Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-336/2021 03.02.2021 ALİ MƏHKƏMƏ AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi ilə, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(106)-146/2019 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(106)-146/2019 nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilmiş, Masallı rayon məhkəməsinin xx xxxxxxx 2015-ci il tarixli, 2(050)-1864/2015 nömrəli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddianın qismən təmin edilməsi, 2010-cu il buraxılışlı, BMV-X6 AH markalı ** PX *** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnmiş ehtiyat hissələrinə görə 11082,00 manat, zədələnmiş hissələrin bərpa edilməsi (dəyişdirilməsi) ilə bağlı xərclərin (zəhmət haqqı) dəyəri 5450,00 manat, cəmi 16532 (on altı min beş yüz otuz iki) manatın Cavabdeh2 alınıb İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə ekspertiza tədqiqatlarının dəyəri 240 (iki yüz qırx) manatın Cavabdeh2 və İddiaçı müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. İddiaçı həmin qətnamədən verdiyi kassasiya şikayəti Şirvan Apellyasiya Məhkəməsinin M ülki Kollegiyasının (hakimlər- Z.Zeynalov (sədrlik edən və məruzəçi), M.Həsənov və İ.Əsədov) xx.xx.2020-ci il tarixli, 2(106)-146/2019 nömrəli qərardadı ilə geri qaytarılmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, İddiaçı Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli, 2(106)146/2019 saylı qətnaməsindən qanunvericiliklə ona verilmiş iki ay müddətində kasasiya şikayəti vermək hüquqdan vicdanla istifadə etməyərək kasasiya şikayəti verməməklə qətnamənin hüquqi nəticələri ilə razılaşmış, qətnamənin qanuni və əsaslı olmasını qəbul etdiyindən və ona münasibətdə qətnamə artıq qanuni qüvvəsini alaraq icraya yönəldildiyindən kasasiya şikayəti ilə müraciət hüququnu itirmişdir. İddiaçı qeyd edilən qərardaddan kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin həd di, dəlilləri və ona etiraz: Kassator həmin qərardadın ləğv olunmasını və kassasiya şikayətinə mahiyyəti üzrə baxılması üçün işin aidiyyəti üzrə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)146/2019 saylı, xx xxx 2019-cu il tarixli qətnaməsi iddiaçıya təqdim olunmamış, yalnız iddiaçının yazılı müraciətindən sonra ünvanına göndərilmiş və xx xxxx 2020-ci ildə ünvana daxil olmuşdur. Həmin qətnamədən iddiaçı tərəfindən kassasiya şikayəti Azərbaycan Respublikası Mülki-Prosessial Məcəlləsinin 405.0.1-ci maddəsinin tələblərinə uyğun olaraq, xx xxxxxx 2020-ci ildə göndərilmişdir. Açıq-aşkar göründüyü kimi, qətnamədən kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş 2 aylıq müddət ö türülməmiş və iddiaçı həmin hüququndan vaxtında istifadə etmişdir. Məhkəmə isə bir tərəfdən mübahisələndirilən qərardadda göstərmişdir ki, guya iddiaçı kassasiya şikayətini vermək müddətini ötürmüşdür, digər tərəfdən də bu arqumentinin əsası kimi barəsində şikayət verilən Şirvan Apellyasiya Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsinin iddiaçı tərəfindən nə vaxt qəbul edildiyini göstərməkdən çəkinmişdir. Barəsində kassasiya şikayəti verilən qətnamənin iddiaçıya xx xxxx 2020-ci ildə verildiyi mübahisələndirilən qərardadda qəsdən göstərilməmiş və bununla məhkəmə, qətnamədən kassasiya şikayəti verilməsi müddətinin ötürülmədiyi həqiqətini ört-basdır etməyə çalışmışdır. Məhkəmənin bütün bu cəhdləri mənə qarşı tutduğu qərəzli mövqeyin təzahürü olmaqla, kassasiya şikayətinə baxılmasına ən m üxtəlif yollarla əngəllər törətmək məqsədi daşıyır. Cavabdeh2 kassasiya şikayətinə etiraz göndərərək onu belə əsaslandırmdışdır ki, qətnamənin iddiaçıya və onun nümayəndəsinə daha öncə göndərilməsinə dair sənəd vardır. İddiaçı isə müddəti qətnaməni müraciəti əsasında ona təkrarən verildiyi vaxtdan hesablayır. Halbuki, iddiaçının təkrarən qətnaməni almaq hüququ olsa da, ondan şikayət hüququnu ilkin aldığı vaxtdan hesablanır. Prosessual məsələlər və işdə iştirak edən şəxslərin izahatları: İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümk ün hesab etmişdir. Hüquqi məsələlər: Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məhkəmə kollegiyası şikayəti, ona etirazı və iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının kassasiya şikayətinin geri qaytarılmasına həmin şikayəti vermək üçün qanunla müəyyən edilmiş müddəti ötürməsi əsas ola bilər. Müddətin axımı isə məhkəmə aktının tərəfə rəsmi qaydada çatdırıldığı tarixdən hesablanır. Belə ki, Mülki Prosessual Məcəllənin 405.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsinin aktlarından qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər. Həmin Məcəl lənin 135.2-ci və 135.3-cü maddəsinə görə, məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Həmin Məcəllənin 135.5-ci maddəsinə əsasən, bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 13 5.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Kollegiya vurğulayır ki, kassasiya şikayəti vermək üçün tərəfin məhkəmə aktını əldə etməsi və onunla tanış olmaq imkanına malik olması zəruridir. Bu, həm də apellyasiya məhkəməsinin aktında maddi və prosessual hüquq normalarının nəyə görə səhv tətbiq edilməsinə dair dəlillərin əsaslandırılması üçün vacibdir. Qanunun yuxarıda sadalanan normalardan görünür ki, məhkəmə sənədləri, müvafiq qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, yaxud şəxslə birlikdə yaşayan ailə üzvlərindən birinə, onlar olmadıqda isə müvafiq icra hakimiyyəti, yerli özünüidarə orqanına, yaxud iş yeri üzrə müdiriyyətə verildiyi halda rəsmən çatdırılmış sayılır. Hazırkı işdə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasın ın xx.xx.2019-cu il tarixli qətnaməsinin iddiaçıya müvafiq qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə təqdim olunmasını, yaxud qanunda göstərilən digər şəxslərə və ya qurumlara verilməsini təsdiqləyən sübutlar aşkar edilmir. Eyni zamanda kassasiya şikayətini geri qaytaran apellyasiya məhkəməsi iddiaçının qətnaməni hansı tarixdə almasını, bu baxımdan şikayətin verilməsi üçün prosessual müddətin nə vaxt başa çatmasını göstərməmiş, gəldiyi nəticəni yuxarıdakı hüquq normaları ilə əsaslandırmamışdır. Belə olan halda, iddiaçının kasasiya şikayəti vermək hüquqdan istifadə etmədən qətnamənin hüquqi nəticələri ilə razılaşması, ona münasibətdə qətnamənin qanuni qüvvəsini alması və kasasiya şikayəti ilə müraciət etmək hüququnu itirməsi barədə apellyasiya məhkəməsinin gəldiyi qənaət əsassızdır. Odur ki, iddiaçının kassasiya şikayətinin prosessual müddət baxımından mümkünlüyü iş materialları və qeyd edilən hüquq normaları baxımından yenidən qiymətləndirilməli, zəruri olduqda əhəmiyyət kəsb edən hallar tərəflərin iştirakı ilə məhkəmə iclasında araşdırılmalı və nəticəsindən asılı olaraq əsaslandırılmış qərar çıxarılmalıdır. Bu məqsədlə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qərardadı ləğv edilməli və iş həmin məhkəməyə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417- 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(106)-146/2019 nömrəli qərardadı ləğv edilsin. İddiaçı Ş irvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(106)-146/2019 nömrəli qətnaməsindən verdiyi kassasiya şikayətinin mümkünlüyü məsələsinə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-336/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-336/2021
03.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver