Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-3351/2021 20.05.2021 ALİ MƏHKƏMƏ Kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina haqqında QƏRARDAD Mən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimi Abbasov Aqil Əzizağa oğlu Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)3656/2021 nömrəli, 17.03.2021-ci il tarixli qərardadından iddiaçı İddiaçı2 kassasiya şikayətini nəzərdən keçirərək Müəyyən etdim: Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 2(005)-2477/2020 saylı, 19 noyabr 2020-ci il tarixli qətnaməsi ilə iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia tələbi rədd edilmişdir. Qətnamədən İddiaçı2 tərəfindən 02 fevral 2021-ci il tarixdə apelyasiya şikayəti vermişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2477/2020 saylı, 04 fevral 2021-ci il tarixli qərardadı ilə cavabdehin apellyasiya şikayəti müddətin keçməsi və müddətin bərpası barədə ərizə verilməməsi əsası ilə geri qaytarılmışdır. (hakim Aytən Novruzova) İddiaçı2 qərardaddan verdiyi şikayət Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 22 fevral 2021-ci il tarixli qərardadı ilə təmin edilməyəyərək, baxılması üçün apellyasiya instansiyasına göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3656/2021 saylı, 17 mart 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 2(005)-2477/2021 saylı iş üzrə 04 fevral 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Ziya Şirinov (sədrlik edən və m əruzəçi) Fuad Talışınski, Rafael Eyvazov) İddiaçı2 (vəkili Vəkil2) kassasiya şikayəti verərək, Bakı Apelyasiya Məhkəməsinin 17.03.2021-ci il tarixli qərardadının ləğv edilməsi, apellyasiya şikayətinə mahiyyəti üzrə baxılması üçün işin Bakı Apellyasiya Məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Mülki Prosessual Məcəllənin 402-ci maddəsinə görə apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata vitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Göründüyü kimi, prosessual qanunvericilik barəsində kassasiya şikayəti verilməli olan məhkəmə aktlarının dairəsini dəqiq müəyyən etmiş və bundan hər hansı is tisnanı, o cümlədən apellyasiya şikayətinin qaytarılması barədə qərardadlardan şikayət verilməsin nəzərdə tutmamışdır. Bu baxımdan MPM-in qeyd edilən maddəsinin tələbinə görə İddiaçı2 Bakı Apelyasiya Məhkəməsinin 17 mart 2021-ci il tarixli qərardadından verdiyi kassasiya şikayəti kassasiya instansiya məhkəməsinin baxış predmeti ola bilməz. O da qeyd edilməlidir ki, apellyasiya şikayətinin qaytarılmasından kassasiya şikayəti verilməsinin istisna olunması hüquq və azadlıqların məhkəmə təminatı və məhkəməyə təkrar müraciət etmək kimi konstitusion hüquqlarla ziddiyyət təşkil etmir. Çünki apellyasiyanın qeyri-mümkün hesab edilməsi, eləcə də kassasiya şikayətinin qaytarılması məsələsini ilkin olaraq apelyasiya instansiyası məhkəməsi həll etdiyi üçün həmin qərardadların düzgünlüyünü kassasiya i nstansiyası yoxladığı halda, apellyasiya şikayətinin qeri qaytarılması barədə qərardadları da ilkin olaraq birinci instansiya məhkəməsi qaytardığı üçün həmin qərardadlardan verilən şikayətlərə də MPM-in 269-cu maddəsində nəzərdə tutulmuş qaydada birinci və apellyasiya instansiyaları məhkəmələri tərəfindən təkrar baxılır. Qeyd olunanlara əsasən hesab edirəm ki, hazırki kassasiya şikayəti, barəsində kassasiya şikayəti verilməsi nəzərdə tutulmayan qərardaddan olduğu üçün qeyri-mümkün hesab edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 402 və 411-ci maddələrini rəhbər tutaraq, Qərara aldım: İddiaçı2 Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17.03.2021-ci il tarixli, 2(103)-3656/2021 nömrəli qətnaməsindən verdiyi kassasiya şikayəti qeyri-mümkün hesab edilsin. Kassasiy a şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilsin.
Məhkəmə qərarları › İş №2(102)-3351/2021
Ali Məhkəmə Qərardad — İş №2(102)-3351/2021
20.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver