Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3346/2021 31.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı “xxxx” KB ASC-nin cavabdehlər Cavabdeh1, X6, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçının vəkili X1, Cavabdeh X2 vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-351/2020 nömrəli iş üzrə 27 o ktyabr 2020-ci il tarixli qətnaməsindən cavabdeh X6 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 31 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 06.11.2013-cü il tarixli 61B8/13 saylı əsas kredit müqaviləsi ilə “xxxx” KB ASC tərəfindən Cavabdeh1 1.000.000 manat məbləğində 60 ay müddətinə 06.11.2018-ci il tarixədək müddət ərzində bu müqavilə çərçivəsində əlavə kredit müqavilələri bağlanılmaqla kredit verilməsi haqqında müqavilə bağlanmışdır 07.10.2015-ci il tarixli 61B8/13-3 saylı əlavə kredit müqaviləsi ilə “xxxx” KB ASC tərəfindən Cavabdeh1 istehlak məqsədi ilə 48 ay müddətinə 06.10.2019-cu il tarixədək illik 20 faiz olmaqla 60778 ABŞ dolları məbləğində kredit verilmişdir. 01.12.2015-ci il tarixli 61B8/13-4 say lı əlavə kredit müqaviləsi ilə “xxxx” KB ASC tərəfindən Cavabdeh1 istehlak məqsədi ilə 36 ay müddətinə 01.12.2018-ci il tarixədək illik 20 faiz olmaqla 15000 manat məbləğində kredit verilmişdir. 18.09.2015-ci il tarixli əlavə sazişi ilə 06.11.2013-cü il tarixli 61B8/13 saylı əsas kredit müqaviləsinin 1.1-ci bəndində qeyd olunan əsas kredit müqaviləsinin müddəti artırılaraq 18.09.2025-ci ilə kimi müəyyən edilmişdir. 06.11.2013-cü il tarixli 61Bİ8/13 saylı ipoteka müqaviləsi ilə X3 məxsus olan və ipoteka kimi çıxış edən Bakı səhəri, Xətai rayonu. Əhmədli qəsəbəsi, Ramiz Quliyev küçəsində 2 saylı evdə yerləşən 52 nömrəli mənzili banka ipoteka qoymuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı «xxxx» KB ASC cavabdehlər Cavabdeh1, X4, Cavabdeh2, C avabdeh3 və Cavabdeh4 qarşı kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 iddiaçının xeyrinə 06.11.2013-cü il tarixli 61B8/13 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış, 07.10.2015-ci il tarixli 61B8/13-3 saylı əlavə kredit müqaviləsinə əsasən əsas kredit borcu üzrə 44099,2 ABŞ dolları, faiz borcu üzrə 8991,5 ABŞ dolları, cəmi 53090,7 ABŞ dolları, 01.12.2015-ci il tarixli 61B8/13-4 saylı əlavə kredit müqaviləsinə əsasən əsas kredit borcu üzrə 14500,00 AZN, faiz borcu üzrə 397,01 AZN, cərimə borcu üzrə 1735,58 AZN, cəmi 16632,59 AZN və dövlət rüsumu kimi ödənilmiş 30 AZN, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət ha qqı kimi ödənilmiş 30 AZN məbləğində pulun tutulması, tələbin ipoteka predmeti olan X2 mülkiyyətində olan Bakı şəhəri, ünvanndə yerləşən 2 saylı evin 52 saylı mənzilinə yönəldilməsi, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 07.10.2015-ci il tarixli 61B8/13-3 saylı əlavə kredit müqaviləsi üzrə 53.090,7 ABŞ dolları, 01.12.2015-ci il tarixli 61B8/13-4 saylı əlavə kredit müqaviləsi üzrə 16.632,59 AZN borcunun və dövlət rüsumu kimi ödənilmiş 30 AZN, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 AZN məbləğində pulun tutularaq iddiaçı «xxxx» KB ASC-yə ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 77000 manat məbləğində müəyyən edilməsi, ipoteka predmeti olan mənzilə tut ma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər X2, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinə təqdim edilmiş “xxxx” MMC-nin 204 saylı 02.06.2017-ci il tarixli rəyinə əsasən, Bakı şəhəri, ünvan ev 2, 52 saylı mənzilin bazar dəyəri 82000 manat müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin qərardadı əsasında keçirilmiş Məhkəmə Ekspertiza Mərkəzinin 04.01.2018-ci il tarixli 9353 № li rəyinə əsasən 01.12.2015-ci il tarixli 616B8/13-4 № li əlavə kredit müqaviləsinə əsasən Cavabdeh1ı 16.12.2016-cı il tarixə banka olan borcu əsas borc üzrə 14478,42 manat, faiz borcu üzrə 352,30 manat, cərimə borcu üzrə 1144,5 manat, ümumilikdə 15975,22 manat təşkil edir. Bakı ş əhəri Xətai Rayon Məhkəməsinin (hakim Fuad Məmmədov) 2(011)-14/18 saylı, 05 fevral 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh1 07.10.2015-ci il tarixli 61B8/13 saylı əlavə kredit müqaviləsi üzrə 44099,2 ABŞ dolları məbləğində əsas borc, 8991,5 ABŞ dolları məbləğində faiz borcu, cəmi 53090,7 ABŞ dolları ödəniş gününə qüvvədə olan məzənnədə Azərbaycan Respublikası Manatı ilə, 01.12.2015-ci il tarixli 61B8/13-4 saylı əlavə kredit müqaviləsinə əsasən əsas kredit borcu üzrə 14478,42 manat, faiz borcu üzrə 352,3 manat, cərimə borcu üzrə 500 manat, cəmi 15330,72 manat, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu, həmçinin ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manatın tutu laraq iddiaçı «xxxx» KB Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, tələbin xüsusi mülkiyyət hüququ ilə cavabdeh X3 məxsus olan Bakı şəhəri, ünvan, 2 saylı evin, 52 saylı mənzilinə yönəldilməsi və ilkin satış qiymətinin 82000 manat olmaqla açıq hərracdan satılması, həmin yaşayış sahəsinə tutma yönəldildikdə və o satıldıqdan sonra, cavabdehlər Cavabdeh1, X7, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tərəfindən 1 ay ərzində tərk edilmədikdə, həmin yaşayış sahəsindən çıxarılmaları, ipoteka predmetinin satışından əldə olunan vəsaitin hesabına Cavabdeh1 iddiaçı «xxxx» KB Açıq Səhmdar Cəmiyyətinə olan borcunun ödənilməsi,iddia tələbinin qalan hissədə təmin edilməməsi, Cavabdeh1 iş üzrə daşınmaz əmlakın qiymətləndirilməsi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 200 manatın alınaraq «xxxx» MMC-nin he sabına, məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan 50 manatın alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir. Məhkəmə 07.10.2015-ci il tarixli 61B8/13 saylı əlavə kredit müqaviləsi üzrə borc hissədə iddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışına istinad etmiş, 01.12.2015-ci il tarixli 61B8/13-4 saylı əlavə kredit müqaviləsi hissədə borcun məbləğini iş üzrə keçirilmiş ekspert rəyinə əsasən müəyyən etmiş, Mülki Məcəllənin 467-ci maddəsinə istinad edərək cərimə borcunu azaltmış, eyni zamanda ipotek predmetinı tutmanın yönəldilməsi hissədə də, iddia tələbini təmin etmiş, ipoteka predmetinin ilkin satış qiymətini iş üzrə təqdim edilmiş müətəxəssis rəyinə uyğun olaraq 82000 manat müəyyən etmişdir. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 739. 1, 739.2, 385.1, 442, 448.1, 462.1, 467, 317, 319.1-ci maddələrinə, “İpoteka haqqında” Qanunun 34.1.1, 34.1.2, 59.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi haqqında yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində Cavabdeh1 apellyasiya şikayəti üzrə icraat Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: Namiq Cəfərov - sədrlik edən və məruzəçi, Vüsalə Baxışova, Vüqar Həsənov) 13 iyun 2018-ci il tarixli 2(103)5953/2018 saylı qətnaməsi ilə apellyasiya şikayəti rədd edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh1 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlili ilə bağlı qeyd etmişdir ki, apellyasiya şikayəti devalvasiyanın baş verməsi ilə əsaslandırılıb. Banklar kommersiya hüquqi şəxsləridir, əsas məqsədləri mənfəət götürməkdən ibarətdir, onlar devalvasiyanın baş verməsinə görə məsuliyyət daşımırlar, ona görə də başqalarına verdikləri pulu geri almaq və buna görə mənfəət (faiz) əldə etmək hüququndan məhrum edilə bilməzlər. Daha sonra iş üzrə digər cavabdeh X6 birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya instansiyası məhkəməsində cavabdeh X2 apellyasiya şikayəti üzrə icraat: Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: Xumar Mərda nova sədrlik edən və məruzəçi, Elnur Həsənov, Fuad Babayev) 27 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə cavabdeh X6 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdeh X4 münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi Mülki-Prosessual Məcəllənin 82.3-cü maddəsinə və “Apelyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14.10.2020-ci il tarixli qərardadına istinad edərək qeyd etmişdir ki, iş üzrə digər Cavabdeh1 apellyasiya şikayətinə əsasən mübahisə predmeti olan əsas, faiz və cərimə borcunun tutulması hissəsində qanuni qüvvəsini məhkəmə qətnaməsi olduğundan və həmin hissədə birinci instansiya məhkəməsinin qətnaməsinin Bakı Apellyasiya Məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanıldığından hazırda apellyasiya şikayəti vermiş digər cavabedh A.Abbasovanın apellyasiya şikayəti həmin hissədə təmin edilə bilməz. Məhkəmə apellyasiya şikayətinin ipoteka predmetinin dəyərinin müəyyən edilməsi hissəsi ilə bağlı “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə istinad edərək qeyd etmişdir ki, işdə olan “xxxx” MMC-nin 204 saylı 02.06.2017-ci il tarixli rəyinə əsasən ipoteka predmeti olan mənzilin bazar dəyəri 82000 manat müəyyən edilmişdir. Qeyd olunan rəyin mötəbərliyinə şübhə ilə yanaşmağa əsas verən hər-hansı dəlil məhkəməyə təqdim edilməmişdir. Cavabdeh A.Abbasova tərəfindən ipoteka predmetinin düzgün qiymətləndirilməməsinə dair hər-hansı sübut məhkəməyə təqdim edilməmiş, eyni zamanda iddiaçı ipoteka predmetinin bazar dəyərinin 82000 manat müəyyən edilməsinə dair hər-hansı etiraz bildirməmişdir. Belə olan halda ipoteka predmetinin likvid qiymətinin müəyyən edilməsi məqsədə müvafiq deyil. Cavabdeh A.Abbasova (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, nə əsas kredit xətti müqaviləsində, nə də ki ipoteka müqaviləsində faiz dərəcələri göstərilməmiş, sonrad an faktiki kreditin verilməsi zamanı, yəni əlavə kredit müqavilələrində X2 razılığı alınmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Banklar haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, ”İpoteka haqqında “Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 25 iyul 2019-cu il tarixli qərarına əsasən: “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.1, 10.5-ci və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddələrinin tələblərinə müvafiq olaraq, kredit xətti müqaviləsinin təminatı kimi bağlanmış ipoteka müqaviləsində zəruri şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) göstərilmədikdə və sonradan bağlanmış kr edit müqavilələrində belə şəıtlər barəsində ipoteka qoyanın razılığı alınmadıqda, ipoteka müqaviləsi həmin kredit müqaviləsinə münasibətdə bağlanmamış hesab edilir və bu müqavilədən irəli gələn öhdəliklər ipoteka ilə təmin edilmiş öhdəlik hesab edilə bilməz. Həm yuxarıda adı çəkilən qərara, həm də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2018-ci il tarixli qərara istinad edərək Nəsimi Rayon Məhkəməsində “ipoteka müqaviləsinin bağlanmamış hesab edilməsi” tələbi ilə iddia qaldırılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 08.09.2020-ci il tarixli qərarında yekun hüquqi mövqe ondan ibarətdir ki, Kredit xətti müqaviləsinin təminatı kimi bağlanmış ipoteka müqaviləsində zəruri şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) göstərilmədikdə və sonradan bağlanmış kre dit müqavilələrində belə şərtlər barəsində ipoteka qoyanın razılığı alınmadıqda, artıq ipoteka müqaviləsi həmin kredit müqaviləsinə münasibətdə bağlanmamış hesab edilir. Müqavilə artıq mövcud olmadığından “əmlakın yüklülükdən azad edilməsi” barədə iddia qaldırmaq lazımdır. Eyni zamanda hal-hazırkı mübahislər üzrə ipoteka qoyana münasibətdə iddianın rədd edilməsi üçün əsasdır. Göründüyü kimi Bakı Apelyasiya Məhkəməsi iddianı X3 münasibətdə rədd etməli olduğu halda rədd etməmişdir. Bununlada məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsini tətbiq etməli olduğu halda tətbiq etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh X2 vəkili Vəkil məhkəmə koll egiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. İddiaçının vəkili X5 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə digər cavabdehlər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə
739. Borc müqaviləsinə görə, iştira kçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə
467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikd ə və ya lazımınca icra etmədikdə ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Əgər ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır (269.1, 295, 317, 319.1 və 319.6-cı maddələr). “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə
34. Əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı kimi təsbit edilmişdir. Maddə 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti, ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilm əsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırki işdə iddia tələbi birinci instansiya məhkəməsi tərəfindən qismən təmin edilmiş, iddiaçı tələbin rədd edilən hissəsini mübahisələndirməmişdir. Apellyasiya instansiyası məhkəməsi qətnaməni yalnız cavabdeh A.Abbasovanın apellyasiya şikayətinə əsasən iddia tələbinin təmin edilən hissədə yoxlamışdır. Kassasiya şikayətində qətnamə iş üzrə cavabdeh A.Abbasova tərəfindən tam mübahisələndirildiyindən və apellyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları d üzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, baxılan iş üzrə cavabdeh Afilə Abbasova birinci instansiya məhkəməsinin qətnaməsindən verdiyi apellyasiya şikayətində məhkəmə iclaslarında iştirakının təmin edilməməsi, borc məbləğinin düzgün müəyyən edilməməsi, ipoteka predmetinin ilkin satış qiymətinin düzgün müəyyən edilməməsi ilə bağlı dəlillər irəli sürmüşdür. Apellyasiya instansiyası məhkəməsi də qeyd edilən dəlillər əsasında birinci instansiya məhkəməsinin qətnaməsini yoxlayaraq şikayətin də lillərinə hüquqi qiymət vermişdir. Cavabdeh A.Abbasovanın hazırki kassasiya şikayətində qeyd etdiyi hallar nə Cavabdeh1 apellyasiya şikayəti üzrə, nədə ki Afilə Abbasovanın apellyasiya şikayəti üzrə apellyasiya baxışının predmetini təşkil etməmiş, hazırda mübahisələrindirilən məsələlərlə bağlı apellyasiya instansiyası məhkəməsi hüquqi qiymətləndirmə aparmamışdır. Ona görə də, qeyd edilən dəlillərin kassasiya şikayətində irəli sürülməsi yolverilməzdir. MPM-nin 403.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsinin qətnamələrindən və qərardadlarından tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiya sı məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh X6 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-351/2020 nömrəli iş üzrə 27 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.