Məhkəmə qərarları › İş №2(102)-3348/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3348/2020

22.06.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3348/2020 22.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kolegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kolegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əhmədov Əhməd Abbasoğlundan ibarət tərkibdə, Xnın katibliyi ilə, İddiaçı tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kolegiyasının 2(105)898/2020 nömrəli iş üzrə 24 fevral 2020-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Abşeron rayon məhkəməsinin (hakim Zülfüqar Sadiqov) 21 noyabr 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi barədə iddia tələb i rədd edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kolegiyasının (hakimlər – Gülnarə Tağızadə sədrlik edən və məruzəçi, Lətifə Məmmədova, Telman Quliyev) 24 fevral 2020-ci il tarixli qətnaməsi iləiddiaçının apelyasiya şikayəti qismən təmin edilmiş, Abşeron rayon məhkəməsinin 21 noyabr 2019-cu il tarixli qətnaməsi qismən ləğv edilmiş, İddiaçı Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası qismən təmin edilərək Cavabdeh təbii qazdan qeyri-qanuni istifadəyə görə 08 fevral 2017-ci il tarixli, ******* №-li akt əsasında hesablanmış 388,80 manat və 3,42 manat dövlət rüsumu olmaqla, cəmi 392,22 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı hesabına ödənilməsi qət edilmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciə t edərək, təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 3898,20 manat dəymiş ziyan və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 3928,20 manat pul vəsaitinin Cavabdeh İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu Hökməli qəsəbəsində qeydiyyatda olan Cavabdeh məxsus fərdi yaşayış evi İddiaçı ilə bağlanmış 23 noyabr 2016-cı il tarixli 14/3515 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı” barədə müqavilə əsasında fasiləsiz olaraq təbii qazla təmin olunmuşdur. Həmin ünvana İddiaçı Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00800 nömrəli hesab nömrəsi, yəni abonent kodu verilmiş və cavabdehə məxsus fərdi yaşayış evini təbii qazla təchiz e dən qaz xəttinin üzərində G-4 markalı 1602AZ**********69 nömrəli qaz sayğacı quraşdırılmışdır. Lakin, cavabdeh müqavilənin 2.3.2-ci yarımbəndinin və “Qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndinin tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan kənar özbaşına olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamış və bununla bağlı iddiaçının əməkdaşları tərəfindən dəfələrlə xəbərdarlıq edilməklə aktlar tərtib edilərək, cərimələr hesablanmış olsa da, cavabdeh həmin cərimələri ödəməmişdir. Yəni, 08 fevral 2017-ci ildə İddiaçı əməkdaşları tərəfindən abonent kodu **********00800 olan Cavabdeh Abşeron rayonu Hökməli qəsəbəsində yerləşən evinə baxış keçirilərkən həmin ünvanda sayğacdan kənar qoşulma müəyyən edilərək, 08 fevral 2017-ci il tarixli ******* №-li akt tərtib edilmiş və həmin qanunsuzlu q müvafiq qaydada sənədləşdirilərək, həmin qanunsuz qoşulmaya görə ona cəmi 388,80 manat məbləğində pul hesablanmışdır. Bundan əlavə, 20 dekabr 2017-ci ildə, 16 yanvar 2018-ci ildə, 26 fevral 2018-ci ildə, 30 aprel 2018-ci ildə, 29 iyun 2018-ci ildə, 31 iyul 2018-ci ildə, 28 avqust 2018-ci ildə, 28 sentyabr 2018-ci ildə, 31 oktyabr 2018-ci ildə, 30 noyabr 2018-ci ildə, 28 dekabr2018-ci ildə, 31 yanvar 2019-cu ildə, 28 fevral 2019-cu ildə, 29 mart 2019-cu ildə, 30 aprel 2019-cu ildə, 30 may 2019-cu ildə, 28 iyun 2019-cu ildə və 31 iyul 2019-cu ildə İddiaçı əməkdaşları tərəfindən abonent kodu **********00800 olan Cavabdeh Abşeron rayonu Hökməli qəsəbəsində yerləşən evinə baxış keçirilərkən, həmin ünvanda sayğacdan kənar qoşulmalar müəyyən edilərək, müvafiq qaydada aktlaşdırılmış və həmin akt lar əsasında sayğacdan kənar təbii qazdan istifadəyə görə müvafiq məbləğlərdə pul hesablanmışdır. Yəni, həmin aktlar əsasında müvafiq olaraq iddiaçı tərəfindən təbii qazdan qeyri-qanuni istifadəyə görə dəymiş zərərin məbləği hesablanmış və müəyyən olunmuşdur ki, həmin aktlar üzrə hesablanmış dəymiş zərər olaraq cəmi 3898,20 manat pul vəsaitini cavabdeh İddiaçınə ödəməlidir. Lakin, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh dəymiş zərər qismində hesablanmış olan həmin 3898,20 manat pul vəsaitini ödəməkdən yayınmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: İddiaçı kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kolegiyasının 24 fevral 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə iddia tələbininin təmin edilməməsi barədə qətnamədə cavabdeh tərəfindən təbii qazdan sayğacdan kənar qanunsuz istifadə edilməsi faktının öz təsdiqini tapmadığını əsas götürmüş, apelyasiya məhkəməsi də həmin əsasla razılaşmışdır. Məhkəmənin gəldiyi bu nəticə tamamilə əsassızdır. Birincisi iş materiallarına əlavə edilmiş fotoşəkillərdən aydın görsənir ki, cavabdeh mənzildə təbii qazdan qanunsuz istifadə edir. Məhkəmə iddia tələbini rədd edərkən işin faktiki hallarını deyil, sırf texniki məsələləri əsas götürmüşdür. Belə ki, məhkəmə qətnaməsində tərtib edilmiş aktlarda saat göstərilmədiyini, qanunsuz xətlərin ləğv e dilmədiyini və aktın tərtib edilməsində cavabdehin iştirakının təmin edilmədiyini əsas götürərək iddia tələbini rədd etmişdir. Sırf texniki məsələ olan akta saatın göstərilməməsinin, qanunsuz xəttin ləğvi aktının iş materiallarında olmaması istehlakçının müxtəlif vaxtlarda təbii qazdan qanunsuz istifadə etmədiyini sübut edən hal kimi qəbul edilə bilməz. Eyni zamanda məhkəmə nəzərə almamışdır ki, aktlar tərtib edilərkən cavabdehin iştirakı təmin edilmiş, lakin o aktları imza etməkdən imtina etmiş bu barədə aktda müvafiq qeyd aparılmışdır. Birinci və apelyasiya instansiyası məhkəmələri işi hərtərəfli araşdırsaydılar onda məlum olardı ki, aktların yazıldığı 2017-2019-ci il tarixlərdə cavabdeh tərəfindən 1 manat da olsun ödəniş həyata keçirməmişdir. Göründüyü kimi məhkəmə bunların heç birini a raşdırmamış, düzgün maddi hüquq normalarını tətbiq etməmiş, nəticədə əsassız qətnamə qəbul etmişdir. Tərəflərin izahatları: Məhkəmə kolegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kolegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hal larını araşdırmır, yəni işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kolegiyası qeyd etməyi zəruri hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən yalnız iddiaçı kasasiya şikayəti vermiş və iddia tələbinin rədd edilən hissədə qətnaməni mübahisələndirir. Cavabdeh isə qətnamədən kasasiya şikayəti verməmişdir. Ona görə də, qətnamə iddiaçının kasasiya şikayətinə əsasən yalnız mübahisələndi rilən hissədə kasasiya qaydasında yoxlanıldı. Əsaslandırma: Məhkəmə kolegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kolegiyasının 24 fevral 2020-ci il tarixli qətnaməsi, iddiaçının kasasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, “paylayıcı” İddiaçı ilə “istehlakçı” Cavabdeh arasında bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə 23 noyabr 2016-cı il tarixli 14/3515 nömrəli müqaviləyə əsasən sonuncunun Abşeron rayonu Hökməli qəsəbəsində yerləşən fərdi həyət evi təbii qazla təchiz edilmiş və həmin ünvana **********00800 nömrəli abonent kodu verilməklə, müvafiq qaydada sayğac quraşdırılmışdır. Həmin Müqavilənin 2.3.1-ci bəndinə əsasən qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini ödəmək istehlakçının vəzifəsidir və eyni zamanda, həmin Müqavilənin 2.3.4-cü bəndinə əsasən təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayacıya dəymiş zərərin ödəmək istehlakçının vəzifəsidir. İddiaçı əməkdaşları tərəfindən abonent kodu **********00800 olan Cavabdeh Abşeron rayonu Hökməli qəsəbəsində yerləşən evinə 08 fevral 2017-ci ildə, 20 dekabr 2017-ci ildə, 16 yanvar 2018-ci ildə, 26 fevral 201 8-ci ildə, 30 aprel 2018-ci ildə, 29 iyun 2018-ci ildə, 31 iyul 2018-ci ildə, 28 avqust 2018-ci ildə, 28 sentyabr 2018-ci ildə, 31 oktyabr 2018-ci ildə, 30 noyabr 2018-ci ildə, 28 dekabr 2018-ci ildə, 31 yanvar 2019-cu ildə, 28 fevral 2019-cu ildə, 29 mart 2019-cu ildə, 30 aprel 2019-cu ildə, 30 may 2019-cu ildə, 28 iyun 2019-cu ildə və 31 iyul 2019-cu ildə baxış keçirilərkən həmin ünvanda sayğacdan kənar qoşulmalar müəyyən edilərək, müvafiq qaydada ******* №-li (388,80 manat), ******* №-li (397,60 manat), ******* №-li (649,2 manat), ******* №-li (329,60 manat), ******* №-li (878,40 manat), ******* №-li (230,40 manat), ******* №-li (43,20 manat), ******* №-li (115,20 manat), ******* №-li (115,20 manat), ******* №-li (21,60 manat), ******* №-li (57,60 manat), ******* №-li (64,80 manat), *** **** №-li (109,80 manat), ******* №-li (133,20 manat), ******* №-li (133,20 manat), ******* №-li (133,20 manat), ******* №-li (32,40 manat), ******* №-li (32,40 manat) və ******* №-li (32,40 manat) Aktlar tərtib edilmiş (cəmi 19 dəfə qanunsuz qoşulma aşkar edilərək 19 akt tərtib edilmişdir) və həmin Aktlar əsasında təbii qazdan qeyri-qanuni istifadəyə görə dəymiş zərər olaraq cəmi 3898,20 manat pul vəsaiti hesablanmışdır. Birinci instansiya məhkəməsi iş materiallarına əsasən müəyyən etmişdir ki, həmin aktlarda yoxlamanın yerinə yetirilmə vaxtının yazılmalı olduğu saat (vaxt) qrafası doldurulmamış və boş saxlanmışdır. Eləcə də, 08 fevral 2017-ci ildən etibarən müxtəlif vaxtlarda tərtib edilmiş həmin aktlar əsasında dəfələrlə kənar qoşulma müəyyən edildiyi halda həmin kənar qoşulmaların qarş ısının alınıb-alınmaması və qanunsuz qoşulma ilə əlaqədar aktlar tərtib edilərkən müvafiq səlahiyyətli şəxslər tərəfindən həmin qanunsuz qoşulmanın ləğv edilib-edilməməsi istiqamətində hər hansı bir tədbirin görülüb-görülməməsi həmin aktlarda qeyd olunmamışdır. Həmçinin, iddia tələbinin sübutu kimi məhkəməyə təqdim olunmuş həmin aktların tərtib edilməsində istehlakçı kimi qeyd olunmuş Cavabdeh iştirak edib-etməməsi müəyyən olunmur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təstiq edilmiş “qazdan istifadə qaydalarında göstərilmişdir ki, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun ol araq həmin şəxsdən tələb etməli və qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Birinci instansiya məhkəməsi sübutların tədqiqatı zamanı 08 fevral 2017-ci il tarixli, ******* №-li ilkin aktdan sonra qazpaylayıcı tərəfindən Cavabdeh sayğacdan kənar qazdan qeyri-qanuni istifadə etməsi ilə əlaqədar qanunsuz xəttin dərhal qazpaylayıcı tərəfindən şəbəkədən ayırmaqla qazın verilməsinin dayandırması və bundan sonra abonent tərəfindən yenidən qanunsuz qoşulma halı müəyəyn etməmişdir. Halbuki Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təstiq edilmiş “qazdan istifadə qaydalarının tələbinə görə qazpaylayıcı hər bir akta görə tələb olunan qaydalara əməl etməsi vəzifəsi daşıdığı halda bunu etməmişdir. Göstərilənlərə əsasən birinci instansiya məhkəməsi hesab etmişdir ki, nə qədər ki, ilkin qanunsuz qoşulma halı 08 fevral 2017-ci il tarixli, ******* №-li “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktla təsdiqini tapdığından, həmin aktın mötəbərliyini təkzib edən sübutlar müəyyən edilmədiyindən, Cavabdeh sayğacdan kənar qazdan qeyri-qanuni istifadə etməsi nəticəsində sözügedən akt əsasında 388,80 manat borcunun olması əsaslı hesab edilməli, lakin 20 dekabr 2017-ci il tarixli, 01132587 №-li ilkin aktdan sonra sayğacdan kənar təbii qazdan istifadə olunması ilə bağlı tərtib olunmuş aktlar əsasında hesablanmış cərimələr əsassız hesab edilməlidir. Məhkəmə kolegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kolegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi iddia tələbinin rədd edilən hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşarkən təkcə texniki məsələlərə görə deyil, digər əsasları da qeyd etmişdir. Belə ki, məhkəmə müəyyən etmişdir ki, 08 fevral 2017-ci ildən etibarən müxtəlif vaxtlarda tərtib edilmiş həmin aktlar əsasında dəfələrlə kənar qoşulma müəyyən edildiyi halda həmin kənar qoşulmaların qarşısının alınıb-alınmaması və qanunsuz qoşulma ilə əlaqədar aktlar tərtib edilərkən müvafiq səlahiyyətli şəxslər tərəfindən həmin qanunsuz qoşulmanın ləğv edilib-edilməməsi istiqamətində hər hansı bir tədbirin görülüb-görülməməsi həmin aktlarda qeyd olunmamışdır. Həmçinin, iddia tələbinin sübutu kimi məhkəməyə təqdim olunmuş həmin aktların tərtib edilməsində istehlakçı kimi qeyd olunmuş Cavabdeh iştirak edib-etməməsi müəyyən olunmamışdır. İddiaçı təşkilat cavabdehin aktlar tərtib edilərkən imza emtəkdən imtina etdiyi göstərsə də, bu hal iddiaçının nümayəndəsinin bildirdiklərindən başqa hər hansı bir sübutla (hal şahidi və s.) təsdiq edilmi r. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Odur ki, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kolegiyasının 24 fevral 2020-ci il tarixli qətnaməsi iddiaçının kasasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kolegiyası Qərara alır: İddiaçı kassasiya şikayəti təmin edilmədən, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kolegiy asının 2(105)-898/2020 nömrəli iş üzrə 24 fevral 2020-ci il tarixli qətnaməsi iddiaçının kasasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar