Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3344/2025 17.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı6 və digərlərinin Cavabdeh1 və digərlərinə qarşı iş üzrə QƏRARİ Açar sözlər:torpaq sahəsinin boşaldılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 25 iyul 2025-ci il tarixli, 2(107)179/2025 nömrəli qətnaməsindən İddiaçı6 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə 17 dekabr 2025-ci il tarixdə Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçılar İddiaçı6, İddiaçı1, İddiaçı4, İddiaçı2, İddiaçı5 və İddiaçı3 (bundan sonra iddiaçılar) mülkiyyətlərində olan torpaq sahələrinə 2 yol yerinin olduğunu, həmin yol yerinin birinin Cavabdeh1 və Cavabdeh2 (bundan sonra- cavabdehlər) tərəfindən tutulduğunu iddia edirlər. Mübahisəli yol yerinin açılmasını 2 halla əsaslandırırlar. 1-ci hal ondan ibarətdir ki, yolun tutulması nəticəsində mülkiyyətlərinə daha uzaq yolla getmək məcburiyyətdə qalırlar. 2-ci halı isə AR Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən 8 fevral 2023-cü il tarixli aktda göstərilmiş əsasla, yəni sözügedən yol yerinin bağlanması nəticəsində hər hansı fövqəladə vəziyyətin tez bir zamanda qarşısını almağın çətinliyi ilə əsaslandırırlar. Bunun əsasında iddiaçılar cavabdehlərə servitut müəyyən edilmək lə, yoldan istifadə hüququ əldə etmək istədiyini bildirirlər. Cavabdehlər iddiaya etiraz edərək, bunu iddiaçıların açılmasını tələb etdikləri yol yerinin onların mülkiyyətində olduğu, servitut verilməsinə razı olmadıqları, iddiaçıların mülkiyyətlərinə gedən alternativ yol yerinin olması ilə əsaslandırırlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
2. İddiaçılar cavabdehlərə qarşı “yol olaraq istifadə edilən torpağın boşaldılması, torpaq sahəsindən istifadəyə yaradılmış maneələrin aradan qaldırılması və servitutun müəyyən edilməsi” tələbinə dair məhkəmədə iddia qaldıraraq, cavabdehlərin Qəbələ rayonu, Nohurqışlaq kəndi ərazisində bağladıqları ümumi istifadədə olan yolun açılması, cavabdehlər tərəfindən yolun bələdiyyə mülkiyyətinə aid olan zəbt edilmiş hi ssəsinin boşaldılması, cavabdehlərin istifadəsində olan torpaq sahəsindən piyada və ya nəqliyyat vasitəsilə keçmək üçün servitutun müəyyən edilməsi, həmin torpaq sahəsində quraşdırılmış maneələrin aradan qaldırılaraq torpaqdan istifadəyə məhdudiyyətlərin yaradılmasının cavabdehlərə qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 3. xx.xx.2023-cü il tarixdə iddiaçı Nümayəndə2 məhkəməyə elektron qaydada ərizə ilə müraciət edərək, onun əsl iddiaçı X7 ilə əvəz edilməsini xahiş etmiş və məhkəmə tərəfindən ərizə təmin edilmişdir. 4. 08.09.2023-cü il tarixdə məhkəmə tərəfindən iddiaçı X7 əsl İddiaçı6 ilə əvəz edilmişdir.
5. Eyni zamanda xx.xx.2023-cü il tarixdə iddiaçı Nümayəndə2 məhkəməyə elektron qaydada ərizə ilə müraciət edərək, Qəbələ rayonu, Nohurqışlaq bələdiyyəsi və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin 3cü şəxs kimi işə cəlb edilməsini xahiş etmiş və məhkəmə tərəfindən ərizə təmin edilmişdir. 6. 07.10.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında X8 iddiaçı tərəfdən mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. 7. 16 yanvar 2024-cü il tarixdə İddiaçı6 məhkəməyə elektron qaydada iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh1 tərəfindən Qəbələ rayonu, Nohurqışlaq kəndində zəbt edilmiş bələdiyyə mülkiyyətinə aid edilmiş 0,21253 ha torpaq sahəsinin boşaldılması, cavabdehin hesabına həmin torpaq sahəsində inşa edilmiş özbaşına tikililərin sökülərək torpaq sahəsinin əvvəlki vəziyyətə qaytarılması və Cavabdeh1 mülkiyyətində olan torpaq sahəsinin 250 kvadrat metr hissəsindən (zəbt edilmiş bələdiyyə torpaqlarının arasından), Cavabdeh2 mülkiyyətində olan torpaq sahəsinin isə 250 kvadrat metr hissəsindən piyada və nəqliyyat vasitəsi ilə keçmək üçün servitutun müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddiaçılar iddia tələbini onunla əsaslandırmışlar ki, Qəbələ rayonu, Nohurqışlaq kəndinin sakinləri olaraq uzun müddətdir ki, cavabdehlərin qanunsuz əməllərinin qurbanına çevrilərək əziyyət çəkmək məcburiyyətində buraxlılmışlar. Belə ki, hələ dədəbabadan Nohurqışlaq kəndinə gedən iki yol mövcuddur. Bir müddət əvvəl həmin yoldan biri cavabdehlər tərəfindən tutularaq camaatın gediş-gəlişi məhdudlaşdırılmışdır. Hansısa qanunsuz yollarla Cavabdeh1 kənd camaatının illərlə yol kimi istifadə etdiyi torpaq sahə sinin 42 metr hissəsini adına sənədləşdirməyə nail olmuş, bununla kifayətlənməyərək yolun bələdiyyə mülkiyyətində olan 36 metr uzunluğunda olan hissəsinin də daxil olduğu 1600 kvadrat metr torpaq sahəsini də zəbt edərək öz istifadəsinə qatmış, yolun üzərində maneələr yaradaraq 1 kilometrlik kənd yolunun ortasından 70 metrini bağlayaraq camaatın gediş-gəlişini məhdudlaşdırmışdır. Digər Cavabdeh2 da Cavabdeh1 qoşularaq öz tərəfindən yolun bir hissəsinə məhdudiyyətlər yaradaraq qanunsuz şəkildə yolun zəbt edilməsində iştirak etməkdədir. Cavabdehlərə ümumi istifadədə olan yolun açılması ilə bağlı aparılmış danışıqlar zamanı Cavabdeh1 yolun açılması və həyətinin hasarlanaraq yoldan ayrılması üçün kənd camaatından 6000 manat pul istəmiş, bunun müqabilində tərəflərindən ona nağd şəkildə 1600 mana t pul verilmiş, eyni zamanda 3000 manat dəyərində tikinti materialları təqdim olunmuşdur. Ancaq Cavabdeh1 sonradan fikrini dəyişdirərək və yolun açılması müqabilində kənd camaatından əvvəlcə 10000 manat, daha sonra isə 20000 manat pul tələb edərək aralarında əldə olunmuş razılşamanı da pozmuş, nəticədə nə onlardan nağd şəkildə aldığı 1600 manat pulu, nə də 3000 manat dəyərində tikinti materiallarını geri qaytarmayaraq hesablarına əsassız şəkildə varlanmışdır. Digər Cavabdeh2 da yolun açılması müqabilində onlardan aldığı 700 manat pulu mənimsəyərək sonradan özünə aid hissədə bağladığı yolun açılmasından imtina etmişdir. Nəticədə cavabdehlərin qanunsuz hərəkətləri səbəbindən onlar da daxil olmaqla bütün kəndin sakinləri nəinki öz yaşadıqları fərdi yaşayış evlərinə normal şəkildə getmək imkan ından məhrum edilmişlər, həm də pulları da aldadılaraq əllərindən alınaraq ziyana uğradılmışlar. Cavabdehlərin kənd camaatının ümumi istifadəsində olan yolunu bağlamasının qanunsuz olması müraciətləri əsasında Fövqəladə Hallar Nazirliyi X9 Xidmətinin X6 Yanğın Nəzarəti İdarəsinin əməkdaşları tərəfindən 08 fevral 2023-cü il tarixdə tərtib edilmiş aktda da öz əksini tapmışdır. Həmin aktda cavabdehlərin ümumi istifadədə olan yolu bağlamalarının həmin ərazidə baş verə biləcək hər hansı fövqəladə vəziyyətin tez bir zamanda qarşısını almağa çətinliklər yaratdığı bildirilmiş və bğlanmış yolun açılmasının məqsədəuyğun olduğu qeyd edilmişdir. Hesab edirlər ki, cavabdehlərin bu qanunsuz əməllərinə məhkəmə qaydasında son qoyulmalı, bütün kəndin iki insanın süni şəkildə yaratdıqları əngəllərdən qurtul maları təmin edilməlidir. Onu da bir daha bildirmək istəyirlər ki, cavabdehlərin zəbt etdikləri yolun açılması üçün tərəflərindən onlara ağlabatan məbləğdə pul da təklif edilmiş, yolun abadlaşdırılması üçün müəyyən məbləğdə pul və tikinti materialları da verilmişdir. Buna baxmayaraq cavabdehlər bələdiyyə mülkiyyətində olan torpaq da daxil olmaqla qanunsuz olaraq illərlədir yol kimi istifadə olunan torpaq sahəsini zəbt etmiş və qanunsuz əməllərinə bu günədək son qoymamışdır. Yaranmış problemin həlli üçün bir neçə dəfə aidiyyəti qurumlara müraciət etsələr də, bunun hər hansı bir nəticəsi olmamış və onlara məhkəməyə müraciət etmək tövsiyə edilmişdir. Bütün bunları nəzərə alaraq, onlar öz pozulmuş hüquqlarının müdafiə olunması və ən azından mübahisələndirilən torpaq sahəsinə dair servitutun mü əyyən edilməsi üçün məhkəməyə müraciət etməyi lazım bilmişlər.
9. AR Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumu, Qəbələ rayonu, Nohurqışlaq bələdiyyəsinin, Nohurqışlaq kənd İƏD-si tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib olunmuş aktda tədqiq olunan ərazidə baxış zamanı yolun sərt döngəli və uzaq olduğu üçün gələcəkdə həmin ərazidə baş verə biləcək hər hansı fövqəladə vəziyyətin qarşısını tez bir zamanda almaq üçün həmin əraziyə girişin çətin olduğunu nəzərə alaraq digər istiqamətdə olan hal-hazırda bağ sahəsindən keçən bağlanan yolun açılmasının məqsədyönlü hesab edildiyi göstərilmişdir.
10. Reyestr Xidmətinin 26 dekabr 2023-cü il tarixli mütəxəssis rəyində və AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 29 fevral 2024-cü il tarixli ekspert rəyində göstərilmişdir ki, Reyestr Xidm əti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Çıxarışa əsasən, Qəbələ rayonu, Nohurqışlaq kəndində X2 adına qeydiyyata alınmış 0,10 ha torpaq sahəsinə gediş-gəliş yolu (ictimai yol) ərazinin ümumi xəritəsində nəzərdə tutulmuşdur. Reallıqda belə bir yol mövcuddur. Cavabdehlər tərəfindən yol yeri tutulmamışdır.
11. Reyestr Xidməti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli Çıxarışa əsasən Qəbələ rayonu, Nohurqışlaq kəndində İddiaçı1 adına qeydiyyata alınmış 0,22 ha torpaq sahəsinə gedişgəliş yolu (ictimai yol) ərazinin ümumi xəritəsində nəzərdə tutulmuşdur. Reallıqda belə bir yol mövcuddur. Cavabdehlər tərəfindən yol yeri tutulmamışdır.
12. Reyestr Xidməti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli Çıxarışa əsasən Qəbələ rayonu, Nohurqışlaq kəndində İddiaçı5 adına qeydiyyata alınmış 0,08 ha torpaq sahəsinə gediş-gəliş yolu (ictimai yol) ərazinin ümumi xəritəsində nəzərdə tutulmuşdur. Reallıqda belə bir yol mövcuddur. Cavabdehlər tərəfindən yol yeri tutulmamışdır.
13. Reyestr Xidməti tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli Çıxarışa əsasən X3, X1, X4 və X5 ümumi birgə mülkiyyətinə verilmiş Qəbələ rayonu, Hohurqışlaq kəndində yerləşən 0,18003 ha torpaq sahəsinə gediş-gəliş yolu (ictimai yol) ərazinin ümumi xəritəsində nəzərdə tutulmuşdur. Reallıqda belə bir yol mövcuddur. Cavabdehlər tərəfindən yol yeri tutulmamışdır.
14. Sözügedən torpaq sahələrinə yol yerləri reallıqda mövcuddur. Nəzərdə tutulmuş yol yerləri hal-hazırda işlək vəziyyətdədir və vətəndaşlar tərəfindən istifadə olunur. Sözügedən torpaq sahələrinə yol yerləri reallıqda mövcuddur. Cavabdehlərin istifad əsinə və mülkiyyətinə verilmiş torpaq sahələrindən yol nəzərdə tutulmamışdır. Cavabdehlər tərəfindən reallıqda olan yol yerinə heç bir maneəçilik törədilmir. İddiaçıların mülkiyyətlərində olan torpaq sahələrinə ərazinin ümumi xəritəsində yol yeri (ictimai yol) nəzərdə tutulmuşdur. Həmin yol yeri reallıqda mövcuddur. İddiaçıların iddia etdiyi yol yeri ərazinin ümumi xəritəsində nəzərdə tutulmamışdır və cavabdehlərin mülkiyyətində olan torpaq sahələrinin üzərinə düşür. İddiaçıların mülkiyyətində olan torpaq sahələrinə gedən yol yeri ərazinin ümumi xəritəsində nəzərdə tutulmuşdur. Həmin yol yeri reallıqda mövcuddur. Reallıqda mövcud yol yeri bələdiyyə mülkiyyətinə aid ümumi istifadədə olan ərazidir.
15. AR Ədliyyə Nazirliyi, Məhkəmə Ekspertiza Mərkəzinin 06 avqust 2024-cü il tarixli ekspert r əyində göstərilir ki, ekspert qarşısında qoyulmuş sualların həlli üçün AR Fövqəladə Hallar Nazirliyi-nin mütəxəssisləri tərəfindən tərtib edilməli mütəxəssis rəyinin Mərkəzə təqdim olunması zəruri olduğundan, bu barədə məhkəməyə xx.xx.2024-cü il tarixli vəsatət verilmişdir. Tədqiqat obyektinə xx.xx.2024-cü il tarixdə baxış keçirildikdən uzun müddət keçməsinə baxmayaraq hər hansı bir sənəd (mütəxəssis rəyi) Mərkəzə təqdim edilmədiyindən qərardadda qoyulmuş suallar üzrə tədqiqat aparılması mümkün olmamaşdır.
16. Qəbələ Rayon Məhkəməsinin 21 oktyabr 2024-cü il tarixli, 2(025)-27/2024 saylı qətnaməsi (hakim A.Əliyev) ilə iddiaçıların cavabdehlərə qarşı “yol olaraq istifadə edilən torpağın boşaldılması, torpaq sahəsindən istifadəyə yaradılmış maneələrin aradan qaldırılması və servitutun müəyyən edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.
17. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçılar iddia tələblərində ilk növbədə Cavabdeh1 tərəfindən Qəbələ rayonunun Nohurqışlaq kəndində zəbt edilmiş bələdiyyə mülkiyyətinə aid edilmiş 0,21253 ha torpaq sahəsinin boşaldılması, cavabdehin hesabına həmin torpaq sahəsində inşa edilmiş özbaşına tikililərin sökülərək torpaq sahəsinin əvvəlki vəziyyətə qaytarılmasını tələb etmişlər.
18. Göründüyü kimi, iddiaçılar ilk növbədə mübahisəli yol yerinin bələdiyyə mülkiyyətinə olmasını, bələdiyyə mülkiyyətinə aid edilmiş 0,21253 ha torpaq sahəsinin Cavabdeh1 tərəfindən boşaldılmasını tələb etmişlər. Lakin iddiaçılar açılmasını tələb etdikləri yol yerinin Nohurqışlaq bələdiyyəsinin mülkiyyətində olmasına dair məhkəməyə heç bir sübut təqdim etməmişlər. İddiaçıların açılmasını tələb etdikləri mübahisəli yolun Nohurqışlaq bələdiyyəsinin mülkiyyətində olması ekspert və mütəxəssis rəyləri ilə təkzib olunmuşdur. Belə ki, mütəxəssis rəyində və ekspert rəyində göstərilmişdir ki, iddiaçıların iddia etdiyi yol yeri ərazinin ümumi xəritəsində nəzərdə tutulmamışdır və cavabdehlərin mülkiyyətində olan torpaq sahələrinin üzərinə düşdüyü müəyyən edilmişdir. Bu səbəbdən birinci instansiya məhkəməsi bu nəticəyə gəlmişdir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir.
19. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab etmişdir ki, iddiaçılar bələdiyyə mülkiyyətinə aid torpaq sahələrini mübahisələndirmək üçün subyektiv hüquqa malik deyillər.
20. Məhkəmənin qənaətincə mütəxəssis rəyində və ekspert rəyində iddiaçıların mü lkiyyətlərində olan torpaq sahələrinə gediş-gəliş yolunun (ictimai yol) ərazinin ümumi xəritəsində nəzərdə tutulduğu, yol yerinin hal-hazırda işlək vəziyyətdə və vətəndaşlar tərəfindən istifadə olunduğu, cavabdehlər tərəfindən reallıqda olan yol yerinə heç bir maneəçilik törədilmədiyi müəyyən edilmişdir.
21. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 152.1, 152.5, 157.4, 158.3, 170.1, 170.2, 175.1, 239, 255.1, 255.4, 255.8-ci, Torpaq Məcəlləsinin 54-cü, habelə MPM-in 14.2, 77.1, 78.1, 80, 81 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
22. İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə Qəbələ Rayon Məhkəməsinin 21 oktyabr 2024-cü il tarixli, 2(025)-27/2024 nömrəli qətnaməsinin ləğv olunması və iddian ın təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
23. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Nohurqışlaq kənd sakinlərinin bir qrupunun adından məhkəməyə müraciət edilərək hüquqlarını pozan Cavabdeh1 və Nümayəndə1 Salman oğluna qarşı qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlərin görülməsi, zəbt olunmuş torpağın boşaldılması və servitiutun müəyyən edilməsi məhkəmədən xahiş olunmuşdur. Belə ki, Qəbələ rayonunun Nohurqışlaq kəndinin sakinləri olaraq uzun müddətdir ki, adı çəkilən şəxslərin qanunsuz əməllərinin qurbanına çevrilərək əziyyət çəkmək məcburiyyətində buraxılmışlah. Hələ dədə-babadan Nohurqışlaq kəndinə gedən iki yol mövcud olmuşdur. Bir müddət əvvəl həmin yoldan biri Cavabdeh1 və Nümayəndə1 Salman oğlu tərəfindən tutularaq camaatın gediş-gəlişi məhdudlaşdırılmışdır. Hansısa qanunsuz yollarla Cavabdeh1 kənd camaatının illərlə yol kimi istifadə etdiyi torpaq sahəsinin 42 metr hissəsini adına sənədləşdirməyə nail olmuş, bununla kifayətlənməyərək yolun bələdiyyə mülkiyyətində olan 36 metr uzunluğunda olan hissəsinin daxil olduğu 1600 kvadrat metr torpaq sahəsini də zəbt edərək öz istifadəsinə qatmış, yolun üzərində maneələr yaradaraq 1 kilometrlik kənd yolunun ortasından 70 metrini bağlayaraq camaatın gediş-gəlişini məhdudlaşdırmışdır. Nümayəndə1 Salman oğlu da Cavabdeh1 qoşularaq öz tərəfindən yolun bir hissəsində məhdudiyyətlər yaradaraq qanunsuz şəkildə yolun zəbt edilməsində iştirak etmişdir. Məhkəmə servitutla bağlı aşkar səhv nəticəyə gəlmişdir. İşdə olan iddia ərizəsindən göründüyü kimi, onların əsas tələbi torpaq sahəsində in şa edilmiş özbaşına tikililərin cavabdehin hesabına sökülərək torpaq sahəsinin əvvəlki vəziyyətə qaytarılması və cavadehlərin mülkiyyətində olan torpaq sahəsinin müəyyən hissəsindən piyada və nəqliyyat vasitəsi ilə keçmək üçün servitutun müəyyən edilməsindən ibarətdir. Məhkəmə mübahisəli torpaq sahəsinin cavabdehlərin mülkiyyətində olduğunu bəyan edərək servitutun məhkəmə qaydasında müəyyən olunmasının mülki qanunvericiliklə nəzərdə tutulmadığını bildirmişdir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməlili hüquq normalarına müvafiq olaraq qiymət verməli olduğu halda, hal-hazırki işə baxarkən məhkəmə bu normanın tələblərini pozmuşdur. İş materiallarında mübahisələndirilən torpaq sahəsi ilə bağlı iddiaçılar tərəfindən bildirilən hall arı təsdiq edən faktlar olduğu halda, məhkəmə özünün gəldiyi ziddiyyətli qənaəti ilə mübahisə predmeti olan torpaq sahəsinin yerləşdiyi ərazi ilə əlaqədar məsələni araşdırmadan və bu məsələni lazımi şəkildə qiymətləndirmədən, işin hallarının qanunvericiliklə müəyyən edilmiş qaydada obyektiv və hərtərəfli tədqiqini həyata keçirmədən və sübutlara düzgün hüquqi qiymət vermədən iş üzrə mübahisənin məhkəmə araşdırmasını həyata keçirmədən iddia tələblərinin rədd edilməsinə dair aşkar səhv nəticəyə gəlmişdir.
24. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-179/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakimlər - Zamin Tahirov (sədrlik edən, məruzəçi), Ələddin Məcidov və Taleh Musayev) İddiaçı6 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Qəbələ Rayon Məhkəməsinin 21 oktyabr 2024-cü il tarixli, 2(025)27/2024 nömrəli qətnaməsi İddiaçı6 qızının apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
25. Məhkəmə kollegiyası öz mövqeyini onunla əsaslandırmışdır ki, 6 avqust 2024-cü il tarixli ekspertiza rəyində AR Aövqəladə Hallar Nazirliyinin müvafiq qurumu, Qəbələ rayonu, Nohurqışlaq bələdiyyəsi və Nohurqışlaq kənd İƏD-si tərəfindən xx.xx.2023- cü il tarixdə tərtib olunmuş akta istinad olunmuşdur ki, həmin aktda göstərilənlər də əsassızdır. Belə ki, həmin aktda digər istiqamətdə olan hal-hazırda bağ sahəsindən keçən bağlanan yolun (yəni cavabdehlərin xüsusi mülkiyyətində olan sahənin) açılmasının məqsəduyğunluğundan söhbət gedir ki, belə bir nəticəyə gəlinmə də qanunun tələblərinə ziddir.
26. Belə ki, aktda bağlanan yol kimi qe yd edilən sahə 26 dekabr 2023-cü il tarixli mütəxəssis rəyi və 29 fevral 2024-cü il tarixli ekspert rəyinə əsasən digər yol deyil, cavabdehlərin xüsusi mülkiyyətinə verilmiş torpaq sahələrdir və həmin sahələrdən də hər hansı yol nəzərdə tutulmamışdır.
27. Digər tərəfdən Aktı imzalayan qurumların nümayəndələrinin cavabdehlərin xüsusi mülkiyyətində olan torpaq sahələrindən yolun açılmasını müəyyən etmək, həmin sahələrin bağlanmış yol olaraq açılmasını məqsədəuyğun saymaları barədə səlahiyyətləri yoxdur. Qanunvericilikdə, o cümlədən torpaq sahələrinə mülkiyyət hüquqlarını məhdudlaşdırmanın qanuni əsasları müəyyən edilmişdir ki, həmin əsaslar da xüsusi mülkiyyətdə olan sahədən zəruri keçidin verilməsi, servitut və sairdir. Qanunvericilikdə mülkiyyət hüquqlarını məhdudlaşdırmanın şərtləri və qa ydaları nəzərdə tutulmuşdur. Qanunvericiliyin tələbinə əsasən istər zəruri keçid, istərsə də servitut tərəflər arasında olan razılığa əsasən mülkiyyətçiyə müvafiq haqq ödənilməklə müəyyən olunur. Tərəflər arasında razılıq əldə olunmadıqda bu məhkəmənin qərarı əsasında həyata keçirilir ki, belə qərarın verilməsi üçün də müvafiq şərtlər mövcud olmalıdır. Sözügedən aktı tərtib edən təşkilatların nə zəruri keçidi, nə də servitutu müəyyən etmək və bununla bağlı hər hansı əsaslandırmanı həyata keçirmək səlahiyyətləri olmadığı kimi, onların tövsiyyələri əsasında da cavabdehlərin xüsusi mülkiyyətində olan torpaq sahələrindən bağlanan yol adı altında yol açılması da qanunun tələblərinə zidd olardı.
28. Bundan başqa həmin aktda guya yolun uzaq və sərt döngəli olmaqla orada baş verən hər hansı fövqəl adə vəziyyətin tez bir zamanda qarşısının alınması ilə bağlı yolun açılmalı olması nəticəsi də əsassızdır. Belə ki, həmin təşkilatların həmin ərazidə hər hansı fövqəladə halların baş verməsini ehtimal etməsi cavabdehlərin xüsusi mülkiyyətindəki sahələrdən yolun açılmasına qanuni əsas vermir. Həmçinin həmin ərazidə hər hansı fövqəladə vəziyyətin yaranması ehtimal ounduğu kimi, eyni əsasla fövqəladə halların baş verməməsi də ehtimal oluna bilər.
29. Daha sonra, əgər həmin ərazidə yanğın hadisəsinin baş verməsi ehtimal edilsə, onda Qəbələ rayonu mərkəzində yerləşən yanğın mühafizə xidmətinin maşınlarının rayon mərkəzindən Nohurqışlaq kəndinə gəlmə məsafəsi, magistral yoldan iddiaçıların evlərinə və digər evlərə qədər olan məsafədən daha çoxdur. Onda bu ehtimalın yanğınsöndürmə xidmətinin rayo n mərkəzindən kəndlərə olan məsafəsinin çox olması nəzərə alınmaqla bu fövqəladə vəziyyətin daha tez bir zamanda qarşısının alınması üçün hər kənddə, o cümlədən Nohurqışlaq kəndində də yanğından mühafizə xidmətinin yaradılmasının labüd olması ehtimalı qədər gülünc olmasının xüsusi sübuta ehtiyacı yoxdur. Belə bir hipotetik hal digər fövqəladə hallar nümunəsinə də aid edilə bilər.
30. Digər tərəfdən dövlət tərəfindən həmin ərazidə piyada və avtomaşınların hərəkəti, o cümlədən hər hansı fövqəladə vəziyyətin aradan qaldırılması üçün yol nəzərdə tutulmuşdur və kənddə olan digər şəxslər, o cümlədən avtomaşınlar həmin yoldan istifadə edirlər. Xüsusi olaraq hər hansı ehtimal olunan fövqəladə vəziyyətin aradan qaldırılması üçün cavabdehlərin xüsusi mülkiyyətində olan torpaq sahələrindən məxsusi yolun açılması zərurəti heç bir faktoloji hallar və hüquqi əsaslarla təsdiqini tapmır.
31. Belə ki, iddiaçılar tərəfindən belə bir əsaslar, həmçinin magistral yoldan evlərinə gedən kəndarası yolun uzaqlığı ilə bağlı hər hansı fövqəladə hadisənin, o cümlədən yanğın hadisəsinin qarşısının alınmasının mümkün olmamasını təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim olunmamış bununla da iddia tələbinin əsaslandırıldığı hallar sübut olunmamışdır. X12 Nazirliyinin Xüsusi xidməti tərəfindən həmin ərazidə yolun uzaqlığı ilə bağlı konkret hər hansı fövqəladə halların qarşısının alınmaması və ya alınmasının çətin olması ilə bağlı hər hansı mötəbər sübutlar məhkəməyə təqdim olunmamışdır. Ona görə də məhkəmə kollegiyası qeyd etmişdir ki, xx.xx.2023-cü il tarixdə tərtib olunmuş akt mötəbər sübut sayılmamalıdır.
32. Məhkəmə kollegiyası qeyd etmişdir ki, 6 avqust 2024-cü il tarixli ekspert rəyində də əsassız və qeyri-mötəbər olan, ehtmaledici məlumatlara əsaslanan xx.xx.2023-cü il tarixli akta istinad olunmuşdur. 06 avqust 2024-cü il tarixli ekspertiza rəyi heç bir elmi-tədqiqat metodlarına əsaslanmamışdır və orada olan nəticələr işdəki heç bir mötəbər sübutla təsdiqini tapmır. Qeyri-mötəbər və əsassız məlumatlara istinad edilən bir ekspertiza rəyi əsaslı sayıla bilməz və orada göstərilən hallar mülki hüquq normalarına uyğun olmadığından iddiaçıların iddialarının təmin edilməsi üçün əsas ola bilməz.
33. Məhkəmə kollegyiası qeyd etmişdir ki, əslində xx.xx.2023-cü il tarixli akta əsasən ekspertiza qarşısında qoyulmuş sualların izahı üçün xüsusi bilik tələb olunmamaqla bu suallara işdə ki sübutlar əsasında da hüquqi qiymət verilə bilərdi. İş materiallarından da görünür ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli əraziyə baxış keçirilmiş və iddiaçıların mülkiyyətlərində olan torpaq sahələrinə yol yerinin kifayət qədər geniş ərazini əhatə etməklə kənd camaatının çox hissəsi tərəfindən istifadə edilməsi müəyyən edilmişdir. Şübhəsizdir ki, hər hansı ehtimal olunan fövqəladə halların qarşısının alınması üçün cavabdehlərin xüsusi mülkiyyətində olan torpaq sahlərindən yolun verilməsi onların mülkiyyət hüququna müdaxilədir və bu hazırki halda belə müdaxilənin qanuni əsasları mövcud deyildir.
34. İşdəki sübutlardan görünür ki, hazırki işdə cavabdehlərin torpaq sahələrindəki mülkiyyət hüququna müdaxilə üçün sözügedən şərtlər olmamış; yəni müdaxilənin qanunda nəzərdə tut ulmuş zəruri keçid və servitutla bağlı şərtləri, müdaxilənin qanuni məqsəd daşıması, təxirəsalınmaz tələbata cavab verməsi halları mövcud olmamış, bu zaman cavabdehlərin mülkiyyət hüquqları ilə iddiaçıların ehtimal edilən tələbatı arasında ədalətli tarazlıq prinsipi təmin edilməmiş, mülkiyyətçilərin torpaq sahələrinə müdaxilənin demokratik cəmiyyətdə zəruri sayılması üçün əsaslar müəyyən edilməmişdir.
35. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, iddiaçılar iddia tələblərində ilk növbədə Cavabdeh1 tərəfindən Qəbələ rayonu, Nohurqışlaq kəndində zəbt edilmiş bələdiyyə mülkiyyətinə aid edilmiş 0,21253 ha torpaq sahəsinin boşaldılması, cavabdehin hesabına həmin torpaq sahəsində inşa edilmiş özbaşına tikililərin sökülərək torpaq sahəsinin əvvəlki vəziyyətə qaytarılmasını tələb etmişlər.
36. Göründüyü kimi iddiaçılar ilk növbədə mübahisəli yol yerinin bələdiyyə mülkiyyətinə olmasını, bələdiyyə mülkiyyətinə aid edilmiş 0,21253 ha torpaq sahəsinin Cavabdeh1 tərəfindən boşaldılmasını tələb etmişlər. Lakin iddiaçılar açılmasını tələb etdikləri yol yerinin Qəbələ rayonu Nohurqışlaq bələdiyyəsinin mülkiyyətində olmasına dair məhkəməyə heç bir sübut təqdim etməmişlər. İddiaçıların açılmasını tələb etdikləri mübahisəli yolun Nohurqışlaq bələdiyyəsinin mülkiyyətində olması ekspert və mütəxəssis rəyləri ilə təkzib olunmuşdur.
37. Belə ki, yuxarıda istinad olunan mütəxəssis rəyində və ekspert rəyində göstərilmişdir ki, iddiaçıların iddia etdiyi yol yeri ərazinin ümumi xəritəsində nəzərdə tutulmamışdır və cavabdehlərin mülkiyyətində olan torpaq sahələrinin üzərinə düşdüyü müəyyən edilmi şdir. Bu səbəbdən iddia tələbinin həmin hissədə təmin edilməməsi tam əsaslıdır və qanunvericiliyin tələbinə uyğundur. Əks hal cavabdehlərin torpaq sahələrinə olan mülkiyyət hüquqlarının əsassız və qanunsuz məhdudlaşdırılmasına səbəb olacaqdır ki, bu da yolverilməzdir. 38. 26 dekabr 2023-cü il tarixli mütəxəssis rəyində və 29 fevral 2024-cü il tarixli ekspert rəyində iddiaçıların mülkiyyətlərində olan torpaq sahələrinə gediş-gəliş yolunun (ictimai yol) ərazinin ümumi xəritəsində nəzərdə tutulduğu, yol yerlərinin hal-hazırda işlək vəziyyətdə və vətəndaşlar tərəfindən istifadə olunduğu, cavabdehlər tərəfindən reallıqda olan yol yerinə heç bir maneəçilik törədilmədiyi müəyyən edilmişdir.
39. Şikayətin ikinci dəlili ondan ibarətdir ki, birinci instansiya məhkəməsi servitutla bağlı aşkar səhv nəticəyə gəlmişdir. İşdə olan iddia ərizəsindən göründüyü kimi, iddiaçıların əsas tələbi torpaq sahəsində inşa edilmiş özbaşına tikililərin cavabdehin hesabına sökülərək torpaq sahəsinin əvvəlki vəziyyətə qaytarılması və cavadehlərin mülkiyyətində olan torpaq sahəsinin müəyyən hissəsindən piyada və nəqliyyat vasitəsi ilə keçmək üçün servitutun müəyyən edilməsindən ibarətdir.
40. Birinci instansiya məhkəməsi mübahisəli torpaq sahəsinin cavabdehlərin mülkiyyətində olduğunu bəyan edərək, hazırkı işdə servitutun qoyulmasının məhkəmə qaydasında həyata keçirilməsi qanunvericilikdə nəzərdə tutulmadığından, bu xüsusda onun məhkəmə qaydasında qoyulmasının əsassız olması nəticəsinə gəlmişdir ki, məhkəmə kollegiyası da bu nəticə ilə razılaşmışdır.
41. Məhkəmə kollegiyası apellyasiya şikayətinin servi tutun qiymətinin müəyyən edilməsi ilə bağlı hissəsinə münasibətdə qeyd etmişdir ki, Mülki Məcəllədə servitutun qiyməti deyil, servitut üçün haqq institutu vardır ki, həmin haqq da tərəflərin razılaşması ilə və ya məhkəmənin qərarı ilə müəyyən edilir. Həmin haqqın məqsədi servitut müəyyən edilən torpaq sahəsinin mülkiyyətçidən alqı-satqı ilə alınması deyil, özgə mülkiyyətində istifadə, özgəsinin öz mülkiyyətindən istifadəsini məhdudlaşdırma əvəzində kompensasiya olaraq müəyyən edilməsidir.
42. Beləliklə, məhkəmə Mülki Məcəllənin servitut institutunu təsbit edən müddəalarına istinad edərək haqlı olaraq qeyd etmişdir ki, servitutla bağlı tərəflər öz aralarında razılığa gəlməli, bu barədə müqavilə bağlamalı, müqavilə notarial qaydada təsdiq edilməli və servitutla bağlı hüquq qeydə alınmalıdır. Servitutla bağlı haqqın müəyyənləşdirilməsilə bağlı tərəflər arasında mübahisə olduqda, bu mübahisəyə məhkəmə qaydasında baxıla bilər. İstinad olunan maddi hüquq normalarına görə cavabdehlərin üzərinə servitutla bağlı məhkəmə qaydasında müqavilə bağlamaq öhdəliyinin qoyulması istisna edilir. Əks halda bu Mülki Məcəllənin 390-cı maddəsi ilə təsbit olunmuş müqavilə azadlığı prinsipinə zidd olar.
43. Şikayətin digər dəlili ondan ibarətdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməlili hüquq normalarına müvafiq olaraq qiymət verməli olduğu halda, hal-hazırki işə baxarkən məhkəmə bu normanın tələblərini pozmuşdur. İş materiallarında mübahisələndirilən torpaq sahəsi ilə bağlı iddiaçılar tərəfindən bildirilən halları təsdiq edən fakt lar olduğu halda, məhkəmə özünün gəldiyi ziddiyyətli qənaəti ilə mübahisə predmeti olan torpaq sahəsinin yerləşdiyi ərazi ilə əlaqədar məsələni araşdırmadan və bu məsələni lazımi şəkildə qiymətləndirmədən, işin hallarının qanunvericiliklə müəyyən edilmiş qaydada obyektiv və hərtərəfli tədqiqini həyata keçirmədən və sübutlara düzgün hüquqi qiymət vermədən iş üzrə mübahisənin məhkəmə araşdırmasını həyata keçirmədən iddia tələblərinin rədd edilməsinə dair aşkar səhv nəticəyə gəlmişdir.
44. Məhkəmə kollegiyası qeyd edir ki, şikayətin bu dəlili də əsassızdır. Belə ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkə n maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmişdir.
45. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab etmişdir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, məhkəmə iddianı rədd etməklə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya instansiyası məhkəməsindəki icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
46. İddiaçı6 (vəkil Nümayəndə5) kassasiya şikayəti verə rək, iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-179/2024 nömrəli, 25 iyul 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
47. Kassasiya şikayəti iddia ərizəsi və apellyasiya şikayəti ilə analoji məzmunda əsaslandırılmışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
48. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
49. Maddə
13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.
50. Maddə
29. Hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindəm məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
51. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
52. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
53. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlə rdə əmlaka sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər.
54. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
55. Maddə 170.1. İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır.
56. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir.
57. Maddə 175.1. Əgər t orpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır.
58. Maddə 175.2. Sahələrindən zəruri yol və ya birləşdirici xətt keçəcək qonşulara müvafiq kompensasiya ödənilməlidir. Tərəflər arasında razılaşmaya əsasən kompensasiya birdəfəlik ödəniş şəklində verilə bilər.
59. Maddə 175.3. Əgər torpaq sahəsi ilə artıq mövcud olmuş əlaqə xətləri mülkiyyətçini n özbaşına hərəkətləri nəticəsində ləğv edilərsə, zəruri yola və ya birləşdirici xəttə dözmək vəzifəsi əmələ gəlmir.
60. Maddə 175.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər.
61. Maddə
239. Fiziki şəxslər dövlət və bələdiyyə mülkiyyətində olan, hamının buraxılması üçün açıq torpaq sahələrində heç bir icazə almadan sərbəst ola bilər və həmin sahələrdə olan təbiət obyektlərindən qanunvericiliyin, habelə müvafiq torpaq sahəsi mülkiyyətçisinin yol verdiyi hədlərdə istifadə edə bilər. Fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir.
62. Maddə 255.1. Servitut daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman ona (digər daşınmaz əşyanın mülkiyyətçisinə) ayrı-ayrı hallarda əşyadan istifadə etməyə icazə verilir və ya daşınmaz əşyanın mülkiyyətçisinə müəyyən hərəkətləri yerinə yetirməyə və ya mülkiyyət hüququndan irəli gələn digər hüquqları həyata keçirməyə icazə verilmir.
63. Maddə 255.2. Daşınmaz əşyanın servitutla yüklülüyü həmin əşyanın mülkiyyətçisini sahiblik, istifadə, sərəncam hüquqlarından məhrum etmir.
64. Maddə 255.4. Servitut torpaq sahəsindən piyada və avtomobillə keçidin, elektrik, rabitə xətlərinin və boru kəmərlərinin çəkilişinin və istismarının, su təchiz atının və meliorasiyanın, habelə daşınmaz əmlak mülkiyyətçisinin servitut qoyulmadan təmin edilə bilinməyən digər ehtiyaclarının təmin edilməsi üçün təyin oluna bilər.
65. Maddə 255.8. Daşınmaz əşya müəyyən şəxsin xeyrinə servitutla yüklü edilə bilər. Bu cür yüklülük şəxsi servitut adlanaraq ondan ibarət olur ki, mülkiyyətçidən başqa, həmin şəxs binadan və ya onun bir hissəsindən özü və ya ailəsi üçün mənzil kimi istifadə edə bilir. Şəxsi servitut başqa şəxslərə verilmir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi
66. Maddə 54 (1-ci bənd). Servitut - bir və ya bir neçə qonşu (özgə) torpaq sahələrindən məhdud istifadə hüququdur. Torpaq sahəsi üzərində servitutla bağlı münasibətlər bu Məcəllə və Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə nizama salınır.
67. Maddə 54 (2-ci bənd). Servitu t - torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri arasında razılaşma ilə, yaxud məhkəmənin qərarı ilə müəyyən edilə bilər.
68. Maddə 54. (3-cü hissə). Torpaq mülkiyyətçisinin, istifadəçisinin və icarəçisinin öz sahəsinə xidmət göstərmək üçün qonşu torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaq sahələrinə servitut qoyulmasını tələb etmək, o cümlədən məhkəmə qaydasında tələb etmək hüququ vardır.
69. Maddə 54 (4-cü hissə). Torpaq sahəsinə torpaq sahəsindən piyada və ya nəqliyyat vasitəsilə keçmək; torpaq sahəsindən fərdi, kommunal, mühəndis, elektrik və digər xətt və şəbəkələrin çəkilməsi və təmiri üçün istifadə etmək; torpaq sahəsində drenaj işləri aparmaq; torpaq sahəsində su toplamaq və içməli su götürmək (mal-qaranı suvarmaq); torpaq sahəsindən mal-qaranı ke çirmək; yerli şəraitə və adətlərə uyğun olaraq, özgənin torpaq sahəsində ot biçmək və mal-qara otarmaq; torpaq sahəsindən axtarış, tədqiqat və digər işlərin aparılması üçün müvəqqəti istifadə etmək; qonşu sahədə dayağı olan və ya müəyyən hündürlükdə qonşu sahəsinə keçən tikililər və qurğular ucaltmaq; qonşu sahədə müəyyən hündürlükdən artıq olan tikililərin və qurğuların ucaldılmasını qadağan etmək; torpaq sahəsində qoruyucu meşə əkinləri və zolaqları salmaq və digər təbiətqoruyucu obyektlər yaratmaq; qanunvericiliyə zidd olmayan hallarda torpaq sahəsi üzərində digər servitutlar müəyyən edilə bilər.
70. Maddə 54 (5-ci hissə). Servitutlar, onların müəyyən edildiyi torpaq sahəsinə mümkün qədər az məhdudiyyətlər yaradan üsullarla həyata keçirilməlidir.
71. Maddə 54 (6-cı hissə). Qanunverici likdə başqa hallar nəzərdə tutulmamışdırsa, üzərində servitut müəyyən edilən torpaq sahəsinin mülkiyyətçisinin həmin servitutdan istifadə edən şəxsdən müvafiq ödəniş tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
72. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
73. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
74. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
75. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəl diyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
76. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
77. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
78. Maddə 417.1.1 Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə v ə ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
79. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
80. Hazırkı kassasiya şikayətində qətnamə bütövlükdə mübahisələndirildiyindən, apellyasiya məhkəməsinin aktı tam yoxlanıldı. Kassasiya instansiyası məhkəməsini n hüquqi mövqeyi
81. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq edib və işdə, İddiaçı6 kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
82. İddiaçı6 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iş üzrə düzgün olmayan qətnamə qəbul etdiyini göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
83. Belə ki, apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, qanunvericilikdə torpaq sahələrinə mülkiyyət hüquqlarının məhdudlaşdırmasının qanuni əsasları müəyyən edilmiş və həmin əsaslara da xüsusi mülkiyyətdə olan sahədən zəruri keçidin verilməsi, servitut və sair aiddir. Həiçinin qanunvericilikdə mülkiyyət hüquqlarını məhdudlaşdırmanın şərtləri və qaydaları nəzərdə tutulmuşdur.
84. Belə ki, qanunvericiliyin tələblərinə əsasən istər zəruri keçid, istərsə də servitut tərəflər arasında olan razılığa əsasən mülkiyyətçiyə müvafiq haqq ödənilməklə müəyyən olunur. Tərəflər arasında razılıq əldə olunmadıqda bu məhkəmənin qərarı əsasında həyata keçirilir ki, belə qərarın verilməsi üçün də müvafiq şərtlər mövcud olmalıdır.
85. Hazırkı halda iddiaçılar ın iddia tələbində istinad etdikləri Aktı tərtib edən təşkilatların nə zəruri keçidi, nə də servitutu müəyyən etmək və bununla bağlı hər hansı əsaslandırmanı həyata keçirmək səlahiyyətləri olmadığı kimi, onların tövsiyyələri əsasında da cavabdehlərin xüsusi mülkiyyətində olan torpaq sahələrindən bağlanan yol adı altında yol açılması da qanunun tələblərinə zidd olardı.
86. Digər tərəfdən, iddiaçıların istifadəsində gediş-gəliş yolu vardır və dövlət tərəfindən həmin ərazidə piyada və avtomaşınların hərəkəti, o cümlədən hər hansı fövqəladə vəziyyətin aradan qaldırılması üçün yol nəzərdə tutulmuşdur və digər şəxslər, o cümlədən avtomaşınlar həmin yoldan istifadə edirlər. Xüsusi olaraq hər hansı ehtimal olunan fövqəladə vəziyyətin aradan qaldırılması üçün cavabdehlərin xüsusi mülkiyyətində olan torpaq sahələrindən məxsusi yolun açılması zərurəti heç bir faktoloji hallar və hüquqi əsaslarla təsdiqini tapmır.
87. Belə ki, iddiaçılar tərəfindən belə bir əsaslar, həmçinin magistral yoldan evlərinə gedən kəndarası yolun uzaqlığı ilə bağlı hər hansı fövqəladə hadisənin, o cümlədən yanğın hadisəsinin qarşısının alınmasının mümkün olmamasını təsdiq edən hər hansı mötəbər sübutlar məhkəməyə təqdim olunmamışdır. Əksinə, işdə olan sübutlarla müəyyən olunur ki, cavabdehlərin torpaq sahələrindəki mülkiyyət hüququna müdaxilə üçün sözügedən şərtlər olmamış; yəni müdaxilənin qanunda nəzərdə tutulmuş zəruri keçid və servitutla bağlı şərtləri, müdaxilənin qanuni məqsəd daşıması, təxirəsalınmaz tələbata cavab verməsi halları mövcud olmamış, bu zaman cavabdehlərin mülkiyyət hüquqları ilə iddiaçılar ın ehtimal edilən tələbatı arasında ədalətli tarazlıq prinsipi təmin edilməmiş, mülkiyyətçilərin torpaq sahələrinə müdaxilənin demokratik cəmiyyətdə zəruri sayılması üçün əsaslar müəyyən edilməmişdir.
88. Göstərilənlərə əsasən kassasiya instansiyası məhkəməsi, İddiaçı6 kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzr ə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
89. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Q ə r a r a aldı: İddiaçı6 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 25 iyul 2025-ci il tarixli, 2(107)179/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.