Məhkəmə qərarları › İş №2(102)-3360/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-3360/2019

17.05.2019 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3360/2019 17.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əzimova Səbinə Yaşar qızının katibliyi, İddiaçı, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 17 dekabr 2018-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 0 4 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim A.Mirzəzadə) İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 sentyabr 2015-ci il tarixli qətnaməsi ilə uşağın saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı dəyişdirilərək. Cavabdeh 22 iyul 2012-ci il təvəllüdlü X yetkinlik yaşına çatanadək saxlanılmasına görə hər ay 154 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 17 dekabr 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən E.Nəbiyev, hakimlər R.Qurbanov və A.Hüseyn) Yasamal rayon Məhkəməsinin 04 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ Cavabdeh kassasiya şikay əti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 17 dekabr 2018-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı Cavabdeh qarşı iddia verərək, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 01 sentyabr 2015-ci il tarixli qətnaməsi ilə Cavabdeh 22 iyul 2012-ci il tarixdə anadan olmuş X yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 108 manat sabit pul məbləğində ali mentin məbləğini dəyişərək, hər ay 200 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materialları ilə müəyyən edilir ki, İddiaçı Cavabdeh ilə rəsmi nikaha girmişlər, birgə nikahlarından 22 iyul 2012-ci il tarixdə X adlı uşqları anadan olmuşdur. 16.04.2014cü ildə tərəflərin nikahları pozulmuşdur. Bakı şəhəri, Yasamal rayon Məhkəməsinin 15 mart 2013-cü il tarixli qətnaməsi ilə Cavabdeh 22 iy ul 2012-ci il tarixdə anadan olmuş X yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 95 manat sabit pul məbləğində aliment alınaraq ona verilməsi qət edilmişdir. Daha sonradan alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə cavabdehin qeydiyyatda olduğu yer üzrə Yasamal rayon Məhkəməsinə müraciət edilmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 01 sentyabr 2015-ci il tarixli qətnaməsi ilə 22 iyul 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 108 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsi qət edilmişdir. İddiaçı yenidən hazırkı iddia ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, qətnamə çıxarılan dövrdən müəyyən müddət keçib. Bu müddət ərzində uşaq böyüyüb, təbii ki, onun tələbatı da artıb, habelə iqtisadiyyatda da müxtəl if dəyişikliklər baş verdiyi üçün müxtəlif qiymət yüksəlişi hiss olunur. Minimum yaşayış həddi artdığı üçün, hazırda 108 manat pul məbləğində ödənilən aliment uşağın sağlamlığına, təhsilinə, dünyagörüşünün artırılmasına xərclənən məsrəfləri ödəmir. Uşağın geyimi və yeməyi, istirahəti və tərbiyəsi tamamilə onun üzərinə düşür. Nikah pozulduqdan sonra cavabdeh uşağına layiqli diqqət yetirmir.Həmçinin göstərilən qətnamə ilə tutulmuş aliment cavabdeh tərəfindən vaxtlı-vaxtında ödənir. Lakin ona bu məbləğin uşağın təmin olunması üçün az olduğunu bildirəndə, o məhkəmə tərəfindən nə qeyd olunursa, onu ödəyəcəyini bildirir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə müvafiq olaraq aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin a ilə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Yasamal Rayon Məhkəməsinin 01 sentyabr 2015-ci il tarixli qətnaməsi ilə 22 iyul 2012-ci il təvəllüdlü X yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 108 manat sabit pul məbləğində alimentin Cavabdeh tutulması qət edilmişdir. Qətnamədə alimentin miqdarı müəyyən olunarkən həmin dövr üzrə uşaqlar üçün müəyyən olunan yaşayış minimumu əsas götürülmüşdür. “Azərbaycan Respublikasında 2018-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2018-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üç ün 154 manat məbləğində müəyyən edilmişdir. Hazırda uşaqlar üçün müəyyən olunan yaşayış minimumu dəyişdirildiyindən alimentin miqdarı da həmin məbləğə uyğunlaşdırılmalıdır. Alimentin miqdarı ilə bağlı qeyd olunmalıdır ki, “Azərbaycan Respublikasında 2018ci il üçün yaşayış minimumu haqqında” Qanun, adından da göründüyü kimi, yaşayış minimumunu müəyyən edir. Uşağın tələbatı isə təkcə yaşayış minimumundan ibarət deyildir. Ona görə də yaşayış minimumunu təşkil edən məbləğin bir valideyndən tutulması, digər valideyn tərəfindən isə uşağın digər zəruri xərclərinin ödənilməsi valideynlərin uşağı maddi cəhətdən saxlamaq vəzifəsində müəyyən tarazlığı təmin edəcəkdir. İşin göstərilən hallarına əsasən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdehdən hər ay uşağın yetkinlik yaşına ça tanadək saxlanılması üçün 154 manat sabit pul məbləğində aliment tutulmalıdır. Yuxarıda göstərilənləri, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 17 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar