Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3357/2021 25.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X1 və Cavabdeh5 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-3357/21 (Açar sözlər: apelyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi) Bakı şəhəri, 25 may 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, Cavabdeh1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasını n 2(103)-2863/2021 nömrəli iş üzrə 09 fevral 2021-ci il tarixli qərardadından iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 25 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçılar ləğv prosesində olan İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X1 və Cavabdeh5 qarşı «borcun tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(001)-3386/2020 saylı, 01 dekabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim Məhəmməd Rüstəmli) iddia tələbi qismən təmin edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh1 apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Qətnamədən narazı qalan iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinni tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Rafael Eyvazov - sədrlik edən və məruzəçi, Fuad Talışinski, Ziya Şirinov) 2(103)-2863/2021 saylı, 09 fevral 2021-ci il tarixli qərardadı ilə apelyasiya şikayətlərinin qeyri-mümkün hesab edilməsi qərara alınmışdı r. Məhkəmə kollegiyası iddiaçıya münasibətdə gəldiyi nəticəni onunla əsaslandırımışdır ki, məhkəmə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə prosessual müddətin ötürülübötürülməməsini yoxlamamışdır. Belə ki, iş materiallarında olan xəbərnamə qəbzindən (iş vərəq 159) görünür ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçıya 10.12.2020-ci il tarixdə rəsmi qaydada təqdim edilmişdir. Beləliklə, iddiaçıya münasibətdə apellyasiya şikayəti vermək üçün sonuncu gün 11 yanvar 2021-ci il tarixi (10.01.2021-ci il tarixi qeyri-iş gününə düşmüşdür) olmuş, apellyasiya şikayəti isə 12.01.2021-ci il tarixdə birinci instansiya məhkəməsinə daxil olmuş, lakin məhkəmə müddətin ötürülüb-ötürülməməsi məsələsini yoxlamamış, buna əsaslandırılmış qərardadı ilə münasibət bildirməmişdir. Həmçinin, a pellyasiya şikayətinə müvafiq poçt qəbzi əlavə olunsa da, həmin qəbzdə göndərişin 28 dekabr 2020-ci il tarixdə rabitə orqanına təqdim olunması qeyd edilmişdir. Lakin, apellyasiya şikayəti 05 yanvar 2021-ci il tarixdə tərtib olunduğundan, dövlət rüsumu isə 06 yanvar 2021-ci il tarixdə ödənildiyindən həmin qəbz hazırki apellyasiya şikayətinin 28 dekabr 2020-ci il tarixdə rabitə orqanına təqdim olunması halını təsdiq edə bilməz. Eyni zamanda, apellyasiya şikayətinə - Tural Piriyevin müvafiq etibarnamələri imzalamaq səlahiyyətinə dair əmrin kserosurəti əlavə olunmuşdur. Halbuki, MPM-nin 89.3-cü maddəsinin tələbinə görə lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmu ş çıxarış təqdim edilir. Göründüyü kimi, birinci instansiya məhkəməsi yuxarıda qeyd edilən hallara diqqət yetirməmiş, apellyasiya şikayətinin qanunvericiliyin tələblərinə uyğunluğunu tam yoxlamamışdır. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu (vəkili X3) kasasiya şikayəti verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş ilə bağlı məhkəmənin gəldiyi nəticə tam deyil və obyektiv həqiqəti əks etdirmir. Belə ki, şikaəytin 28.12.2020-ci il tarixdə göndərilməməsi onun müddətin ötürülməklə göndərildiyini ehtiva etmir. Məhkəmə öz qərardadında da qeyd etdiyi kimi işlə bağ lı dövlət rüsumu 06.01.2021-ci il tarixdə ödənilmiş və iş dərhal məhkəməyə göndərilməsi üçün rabitə orqanına təqdim edilmişdir. Məhz bu tarixdən 12.01.2021-ci il tarixədək tərəflərindən göndərilən şikayət çatdırılma tədbirlərinin həyata keçirilməsi üçün rabitə orqanında olmuşdur. Rabitə orqanının müvafiq sənədləri aidiyyatı yerlərə ən azı 2-3 günə çatdırması təcrübəsini və reallığını nəzərə almayan məhkəmə müddətin 1 gün ötürülməsi əsası ilə apelyasiya şikayətini qeyri-mümkün hesab edərək bankın mənafeyinə zərər vurmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı Ləğv prosesində olan İ ddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili X3, cavabdehlər Cavabdeh5, Cavabdeh2, Cavabdeh3 və X2 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Cavabdeh1 məhkəmə iclasında vəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq onun izahatı dinlənilmədi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə
360. Apelyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Maddə
402. Apelyasiya məhkəmələrinin mülki və inzibati-iqtisadi kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və inzibati-iqtisadi kollegiyalarının qətnamələrindən, işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kasasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kasasiya şikayəti verilə bilər. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya baxışının hədləri Kasasiya ins tansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qərardad iş üzrə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kolegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən hazırda mübahisələndirilən qərardad qəbul edilən zaman Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilmişdir. Kasasiya şikayətinin dəlilləri apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. İddiaçı kasasiya şikayətində işlə bağlı dövlət rüsumunun 06.01.2021-ci il tarixdə ödənildiyini və işin dərhal məhkəməyə göndərilməsi üçün rabitə orqanına təqdim edildiyini, məhz bu tarixdən 12.01.2021-ci il tarixədək göndərilən şikayətin çatdırılma tədbirlərinin həyata keçirilməsi üçün rabitə orqanında olmasını qeyd etsə də, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçıya 10.12.2020-ci il tarixdə rəsmi qaydada təqdim edilmiş, iddiaçıya münasibətdə apellyas iya şikayəti vermək üçün sonuncu gün 11 yanvar 2021-ci il tarixi olmuş, apelyasiya şikayəti isə 12.01.2021-ci il tarixdə birinci instansiya məhkəməsinə daxil olmuşdur. Apelyasiya şikayətinə əlavə edilmiş poçt qəbzində göndərişin 28 dekabr 2020-ci il tarixdə rabitə orqanına təqdim olunması qeyd edilsə də, apelyasiya şikayəti 05 yanvar 2021-ci il tarixdə tərtib olunduğundan, dövlət rüsumu isə 06 yanvar 2021-ci il tarixdə ödənildiyindən həmin qəbz apelyasiya şikayətinin 28 dekabr 2020-ci il tarixdə rabitə orqanına təqdim olunması halını təsdiq edə bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qərardadı iddiaçının kasasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2863/2021 nömrəli iş üzrə 09 fevral 2021-ci il tarixli qərardadı iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kasasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.