Məhkəmə qərarları › İş №2(102)-3349/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3349/2021

01.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3349/2021 01.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: apelyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi barədə) Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi ilə, Cavabdeh və onun vəkili Vəkil2 iştirakları, İddiaçı Cavabdeh qarşı «pul tələbinə» dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7373/2020 nömrəli, 21 sentyabr 2020-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə ic lasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı Cavabdeh qarşı «pul tələbi» barədə iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 10 iyun 2020-ci il tarixli, 2(010)1490/2020 saylı qətnaməsi ilə (hakim Səlimə Miriyeva) iddia təmin edilmiş, Cavabdeh 10000 manat məbləğində pul və 30 manat dövlət rüsumu alınaraq İddiaçı ödənilməsi qət edilmişdir.

3. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat

4. Bakı Apellyasiya Məhkəməsinin (hakimlər-R.Eyvazov (sədrlik edən və məruzəçi), F.Talışinski və Z.Şirinov) 21.09.2 020-ci il tarixli, 2(103)-7373/20 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı «pul tələbi» barədə mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 10 iyun 2020ci il tarixli, 2(010)-1490/2020 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyrimümkün hesab edilmişdir.

5. Apelyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 108.3, 360, 363.1.2, 363.1.3; «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1.1, 8.1.2, 8.4.1-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Kassasiya şikayətinin dəlilləri

6. Cavabdeh apelyasiya instansiyası məhkəməsinin qərardadından kasasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və apelyasiya mümkün hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. Kassasiya şikayətini onunla əsaslandırmışdır ki, qərardadda prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. Dövlət rüsumunu qanunla müəyyən edilən qaydada ödəmiş, bu barədə sənədi apelyasiya şikayətinə əlavə etmişdir. Şikayəti qeyrimümkün hesab edildikdən sonra dövlət rüsumunu ödəməsinə dair bankın təsdiq etdiyi arayışı da təqdim etmişdir. Qətnaməni aldıqdan sonrav müddəti ötürmədən şikayət vermişdir. Eyni zamanda şikayətinin qeyri-mümkün hesab edilməsi əsası kimi anket məlumatlarının qeyd edilməməsi dəlili də əsaslı deyil. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə icraatı iştirakçılarının izahatları

8. Cavabdeh və onun vəkili V əkil2 kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.

9. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

10. Maddə

360. Aapellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.

11. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

12. Maddə

418. Maddi və prosessual hüquq nor malarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanunu:

13. Maddə 8.1.1. iddia qiyməti 500 manatadək olduqda 20 manat, məbləğində dövlət rüsumu ödənilməlidir.

14. Maddə 8.1.2. iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilməlidir.

15. Maddə 8.4.1. bu Qanunun 8.1-ci maddəsi ilə müəyyən edilmiş dövlət rüsumunun 50 faizi miqdarında dövlət rüsumu ödənilir. Kassasiya baxışının hədləri

16. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hü quq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

17. Aşağıdakılara əsasən kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli, iş apellyasiya şikayətinə baxılması üçün qaytarılmalıdır.

18. Apellyasiya instansiya məhkəməsi iş materiallarının 36-cı vərəqəsində olan poçt qəbzinə əsasən belə qənaətinə gəlmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehə göndərilmiş, sonra qə tnamə icra olunması üçün göndərilmiş, lakin şikayət veriləndə məhkəmə müddətin ötürülüb-ötürülməməsi ilə bağlı əsaslandırılmış qərardad çıxarmamışdır.

19. Qətnaməni tərəfə çatdırılması məhkəmənin vəzifəsdir və bu hal məhkəmə sənədləri ilə təsdiq olunmalıdır. İş materiallarında qətnamənin cavabdehə verilməsinə dair heç bir sübut yoxdur. Məhkəmə sənədlərində qətnamənin nə vaxt çatdırılması barədə poçt sənədləri, və yaxud digər sübutlar yoxdursa, deməli cavabdehin şikayəti vaxtında verilmiş hesab olunur. Qətnaməni nə vaxt alması halını sübutetmə vəzifəsini şikayət verənin üzərinə qoyulması mülki mühakimənin prinsiplərinə ziddir.

20. Qətnamənin cavabdeh tərəfindən alınmasına dair sübutlar yoxdursa, 1-ci instansiya məhkəməsinin öz təşəbübbüsü ilə müddətin ötürülməməsi ilə bağlı əsaslandırılmı ş qərardad çıxarılmasına zərurət yoxdur və prosessual qanunvericilikdə də belə göstəriş nəzərdə tutulmamışdır.

21. Bundan başqa, apelyantın dövlət rüsumuna görə etmiş olduğu elektron ödənişlə bağlı müvafiq sənəd apelyasiya şikayətinə əlavə edilmişdir. Apelyasiya Məhkəməsi öz qərarında həmin sənədə heç bir fikir bildirmədən dövlət rüsumunun ödənilməməsi qənaətinə gəlmişdir. Həmin sənədin forma və yazılışına cavabdeh deyil, elktron ödənişin təşkilini həyata keçirən bank məsul daşıyır. “xxxx” ASC tərəfindən verilmiş 210/20 saylı 24.02.2021-ci il tarixli arayışa əsasən 02.09.2020-ci il tarixində xxxx ASC-yə məxsus KO 121001 saylı ödəniş terminalı vasitəsi ilə Cavabdeh Malik oğlu (şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi: AA1099562) tərəfindən həqiqətən Apellyasiya və kassasiya şikayətlərinə gör ə 15.00 (on beş manat 0 qəpik) AZN məbləğində dövlət rüsümü ödənilmişdir və qeyd olunan ödəniş uğurludur (səh.59).

22. Göründüyü kimi cavabdeh qanuna müvafiq şəkildə dövlət rüsumunu da ödəmişdir.

23. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli, iş apellyasiya şikayətinə baxılması üçün göndərilməlidir.

24. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7373/2020 nömrəli, 21 sentyabr 2020-ci il tarixli qərardadı ləğv edilsin, iş apelyasiya şikaətinə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar