Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-335/2022 10.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin cavabdehlər Cavabdeh1 Əlmirzə oğluna, X3, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh9 qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: kredit borcunun tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi ilə, Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)-53/2019 nömrəli iş üzrə 10 oktyabr 2019-ci il tarixli qətnaməsind ən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 10 yanvar 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları "xxxx" Kommersiya Bankı ASCnin Sumqayıt filialı ilə bağlanmış 21 yanvar 2015-ci il tarixli, 04/15SU saylı əsas kredit müqaviləsinə əsasən bank Cavabdeh1 Əlmirzə oğluna 1.000.000 AZN məbləğində 120 ay müddətinə, 21 yanvar 2025-ci il tarixədək müddət ərzində, bu müqavilə çərçivəsində əlavə kredit müqavilələri bağlanılmaqla kredit verməyi öhdəsinə götürmüş, 29 yanvar 2015-ci il tarixli, 04-1/15SU saylı əlavə kredit müqaviləsinə əsasən Cavabdeh1 Əlmirzə oğluna 36 ay müddətinə, illik 22 faiz ödəmək şərti ilə 28000 ABŞ dolları kredit verilmişdir. "xxxx" Kommersiya Bankı ASC-nin Sumqayıt filialı ilə Cavabdeh1 Əl mirzə oğlu arasında bağlanmış 06 mart 2015-ci il tarixli, 15 dekabr 2015-ci il tarixli və 02 mart 2016-cı il tarixli sazişlərlə 29 yanvar 2015-ci il tarixli, 04-1/15SU saylı əlavə kredit müqaviləsinə dəyişikliklər edilmişdir. "xxxx" Kommersiya Bankı ASC-nin Sumqayıt filialı ilə Cavabdeh1 Əlmirzə oğlu arasında bağlanmış 29 yanvar 2015-ci il tarixli, 04-1/15SU saylı əlavə kredit müqaviləsinə əsasən 21 yanvar 2015-ci il tarixli, 04/15SU saylı əsas kredit müqaviləsi çərçivəsində "xxxx" Kommersiya Bankı ASCnin Sumqayıt filialı tərəfindən Cavabdeh1 Əlmirzə oğluna 36 ay müddətinə, illik 22 faiz ödəmək şərti ilə 28000 ABŞ dolları kredit verilmişdir. "xxxx" Kommersiya Bankı ASC-nin Sumqayıt filialı ilə Cavabdeh1 Əlmirzə oğlu və X4 arasında bağlanmış 29 yanvar 2015-ci il tarixli, 04Z/15SU saylı zami nlik müqaviləsinə əsasən zamin kreditor qarşısında borclunun 21 yanvar 2015-ci il tarixli, 04/15SU saylı əsas kredit müqaviləsindən və əsas kredit müqaviləsi ilə müəyyən edilmiş müddət və kredit limiti çərçivəsində bağlanacaq əlavə kredit müqavilələri üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə öz əmlakı ilə kreditor qarşısında tam məsuliyyəti öz üzərinə götürmüşdür. 21 yanvar 2015-ci il tarixli, 04İ/15SU saylı ipoteka müqaviləsinin surətindən görünür ki, "xxxx" Kommersiya Bankı ASC-nin Sumqayıt filialı ilə Cavabdeh1 Əlmirzə oğlu arasında bağlanmış 21 yanvar 2015-ci il tarixli, 04/15SU saylı əsas kredit müqaviləsi üzrə öhdəliyin icrasının təmini kimi Cavabdeh1 Əlmirzə oğluna məxsus Sumqayıt şəhəri, 17-ci mikrorayonda yerləşən 18 saylı evin 29 saylı mənzili ipoteka ilə yüklü edil mişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Cavabdeh1 Əlmirzə oğluna məxsus Sumqayıt şəhəri, 17-ci mikrorayonda yerləşən 18 saylı evin 29 saylı mənzilinin ipoteka ilə yüklü edilməsi 23.01.2015-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 258 nömrəli reyestr kitabının 22 nömrəli vərəqində qeydiyyata alınmışdır. 29 yanvar 2015-ci il tarixli, 04-1/15SU saylı əlavə kredit müqaviləsinə dəyişiklik edilməsi haqqında 06 mart 2015-ci il tarixli sazişə əsasən əlavə kredit müqaviləsində nəzərdə tutulmuş faiz dərəcəsi dəyişdirilərək illik 20,5%, müddət isə 13 ay uzadılaraq 28.02.2019-cu il tarixə müəyyən edilmişdir. 29 yanvar 2015-ci il tarixli, 04-1/15SU saylı əlavə kredit müqaviləsinə dəyişiklik edilməsi haqqında 15 dekabr 2015-ci il tarixli sazişə əsasən kredit müqaviləsinin 1.3-cü bəndində nəzərdə tutulmuş kreditdən istifadəyə görə 2015-ci ilin oktyabr, noyabr, dekabr ayları və 2016-cı ilin yanvar ayı üçün 4 aylıq güzəşt müddəti (yalnız faiz ödənişi) müəyyən edilmişdir. 29 yanvar 2015-ci il tarixli, 04-1/15SU saylı əlavə kredit müqaviləsinə dəyişiklik edilməsi haqqında 02 mart 2016-cı il tarixli sazişə əsasən kredit müqaviləsinin 1.3-cü bəndində nəzərdə tutulmuş müddət 29.08.2020-ci il tarixədək müəyyən edilmiş və 2016-cı ilin fevral və mart ayı üçün güzəşt müddəti verilmiş, artırılmış müddət ərzində kreditdən istifadəyə gör ə faiz hesablanmaması, müştəriyə 18 ay üçün güzəşt tətbiq olunması müəyyən edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı "xxxx" Kommersiya Bankı ASC məhkəmədə cavabdehlərə qarşı kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair iddia qaldıraraq cəmiyyətlə Cavabdeh1 Əlmirzə oğlu arasında bağlanmış 29.01.2015-ci il tarixli, 04-1/15SU saylı əlavə kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməsi, cavabdehlər Cavabdeh1 Əlmirzə oğlundan və X1 iddiaçı "xxxx" Kommersiya Bankı ASCnin xeyrinə 21.01.2015-ci il tarixli, 04/15SU saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış 29.01.2015-ci il tarixli, 04-1/15SU saylı əlavə kredit müqaviləsinə görə əsas kredit borcu üzrə 24681,40 ABŞ doll arı, faiz borcu üzrə 3193,68 ABŞ dolları, cərimə borcu üzrə 1048,65 ABŞ dolları, cəmi 28923,73 ABŞ dolları borcun və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manatın, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manat məbləğində pulun müştərək qaydada tutulması, tələbin ipoteka predmeti olan Cavabdeh1 Əlmirzə oğlunun mülkiyyətində olan Sumqayıt şəhəri, 17-ci mikrorayonda yerləşən 18 saylı evin 29 saylı mənzilinə yönəldilməsi, bu əmlakın hərracda satılması və satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 Əlmirzə oğlunun 29.01.2015-ci il tarixli, 04-1/15SU saylı əlavə kredit müqaviləsi üzrə 28.923,73 ABŞ dolları və dövlət rüsumu kimi ödənilmiş 30 manatın, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manat məbləğində pulun tutularaq iddiaçı "xxxx" Kommersiya Bankı ASCnə ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 58.000 manat məbləğində müəyyən edilməsi, ipoteka predmeti olan Sumqayıt şəhəri, 17-ci mikrorayonda yerləşən 18 saylı evin 29 saylı mənzilinə tutma yönəldildikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən Cavabdeh1 Əlmirzə oğlunun, X2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh9 çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmiş və tələblərini onunla əsaslandırmışdır ki, "xxxx" Kommersiya Bankı ASC ilə Cavabdeh1 Əlmirzə oğlu arasında 21.01.2015-ci il tarixli, 04/15SU saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış 29.01.2015-ci il tarixli, 04-1/15SU say lı əlavə kredit müqaviləsinə əsasən borcluya 36 ay müddətinə, 29.01.2018-ci il tarixədək illik 22 faiz ödəmək şərti ilə 28000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi "xxxx" Kommersiya Bankı ASC ilə Cavabdeh1 Əlmirzə oğlu arasında bağlanmış 21.01.2015-ci il tarixli, 04İ/15SU saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh1 Əlmirzə oğlunun mülkiyyətində olan Sumqayıt şəhəri, 17-ci mikrorayonda yerləşən 18 saylı evin 29 saylı mənzili "xxxx" Kommersiya Bankı ASCnə ipotekaya qoyulmuşdur. İpoteka müqaviləsi 23.01.2015-ci il tarixdə AR ƏMDK yanında DƏDRX-nin 2 saylı Ərazi İdarəsi tərəfindən dövlət qeydiyyatına alınmışdır. Kredit müqavilələrindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi, eyni zamanda iddiaçı "xxxx" Komm ersiya Bankı ASC ilə X4 arasında bağlanmış 29.01.2015-ci il tarixli, 04Z/15SU saylı zaminlik müqaviləsi çıxış edir və bu müqaviləyə görə X4 zamin kimi kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməməsinə görə borclu Cavabdeh1 Əlmirzə oğlu ilə eyni həcmdə məsuliyyət daşıyırlar. Kredit müqaviləsinə əlavədə nəzərdə tutulmuş ödəniş qrafiki üzrə dövri olaraq "xxxx" Kommersiya Bankı ASCnə ödənilməli olan kredit və faiz borclarının həmin qrafikə uyğun ödənilməsi cavabdeh tərəfindən təmin edilməmiş və müəyyən olunmuş ödəmə müddətləri pozulmuşdur. Cavabdeh1 Əlmirzə oğlunun 09.12.2016-cı il tarixə 29.01.2015-ci il tarixli, 04-1/15SU saylı əlavə kredit müqaviləsi üzrə əsas kredit borcu 24.681,40 ABŞ dolları, faiz borcu 3.193,68 ABŞ dolları, cərimə borcu 1.048,65 ABŞ dolları, cəmi borcu 28.92 3,73 ABŞ dolları təşkil edir. 21.01.2015-ci il tarixli, 04İ/15SU saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh1 Əlmirzə oğlunun mülkiyyətində olan Sumqayıt şəhəri, 17-ci mikrorayonda yerləşən 18 saylı evin 29 saylı mənzili əsas kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təminatı məqsədi ilə banka ipotekaya qoyulmuş və ipoteka predmeti olan daşınmaz əmlakın ilkin satış qiyməti ipoteka müqaviləsinin 2.4-cü bəndində əks olunmuş tərəflərin qarşılıqlı razılığına əsasən 58000 manat məbləğində qiymətləndirilmişdir. "xxxx" Kommersiya Bankı ASC-nin 09.12.2016-cı il tarixli arayışından görünür ki, Cavabdeh1 Əlmirzə oğlunun 04-1/15SU saylı kredit müqaviləsi üzrə həmin tarixə 24681,40 ABŞ dolları əsas borcu, 3193,68 ABŞ dolları faiz borcu, 1048,65 ABŞ dolları cərimə, cəmi 28923,73ABŞ dolları borcu vardır. "xxxx" Kommersiya Bankı ASC tərəfindən Cavabdeh1 Əlmirzə oğluna və X3 ünvanlanmış 09.09.2016-cı il tarixli pretenziyanın surətindən görünür ki, banka olan borcunu 10 təqvim günü müddətində ödəməsi təklif olunmuş, əks tədqirdə borcun və onun üçün çəkilən xərclərin qaytarılması ilə əlaqədar iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. "xxxx" Kommersiya Bankı ASC tərəfindən Cavabdeh1 Əlmirzə oğluna ünvanlanmış 06.10.2016-cı il tarixli bildirişin surətindən görünür ki, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinin 21 oktyabr 2016-cı il tarixli məktubundan görünür ki, Cavabdeh1 Əlmirzə oğluna məxsus Sumqay ıt şəhəri, 17-ci mikrorayonda yerləşən 18 saylı evin 29 saylı mənzilinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatı aparılmışdır. "xxxx" MMC-nin 07 iyul 2017-ci il tarixli rəyinə əsasən Sumqayıt şəhəri, 17-ci mikrorayonda yerləşən 18 saylı evin 29 saylı mənzilinin hazırki dövrə bazar dəyəri 65000 manat təşkil edir. İş üzrə keçirilmiş ekspertizanın 06 sentyabr 2019-cu il tarixli, 14460 saylı rəyinə əsasən 29.01.2015-ci il tarixli, 04-1/15SU saylı kredit müqaviləsi üzrə Cavabdeh1 Əlmirzə oğlunun 09.12.2016-cı il tarixə "xxxx" Kommersiya Bankı ASCnə olan əsas kredit borcu 25578,94 ABŞ dolları, faiz borcu 3337,34 ABŞ dolları müəyyən olunur. Sumqayıt Şəhər Məhkəməsinin (hakim Ceyhun Məmmədov) 10 avqust 2017-ci il tarixli, 2(060)-1919/2017 saylı qətnaməsi ilə iddia tələbi qismən tə min edilmiş, "xxxx" Kommersiya Bankı ASC ilə Cavabdeh1 Əlmirzə oğlu arasında bağlanmış 29.01.2015-ci il tarixli, 04-1/15SU saylı əlavə kredit müqaviləsinin ləğv edilməsi, 29.01.2015-ci il tarixli, 041/15SU saylı əlavə kredit müqaviləsindən irəli gələn ödənilməmiş 24681,40 ABŞ dolları əsas borc, 3193,68 ABŞ dolları faiz borcu, 50 ABŞ dolları məbləğində dəbbə borcu, ümumilikdə 27925,08 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində borcun cavabdehlər Cavabdeh1 Əlmirzə oğlundan və X1 müştərək qaydada iddiaçı "xxxx" Kommersiya Bankı ASCnin xeyrinə tutulması, tələbin "xxxx" Kommersiya Bankı ASC ilə Cavabdeh1 Əlmirzə oğlu ilə bağlanmış 21.01.2015-ci il tarixli, 04/15SU saylı ipoteka mü qaviləsinə əsasən ipoteka predmeti olan Sumqayıt şəhəri, 17-ci mikrorayonda yerləşən 18 saylı evin 19 saylı mənzilinə yönəldilməsi, ipoteka predmeti olan Sumqayıt şəhəri, 17-ci mikrorayonda yerləşən 18 saylı evin 19 saylı mənzilinin ilkin satış qiymətinin 65000 manat müəyyən edilməsi, ipotekaya qoyulmuş Sumqayıt şəhəri, 17-ci mikrorayonda yerləşən 18 saylı evin 19 saylı mənzilinin açıq hərrac vasitəsilə satılması və satışdan əldə olunan məbləğin 29.01.2015-ci il tarixli, 04-1/15SU saylı əlavə kredit müqaviləsi üzrə 27925,08 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində pulun iddiaçı "xxxx" Kommersiya Bankı ASCnin xeyrinə ödənilməsi, satışdan əldə olunan vəsait hesabına Cavabdeh1 Əlmirzə oğlunun banka olan borcu ödənildikdən sonra qalan məbləğin Cavabdeh1 Əlmirzə oğluna qaytarılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmiş, iddiaçı "xxxx" Kommersiya Bankı ASC və Cavabdeh1 Əlmirzə oğlu qətnamədən apellyasiya şikayətləri vermişlər. Sumqayıt Şəhər Məhkəməsinin 22 avqust 2017-ci il tarixli, 2(060)-1919/2017 saylı qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin 10 avqust 2017-ci il tarixli, 2(060)-1919/2017 saylı qətnaməsində olan yanlışlıq aradan qaldırılmış, qətnamənin əsaslandırıcı və nəticə hissələrində “Sumqayıt şəhəri, 17-ci mikrorayonda yerləşən 18 saylı evin 19 saylı mənzili”nin “Sumqayıt şəhəri, 17-ci mikrorayonda yerləşən 18 saylı evin 29 saylı mənzili” kimi oxunması qərara alınmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabd ehin kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməməsi, cavabdeh tərəfindən müqavilənin əhəmiyyətli dərəcədə pozulması, hazırki öhdəlik hüquq münasibətlərinin məhz cavabdehin təqsiri üzündən pozulması işin mübahisəsiz halları olmaqla, həmin faktlar işdə iştirak edən şəxslərin izahatları, işin materialları ilə də inkar edilmədiyindən "xxxx" Kommersiya Bankı ASC ilə Cavabdeh1 Əlmirzə oğlu arasında bağlanmış bağlanmış 29.01.2015-ci il tarixli, 041/15SU saylı əlavə kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 Əlmirzə oğlundan və X1 "xxxx" Kommersiya Bankı ASC-nin xeyrinə 29.01.2015-ci il tarixli, 04-1/15SU saylı əlavə kredit müqaviləsindən irəli gələn ödənilməmiş 24681,40 ABŞ dolları əsas borc, 3193,68 ABŞ dolları faiz borcu, 50 ABŞ dolları məbləğində dəbbə borcu olmaqla, c əmi 27925,08 ABŞ dolları məbləğində kredit borcunun, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi və ipoteka predmetinin açıq hərracdan satılması barədə iddia tələbi əsaslıdır. İddiaçı "xxxx" Kommersiya Bankı ASC apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin qismən, iddianın təmin olunmamış, yəni cavabdehlərin yaşayış sahəsindən çıxarılmaması hissəsində ləğv edilib bu hissədə iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 Əlmirzə oğlu apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: Telman Məmmədov sədrlik edən və məruzəçi, Zaur Məmmədov, Aqil Abbasov) 10 oktyabr 2019-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. "xxxx" Kommersiya Bankı ASC apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehlərin yaşayış sahəsindən çıxarılmaması hissəsində mübahisələndirmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, “İpoteka haqqında” qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla bir likdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Qanunun mənasına görə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin yaşayış evindən məcburi qaydada çıxarılmaları, evin boşaldılması üçün bir sıra əsaslar olmalıdır, yəni yaşa yış evinə tutma yönəldilməli və o satılmalıdır, ipoteka qoyanın mülkiyyət hüququna xitam verilməklə, münasibətlərə yeni mülkiyyətçi (hüquq sahibi) daxil olmalıdır, evdə yaşayan şəxslər alqı-satqıdan sonrakı 1 ay ərzində yaşayış evini könüllü tərk etmədikləri halda, hüquq sahibi olan şəxs-yeni mülkiyyətçi məcburi qaydada çıxarılma və evin boşaldılması barədə məhkəmədə iddia qaldırmalıdır. Hazırki mübahisə üzrə qeyd edilən hallar müəyyən edilmədiyindən, yəni ipoteka predmeti satılmadığından, ipoteka qoyanın mülkiyyət hüququna xitam verilmədiyindən, münasibətlərə yeni mülkiyyətçi (hüquq sahibi) daxil olmadığından birinci instansiya məhkəməsi düzgün olaraq iddia tələbinin cavabdehlərin yaşayış sahəsindən çıxarılması hissəsinin təmin edilməməsi nəticəsinə gəlmişdir. Cavabdeh1 Əlmirzə oğlu apell yasiya şikayətində "xxxx" Kommersiya Bankı ASC qarşısında öhdəliyinin krediti götürdüyü vaxt hesab olunduğundan, kredit borcunu dolların o zamanki məzənnəsi ilə ödəməli olmasını göstərmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, tərəflər arasında bağlanmış 29.01.2015ci il tarixli, 04-1/15SU saylı əlavə kredit müqaviləsinə əsasən Cavabdeh1 Əlmirzə oğluna 28000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin müqavilədə kreditin onun götürüldüyü vaxtda olan məzənnə ilə ödənilməsi nəzərdə tutulmamışdır. Həmçinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun un 14 may 2015-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Mülki Məcəllənin 439.2-ci maddəsi xarici valyutada olan pul öhdəliyinin manatla icrası zamanı öhdəliyin icrasının ödəniş anında ödəniş yerinin məzənnə qiyməti ilə aparılmasını birmənalı müəyyən etmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası Cavabdeh1 Əlmirzə oğlunun apellyasiya şikayətində göstərdiyi digər dəlilləri əsassız hesab etmişdir. Digər cavabdehlər məhkəmə qətnaməsi ilə razılaşaraq apellyasiya şikayəti verməmişlər. Cavabdeh1 (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya ş ikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Əsasları apellyasiya şikayətinin əsasları ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Məhkəmə müqavilənin ləğv edilməsi barədə düzgün nəticəyə gəlməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər gəlmədikl əri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Qətnamədə n kassasiya şikayəti verən Cavabdeh1 qətnaməni tam mübahisələndirdiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə
739. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə
467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədi kdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya bo rclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Əgər ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır (26 9.1, 295, 317, 319.1 və 319.6-cı maddələr). “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti, ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəm əsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq n ormaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin əsas dəlili məhkəmənin müqavilənin ləğv edilməsi barədə düzgün qənaətə gəlməməsidir. Belə ki, kassasiya şikayətinə görə o ödənişlər etmiş, lakin məhkəmə buna baxmayaraq müqaviləni ləğv etmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 421.2-ci maddəsinə görə, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. İşdən müəyyən edilmişdir ki, bank cavabdehlərə borcu ödəmələri barədə xəbərdarlıq məktubları göndərmiş, lakin cavabdehlər müqavilə öhdəlikləri icra etməyərək iddiaçının hüquqlarını pozmuşlar. Ona görə də, iddiaçı müqavilənin ləğv edilməsini tələb etmək hüququ yaranmışdır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara a ldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)-53/2019 nömrəli iş üzrə 10 oktyabr 2019-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.