Məhkəmə qərarları › İş №2(102)-3348/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-3348/2019

20.05.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3348/2019 20.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı1 və onun vəkili X1, Digər iddiaçılar İddiaçı2 və İddiaçı3 iştirakı ilə, Cavabdehtərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)11113/2018 nömrəli iş üzrə 02 noyabr 2018-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Sabunçu rayon məhkəməsinin (hakim Əşir Səmədov) 2(008 )-3690/18 saylı, 27 iyun 2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 6000 manat pulun tutularaq İddiaçı1, 4000 manat pulun tutularaq İddiaçı2, 2200 manat pulun tutularaq İddiaçı3 ödənilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər İkram Şirinov - sədrlik edən və məruzəçi, Tofiq Səmədov, Elşən Kazımov) 02 noyabr 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamış, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 27 iyun 2018-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə münasibətdə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Birgə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəm əyə müraciət edərək, ondan 13990 manat pul vəsaitinin və üç ilə yaxın müddət ərzində pul vəsaitini qanunsuz saxlamaqla əsassız əldə edərək ondan faydalanmağa görə 6600 manat pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: Cavabdehkassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 02 noyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Məhkəmə işdə olan sübutları tam, hərtər fəli və obyektiv araşdırmamışdır. Aldığı pulları qaytarmasını apellyasiya şikayətində qeyd etməyinə baxmayaraq, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərini araşdırmamışdır. Məhkəmə Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə istinad etmişdir. Lakin həmin normada məhkəmə qətnaməsinin preyudisiallığı barədədir. İstintaq orqanının qərarı preyudisial əhəmiyyət kəsb etmir. İddiaçı1 məhkəmənin ünvanına kassasiya şikayətinə qarşı yazılı etiraz göndərərək kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tərəflərin izahatları: İddiaçı1 və onun vəkili X2 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməs inin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Digər iddiaçılar İddiaçı2 və İddiaçı3 məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiklərindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onların izahatı dinlənilmədi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdeh gəlmədiyi üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessu al hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini, iddiaçılar İddiaçı1 və onun vəkili X1 izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apel lyasiya Məhkəməsi mülki kollegiyasının 02 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarına əsasən Binəqədi RPİ-nin cinayət işi başlanmasının rədd edilməsi barədə 02.08.2017-ci il tarixli qərarından görünür ki, hazırkı iş üzrə Cavabdeh araşdırma zamanı bildirmişdir ki, İddiaçı1 işlədikləri şirkətdən 6000 manat dəyərində müxtəlif ətriyyat malları götürmüş, onları sataraq qazanc əldə etmişdir. Sabunçu RPİ-nin cinayət işi başlanmasının rədd edilməsi barədə 26.01.2018-ci il tarixli qərarından görünür ki, Cavabdeh araşdırma zamanı bildirmişdir ki, 2011-ci ildə xaricə gedən zaman İddiaçı2 1000 manat faizə pul almış, həmin pulun faizini vermiş, sonradan əlavə olaraq, 1000 manat da alaraq, faizi ilə birlikdə qaytarmış, 2016-cı ildə lombarddan qızıllarını götürmək üçün 800 manat faizə pul almış, qızıllarını lombarddan çıxaranda 400 manatlıq üzüyü Gülşənə vermiş, imkanı olmadığından Gülşəndən aldığı faizi və pulu geri qaytara bilməmişdir. Yasamal RPİ-nin cinayət işi başlanmasının rədd edilməsi barədə 13.04.2018-ci il tarixli qərarından görünür ki, Cavabdeh araşdırma zamanı bildirmişdir ki, İddiaçı3 500 manat borc almış və qısa zamanda geri qaytarmışdır. İşdən görünür ki, birinci instansiya məhkəməsi tərəfindən dindirilmiş şahidlər də cavabdehin həqiqətən də iddiaçıdan borc məbləğləri aldığını təsdiq etmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. İddianı (qismən) təmin edən birinci instansiya məhkəməsi göstərmişdir ki, cavabdeh iddiaçılardan aldığı borcları qaytardığını bildirsə də, alınmış borcun qaytarılması ilə bağlı sübut etmək yükünün onun üzərinə düşməsinə baxmayaraq, cavabdeh həqiqətən də iddiaçıların borcunu tam ödəməsinə dair sübutlar təqdim etməmişdir. Cavabdeh apellyasiya şikayətində göstərmişdir ki, o, İddiaçı1 ilə iş qurmamış, “Oriflame” şirkətindən məhsullar götürmüş, həmin məhsulları taksi vasit əsilə İddiaçı1 yaşadığı ünvana və “Sədərək” bazarında şəxsən qaimə vasitəsilə təhvil vermişdir. İddiaçı2 isə Avstriyaya getmək üçün ayrı-ayrı vaxtlarda 1000 və 500 manat faizlə almış, sonra isə hissəhissə faizin də faizini qaytarmışdır. Digər İddiaçı3 aldığı borca görə isə əmək haqqı kartını ona vermiş, İddiaçı3 pulları şəxsən özü çıxarmış, ona cəmi 66 manat borcu qalmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, hesab edir ki, məhkəmə iddianı qismən təmin etməkdə haqlı olmuş, məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh iddiaçılardan aldığı borcları qaytardığını bildirsə də, aldığı borcların qaytarılmasına dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhk əməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Cavabdehin öz etirazının əsası kimi istinad etdiyi və apellyasiya şikayətində göstərdiyi hallarla kassasiya şikayətində göstərilən dəlillərin eyni olduğunu, apellyasiya instansiya məhkəməsi tərəfindən cavabdehin göstərdiyi dəlillərə hüquqi qiymət verildiyini nəzərə alaraq kollegiya hesab edir ki, maddi və prosessual hüquq normalarının tətbiqi ilə bağlı kassasiya şikayətinin dəlillərinə ayrıca qiymət verilməsinə və apellyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Rayon Polis İdarəsinin qərarının preyudisial əhəmiyyət daşıyam akt kimi qiymətləndirilməməsi barədə kassasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası mə hkəməsi həmin qərarlara preyudisial əhəmiyyət daşıyan məhkəmə qərarı kimi deyil, iddiaçıların iddia etdiyi borcun cavabdeh tərəfindən həqiqətən alınmasını təsdiq edən sübut növü kimi istinad etmişdir. Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinin tələbinə görə, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Hazırki işə əlavə edilmiş yazılı izahatlardan müəyyən edilir ki, cavabdeh iddiaçılardan pul almasını bildirmişdir. Həmin izahatların həqiqiliyinə şübhə doğuracaq hallar mövcud olmamışdır. Belə ki, cava bdeh özü də həmin halları inkar etməmiş, apellyasiya və kassasiya şikayətlərində bu halları inkar etməyərək aldığı pulları qaytardığını bildirmiş, kassasiya şikayətində isə əlavə olaraq həmin qərarların preyudisial əhəmiyyət daşımadığını bildirmişdir. Odur ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 02 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-11113/2018 nömrəli iş üzrə 02 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar