Məhkəmə qərarları › İş №2(102)-335/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-335/2019

23.01.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-335/2019 23.01.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ « 23 » yanvar 2019-cu il İş № 2(102)-335/19 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan oğlundan ibarət tərkibdə, Əkbərli Əkbər Eldar oğlunun katibliyi, cavabdeh R.A.Ələskərovun, onun vəkili M.H.Ağalarovun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 21 iyun 2018-ci il tarixli qətnaməsindən Cavabdeh və onun vəkili Vəkil kassasiya şikayəi üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin 02 aprel 20 18-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 30.10.2014-ci il tarixli, 136532-CNS-12202 saylı nağd pul krediti müqaviləsinə əsasən 11616 ABŞ dolları məbləğində əsas borc, 2015,72 ABŞ dolları məbləğində faiz borcu, 3 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 13634,72 ABŞ dolları məbləğində borc (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə) və 20 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçı İddiaçı ASC-nə ödənilməsi və iddianın qalan hissədə təminin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 iyun 2018-ci il tarixli, 2(103)-6660/2018 saylı qətnaməsi ilə (hakimlər İ.Xəlilov sədrlik edən, məruzəçi X.Cəmilova və A.Hüseynov) apellyasiya şikayəti təmin edilməyər ək Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin 02 aprel 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: İddiaçı ASC cavabdehə qarşı pul tələbinə dair iddia ərizəsi ilə Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 30.10.2014-cü il tarixli, 136532-CNS-12202 saylı kredit müqaviləsinə əsasən 12 oktyabr 2017-ci il tarixə banka borclu olduğu 11616 ABŞ dolları məbləğində əsas borc, 2015,72 ABŞ dolları məbləğində faiz borcu, 52,85 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 13684,57 ABŞ dolları pul məbləğinin (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə) və məhkəməyə müraciət etmək üçün ödənilmiş 20 manat dövlət rüsumunun Cavabdehdən tutularaq İddiaçı ASC-nə ödənilməsi barədə qətnamə qəbul edilməsini xa hiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh və onun vəkili Vəkil kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, təqdim olunmuş sübutlara və vəsatətlərə qiymət verilməmiş, məhkəmə mühasibatlıq ekspertizası təyin etməməklə məhkəmə işə birtərəfli baxmışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 iyun 2018-ci il tarixli qətnaməsinin ləğv olunmasını və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edrilər. Məhkəmə kollegiyasının iclasında Cavabdeh və onun vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 iyun 2018-ci il tarixli qətnaməsinin ləğv olunmasını və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, tərəflər üzrlü səbəblər olmadan gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 21 iyun 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası mə hkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticədən görünür ki, CASPİAN DELİVERY SERVİCE” sifarişli poçt qəbzindən görünür ki, iş üzrə Cavabdehə kuryer vasitəsi ilə ünvanlanmış məhkəmə bildirişi 03.03.2018-ci il tarixdə ünvan sahiblərinə çatdırılmışdır. Lakin buna baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Bundan başqa cavabdeh apellyasiya şikayətində onun banka olan borc məbləğinin hesablanması üçün ekspertiza keçirilməməsini və borcunun düzgün hesablanmaması hissəsində mübahisələndirir. Məhkəmə kollegiyası cavabdehin kredit müqaviləsi üzrə faiz və borc məbləğinin artıq hesablanılması ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, iş materiallarında olan hesabdan çıxarışdan görünür ki, ödənişlər müqavilə şərtlərinə uyğun olaraq silinmiş, cavabdeh tərəfindən edilmiş ödənişlərin əsas borc əvəzinə faiz borcdan çıxılmasına və borcun düzgün hesablanılmamasına ehtimal verən hallar yoxdur. Bununla yanaşı, cavabdeh faiz və qalıq borc məbləğlərinin düzgün hesablanmaması barədə heç bir sübut təqdim edə bilməmiş, sadəcə formal əsaslar gətirməklə qətnamənin əsassız olduğunu qeyd etmiş, həmçinin etirazının araşdırılması ilə bağlı məhkəmə iclasında iştirak etməmişdir. Cavabdehin borcunun müqavilə şərtlərinə uyğun olaraq hesablanılması iş materiallarında olan hesabdan çıxarışla təsdiq olunduğundan və əksini ehtimal edən halları göstərən sübut təqdim olunmadığından məhkəmə Cavabdehin bu dəlilini əsassız sayılır. Borcun məbləğinin düzgün hesablanmaması bar ədə şübhələr olmadan hər bir iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməsinə zərurət yoxdur. İşə baxan məhkəmə haqlı olaraq müqavilə, borc və öhdəlik hüquq münasibətlərindən irəli gələn maddi hüquq normalarını tətbiq etməklə iddianı təmin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin nəticələri işin həqiqi hallarına uyğun olmaqla və tərəflərin qarşılıqlı münasibətlərini əks etdirdiyi üçün qanuni və əsaslıdır. Cavabdehin kassasiya şikayətinin dəlillərinə gəldikdə məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmış və bununla da onların arasında kredit hüquq münasibətləri yaranmışdır. İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdeh isə həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yet irməmiş, nəticədə kreditor qarşısında müqavilə üzrə öhdəlikləri yaranmışdır. Cavabdeh həmin öhdəliyin icrasından yayındığı üçün iddiaçı bu tələblə məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətində qalmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, mübahisə üzrə tədbiq edilməli olan hüquq normalarını düzgün tətbiq edərək nəticə etibarı ilə qanuni və əsaslı qətnamə çıxarmışdır. Kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas ola bilməz, ona görə də kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının həmin iş üzrə 21 iyun 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Ali Məhkəmənin hakimi Q.Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar