Məhkəmə qərarları › İş №2(102)-3360/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3360/2024

07.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3360/2024 07.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mövcud borcun etirafı haqqında mücərrəd müqavilə; iddia müddəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), X3 və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(108)-65/2024 nömrəli 12 iyun 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 7 noyabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıda kı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 8 dekabr 2016-cı il tarixli borcun etirafı haqqında müqavilə bağlanmışdır. Müqavilənin 1.1-ci maddəsinə əsasən borclu (Cavabdeh) bu müqavilə ilə borcverənə (İddiaçı ) 331000 (üç yüz otuz bir min) ABŞ dolları məbləğində borcunun olduğunu bəyan və tam etiraf edir. Müqavilənin 3.1-ci bəndinə əsasən borclu etiraf etdiyi borcu xx.xx.2017-ci il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 300000 (üç yüz min) ABŞ dolları borc məbləğinin, ödənilmiş vəkil xərcinə görə 600 (altı yüz) manatın və 800 (səkkiz yüz) manat dövlət rüsumunun, ümumilikdə 300000 (üç yüz min) ABŞ d ollarının və 1400 (min dörd yüz) manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2014-cü il tarixində öncədən tanıdığı və dostluq etdiyi Cavabdeh müxtəlif vaxtlarda borca pul vermişdir. İddiaçının cavabdehə müxtəlif vaxtlarda borca verdiyi pulun ümumi məbləği 331000 (üç yüz otuz bir min) ABŞ dolları olmuşdur. Cavabdeh iddiaçıdan borca aldığı pulu qısa vaxt ərzində özünə qaytaracağına söz vermişdir. Bununla bağlı iddiaçı ilə cavabdeh arasında Bakı şəhəri 6 saylı notariat kontorunun xüsusi notariusu X4 tərəfindən təsdiq edilmiş 8 dekabr 2016-cı il tarixli “Borcun etirafı haqqında” müqavilə imzalanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən ikinci tərəf (bundan sonra Borclu) bu müqavilə ilə birinci tərə fə (bundan sonra Borc verən) 331000 (üç yüz otuz bir min) ABŞ dolları məbləğində borcunun olduğunu bəyan və tam etiraf edir, həmin məbləği bu müqavilədə müəyyən edilmiş müddətdə və şərtlərlə borc verənə tam həcmdə qaytarmasını öhdəsinə götürmüşdür. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən tərəflər təsdiq etmişlər ki, bu müqavilədə etiraf edilənlər onlar arasında yarana biləcək hər hansı mübahisə zamanı etibarlı sübut kimi istifadə olunacaq və mübahisələndirilməyəcək. Müqaviləyə əsasən borclu müqavilə ilə etiraf etdiyi borcu xx.xx.2017-ci il tarixinədək borc verənə qaytarmağı öhdəsinə götürsə də 6 il keçməsinə baxmayaraq, cavabdeh borclu olduğu 331000 (üç yüz otuz bir min) ABŞ dolları puldan yalnız 31000 ABŞ dollar pulu vermişdir. Hazırda cavabdeh iddiaçıya 300000 ABŞ dolları borcludur. İddi açı dəfələrlə borclu qaldığı 300000 ABŞ dolları geri qaytarmasını ondan tələb etsə də cavabdeh bu günədək borcunun qaytarılması ilə bağlı heç bir addım atmır və hər dəfəsində müxtəlif bəhanələrlə ödəməli olduğu borcunu geri verməkdən boyun qaçırdır. Həmçinin iddiaçı bu mülki mübahisə ilə bağlı 600 manat ödəniş edərək vəkildən hüquqi yardım alır. Həmin pulun cavabdehdən alınıb ona qaytarılmasını da istəyir.

4. Cavabdeh iddia tələbinə etiraz ərizəsi ünvanlayaraq bildirmişdir ki, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu andan başlanır. İddiaçı öz hüququnun pozulduğunu bildiyi halda, qanunla müəyyən edilmiş müddət ərzində pozulmuş hüquqlarının müdafiəsi ilə bağlı heç bir addım atmamışdır. Nəzərə alınmalıdır ki, 6 il kifayət qədər uzun müddətdir ki, şə xs öz pozulmuş hüquqlarının mövcudluğundan xəbərdar olsun və bunun qarşısının alınması üçün məhkəməyə müraciət etsin. Göründüyü kimi, hazırkı mübahisə üzrə şəxs öz hüququnun pozulduğunu bildiyi vaxtdan, yəni 2017-ci ilin yanvar ayının 8-dən 2023-cü ilin noyabr ayının 2-nə qədər olan dövr üçün tələbi üzrə üç illik iddia müddəti kifayət qədər keçmişdir. Beləliklə, iddiaçı müvafiq tələblə məhkəməyə müraciət edərkən iddia müddətini xeyli ötürmüşdür. Qanunvericiliyə əsasən, iddia müddətinin ötürülməsi səbəbləri iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində baş verdikdə üzrlü sayıla bilər, lakin müddətin bərpası ilə bağlı məhkəməyə müraciət edilməmişdir, beləliklə müddətin ötürülməsinin üzrlü hesab edilməsi üçün əsaslar yo xdur.

5. Naxçıvan Şəhər Məhkəməsinin 9 yanvar 2024-cü il tarixli, 2(078)-93/2024 nömrəli qətnaməsi ilə (hakim Qabil Məmmədov) iddia tələbi rədd edilmişdir.

6. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı müqavilənin bağlandığı 8 dekabr 2016-cı il tarixdən etibarən bu halı mübahisələndirməmiş və qanunvericiliklə müəyyən edilmiş müddəti buraxmışdır. İddiaçı cavabdeh tərəfindən müxtəlif vaxtlarda ödəmələr edilməsi, iddia müddətinin üzrlü səbəbdən ötürülməsi ilə əlaqədar sübutları məhkəməyə təqdim etməmişdir.

7. Məhkəmə mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.1, 373.2, 373.3, 377.1-ci, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli qərarına istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

8. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir

9. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə hərtərəfli araşdırma aparmadan tam əsassız olaraq 3 illik iddia müddətinin ötürülməsi nəticəsinə gələrək iddianı təmin etməmişdir. Halbuki məhkəmə iddiaçının iddia ərizəsində və məhkəmədə verdiyi izahatında borclunun müxtəlif vaxtlarda borcundan ümumilikdə 31000 dol lar ödəməklə iddia müddətinin ötürülməməsi barədə göstərdiyi xüsusatların araşdırılmasına, bu barədə sübutlarını məhkəməyə təqdim etməyə şərait yaratsaydı müəyyən olunacaqdı ki, iddiaçı tərəfindən iddia müddəti ötürülməmişdir. Belə ki, cavabdeh 8 yanvar 2017-ci il tarixdən sonra iddiaçıya borclu olduğu 331000 (üç yüz otuz bir min) ABŞ dolları olan puldan 2019cu ildən başlayaraq 2023-cü il də daxil, hissə-hissə olmaqla 31000 (otuz bir min) ABŞ dolları pul qaytarmış və hər pul qaytaranda da borcunun qalan hissəsini yaxın vaxtlarda qaytaracağını iddiaçıya vəd etmişdir. Eyni zamanda, borclu Cavabdeh onun məhkəməyə veriləcəyi təqdirdə ailəsinin dağılacağını, aralarında olan dostluğu nəzərə alıb onu məhkəməyə verməməsini iddiaçıdan xahiş etmişdir. Cavabdehin borcunu ödəyəcəyi barədə vədini və xa hişini nəzərə alan iddiaçı onun ailəsinin dağılmaması üçün məhkəmədə iddia qaldırmamış, onun borcunu könüllü ödəməsini gözləmişdir. İddiaçı həm iddia ərizəsində, həm də məhkəmə baxışında verdiyi izahatında 2019-cu ildə borclu Cavabdeh qardaşı Ayxan Salmanovun vasitəsi ilə ona 25000-30000 manat dəyərində bir ədəd avtomobil verdiyini, 2020-ci ildə Cavabdeh şəxsən ona 5000 manat verdiyini, 2021-ci ildə Cavabdeh qardaşı Ayxanın iştirakı ilə borcundan ona 20000 manat qaytardığını, ona görə də iddiasında 331000 əvəzinə 300000 ABŞ dolları tələb yazdığını, hətta Cavabdeh qardaşı Ayxanın məhkəmədən qabaq ona məhkəməyə müraciət etməməsi üçün 200000 manat təklif etdiyini, razılaşacağı halda, evlərinin olduğunu, ******* manata sataraq borcunu qaytaracaqlarını bildirmişdir. Qeyd olunanlarla yanaşı iddi açı məhkəmədən cavabdehin ona 2019-2023-cü illərdə borcundan hissə-hissə qaytarmasını təsdiq edəcək sübutları, o cümlədən borcdan qaytarılmasının şahidi olmuş şəxslərin məhkəməyə dəvət edilib dindirilmələrini xahiş etsə də məhkəmə buna nəinki şərait yaratmamış, əksinə çəkişmə prinsipinin tələblərini pozaraq iş üzrə həqiqətin müəyyən edilib ədalətli qətnamə qəbul edilməsini təmin etmək üçün cavabdehin də məhkəmədə iştirakını təmin etməmişdir. Məhkəmə iddiaçının bu mülki iş üzrə iddia ərizəsində göstərilən dəlillərə münasibətini və mövqeyini, onun məhkəmədə 3 illik iddia müddətinin ötürülməməsi barədə gətirdiyi sübut və dəlilləri dinləsə də, həmin sübutları təqdim etməyə, habelə cavabdehin borc müqaviləsi üzrə vaxtaşırı ödəmələr etməsini təsdiq edəcək şahidlərini məhkəməyə dəvət edib dindi rilməsinə şərait yaratmayaraq məhkəmə araşdırmasını tələm-tələsik bitirərək mahiyyəti üzrə natamam, əsassız və ədalətsiz qətnamə qəbul etmişdir. İddiaçının cavabdehin 2023-cü il də daxil olmaqla ona hissə-hissə pul ödəməsi barədə gətirdiyi dəlillərə cavabdehin nümayəndəsi cavab verə bilmədiyinə görə cavabdehin məhkəmədə iştirak edərək həmin dəlillərə öz münasibətini bildirməli olduğu üçün məhkəmə onun iştirakını təmin etməli idi. Belə ki, birinci instansiya məhkəməsi cavabdehin 2019-2023-cü illər ərzində qeyd olunan müqavilə əsasında iddiaçıya olan borcundan hisə-hissə olmaqla ödəməsini bildirməyini və bu faktları təsdiq edəcək şahidlərin məhkəməyə dəvət edilib dindirilmələrinə, habelə digər sübutlar təqdim etməyinə şərait yaratmamış, bununla da əsassız olaraq iddia müddətinin ötürülməsi n əticəsinə gəlmişdir. Birinci instansiya məhkəməsində işə baxılarkən iddiaçı cavabdehin müqavilədə borcun ödənilməsinin son müddətindən sonra da onun iddiaçıdan dəfələrlə borcun ödənilməsinə möhlət verməsi barədə xahişlərinin olmasını, mütəmadi olaraq şahidlərin iştirakı ilə son vaxtlara kimi borcundan hissə-hissə ödəməsini bildirərək bu faktın təsdiq edilməsi üçün həmin şahidləri məhkəməyə dəvət edib dindirilmələri barədə vəsatət qaldırsa da, məhkəmə iddiaçının vəsatətini təmin etmədən, qəflətən məhkəmə araşdırmasını bitirib qətnaməni elan etdiyi üçün iddiaçı şahidlərinin məhkəmədə dindirilməsinə nail ola bilməmişdir. Bundan başqa, məhkəmə baxışından sonra iddiaçı borclu Cavabdeh istifadəsində olan 050 *** ** ** mobil nömrənin votsap proqramı ilə iddiaçının istifadəsində olan 055 *** ** ** mobil nömrə arasında aparılmış yazışmaları özünə məxsus **********360849 saylı ABB bank kartından iddiaçının adına olan **********515813 nömrəli “Rabitə” banka aid bank kartına, iddiaçıya olan 331000 ABŞ dolları borcundan 800 (səkkiz yüz) manat pul ödəmiş və qəbzin də surətini iddiaçıya göndərmişdir. Bu fakt bank tərəfindən verilən RB00-12830/2024 saylı, 30 yanvar 2024-cü il tarixli arayışla da tam təsdiq olunur. Həmin arayışda göstərilir: “Yazıb bildirmək istəyirik ki, xx.xx.2023 il tarixində İddiaçı aid olan **********515813 nömrəli Rabitəbank kartına, **********360849 saylı kartdan İBA MOBİLE vasitəsi ilə 800 AZN vəsait mədaxil olunub”. Arayışın verilmə tarixi də təsdiq edir ki, iddiaçı həmin arayışı məhkəmə baxışından sonra əldə etdiyi üçün onu birinci instansiya məhkəməsinə təqdim ed ə bilməzdi. Artıq məhkəmə baxışı başa çatdığına və cavabdehin iddiaçıya borcundan özünə məxsus bank kartı vasitəsi ilə də pul ödəməsini unutduğuna görə həmin sübutu birinci instansiya məhkəməsinə təqdim edə bilmədiyi üçün həmin sübut apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilməli və iddiaçının məhkəməyə müraciət etməyi üçün iddia müddətini ötürməməyinin sübutu kimi qiymətləndirilməlidir. Qeyd etdiyi sübut iddiaçının iddia müddətini ötürməməyinin birbaşa sübutu olduğu üçün iddiaçının həmin sübutu qəsdən birinci instansiya məhkəməsinə təqdim etməməyi nəticəsinə gəlinməməlidir

10. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(108)65/2024 nömrəli 12 iyun 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Əli Allahverdiyev (sədrlik edən və məruzəçi) Vüqar Quliyev və Mehman Allahverdiyev) iddiaçının аpеllyаsiyа şikаyəti qismən təmin еdilmiş, Naxçıvan Şəhər Məhkəməsinin 9 yanvar 2024-cü il tarixli, 2(078)-93/2024 nömrəli qətnaməsi tamamilə ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi qismən təmin edilərək Cavabdeh qətnamənin icra olunduğu günə olan Аzərbаycаn Rеspublikаsı Mərkəzi Bankının müəyyən etdiyi manatın ABŞ dollarına nisbətdə rəsmi məzənnəsinə uyğun olaraq 298176.47 (iki yüz doxsan səkkiz min bir yüz yetmiş altı dollar qırx yeddi sent) ABŞ dolları, 796.9 (yeddi yüz doxsan altı manat doxsan qəpik) manat məbləğində dövlət rüsumu və hüquqi yardım üçün ödənilmiş 600 (altı yüz) manat vəkil xərci alınıb İddiaçı verilməsi qət edilmişdir. İddia qalan hissədə təmin edilməmişdir.

11. Kollegiya qeyd etmişdir ki, məhkəmə tərəfindən iddia müddətinin keçməsi yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Hazırkı işdə isə bu hallar mövcud deyil. İddia müddəti keçmiş olsaydı belə, bu iş üzrə müddətin keçməsi əsasına görə birinci instansiya məhkəməsi iddiadan imtinada haqlı ola bilməzdi. Belə ki, iş materiallarında - vərəq 33-36-da olan “PDF” formasında 11 dekabr 2023-cü ildə birinci instansiya məhkəməsinə cavabdehin vəkili və nümayəndəsi Vəkil2 tərəfindən verilmiş və eyni zamanda elektron kabinetdə olan imzalanmamış “iddia ərizəsinə etiraz” qanunun yuxarıda sadalanan normasında göstərilən ərizə kimi qəbul edilə və “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən elektron imza hesab oluna və məhkəmənin iddiadan imtina barəsində qər ar çıxarması üçün əsas ola bilməz. Həmin Qanunun 1.1.15-ci maddəsinə görə elektron formada, o cümlədən mətn, səs, görüntü və ya audio-görüntü formasında saxlanılan kontent elektron sənəd hesab olunur. Azərbaycan Respublikası MPM-in 10-1.3cü maddəsinin tələbinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.

12. Kollegiya apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkə n, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazı mi əsasa söykənmir.

13. Məhkəmə kollegiyası göstərmişdir ki, işin araşdırılmış halları və iddiaçının kollegiyadakı izahatı ilə tərəflər arasında bağlanmış yuxarıda qeyd olunan müqavilənin icrası müddətində cavabdehin 2019-cu ilin may-iyun aylarında 30000 manat dəyəri olan avtomobili verməsi, 2020-ci ilin sentyabr ayında Bakı şəhərində Neftçilər prospekti deyilən ərazidə 5000 manat və 2021-ci ilin noyabr ayında 20000 manat pulun manatla qaytarılması müəyyən edilmişdir. Bundan əlavə, kollegiyada işə baxılarkən apellyasiya şikayətinə əlavə edilmiş “Rabitə” bankın 30 yanvar 2024-cü il tarixli RB00-12830/2024 saylı məktubu və buna əlavə edilmiş müvafiq ödəmə sənədləri ilə müəyyən olunmuşdur ki, Cavabdeh adına olan Azərbaycan Beynəlxalq Bankının **********360849 saylı kartından “İBA MOBİLE” vasi təsilə İddiaçı adına olan “Rabitə” bankın **********515813 nömrəli kartına xx.xx.2023 tarixində 800 manat məbləğində pul köçürmüşdür.

14. İddiaçı kollegiyadakı izahatında cavabdeh tərəfindən borcunun qarşılığında yuxarıda qeyd olunan və 2019-cu ilin may-iyun aylarında ona verildiyini göstərdiyi “Yaquar” markalı avtomobilin dəyərinə münasibətdə əmin avtomobilin qardaşı Elvin adlı şəxsin adına rəsmiləşdirilməklə satıldığını və avtomobilin satışına görə 30000 (otuz min) manat məbləğində pulun borca münasibətdə ona verildiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 380.1-ci maddəsinin mənasına görə, borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir və fasilədən sonra iddia müddəti yenidən başlanır.

15. Kollegiya işin yuxarıda şərh ol unmuş hallarına əsasən iddia müddətinin keçməsi nəticəsinə gəlməsi ilə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq belə hesab etmişdir ki, cavabdeh müqavilənin icrası müddətində borc müqaviləsi üzrə borcu etiraf etməsini göstərən hərəkətlər etmiş və bu iş üzrə iddia müddətinin axımı kəsilməklə iddia müddəti keçməmişdir.

16. Cavabdehin məhkəmə tapşırığının icrası ilə əlaqədar Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərdiyi 300000 ABŞ dolları məbləğində pulun alınması ilə əlaqədar iddianı qəbul etməməsinə dair məlumatına və cavabdehin vəkili və nümayəndəsinin kollegiyadakı izahatında həmin müqavilənin formal xarakterli müqavilə olmasına dair dəlillərinə münasibətdə qeyd etmişdir ki, iş vərəqi 9-da olan iddiaçı və cavabdehin Bakı şəhəri 6 saylı notariat kontoru nda rəsmiləşdirdikləri borcun etirafı haqqında 8 dekabr 2016-cı il tarixli müqavilənin 1.1-ci bəndində ikinci tərəf olan Cavabdeh birinci tərəfə, yəni İddiaçı 331000 ABŞ dolları məbləğində borcunun olmasını bəyan və tam etiraf etmiş və həmin məbləği müqavilədə müəyyən olunmuş müddətdə borc verənə tam həcmdə qaytarmağı öhdəsinə götürmüşdür və qeyd olunan müqavilə cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qey din qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

17. Kollegiya belə hesab etmişdir ki, İddiaçı vəkili və nümayəndəsi Vəkil1 apellyasiya şikayəti qismən təmin edilərək birinci instansiya məhkəməsinin iddia tələbinin rədd olunmasına dair qətnaməsi tamamilə ləğv edilməli, yeni qətnamə qəbul edilməklə iddiaçının tələb etdiyi 300000 ABŞ dolları məbləğində puldan iddiaçının izahatında da etiraf etdiyi yuxarıda qeyd olunmuş cavabdeh tərəfindən borcunun qaytarılması məqsədi ilə 2019-cu ilin may-iyun aylarında ona verilmiş həmin avtomobilin satışı hesabına 30000 manat, 2020-ci ilin sentyabr ayında verilmiş 5000 manat və 2021-ci ilin noyabr ayında verilmiş 20000 manat məbləğində pul ABŞ dollarının Mərkəzi bankın müəyyən etdiyi manatın məzənnəsinə uyğun olaraq (30000 + 50 00 + 20000 = 55000 manat: 1.7 = 32352.94$) və Cavabdeh adına olmuş Azərbaycan Beynəlxalq Bankının **********360849 nömrəli kartından “İBA MOBİLE” vasitəsilə İddiaçı adına “Rabitə” bankın **********515813 nömrəli kartına xx.xx.2023 tarixində köçürdüyü 800 manat (800:1.7=470.59$) məbləğində pul nəzərə alınmalı və borcun etirafı haqqında müqavilə üzrə olan ümumi borc (331000$32823.53$ (55800 manat)=298176.47$) məbləğindən cavabdehin ödədiyi həmin məbləğlər çıxılmaqla iddia tələbi qismən təmin edilməlidir.

18. Apellyasiya instansiyası məhkəməsi mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140, 373, 375.1, 377.1, 375.2, 380.1, 385.1, 386.1, 425.1, 425.2, 427.3, 739.1, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddələrinə, Azərb aycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında təsbit olmuş hüquqi mövqeyə, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 01 iyun tarixli, 1043 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elektron məhkəmə” informasiya sistemi haqqında Əsasnaməyə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

19. Cavabdeh kassasiya şikayəti verərək (Vəkil2) qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia müddətinin axımı şəxsin öz hüquq unun pozulduğunu bildiyi və ya bilməli olduğu andan başlanır. Göründüyü kimi, hazırkı mübahisə üzrə şəxs öz hüququnun pozulduğunu bildiyi vaxtdan, yəni 2017-ci ilin yanvar ayının 8-dən 2023-cü ilin noyabr ayının 2-nə qədər olan dövr üçün tələbi üzrə üç illik iddia müddəti kifayət qədər keçmişdir.

21. İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, cavabdeh 27 fevral 2023-cü il tarixdə **********360849 saylı ABB bank kartından onun adına olan **********515813 nömrəli “Rabitə” banka aid bank kartına, 331.000 ABŞ dolları borcundan 800 (səkkiz yüz) manat pul ödəmiş və qəbzin də surətini ona göndərmişdir. Bu fakt bank tərəfindən verilən № RB00-12830/2024 saylı, 30 yanvar 2024-cü il tarixli arayışla da tam təsdiq olunur. Qeyd etmişdir ki, arayışın verilmə tarixi təsdiq edir ki, o həmin arayışı məhkəmə baxışından sonra əldə etdiyi üçün onu birinci instansiya məhkəməsinə təqdim edə bilməzdi. Apellyasiya şikayətində öz əksini tapan bu yazı bir sıra ziddiyyətli məqamlardan ibarətdir. Belə ki, arayışın 30 yanvar 2024-cü il tarixində verilməsi onun birinci instansiya məhkəməsində proseslər davam etdiyi zaman bank tərəfindən alına bilməsini istisna etmirdi. İddiaçı tərəfindən iddia ərizəsi və digər sənədlər məhkəməyə təqdim edənədək banka sorğu ünvanlayaraq müvafiq arayış alına bilərdi. Digər bir halda isə iddiaçı və nümayəndəsi Naxçıvan MR Şəhər Məhkəməsində həmin arayış əldə edilənədək məhkəmə hazırlıq iclasının təxirə salınmasını xahiş edə bilərdi. Bundan əlavə, iddiaçı məhkəməyə həmin arayışın alınması ilə bağlı vəsatət təqdim edə bilərdi. Yəni bütün bunlar bir daha həmin arayış ın birinci instansiya məhkəməsinə təqdim edilə bilməsinin qeyri-mümkünlüyünə dəlalət etməməsini sübut edir. Naxçıvan MR Ali məhkəməsi bununla bağlı qətnamədə qeyd etmişdir ki, guya iddiaçı məhkəmədən cavabdehin ona 2019-2023-cü illərdə borcundan hissə-hissə qaytarmasını təsdiq edəcək sübutları, o cümlədən borcdan qaytarılmasının şahidi olmuş şəxslərin məhkəməyə dəvət edilib dindirilmələrini xahiş etsə də, məhkəmə buna nəinki şərait yaratmamış, əksinə çəkişmə prinsipinin tələblərini pozaraq iş üzrə həqiqətin müəyyən edilib ədalətli qətnamə qəbul edilməsini təmin etmək üçün cavabdehin də məhkəmədə iştirakını təmin etməmişdir

22. Hal-hazırda iddia ərizəsinin və digər iş üzrə əhəmiyyət kəsb edən sənədlərin göndərilməsində elektron məhkəmə sistemindən istifadə olunur. İddiaçının nümayəndəsi və vəkilinin də olduğunu nəzərə alsaq, onun elektron sistemə əlçatımlı olmadığını düşünmək olduqca absurddur. Yəni həmin vəsatətin yalnız məhkəmə prosesi zamanı təqdim olunması mütləq əhəmiyyət kəsb etmir. Elektron məhkəmə sisteminə nəzər saldındığı zaman görünür ki, həmin vəsatətlə bağlı heç bir addım atılmamışdır.

23. Etiraz ərizəsi elektron məhkəmə sistemindən göründüyü kimi xx.xx.2023-cü il tarixində gücləndirilmiş elektron imza ilə təsdiqlənərək sistemə daxil edilmişdir. Eyni zamanda, məhkəmə iclasında kağız formatında cavabdeh tərəfindən Naxçıvan MR Şəhər Məhkəməsinə təqdim edilmişdir. Həmin etiraz ərizəsi kağız formatında məhkəməyə təqdim edilməmiş olsaydı belə, onun həqiqiliyini şübhə altına almaq mümkün deyildir. Həmin etiraz ərizəsi əgər gücləndirilmiş elektron imza vasitəsilə elekt ron məhkəmə sisteminə daxil edilibsə başqa hansısa imzadan söhbət gedə bilməz. İddia ərizəsinə etiraz elektron sistemin qaydalarına uyğun olaraq və vaxtında elektron kabinet vasitəsilə sistemə əlavə edilmişdir.

24. İşin hallarından da göründüyü kimi, iddiaçı 800 AZN məbləğində qəbzin surətini yalnız Naxçıvan MR Ali Məhkəməsinə təqdim etdiyini apellyasiya şikayətində əlavə etmişdir. Mülki qanunvericiliyinə əsasən, apellyasiya instansiyası məhkəməsində icraat zamanı məhkəmələr təqdim olunmuş sübutları yalnız birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğu hallarda qəbul edə bilərlər. Lakin həmin qəbz vəsaitinin “Rabitə” Bank tərəfindən əldə edilməsi olduqca rahat prosedurlardan ibarətdir, məhkəmənin həmin sübutun Naxçıvan MR Şəhər Məhkəməsində gedən icraat zamanı əldə e dilməsinin qeyri-mümkün olmasını bildirməsi qətnamənin qanunazidd olaraq qəbul edildiyinə dəlalət edir.

25. İddiaçının şahid qismində dəvət etmək istədiyi şəxslərin siyahısında X1 və X2 adı çəkilir. İddiaçı qardaşlarının həmin işdə şahid kimi dindirilməsi obyektiv deyildir. İddiaçı Ramazanov nəinki birinci instansiya məhkəməsində, o cümlədən apellyasiya instansiyası məhkəməsində gedən icraat zamanı da şahidlərin çağırılıb dindirilməsilə bağlı heç bir vəsatət təqdim etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

27. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.

28. Maddə 375.1. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir.

29. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

30. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.

31. Maddə 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir.

32. Maddə 380.2. Fasilədən sonra i ddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

33. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.

34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

37. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

38. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

39. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

40. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qər ardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

41. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

42. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

43. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apelly asiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

44. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

45. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməs i kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

46. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi

47. Apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi məsələsi kassasiya qaydasında yoxlanılarkən, iddia tələbinin həlli ilə bağlı məsələyə düzgün hüquqi qiymətin verilmədiyi, iddia müddətinin tətbiqinə dair düzgün hüquqi araşdırılma aparılmadığı, maddi və prosessual hüquq normalarının pozulduğu müəyyən edilmişdir.

48. Belə ki, apellyasiya instansiyası məhkəməsi cavabdeh tərəfindən elektron kabinetə yerləşdirilən iddiaya etirazı iddi a müddətinin tətbiqi barədə ərizə kimi qəbul etməməsi və “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən elektron imzalanmış hesab olunmaması barədə mövqeyi əsassızdır.

49. Belə ki, cavabdeh iddiaya etiraz ərizəsini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsi, habelə “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının 1.1.5, 3-cü maddələrinin tələbləri baxımdan elektron qaydada vermiş və həmin sənəd elektron imza ilə imzalanmışdır. 50.Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsi-nin 154.2.6-cı maddəsinə əsasən olduğu halda vəsatətlər (hakimə etiraz etmə, üçüncü şəxslərin və (və ya) başqa cavabdehin cəlb edilməsi, əsl olmayan tərəfin əvəz edilməsi, iddia tələblərinin birləşdirilməsi və ya ayrılması, sübutların tələb edilməsi, şahidlərin çağırılması, ekspertizanın təyin olunması və s. barədə) iddiaya etirazda göstərilməlidr. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin tələb üzrə iddia müddətinin tətbiqi barədə vəsatətini qeyd etdiyi iddia ərizəsinə etirazının Azərbaycan Respublikası Mülki Məcəllənin 375.2-ci maddəsində nəzərdə tutulmuş iddia müddətinin tətbiqi barədə yazılı ərizə kimi qəbul edilməməsi qeyd edilən prosessual hüquq normalarının pozulması ilə nəticələnmişdir. 51.Həmçinin apellyasiya instansiyası məhkəməsi tələb üzrə iddia müddətinin axımının kəsilməsi qənaətinə gəlmiş və iddiaçının izahatına əsaslanmaqla müəyyən etmişdir ki, tərəflər arasında bağlanmış yuxarıda qeyd olunan müqavilənin icrası müddətində cavabdehin 2019-cu ilin may-iyun aylarında 30000 manat dəyəri olan avtomobili verməsi, 2020-ci ilin sentyabr ayında Bakı şəhərində Neftçilər prospekti deyilən ərazidə 5000 manat və 2021-ci ilin noyabr ayında 20000 manat pulun manatla qaytarılması kimi borcu etiraf edən hərəkətləri olmuşdur.

52. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının izahatında istinad etdiyi bu hallar üzrə hər hansı sübut araşdırılmamış, göstərilən hallar yalnız tərəfin izahatlarına əsasən həqiqi hal hesab edilmişdir. Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi tərəfin i zahatında bildirdiyi halları yanakı sübutlarla əlaqələndirməmiş, tam və obyektiv həqiqətə nail olmaq üçün tərəflərə bu halların sübut olunmasına dair hər hansı təklif verməmiş, bununla da prosessual pozuntuya yol vermişdir.

53. Həmçinin iddia müddətinin axımının kəsilməsi halı kimi apellyasiya məhkəməsi tərəfindən yeni sübuta istinad edilmiş, lakin “Rabitə” bankın 30 yanvar 2024-cü il tarixli RB00-12830/2024 saylı məktubunun və ona əlavə edilmiş müvafiq ödəmə sənədlərinin birinci instansiya məhkəməsinə təqdim edilməməsinin iddiaçıdan asılı olmayan səbəblərə görə mümkün olub-olmadığı istiqamətində araşdırma aparılmamışdır.

54. Halbuki Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372.2-ci maddəsinə əsasən yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

55. Eyni zamanda, iddiaçı tərəf iddia müddətinin bərpasına dair ərizə verməmiş, apellyasiya instansiyası məhkəməsi tərəfindən də müddətinin ötürülməsinin üzrlü və üzrsüz səbəbdən baş verməsi məsələsi ümumiyyətlə araşdırılmamışdır.

56. Halbuki Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında iddia müddəti institutunun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münas ibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə ilə maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarı, H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il, X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarları və s.)

57. Qeyd olunmalıdır ki, qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. İddia müddətləri iki növə bölünür – ümumi və xüsusi. Ümumi iddia müddəti nə hüquq münasibəti subyektlərinin hüquqi statusundan, nə də mülkiyyətin formasından və növündən asılı deyil. Xüsusi iddia müddətləri bəzi iddialar üçün müəyyən edilir. Ümumi müddətlə müqayisədə onlar qısaldılmış və ya uzadılmış ola bilər (Konstitusiya Məhkəməsi Plenumunun 27 dekabr 2001-ci il tarixli qərarı).

58. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 07 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.

59. Avropa İnsan Hüquqları Məhkəməsi Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar.

60. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır.

61. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

62. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qətnaməsi yuxarıda göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir.

63. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadığından, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə iddianın qismən təmin olunması barədə gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz.

64. Ona görə də kassasiya şikayəti qismən təmin olunmalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

65. İşə yenidən baxılarkən məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı, işin müəyyən edilmiş hallarına uyğun olaraq hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq və iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılması üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88 və 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməli, qanuni və əsaslı yekun məhkəmə aktı qəbul etməlidir.

66. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayə ti qismən təmin edilsin. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(108)-65/2024 nömrəli 12 iyun 2024-cü il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar