Məhkəmə qərarları › İş №2(102)-3349/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-3349/2019

16.05.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3349/2019 16.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Mirzəliyev Əsəd Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qoldman Tatyana Aleksandrovnadan, Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, katib A.Cəfərlinin, iddiaçı x1-nin vəkili Məmmədov Azər Məhəbbət oğlunun, cavabdeh x3 vəkili Bədirli Rüfət Mirrafiq oğlunun iştirakı ilə, iddiaçı x1-nin Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 noyabr 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2368/18 saylı, 07 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim K.Əmirxanova) iddiaçı x1-nin cavabdeh x2 qarşı cavabdehdən 73182 manat əsas, 7709,16 manat faiz, cəmi 80891,16 manat və 30 dövlət rüsumunun iddiaçının xeyrinə tutulması tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi MK-nın 16 noyabr 2018-ci il tarixli, 2(103)12142/2018 saylı qətnaməsi ilə (hakimlər İ.Şirinov, T.Səmədov və E.Kazımov) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2368/18 saylı, 07 sentyabr 2018-ci il tarixli qətnaməsi iddiaçının apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı x1 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi MK-nın 16 noyabr 2018-ci il tarixli, 2(103)-13077/2018 saylı qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı x1 cavabdeh x2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 73182 mana t əsas, 7709,16 manat faiz, cəmi 80891,16 manat və 30 dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı x1 tərəfindən cavabdehə 08.07.2010-cu il tarixli, 13-360-10 saylı kredit müqaviləsinə əsasən, ünvan 1 inşa edilən binada mənzilin alınması üçün 12 ay müddətinə, illik 12% hesablanmaqla 73182 manat məbləğində kredit vəsaiti verilmişdir. Cavabdeh kredit müqavilələri üzrə borclarını tam şəkildə ödəməli olduğu halda heç bir pul vəsaiti ödəməmişdir. İddiaçı 30.03.2018-ci il tarixdə cavabdeh x3 qarşı kredit məbləğinin geri qaytarılması barədə iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə iddia ərizəsi müraciət etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətini n dəlilləri: İddiaçı x1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsi MK-nın 16 noyabr 2018-ci il tarixli, 2(103)-13077/2018 saylı qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Prosesiştirakçılarının izahatları: İddiaçı x1-nin vəkili Məmmədov Azər Məhəbbət oğlu kassasiya şikayətinin dəlillərinə müvafiq izahat verərək, kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Cavabdeh x3 vəkili Bədirli Rüfət Mirrafiq oğlu kassasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respubl ikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, tərəflərin vəkillərini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı x1 tərəfindən cavabdehə 08.07.2010cu il tarixli, 13-360-10 saylı kredit müqaviləsinə əsasən, ünvan 1 inşa edilən binada mənzilin alınması üçün 12 ay müddətinə, illik 12% hesablanmaqla 73182 manat məbləğində kredit vəsaiti verilmişdir. Cavabdeh kredit müqavilələri üzrə borclarını tam şəkildə ödəməli olduğu halda heç bir pul vəsaiti ödəməmişdir. İddiaçı 30.03.2018-ci il tarixdə cavabdeh x3 qarşı kredit məbləğinin geri qaytarılması barədə iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə iddia ərizəsi müraciət etmişdir. Məhkəmə araşdırması zamanı cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə ilə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. İşdən göründüyü kimi tərəflər arasında bağlanmış 08.07.2010-cu il tarixli, 13-36010 saylı kredit müqaviləsi 12 ay müddətinə bağlanmış və müqavilə müddəti 08.07.2011-ci il tarixdə bitir. Bununla da müəyyən olunur ki, iddiaçı cavabdehə qarşı hazırkı iddia ilə 08.07.2010-cu il tarixli, 13-360-10 saylı kredit müqaviləsi üzrə 08.07.2014-cü il tarixinə qədər məhkəməyə müraciət edə bilərdi. Lakin mülki işin materiallarından görünür ki, iddiaçı hazırkı iddia ilə 30.03.2018-cı il tarixində məhkəməyə müraciət etmişdir. Belə olan halda iddiaçı tərəfindən hazırkı iddianın verilməsi üçün qanunvericilikdə belə iddiaların verilməsi üçün nəzərdə tutulmuş 3 illik iddia müddəti buraxılmış və cavabdeh tərəfindən də məhkəməyə iddia müddətinin tətbiqinə dair ərizə verilmişdir ki, bu da hazırkı iddianın rədd edilməsi üçün əsasdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən aslı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsində işə baxılarkən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, prosessual hüquq pozuntusuna yol verilmədiyindən, kassasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 419-cu maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: x1-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar