsi və üzərində yerləş ən 1 mərtəbəli, 2 otaqlı, 26,20 kv.m ümumi sahəsi, 22,10 kv.m. yaşayış sahəsi, 4,10 kv.m. yardımçı sahədən ibarət fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh2 həmin fərdi yaşayış evinə istifadə hüququnun itirilməsi, onun həmin evdən çıxarılması, həmin evin boşaldılaraq "İddiaçı" QSC-yə təhvil verilməsi, Xaçmaz şəhərində yerləşən Cavabdeh1 xüsusi mülkiyyətində olan 0,04 ha torpaq sahəsinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra həmin torpaq sahəsinin boşaldılması və İddiaçı QSC-yə təhvil verilməsi və ünvan 2 ünvanında yerləşən Cavabdeh1 xüsusi mülkiyyətində olan 3 nömrəli mənzilə istifadə hüququnun itirilməsi, onun həmin mənzildən çıxarılması, həmin mənzilin boşaldılaraq İddiaçı QSC-yə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İ ş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Apelyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq İddiaçı QSC həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apelyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin qismən, ipoteka predmetlərinə tutma yönəldikdən və onlar satıldıqdan 1 ay sonra həmin daşınmaz əmlaklardan Cavabdeh2 Daşdəmir oğlunun çıxarılmaqla onların boşaldılmasına dair iddia tələbinin təmin olunmaması hissəsində ləğv edilib işin həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq Cavabdeh1 həmin qətnamədən A li Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apelyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilib işin yenidən apelyasiya instansiyası məhkəməsinə qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinin dəlilləri və tərəflərin izahatları İddiaçı QSC və vəkili Ağamirov Mirağa Mirbəşir oğlu kassasiya şikayətini mübahisələndirilən hissədə onunla əsaslandırmışlar ki, apelyasiya instansiyası məhkəməsi müqavilənin bağlandığı vaxt qüvvədə olan maddi hüquq normasının tələblərini nəzərə almamış, “İpoteka haqqında“ Qanunun 59.3 və 59.4-cü maddələrini düzgün tətbiq etməmişdir. Cavabdeh1 və vəkili Mütəllimov Şahin Rasim oğlu kassasiya şikayətini onunla əsaslandırmışlar ki, işə apellyasiya qaydasında baxan məhkəmə instan siyası işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında İddiaçı QSC-nin nümayəndəsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 üzrlü səbəb olmadan iştirak etməmişlər. Ali Məhkəmənin Mülki Kollegiyası AR MPM-nin 67 və 415.3-cü maddəsinin tələblərini rəhbər tutaraq işə baxmışdır. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini dinləyib hesab edir ki, aşağıdakılara əsasən Cavabdeh1 kassasiya şikayəti təmin edilməməli, İddiaçı QSC-nin kassas iya şikayəti təmin olunmalı, qətnamə ipoteka predmetlərinə tutma yönəldikdən və onlar satıldıqdan 1 ay sonra həmin daşınmaz əmlaklardan Cavabdeh2 Daşdəmir oğlunun çıxarılmaqla onların boşaldılmasına dair iddia tələbinin təmin olunmaması hissəsində ləğv olunmalı və iş həmin hissədə yeni apelyasiya baxışına qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə b ağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunmamasına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. İş materiallarında olan: -"İddiaçı" QSC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxx 2008-ci il tarixli kredit xətti müqaviləsinə əsasən bank Cavabdeh1 60 ay müddətinə 30.000 ABŞ dolları məbləğində kredit xətti açmışdır. (i.v.13) -kredit xətti müqaviləsinə əlavələr edilməsi haqqında xx.xx.2012-ci il tarixli, 149 saylı sazişdən görünür ki, kredit xəttinin müddəti 176 ay müəyyən edilmişdir. (i.v.14) -kredit x ətti müqaviləsinə əlavələr edilməsi haqqında xx.xx.2014-cü il tarixli, 149 saylı sazişdən görünür ki, kredit xəttinin müddəti 197 ay, məbləği 500 000 ABŞ dolları müəyyən edilmişdir. (i.v.15) -xx xxxxx 2015-ci il tarixli, 011R********** saylı kredit razılaşmasından görünür ki, "İddiaçı" QSC Cavabdeh1 18 ay müddətinə, aylıq 1,75 faizlə, ödəniş planı üzrə hissəhissə qaytarmaq şərti ilə 52000 ABŞ dolları məbləğində kredit vermişdir. (i.v.16) -xx xxxxxx 2016-cı il tarixli, 011R**********S saylı kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında sazişdən görünür ki, sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir.(i.v.19) -xx.xx.2016-cı il tarixli, 011R********** saylı kredit razılaşmasından görünür ki, "İddiaçı" QSC Cavabdeh1 18 ay müddətinə, aylıq 1.8333 faizlə, ödən iş planı üzrə hissəhissə qaytarmaq şərti ilə 15000 (on beş min) manat 5 məbləğində kredit vermişdir. -kredit xətti müqaviləsinin təminatı olaraq xx xxxxxxxx 2011-ci il tarixli 11S000001204 saylı zaminlik müqaviləsindən görünür ki, borclu Cavabdeh1 kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin Cavabdeh2 bank qarşısında borclu ilə birlikdə məsuliyyət daşıyır. (i.v.24) -xx xxxxxx 2014-cü il tarixli, 11M000000354 nömrəli ipoteka müqaviləsindən görünür ki, Xaçmaz şəhərində yerləşən Cavabdeh1 xüsusi mülkiyyətində olan 0.04 ha torpaq sahəsi "İddiaçı" QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. (i.v.27) -xx.xx.2015-ci il tarixli, 11M**********01 saylı ipoteka müqaviləsindən görünür ki, ünvan 1 ünvanında yerləşən Cavabdeh1 xüsusi mülkiyyətində olan 3 nömrəl i mənzili "İddiaçı" QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. (i.v.29) -xx.xx.2013-cü il tarixli, 11R000003542 saylı ipoteka müqaviləsindən görünür ki, Xaçmaz rayonu, Niyazoba kəndində Cavabdeh2 xüsusi mülkiyyətində olan 0.10 ha torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli 2 fərdi yaşayış evi "İddiaçı" QSC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. (i.v.30) -RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən Cavabdeh1 xüsusi mülkiyyətində olan 3 nömrəli mənzilin ipoteka ilə yüklülüyü qeydiyyata alınmışdır. (i.v.32) -RX seriyalı, ******* №-li çıxarışdan görünür ki, Xaçmaz şəhərində yerləşən Cavabdeh1 xüsusi mülkiyyətində 0.04 ha torpaq sahəsinin ipoteka ilə yüklülüyü qeydiyyata alınmışdır. (i.v.33) -RX seriyalı, ******* №-li çıxarışdan görünür ki, Xaçmaz ray onu, Niyazoba kəndində Cavabdeh2 xüsusi mülkiyyətində olan 0.10 ha torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli 2 otaqlı fərdi yaşayış evinin ipoteka ilə yüklülüyü qeydiyyata alınmışdır. (i.v.34) -”xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx xxxx 2018-ci il tarixli, 0528/18/AB, 0527/18/AB və 0526/18/AB saylı qiymətləndirilmə hesabatlarından görünür ki, ipoteka predmetini təşkil edən Xaçmaz şəhərində yerləşən Cavabdeh1 xüsusi mülkiyyətində olan **********96 reyestr nömrəli 0,04 ha torpaq sahəsinin bazar dəyəri 40.000 manat, Xaçmaz rayonu Niyazobad kəndində Cavabdeh2 mülkiyyətində olan 0,10 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 26,20 kv.m. ümumi, 22,10 kv.m. yaşayış və 4,10 kv.m. yardımçı sahədən ibarət fərdi yaşayış evinin bazar dəyəri 13.000 manat, ünvan 1 ünvanındakı 1 mərtə bəli binanın 1-ci mərtəbəsində yerləşən 99,5 kv.m. ümumi, 57,7 kv.m. yaşayış və 41,8 kv.m. yardımçı sahədən ibarət Cavabdeh1 məxsus mənzilin bazar dəyəri 32.000 manat təşkil edir. təşkil edir. (i.v.91, 101, 115) İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi də qeyd edilən iş materiallarına istinadən cavabdehlərin müqavilə və sazişlər üzrə öhdəliklərini lazımınca icra etməməsini müəyyən edərək, iddianı yuxarıda qeyd edilən qaydada qismən təmin etmiş, gəldiyi nəticəni də Mülki Məcəllənin 296.1, 279, 317.1, 319, 385.1, 386.1, 389.1, 421.1, 421.2, 442, 443.1, 448.1, 462.1, 465.2, 470.1, 472, 739, 741-ci, “İpoteka haqqında” Qanunun 33, 34.1.1, 39.3.3 və 59.3.1-ci maddələri ilə əsaslandırmışdır. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi qeyd olunan iş materiallarına və qanunvericilik normalarına istinadən iddia tələbini kredit müqaviləsi üzrə əsas və faiz borcuna aid hissədə təmin etməklə gəldiyi nəticədə qismən haqlı olmuşdur. Belə ki, iddiaçı "İddiaçı" QSC ilə Cavabdeh1 arasında kredit xətti müqaviləsi və həmin müqavilə çərçivəsində kredit razılaşmaları imzalanmış, müqavilə və razılaşmalar Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanmış və onların etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud olmamış, kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi Cavabdeh1 risk dairəsinə daxil olan öhdəliyi olduğu üçün o, bu öhdəliklərin icra edilməməsinə görə iddaçı qarşısında cavabdehlik daşımışdır. Mülki Məcəllənin 448.1-ci maddəsinə görə də ə gər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının cavabdehdən kredit müqaviləsi üzrə borcunu tələb etməsinin qanuni əsası olmuşdur. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçı "İddiaçı" QSC-nin xeyrinə 011R********** saylı kredit razılaşması üzrə 6085,39 ABŞ dolları faiz məbləği, 011R********** saylı kredit razılaşması üzrə 13568,83 manat əsas, 3673,06 manat faiz məbləğinin tutulması hissəsində isə birinci instansiya məhkəməsi səhvə yol vermişdir. İş materiallarından görünür ki, iddiaçı təşkilat iddia ərizəsi ilə məhkəməyə xx.xx.2017-ci il tarixdə müraciət et miş, hər iki müqavilə üzrə xx.xx.2017-ci il tarixinə olan borcu tələb etmişdir. (i.v.11) Müəyyən edilmişdir ki, xx.xx.2015-ci il tarixli, 011R********** saylı kredit razılaşması üzrə son ödəniş tarixi xx.xx.2016-cı il olmuş, xx.xx.2016-cı il tarixdə həmin razılaşma və ödəniş cədvəlinə dəyişiklik edilərək ödənişin son tarixi xx.xx.2017-ci il müəyyən edilmişdir. xx.xx.2015-ci il tarixli, 011R********** saylı kredit razılaşması üzrə son ödəniş tarixi razılaşmaya edilmiş dəyişikliyə əsasən xx.xx.2017-ci il olsa da, iddiaçı təşkilat iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən həmin razılaşma üzrə xx.xx.2017-ci il tarixinə, başqa sözlə müqavilə müddətinin bitdiyi tarixdən sonrakı 4 ay üçün də faiz borcu tələb etmişdir. İş materiallarından görünür ki, işə apelyasiya qaydasında baxılarkən xx xxx 2019-cu il tarixli qərardadla hazırki iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspert qarşısında xx.xx.2015-ci il tarixli, 011R********** saylı kredit razılaşması və xx.xx.2016-cı il tarixli razılaşmaya edilmiş dəyişikliyə əsasən ödədiyi məbləğlər nəzərə alınmaqla Cavabdeh1 xx.xx.2017-ci il tarixinə, yəni müqavilə müddətinin sonuna əsas və faiz borcunun nə qədər olması, eləcə də, xx.xx.2016-cı il tarixli, 011R********** saylı kredit razılaşması üzrə ödədiyi məbləğlər nəzərə alınmaqla Cavabdeh1 xx.xx.2017-ci il tarixinə əsas və faiz borcunun nə qədər olması barədə sual qoyulmuşdur. Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxx 2019-cu il tarixli, 17841 saylı mühasibatlıq ekspertizasının rəyindən görünür ki, Cavabdeh1 011R********** saylı kredit razılaşması üzrə xx xxxx 2017- ci il tarixinə əsas borcu 22658 ABŞ dolları, faiz borcu 2640,56 ABŞ dolları, 011R********** saylı kredit razılaşması üzrə isə xx xxxxxxx 2017-ci il tarixinə əsas borcu 13554,83 manat, faiz borcu 3611,23 manat təşkil edir. Tərəflər arasında xx.xx.2015-ci il tarixli, 011R********** saylı kredit razılaşması və xx.xx.2016-cı il tarixli razılaşmaya edilmiş dəyişikliyə əsasən kreditin son ödəniş tarixi xx xxxx 2017-ci ildir. Kreditin son ödənilmə tarixinin xx xxxx 2017-cı il müəyyən edilməsi nəzərə alınarsa, iddiaçının müddət bitəndən sonrakı, yəni xx xxxx 2017-ci ildən sonrakı dövr üçün müqavilə üzrə faiz tələb etməsini apelyasiya instansiyası məhkəmə kollegiyası əsaslı saymamışdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəlarının şərh edilm əsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsi müəyyən etmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxamış faydanın) ödənilməsini tələb edə bilər. Göründüyü kimi, Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitəndən sonrakı dövr üçün pul vəsaitindən istifadə haqqının (faizlərin) tutulması istisna olunur. Hazırki işdə isə iddiaçı xx.xx.2015-ci il tarix li, 011R********** saylı kredit razılaşmasından irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitəndən sonrakı dövr, yəni xx.xx.2017-cı ildən xx.xx.2017-ci ilədək dövr üçün də faiz hesablayaraq, cavabdehlərdən 6085,39 ABŞ dolları faiz tələb edir. Apelyasiya instansiyası məhkəməsi Konstitusiya Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli qərarında əks olunan hüquqi mövqeyinə görə bunu əsaslı saymayaraq hesab etmişdir ki, cavabdehlərin 011R********** saylı kredit razılaşması üzrə faiz borcu həmin razılaşma üzrə müddətin sonu, yəni xx.xx.2017-ci ilə qədər olan dövrlə məhdudlaşmalıdır. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxx 2019-cu il tarixli, 17841 saylı mühasibatlıq ekspertizasının rəyindən də görünür ki, Cavabdeh1 011R********** saylı kredit razılaşması üzrə xx xxxx 2017-ci il tarixinə əsas faiz borcu 2640,56 ABŞ dolları təşkil edir. Buna görə də apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, qətnamə cavabdehlərdən 011R********** saylı kredit razılaşması üzrə 6085,39 ABŞ dolları faiz məbləği tutulması hissəsində dəyişdirilməli, ekspert rəyinə uyğun olaraq Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçı "İddiaçı" QSC-nin xeyrinə 011R********** saylı kredit razılaşması üzrə 2640,56 ABŞ dolları faiz məbləği tutulması müəyyən edilməlidir. Həmçinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxx 2019-cu il tarixli, 17841 saylı mühasibatlıq ekspertizasının rəyindən görünür ki, Cavabdeh1 011R********** saylı kredit razılaşması üzrə xx xxxxxxx 2017-ci il tarixinə əsas borcu 13554,83 manat, faiz borcu 3611,23 manat təşkil edir. Apelyasiya instans iyası məhkəməsi xx xxxxxxx 2019-cu il tarixli, 17841 saylı ekspert rəyinə əsaslanaraq, belə nəticəyə gəlmişdir ki, cavabdehlərdən 011R********** saylı kredit razılaşması üzrə iddia tələbində qeyd edildiyi kimi əsas borc üzrə 13568,83 manat və faiz borcu üzrə 3673,06 manat deyil, müvafiq olaraq əsas borc üzrə 13554,83 manat, faiz borcu üzrə 3611,23 manat məbləğində pul tutulmalıdır. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Cavabdeh1 apelyasiya şikayəti üzrə qətnamə mübahisələndirilən hissədə, yəni əsas və faiz borcunun məbləği hissəsində dəyişdirlməli, yuxarıda göstərilənlərə əsasən Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçı "İddiaçı" QSC-nin xeyrinə 011R********** saylı kredit razılaşması üzrə 2640,56 ABŞ dolları faiz məbləği, 011R********** saylı kredit razılaşması üzrə 13554,83 manat əsas, 3611,23 manat faiz məbləği tutulmalı, cavabdehin apelyasiya şikayəti üzrə qalan hissədə, yəni 011R********** saylı kredit razılaşmasına əsasən 20581,78 ABŞ dolları əsas borcun məbləği hissəsində isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçı iddia tələbində 011R********** saylı kredit razılaşması üzrə əsas borca görə 20581,78 ABŞ dolları pul tələb etmişdir ki, qeyd edilən məbləğ keçirilmiş ekspertizanın rəyi ilə təsdiq edilir. Belə ki, ekspert rəyində Cavabdeh1 həmin razılaşma üzrə xx.xx.2017- ci il tarixinə olan əsas borcunun 22658,78 ABŞ dolları olması müəyyən edilmişdir ki, bununla da iddiaçının əsas borcu hissəsində iddia tələbinin əsaslı olması təsdiq edilir. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddia tələbində cavabdehdən tələb olunan əsas borc məbləği 20581,78 ABŞ dolları, ekspert rəyində isə 22658,78 ABŞ dolları göstərilmişdir. Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Buna görə də apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, əsas borc məbləği iddia tələbi həddində, yəni 20581,78 ABŞ dolları məbləğində müəyyən edilməlidir. Ekspert rəyi ilə müəyyən edilmiş əsas borc məbləğinin tutulması iddia tələbindən kənara çıxma kimi qiymətləndirildiyi üçün həmin məbləğin cavabdehdən tutulması qanunvericiliyə ziddir. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, qətnamədə ipoteka predmeti olan əmlakların açıq hərracdan ilkin satış qiyməti müəyyən edilməli dir. Belə ki, birinci instansiya məhkəməsinin qətnaməsindən görünür ki, məhkəmə ipoteka predmeti olan mənzilin ilkin satış qiymətini müəyyən etməmişdir. Halbuki, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinin birinci cümləsinə görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən ipoteka predmetinin ilkin satış qiymətini müəyyən etməlidir. İddia ərizəsində ipoteka predmeti olan mənzilin ilkin satış qiymətinin müəyyən olunması barədə tələb olmasa da, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə görə hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsində də ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən ipoteka predmetinin ilkin satış qiy mətinin məhkəmə tərəfindən müəyyən edilməli olması göstərilmişdir. Buna görə də iddia ərizəsində ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən olunması barədə tələb olmadığı halda belə, qeyd olunan qanunvericilik normalarının tələbi baxımından, bu, müəyyən edilməli olduğundan apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, mənzilin hərracda ilkin satış qiyməti müəyyən edilməlidir. İpoteka predmeti olan əmlakların ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, ipoteka predmeti olan əmlakların ilkin satış qiymətinin müəyyən edilməsi üçün birinci instansiya məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(105)1165/2018 saylı qərardadı ilə qiymətləndirmə ekspertizası təyin edilmişdir. İş materiallarında olan "xxxx” Məhdud Məsuliyyətl i Cəmiyyəti tərəfindən xx xxxx 2018-ci il tarixdə tərtib edilmiş torpaq sahəsinin qiymətləndirilməsinə dair hesabatdan görünür ki, ipoteka predmetini təşkil edən Xaçmaz şəhərində yerləşən Cavabdeh1 xüsusi mülkiyyətində olan **********96 reyestr nömrəli 0,04 ha torpaq sahəsinin bazar dəyəri 40.000 manat təşkil edir. (i.v.91) İş materiallarında olan “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən xx xxxx 2018-ci il tarixdə tərtib edilmiş mənzilin qiymətləndirilməsinə dair hesabatdan görünür ki, ipoteka predmetini təşkil edən ünvan 1 ünvanındakı 1 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən 99,5 kv.m. ümumi, 57,7 kv.m. yaşayış və 41,8 kv.m. yardımçı sahədən ibarət Cavabdeh1 məxsus mənzilin bazar dəyəri 32000 manat təşkil edir. (i.v.101) İşdə olan "xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfind ən xx xxxx 2018-ci il tarixdə tərtib edilmiş fərdi yaşayış evinin qiymətləndirilməsinə dair hesabatdan görünür ki, ipoteka predmetini təşkil edən Xaçmaz rayonu, Niyazobad kəndində Cavabdeh2 mülkiyyətində olan 0,10 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 26,20 kv.m. ümumi, 22,10 kv.m. yaşayış və 4,10 kv.m. yardımçı sahədən ibarət fərdi yaşayış evinin 9 bazar dəyəri 13000 manat təşkil edir. (i.v.114) Buna görə də apelyasiya instansiyası məhkəməsi qiymətləndircinin rəyinə əsaslanaraq, belə nəticəyə gəlmişdir ki, Xaçmaz rayonu, Niyazoba kəndində Cavabdeh2 mülkiyyətində olan 0,10 ha torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli, 2 otaqlı ümumi sahəsi 26,20 kv.m., yaşayış sahəsi 22,10 kv.m., 4,10 kv.m. yardımçı sahədən ibarət fərdi yaşayış evinin hərracda ilkin satış qiyməti 13.00 0 manat, Xaçmaz şəhərində yerləşən Cavabdeh1 mülkiyyətində olan 0,04 ha torpaq sahəsinin hərracda ilkin satış qiyməti 40.000 manat, ünvan 1 ünvanında yerləşən Cavabdeh1 xüsusi mülkiyyətində olan 3 nömrəli mənzilin hərracda ilkin satış qiyməti 32.000 manat manat müəyyən edilməlidir. İş üzrə aparılmış mühasibatlıq ekspertizasının dəyəri olaraq 150 manat pulun 50 manatı iddiaçı təşkilatdan, 100 manatı isə Cavabdeh1, alınaraq aşağıdakı Az.MEM, VÖİN **********, Dövlət Xəzinədarlıq agentliyi, kod 210005, VÖEN **********, m/h AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesaba keçirilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. ”xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti i sə qiymətləndirmə ekspertizasının xərci barədə hər hansı hesabat təqdim etməmişdir. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə apelyasiya instansiyası məhkəmə kollegiyasının gəlmiş olduğu nəticəni işin faktiki halları ilə müqayisəli tərzdə öyrənib, həmin nəticənin ipoteka predmetlərinə tutma yönəldikdən və onlar satıldıqdan 1 ay sonra həmin daşınmaz əmlaklardan Cavabdeh2 Daşdəmir oğlunun çıxarılmaqla onların boşaldılmasına dair iddia tələbinin təmin olunmaması hissəsi istisna olmaqla, iddia tələbinə dair digər hissələrdə qanunauyğun olması qənəatinə gəlir və hesab edir ki, iddia tələbinin həmin digər hissələrində apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətlərinə faktlar nöqteyi-nəzərincə və tərəflərin qarşılıqlı münasibətləri zəminində düzgün hüquqi qiymət verilməklə iş üzrə qanunauyğun və əsaslı nəticəyə gəlinmişdir. Yuxarıda qeyd olunduğu kimi apelyasiya instansiyası məhkəməsi iddia tələbinin ipoteka predmetlərinə tutma yönəldikdən və onlar satıldıqdan 1 ay sonra həmin daşınmaz əmlaklardan cavabdeh Cavabdeh2 çıxarılmaqla onların boşaldılmasına dair hissəsində düzgün hüquqi nəticəyə gəlməmişdir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin həmin hissəsinin təmin olunmaması aşağıdakı kimi əsaslandırılmışdır:”... Belə ki, ipoteka predmeti olan fərdi yaşayış evi hərracda satılıb yeni mülkiyyətçi müəyyən edildikdən sonra ipoteka qoyan və onun orada yaşayan ailə üzvlərinin həmin mənzildən istifadə hüququna xitam verilməklə həmin fərdi yaşayış evi ancaq yeni alıcıya təhvil verilə bilər “. Yəni birinci instansiya məhkəməsinin gəldiyi həmin nəti cə üzrə gələcəkdə yeni mülkiyyətçi bununla əlaqədar müvafiq qaydada iddia qaldırmalıdır. Apelyasiya instansiyası məhkəməsi isə birinci instansiya məhkəməsinin gəlmiş olduğu həmin nəticəni dəyişdirmədən saxlamaqla əsaslandırmada özü ziddiyyətli nəticəyə gəlmişdir. Bununla əlaqədar apelyasiya instansiyası məhkəməsinin qətnaməsində aşağıdakılar qeyd olunmuşdur: “...Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqey ilə razılaşaraq, əlavə olaraq onu da qeyd edir ki, “İpoteka haqqında” Qanunun 59.4-cü maddəsinə görə bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatd an ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Göründüyü kimi, qanunvercilik ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslərin ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadığı halda, həmin şəxslərin evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan çıxarılması qaydasını müəyyən etmişdir. Bu baxımdan, ipoteka predmeti olan əmlakların hərracda satıldıqdan sonra ən geci 1 ay ərzində boşaldılması barədə ayrıca iddia verilməsinə də zərurət yoxdur”. Yuxarıda qeyd olunanlarla bağlı apelyasiya instansiyası məhkəməsi həmçinin maddi hüquq normasının tətbiqində də düzgün olmayan nəticəyə g əlmişdir. Belə ki, iş materiallarında olan ipoteka müqavilələrindən görünür ki, ipoteka müqavilələri xx.xx.2013-cü il, xx.xx.2014-cü il və xx.xx.2015-ci il tarixdə bağlanmışdır. Apelyasiya instansiyası məhkəməsi isə “İpoteka haqqında” Qanunun 59.4-cü maddəsinə 30 dekabr 2018-ci il tarixində edilmiş dəyişikliyə istinad etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 149cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Şərh olunanlardan göründüyü kimi apelyasiya instansiyası məhkəməsi tərəfindən “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsinin tələblərinə düzgün hüquqi qiymət veri lməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416- 419-cu madələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı QSC-nin kasasiya şikayəti təmin edilsin. Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(105)-136/2020 saylı qətnaməsi ipoteka predmetlərinə tutma yönəldikdən və onlar satıldıqdan 1 ay sonra həmin daşınmaz əmlaklardan Cavabdeh2 Daşdəmir oğlunun çıxarılmaqla onların boşaldılmasına dair iddia tələbinin təmin olunmaması hissəsində ləğv edilsin və iş həmin hissədə yeni apelyasiya baxışına qaytarılsın. Qətnamənin digər hissəsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3344/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3344/2020
21.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver