Məhkəmə qərarları › İş №2(102)-3352/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3352/2020

01.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3352/2020 01.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, X6 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Günel İnqilab qızının katibliyi, iddiaçının vəkili X2 iştirakı ilə, İddiaçı “xxxx” ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh6, Cavabdeh7 Xankərim oğluna, X4, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh8 qarşı kredit müqaviləsinin ləğvi, borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və mənzilin boşaldılması tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-c i il tarixli qətnaməsindən iddiaçı “xxxx” ASC tərəfindən verilmiş kasasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin (hakim C.Məmmədov) xx xxx 2017-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, “xxxx” ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 398/E saylı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, əsas borc üzrə 36.500 manat, faiz borcu üzrə 13.753 manat, cərimə (dəbbə) üzrə 200 manat, ümumillikdə 50.453 manat və iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumundan 28 manat pulun Cavabdeh1 və Cavabdeh2 “xxxx” ASC-nin xeyrinə tutulması, tələbin ünvan 1 ünvanında yerləşən 4 otaqlı yaşayış sahəsinə yönəldilməsi, yaşayış sahəsinin ilkin satış qiymətinin 60.000 manat müəyyən e dilməsi, ünvan 1 ünvanında yerləşən 4 otaqlı yaşayış sahəsinin açıq hərracda satılması, satışdan əldə olunan vəsaitdən hərracın keçirilməsi xərcləri çıxıldıqdan sonra 50.453 (əlli min dörd yüz əlli üç) manat pul və dövlət rüsumunun əvəzi olaraq 28 manat məbləğində pulun “xxxx” ASC-yə ödənilməsi, qalan vəsaitin isə Cavabdeh2 qaytarılması, iddianın qalan hissəsinin təmin olunmaması qət olunmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən Ş.Abasov, hakimlər A.Abbasov və T.Məmmədov) apelyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx xxx 2017-ci il tarixli qətnaməsi ipoteka predmetinin ilkin satış qiyməti hissəsində dəyişdirilmiş, Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 72, 64 saylı mənzilin ilkin satiş qi ymətinin 75000 manat müəyyən edilməsi, qətnamənin qalan hissədə - “xxxx” ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 398/E saylı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, əsas borc üzrə 36.500 manat, faiz borcu üzrə 13.753 manat, cərimə (dəbbə) üzrə 200 manat, ümumillikdə 50.453 manat və iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumundan 28 manat pulun Cavabdeh1 və Cavabdeh2 tutularaq “xxxx” ASC-nin xeyrinə tutulması, tələbin ünvan 1 ünvanında yerləşən 4 otaqlı yaşayış sahəsinə yönəldilməsi, ünvan 1 ünvanında yerləşən 4 otaqlı yaşayış sahəsinin açıq hərracda satılması, satışdan əldə olunan vəsaitdən hərracın keçirilməsi xərcləri çıxıldıqdan sonra 50.453 (əlli min dörd yüz əlli üç) manat pul və dövlət rüsumunun əvəzi olaraq 28 manat məbləğində pulun “xxxx” ASC-yə ödənilməsi, qalan vəsaitin isə Cavabdeh2 qaytarılması, iddianın qalan hissəsinin təmin olunmaması hissəsində Cavabdeh2 apelyasiya şikayətinə münasibətdə qətnamənin dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumunun cavabdehin özünə aid edilməsi, iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası xərcinin dəyəri olan 300 manat pulun 150 manatının iddiaçı “xxxx” ASC-dən, 150 manatının Cavabdeh2 tutularaq “xxxx” MMC-yə ( “xxxx” ASC, hesab N:AZ93PAHA40060AZNHC**********, VOEN: **********) ödənilməsi qət edilmişdir. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı “xxxx” ASC kasasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasına müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apel yasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ipoteka predmetinin ilkin satış qiymətinin dəyişdirilməsi hissəsində ləğv edilməsini və həmin hissədə işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı “xxxx” ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə “xxxx” ASC arasında bağlanmış kredit müqaviləsinin ləğv edilməsinə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı-nin xeyrinə əsas borc üzrə 36.500 manat, faiz b orcu üzrə 13.753 manat, cərimə (dəbbə) üzrə 1.000 manat, ümumilikdə 51.253 manat və iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulmasına, tutmanın ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 4 otaqlı yaşayış sahəsinə yönəldilməsinə, mənzildə qeydiyyatda olan Cavabdeh1, Cavabdeh2, Cavabdeh6, Cavabdeh7 Xankərim oğlunun, X3, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh8 həmin mənzildən istifadə hüquqlarına xitam verilməsi və ən geci 1 ay ərzində həmin mənzilin boşaldılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin mübahisə edilməyən hallarından görünür ki, iddiaçı bank ilə Cavabdeh1 arasında xx xxxxxxx 2015-ci il tarixli kredit müqaviləsi bağlanmış, həmin müqavilə əsasında Cavabdeh1 36 ay müddətinə, illik 24 % ödəmək şərti ilə 36.500 mana t məbləğində kredit verilmişdir. Kreditin təminatı kimi Cavabdeh2 ilə iddiaçı bank arasında xx xxxxxxx 2015-ci il tarixli zaminlik müqaviləsi və ipoteka müqaviləsi bağlanmışdır. Həmin ipoteka müqaviləsi ilə kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən 4 otaqlı yaşayış sahəsi “xxxx” qarşısında ipoteka ilə yüklü edilmişdir. Mənzil 60 000 manat dəyərində qiymətləndirilmişdir. Cavabdehlər öz öhdəliklərini lazimi qaydada icra etmədikləri üçün bank qarşısında borcları yaranmışdır. xx.xx.2017-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 iddiaçı “xxxx” ASC-yə 36500 manat məbləğində əsas borc, 13753 manat məbləğində faiz borcu, 1000 manat cərimə borcu vardır. “xxxx” MMC-nin xx.xx.2020-ci il tarixli qiymətləndirmə he sabatından görünür ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 72, 64 saylı mənzilin xx.xx.2020-ci il tarixə bazar dəyəri 75000 manat müəyyən edilmişdir. İddiaçının nümayəndəsi bildirir ki, borcalan Cavabdeh1 xx xxxxxxx 2015-ci il tarixində “xxxx” ASC-dən şəxsi məqsədlər üçün 36 ay müddətinə, illik 24 % olmaqla 36.500 manat məbləğində kredit götürmüşdür. Kredit müqaviləsinin əsas təminatı kimi X5 məxsus olan ünvan 1 ünvanında yerləşən 4 otaqlı yaşayış sahəsi ipotekaya qoyulmuşdur. Kredit müqaviləsinin digər təminatı kimi zamin Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. Lakin cavabdeh üzərinə götürdüyü öhdəliklərini icra etməmiş, göstərilən borc yaranmışdır. Buna görə də iddia təmin olunmalıdır. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh6 və Cavabdeh7 Xankərim oğlu bildirirlər ki, iddiaçı tərəfindən ödənişlər nəzərə alınmamış, kredit borcu şişirdilmişdir. Həmçinin, ipoteka predmeti dəyərindən çox aşağı qiymətləndirilmişdir. O cümlədən, iddiaçı kredit müqaviləsini ləğv etmək barədə cavabdehə müraciət etməmişdir. Belə olan halda müqavilənin vaxtından əvvəl ləğvi yol verilməzdir. Cavabdehlər X4, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh8 heç biri üzürlü səbəb göstərmədən işə məhkəmə baxışlarında iştirak etməmiş və işin halları barədə izahat verməmişlər. İş üzrə mübahisə apelyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qətnaməsini onunla əsaslandırmışdır ki, borclu Cavabdeh1 iddiaçı bank qarşısında öhdəliyi yaranmışdır və cavabdehlər bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Onun iddiaçıya kred it müqaviləsindəki öhdəlikləri yerinə yetirmədiyinə görə əsas borc üzrə 36.500 manat, faiz borcu üzrə 13.753 manat borcu yaranmışdır. Bu borc işdə olan obyektiv sübutlarla, bank hesabından çıxarışla, maliyyə arayışı ilə təsdiq olunur. Eyni zamanda xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borcu ödəməmiş və beləliklə də müqaviləni əhəmiyyətli dərəcədə pozduğu üçün iddiaçının tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməsi, habelə müqavilə üzrə borcun tələb olunması və ipoteka predmetinə tutmanın yönəldilməsini tələb etmək hüququ yaranmışdır. Bundan başqa xx.xx.2020-ci il tarixli qiymətləndirmə hesabatı ilə ipoteka predmetinin ilkin satış qiyməti 75 000 manat məbləğində müəyyən edildiyindən ipoteka predmetinin ilkin satış qiməti 7500 0 manat müəyyən edilməlidir. İddiaçı kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ipoteka predmetinin ilkin satış qiymətinin dəyişdirilməsi hissəsində ləğv edilməsini tələb etmiş və kasasiya şikayətinin dəlilləri apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin yalnız ipoteka predmetinin ilkin satış qiymətinin müəyyənləşdirilməsi hissəsində ləğvinə yönəlmişdir. Ona görə də məhkəmə kollegiyası həmin hissədə izahatları dinləyib, kasasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, iddiaçının kasasiya şikayəti təmin edilməklə apelyasiya məhkəməsinin qətnaməsi Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 72, 64 saylı mənzilin ilkin satiş qiymətinin 75000 manat müəyyən edilməsi hissəsində ləğv edilərək iş həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məh kəməsinə qaytarılmalıdır. Belə ki, apelyasiya instanisyası məhkəməsinin qətnaməsi Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 72, 64 saylı mənzilin ilkin satiş qiymətinin 75000 manat müəyyən edilməsi hissəsində qanuni və əsaslı deyildir. Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Belə ki, apelyasiya instansiyası məhkəməsi ipoteka predmetinin ilkin satış qiymətini müəyyənləşdirərkən əmlakın likvid dəyərini deyil, real bazar dəyərini əsas götürmüşdür. Halbuki “İpoteka haqqında” Qanunun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Eyni zamanda “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair xx xxxx 2020-ci il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının Qərardadında qeyd edilmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Həmçinin həmin Qərardadda qeyd edilmişdir ki, “likvidlik” özü iqtisadi termin olaraq biznesdə, yaxud investisiya proseslərində aktivlərin bazarda əhəmiyyətli qiymət fərqi olmadan və dəyər itkisi yaratmadan tez reallaşdırıla (satıla) bilməsi qabiliyyətidir. Likvid dəyər bazar dəyərinin müəyyənl əşdirilməsi üçün adekvat marketinqin keçirilməsi üçün vaxt məhdudluğu şəraitində mülkiyyətin satılmasından real əldə oluna biləcək pulun məbləğidir. Bu baxımdan aydın olur ki, əmlakın likvid qiyməti onun bazar qiymətinin açıq bazar şəraitində daha asan və tez satılma imkanı verən həddini ehtiva edir. Məlumdur ki, “Kredit müqavilələri üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması” tələblərinə dair işlərdə borcun vaxtında geri qaytarılmasından ibarət öhdəliyin icra edilməməsi özüözlüyündə borcverənin birbaşa zərərə məruz qalması ilə nəticələnməklə yanaşı, sahibkarlara münasibətdə qaytarılmalı borcun dövriyyədə istifadə edilməməsi səbəbi ilə onların sahibkarlıq fəaliyyətinə də zərər vurmuş olur. Eyni zamanda, məhkəmə mübahisələrin in kifayət qədər uzun müddət davam etməsi, habelə bununla bağlı borc alan və ya ipoteka qoyanlar tərəfindən yol verilən sui-istifadə halları da öz növbəsində zərər məbləğinin artmasının digər səbəblərindəndir. Bu vəziyyətdə borcun təminat vasitəsi olan ipoteka predmetinin satışına uzun müddətin sərf edilməsinin qarşısının alınması üçün qanunverici əmlakın real bazar dəyəri ilə deyil, onun daha tez realizə olunmasına imkan verən real bazar dəyərindən nisbətən aşağı, lakin əhəmiyyətli qiymət fərqi olmadan və dəyər itkisi yaratmayan likvid qiymətlə hərraca çıxarılmasını nəzərdə tutmuşdur. Təsadüfi deyil ki, “İpoteka haqqında” Qanuna edilmiş son dəyişikliklərlə ipoteka predmetinə tutmanın yönəldilməsi prosedurunun sadələşdirilməsi də məhz bu məqsədlərə xidmət edir. Beləliklə işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, apelyasiya məhkəməsinin qətnaməsi Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 72, 64 saylı mənzilin ilkin satiş qiymətinin 75000 manat müəyyən edilməsi hissəsində qanuni və əsaslı olmamaqla maddi və prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinin məzmununa görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı “xxxx” ASC-nin kasasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixliqətnaməsi Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 72, 64 saylı mənzilin ilkin satiş qiymətinin 75000 manat müəyyən edilməsi hissəsində ləğv edilsin. İş həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar