Məhkəmə qərarları › İş №2(102)-3354/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3354/2021

03.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3354/2021 03.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: borcun tutulması, yazılı sübutların qiymətləndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İmanov Turqut Muxtar oğlunun katibliyi, İddiaçı vəkili Nümayəndə Aftandil oğlunun, Cavabdeh vəkili Mirzəyev Aqil Akif oğlunun iştitrakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 mart 2021-ci il tarixli, 2(103)719/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şika yəti üzrə işə 27 iyul 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi İşin halları

1. Tərəflər əmək fəaliyyətində tanış olmuşlar. Onların arasında borcla əlaqədar mübahisə yaranmışdır. İddiaçı Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə mütaciət edərək, Cavabdeh ondan 3 ay müddətinə qaytarmaq şərti ilə 42.000 manat borc aldığını, lakin yalan vədlər verməklə qaytarmadığını bildirmişdir. Rэna Babayevanın şikayət ərizəsi əsasında təhqiqat aparılmış, Cavabdeh izahatında İddiaçı 2017-ci ilin fevral ayından etibarən şəxsi biznesi üçün 25.500 manat və 3500 ABŞ dolları almış, həmin məbləğlərdən 18.500 manat və 3.500 ABŞ dolları, faiz qismində isə 8.500 manat və 1.500 ABŞ dolları ödədiyini, 7.000 manat borcu qaldığını bildirmişdir. Təhqi qat orqanı 26.02.2020-ci il tarixli qərarı ilə, tərəflərin arasında yaranmış mübahisənin mülki xarakterli olması əsası ilə cinayət işi başlanmasını rədd etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 5.500 ABŞ dolları və 33.800 manat məbləğində əsas borcun, gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 666 ABŞ dolları və 4.506 manat pulun, 30 manat dövlət rüsumu olmaqla ümumilikdə 5.666 ABŞ dolları və 38.336 manat pulun tutulmasını xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2017-ci ilin fevral və mart aylarında bir neçə dəfəyə Cavabdeh ümumilikdə 5.000 ABŞ dolları və 34.000 manat məbləğində pul vəsaiti ver mişdir. Cavabdeh 2017-ci ilin iyul ayının 1-nə qədər bu məbləğləri qaytaracağına söz vermiş və buna dair yazılı qeydlər imzalayaraq iddiaçıya borcunun olduğunu təsdiq etmişdir. Bu məbləğdən cavabdeh cəmi 200 manat qaytarmış, qalan məbləği isə bu günə qədər ödəməmişdir.

4. Cavabdeh birinci instansiya məhkəməsində iddia tələbini qismən qəbul edərək bildirmişdir ki, iddiaçıdan borc götürdükdə ikisi də dəftərə qeyd edirmişlər. Aralarında kağız imzalayır, ödədikdən sonra isə cırıb atırmışlar. İddiaçıdan götürdüyü bütün pulları qaytarmış, yalnız 7.000 manat borcu qalmışdır.

5. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1008/2020 saylı, 07 sentyabr 2020-cı il tarixli qətnaməsi ilə (sədrlik edən Ş.Süleymanova) iddia qismən təmin edilərək, Cavabdeh 7.000 manat pulun tutularaq İddiaçı ödənilməsi v ə iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun 15 manatının Cavabdeh tutularaq İddiaçı ödənilməsi, 15 manatının isə iddiaçının özünə aid edilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir.

6. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarında olan 15.03.2017-ci il tarixli yazılı qəbzə əsasən Cavabdeh İddiaçı 3.000 dollar və 2.000 manat borc almış və borcunu 24.03.2017-ci il tarixədək qaytaracağına söz vermişdir. İş materiallarında olan Cavabdeh tərəfindən imzalanmış 28.03.2017-ci il tarixli yazılı qəbzə əsasən Cavabdeh İddiaçı 13.000 manat məbləğində 90 gün müddətinə borc pul almışdır. İş materiallarında oan yazılı qəbzə əsasən Cavabdeh İddiaçı 2.000 dolları borc almış və borcunu 29.03.2017-ci il tarixədək qaytaracağına söz vermişdir. İş materiallarında oan 25.02.2017-ci il tarixli yazılı qəbzə əsasən Cavabdeh İddiaçı 6.000 (pul vahidi bilinmir) borc almış və borcunu 60 gün müddətinə 100 (pul vahidi bilinmir) tarixədək qaytaracağına söz vermişdir.... Cavabdeh iddiaçıya 7000 manat borcu olduğunu etiraf edir. Tərəflər arasında verilmiş borc üzrə faizlərin ödənilməsi ilə bağlı razılaşma olmamışdır. Digər tərəfdən cavabdehin borca götürülmüş puldan faydalanması ilə bağlı da iddiaçı tərəfindən hər hansı sübut təqdim olunmamışdır.

7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739, 385, 442,740-cı maddələrinə istinadla əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat

8. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətn amə çıxarılmasını xahiş etmişdir.

9. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 mart 2021-ci il tarixli, 2(103)719/2021 saylı qətnaməsi ilə (hakimlər Ş.A.Məmmədova (sədrlik edən və məruzəçi), E.Ə.Mehdiyev və X.Ə.Sarıyev) apellyasiya şikayəti qismən təmin olunaraq, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1008/2020 saylı, 07 sentyabr 2020-cı il tarixli qətnaməsinin ləğv olunması, iddianın qismən təmin edilməsi, Cavabdeh ümumilikdə 17.050 manat (cəmi 15.000 manat borc və gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla cəmi 2.050 manat) və ümumilikdə 5.739 ABŞ dolları (cəmi 5000 ABŞ dolları borcun və gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla cəmi 739 ABŞ dolları) ödəniş günü manatla ifadə olunan məzənnə ilə tutularaq iddiaçıya ödənilməsi və iddianın qalan hissədə rədd edilmə si qət edilmişdir.

10. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarında olan (i/v 10, 11, 12) Cavabdeh tərəfindən imzalanmış 28.03.2017-ci il tarixli yazılı qəbzə əsasən Cavabdeh İddiaçı 13.000 manat məbləğində 90 gün müddətinə, 2.000 ABŞ dolları məbləğdə pulu 29.03.2017-ci il tarixədək, 15.03.2017-ci il tarixli yazılı qəbzə əsasən 3.000 dollar və 2.000 manat pulu borc almış və borcunu 24.03.2017-ci il tarixədək qaytaracağına söz vermişdir. Borc sənədi iddiaçıda olduğundan və cavabdeh borc vəsaitlərinin ödənilməsinə dair hər hansı bir mötəbər sübut təqdim edə bilmədiyindən, iddia tələbi 13.000 manat + 2000 manat və 2000 ABŞ dolları + 3000 ABŞ dolları, cəmi 15.000 manat və 5000 ABŞ dolları hissədə əsaslıdır.

11. Məhkəmə kollegiyası iddianın təmin edilməmiş hissəsi ilə əlaqədar bildirmişdir ki, iş materiallarının 13-cü vərəqində olan bir hissəsi cırılmış qəbzi isə cavabdeh ümumiyyətlə qəbul etmədiyindən, həmin qəbzdə 6.000 yazılsa da hansı valyutanı ifadə etdiyini müəyyən etmək mümkün olmadığından, beləliklə də həmin qəbzə əsasən hansı məbləğdə borc verildiyini iddiaçı sübut edə bilmədiyindən iddia bu hissədə əsaslı sayıla bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

12. İddiaçı qətnamənin iddianın təmin edilməmiş hissəsindən kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən – iddia tələblərinin rədd edilmiş hissəsində ləğv olunması və iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsi ni xahiş etmişdir.

13. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən bildirilmişdir ki, iş materiallarının 13-cü vərəqəsində olan 25 fevral 2017-ci il tarixli 6.000 manat borc pulun götürülməsinə dair qəbzi iddiaçının iti dişləmiş, digər 12.000 manatlıq qəbzi isə it ümumiyyətlə yemişdir. İlk növbədə məhkəmə iş materiallannın 13-cü vərəqəsində olan 25 fevral 2017-ci il tarixli 6.000 manat borc pulun götürülməsinə dair qəbzdə cavabdehin imzasının olduğunu nəzərə almamış, imza mübahisələndirildiyi halda isə imzanın cavabdehə məxsus olub-olmamasını müəyyən etmək üçün heç bir tədbir görməmişdir. Digər tərəfdən apellyasiya instansiyası məhkəməsi həmin qəbzdə valyutanın müəyyən edilməsinin mümkün olmadığını qeyd etsə də, tərəflər arasında mövcud ol an bütün sənədlərdə 2 valyutanın - Azərbaycan manatı və ABŞ dollarının göstərildiyini, iddiaçının isə həmin qəbzlə daha ucuz olan valyuta üzrə pul tələb etməsini nəzərə almamışdır. Bununla yanaşı iş materiallarında həm iddiaçı, həm də cavabdeh tərəfindən Xətai rayon Polis İdarəsində hələ 2019-cu ildə yazılmış izahatlar mövcuddur. Həmin izahatlardan görünür ki, İddiaçı 27 fevral 2017-ci il tarixdə 6.000 manat, 10 mart 2017-ci il tarixdə isə 13.000 manat cavabdehə pul verdiyini, Cavabdeh isə 5 dəfədə İddiaçı pul aldığını, ümumilikdə 34.000 manat və 5.000 ABŞ dolları qaytarmalı olduğunu, bütün pulu qaytardığını, cəmi 7.000 manat borcu qaldığını bildirmişdir. Cavabdehin daha 12.000 manatlıq borc qəbzinin olmasına dair izahatına isə apellyasiya instansiyası məhkəməsi ümumiyyətlə qiymət verməmiş dir. Halbuki, cavabdeh bu pulu götürdüyünü etiraf etsə də, həmin məbləğin qaytarılmasına dair sübut təqdim etməmişdir. İddia tələblərinin rədd edilməsi hissəsində apellyasiya instansiyası məhkəməsi işin hallarını və sübutları tam şəkildə araşdırmamış, onlara düzgün qiymət verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili Nümayəndə Aftandil oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

16. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili Mirzəyev Aqil Akif oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

17. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə İddiaçı və Cavabdeh məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əs asları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə

389. Müqavilə anlayışı 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə

425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər təl əblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə

739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə

417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiy a məhkəməsi işə baxarkən: 417.1.3. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər; Maddə

418. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri

20. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılma masına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

21. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

22. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araş dırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

23. Hazırkı kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsi aktının qismən – iddia tələblərinin təmin olunmayan hissəsində ləğvi xahiş edildiyindən, məhkəmə aktı həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasi ya instansiyası məhkəməsinin qətnaməsi 6.000 manat borcun təmin edilməməsi hissəsində ləğv edilməli və iş həmin hissədə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

25. Belə ki, məhkəmələr tərəfindən müəyyən olunan işin faktik hallarından göründüyü kimi, iddiaçının cavabdehdən qaytarılmasını tələb etdiyi borc məbləği, cavabdehə müxtəlif vaxtlarda verilən pullardır. İddiaçı bu tələbini sübut etmək üçün cavabdeh tərəfindən imza ilə təsdiq edilmiş 4 yazı təqdim etmişdir. Həmin sübutlardan 28.03.2017-ci ildə tərtib olunmuş qəbzdə 13.000 manat, 15.03.2017-ci il tarixli qəbzdə 3.000 ABŞ dolları və 2.000 manat, tərtib olunma tarixi qeyd olunmayan qəbzdə 2.000 ABŞ dolları pulun alındığı əksini tapmışdır. Apellyasiya instansiyası məhkəməsi bu yazılı sənədləri sübut kimi tanımış, lakin id diaçının təqdim etdiyi digər sübutu – 25.02.2017-ci il tarixli qəbzi isə sübut kimi qəbul etməmiş, mövqeyini onunla izah etmişdir ki, bu qəbzin bir hissəsi cırılmışdır, bu qəbzi cavabdeh ümumiyyətlə qəbul etmir və qəbzdə 6.000 yazılsa da hansı valyutanı ifadə etdiyini müəyyən etmək mümkün deyildir və həmin qəbzə əsasən hansı məbləğdə borc verildiyini iddiaçı sübut edə bilməmişdir.

26. Məhkəmə kollegiyası qeyd edir ki, sübut kimi təqdim edilmiş 25.02.2017-ci il tarixli yazı, sübutların təsnifatında qeyri-rəsmi yazılı sübut hesab olunur və məhkəmə tərəfindən qiymətləndirmə obyektidir. MPM-nin 88-ci maddəsində bəhs olunan sübutların qiymətləndirilməsi, məntiqi və hüquqi əsaslar üzərində qurulmuş təfəkkür prosesi olmaqla, məhkəmədən sübutların qanunun tələbinə uyğunluğunu, tamlığını, işə aidli yini, mümkünlüyünü, mötəbərliyini müəyyən etməyi tələb edir. Həmçinin sübutların qiymətləndirilməsində obyektivlik və hərtərəflilik təmin edilməlidir.

27. Növündən asılı olmayaraq hər bir sübut üçün xarakterik olan xüsusiyyət, işin həlli üçün əhəmiyyətli olan informasiyanın (tərəflərin tələb və etirazlarını əsaslandırdığı halların mövcud olub-olmaması barədə məlumatların) daçıyıcısı olmasıdır. Yazılı sübutlarda bu məlumatlar yazı işarələrində əksini tapır. Bu baxımdan yazılı sənədin sübut kimi qəbul edilməsi üçün həmin sənədin tamlığı zəruridir. Lakin yazılı sənəddə yazının pozulması və cırılma nəticəsində mətnin bir hissəsinin olmaması halında həmin sənədin sübut kimi yararlığı məsələsi meydana gəlir. Hazırda baxılan işdə iddiaçının 6.000 manat borcun verildiyinə dair sübut kimi təqdim et diyi yazılı sənədin bir hissəsi cırılmışdır və mövcud deyildir. Lakin mövcud mətndən aydın şəkildə görünür ki, cavabdeh iddiaçıdan 6.000 borc almışdır və onu qaytarmağı öhdəsinə götürür. 6.000 borcun hansı valyutada olması qəbzdən görünmür. Bu halda, yalnız borcun valyutasının bilinməməsi əsası ilə iddianı həmin hissədə rədd etmək, MPM-nin 88-ci maddəsində sübutların qiymətləndirilməsi üçün müəyyən edilmiş obyektivlik və hərtərəflilik prinsiplərinə uyğun gəlmir.

28. Nəzərə alınmalıdır ki, sözügedən qəbz cavabdeh tərəfindən tərtib olunmuşdursa, öhdəlik yaranması üçün tərtib olunmuşdur. Bu halda öhdəliyin şərtləri təfsir olunmalıdır. Mülki Məcəllənin 404-cü maddəsində müqavilənin təfsirinin qaydaları və əsasları müəyyən edilərək göstərilir ki, müqavilə şərtlərini təfsir edərkən məhkəmə tək cə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Əgər müqavilənin ayrı-ayrı ifadələri müxtəlif cür təfsir edilə bilərsə, müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üstünlük verilir. Tərəflərin yaşayış yerləri müxtəlif olduqda, akseptantın yaşayış yeri həlledici sayılır. Müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənay a üstünlük verilməlidir.

29. Məhkəmə bu cür təfsirdən istifadə etməmiş, tərəflərin arasında yaranmış qarşlıqlı münasibətlərdə borcun valyutası kimi yalnız Azərbaycan manatı və ABŞ dollarından istifadə edildiyini və iddiaçının tələbində borcun cavabdeh üçün daha əlverişli olan manat valyutasında tələb etdiyini nəzərə almamışdır.

30. Apellyasiya məhkəməsi iddianın rədd olunan qalan hissələri üzrə düzgün nəticəyə gəlmişdir və həmin hissədə qətnamənin ləğvi üçün əsaslar müəyyən edilmir.

31. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzak irə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir.

32. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 mart 2021-ci il tarixli, 2(103)-719/2021 saylı qətnaməsi 6.000 manat borc tələbinin təmin edilməməsi hissəsində ləğv edilsin və iş həmin hissədə yenidən baxılması üçün göndərilsin. İddianın təmin olunmamış qalan hissəsində qətnamə dəyişdirilmədən saxlanılsln. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar