Məhkəmə qərarları › İş №2(102)-3355/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-3355/2019

08.05.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3355/2019 08.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlundan və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, kassatorun vəkili X2, İddiaçı iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 dekabr 2018-ci il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 26 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(009)-2490/2017, hakim M.A.Bağırova) İddiaçı Cavabde h qarşı pul tələbinə dair iddiası təmin edilmiş, cavabdehdən 7.500 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 dekabr 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(103)-12888/2018, hakimlər İ.S.Şirinov, T.S.Səmədov, E.C.Kazımov) Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Səbail Rayon Məhkəməsinin 26 sentyabr 2018-ci il tarixli qətnaməsi apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən cavabdeh verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: 29 iyun 2018-ci il tarixdə İddiaçı Cavabdeh qarşı 7.500 manat məbləğində pulun qaytarılması tələbinə dair hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və tərəflərin izahatları Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, iş üçün əhəmiyyət kəsb edən hallara düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, o, iddiaçıdan 2010-cu ilin sentyabr ayında 3.850 manat borc almış, həmin pulun 1.500 manat hissəsini 2017-ci ilin sentyabr ayına qədər olan dövrdə ödəmişdir. Sonradan iddiaçı həmin 1.500 manat faiz borcuna hesabladığını bildirmişdir. Lakin onunla iddiaçı arasında borcun faizlə verilməsi barədə heç bir razılaşma olmamışdır. Daha sonra 30.09.2017-ci il tarixdə 1.00 0 manat, 18.10.2017-ci il tarixdə 1.000 manat, 20.02.2018-ci il tarixdə 500 manat ödəmişdir. Göründüyü kimi iddiaçıdan aldığı 3.850 manat borcun müqabilində 4.000 manat pul ödəmişdir və hazırda iddiaçıya heç bir borcu yoxdur. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz vermişdir. Məhkəmə kollegiyasının iclasında kassatorun vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmiş, iddiaçı isə vəkilsiz iştirak etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi v ə prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddaçı cavabdehin 2010-cu ildə ondan 10.000 manat məbləğində pul almaqla dələduzluq etdiyinə, cavabdehin qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə təqsirli bilindiyinə, cavabdehin həmin məbləğdən yalnız 2.500 manat pul qaytardığına, qalan məbləği qaytarmaqdan boyun qaçırdığına istinad edərək həmin məbləğin cavabdehdən tutulması barədə hazırkı iddia tələbini irəli sürmüşdür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin sübut etməkdən azad olmaq üçün əsasları müəyyən edən 82-ci maddəsinin tələblərinə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Səbail Rayon Məhkəməsinin 10 aprel 2018-ci il tarixli hökmündən müəyyən edilir ki, Cavabdeh zərərçəkmiş şəxs İddiaçı qarşı dələduzluq etməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsidli bilinmiş, 2010-cu ilin sentyabr-oktyabr aylarında zərərçəkmişə 10.000 manat məbləğində ziyan vurmuşdur. Apellyasiya məhkəməsi hesab etmişdir ki,Səbail Rayon Məhkəməsinin 10 aprel 2018-ci il tarixli hökmü ilə cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilindiyindəın və cavabdehin iddiaçıya 2010-cu ilin sentyabr-oktyabr aylarında 10.000 manat mə bləğində ziyan vurmaqla dələduzluq etməsi müəyyən edildiyindən, həmin hökmlə müəyyən edilmiş hərəkətlər Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinin tələbləri baxımından işə baxan məhkəmə üçün məcburi olduğundan, iddianın təmin edilməsi üçün əsasdır. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla, maddi və prosesual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilməd

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar