Məhkəmə qərarları › İş №2(102)-3361/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3361/2024

26.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3361/2024 26.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: prosessual müddətin bərpasından imtina, kassasiya şikayətinin qaytarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsini zəbtdən azad edilməsi və s. tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-68/2024 nömrəli, 12 avqust 2024-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında ya zılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, Şəmkir rayon Qapanlı kəndinin ərazisində yerləşən, qeydiyyat nömrəsi ********** olan xx.xx.2020-ci il tarixli HDQH DƏDR-dən Çıxarış əsasında icarəsinə verimiş 8,0 ha örüş-otlaq təyinatlı torpaq sahəsinin və Şəmkir rayon Qapanlı Bələdiyəsi ilə aralarında xx.xx.2020-ci il tarixli müqavilə əsasında 15 il müddətinə icarəsinə verilmiş, həmin kəndin ərazisində yerləşən 8,8993 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cavabdehin zəbtindən azad edilməsi, dərinləşdirilmiş kanallarının düzəldilərək istifadəyə yararlı hala salınması, şumlanmış sahəsinin bərpa edilməsi və həmin sahələrə gedən su və maşın yollarının açılaraq faktiki sahibliyə qaytarılmasını xahiş etmişdir.

2. Şəmkir Rayon Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli, 2(076)-1128/2022 nömrəli qətnaməsi ilə (hakim Könül Məmmədov), iddianın qismən təmin edilməsi, ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli və ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışlarda qeyd edilən torpaq sahələrinin ətrafına çəkilmiş 0.17 ha ərazini əhatə edən drenaj kanalları Cavabdeh tərəfindən düzəldilərək yararlı hala salınması, ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış əsasında İddiaçı adına qeydə alınmı ş, Şəmkir rayonu, Qapanlı kəndində yerləşən 8 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Cavabdeh tərəfindən tutulmuş 5.91 hissəsinin cavabdehin zəbtindən azad edilməsi, həmin sahələrə gedən su və maşın yollarının açılaraq iddiaçının faktiki sahibliyinə qaytarılması, iddianın qalan hissədə qanunsuz və əsassız olduğundan təmin edilməməsi, Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 36 (otuz altı) manat məbləğində pulun alınıb İddiaçı verilməsi, Cavabdeh ekspertiza xərci olaraq ödənilmiş rüsumdan iddianın təmin edilmiş hissəsinə uyğun olaraq 277 (iki yüz yetmiş yeddi) manat məbləğində pulun alınıb İddiaçı verilməsi qət edilmişdir.

3. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsini xahiş etmişdir.

4. Gəncə Apellya siya Məhkəməsinin Mülki Kollegiyasının 17 aprel 2024-cü il tarixli 2(104)-68/2024 nömrəli qətnaməsi ilə, apellyasiya şikayətinin təmin edilməsi, Şəmkir Rayon Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli 2(076)-1128/2022 nömrəli qətnaməsinin tamamilə ləğv edilməsi və iş üzrə yeni qətnamənin çıxarılması, İddiaçı Cavabdeh qarşı icarədə olan örüş-otlaq təyinatlı torpaq sahələrinin zəbtdən azad edilməsi, yolun açılması, dərinləşdirilmiş kanalların düzəldilərək istifadəyə yararlı hala salınması, şumlanmış sahənin bərpa edilməsi və faktiki sahibliyə qaytarılması tələbinə dair iddiasının təmin edilməməsi, iş üzrə ekspertiza xərci iddiaçıya aid edilməklə, 50 (əlli) manat pulun Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi, iş üzrə iddianın verilməsinə görə ödənilmiş 36 manat dövlət rüsumunun və ekspertiza xərci olaraq ödənilmiş 275 manat iddiaçıya aid edilməsi qət edilmişdir.

5. Həmin qətnamədən narazı qalan İddiaçı nümayəndəsi və vəkili Vəkil2 kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

6. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 iyul 2024-cü il tarixli 2(104)-68/2024 nömrəli qərardadı ilə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 aprel 2024-cü il tarixli 2(104)-68/2024 nömrəli qətnaməsindən İddiaçı nümayəndəsi (vəkili) Vəkil2 tərəfindən verilmiş kassasiya şikayəti kassasiya şikayəti vermə müddəti ötürüldüyündən geri qaytarılması qərara alınmışdır.

7. Bundan sonra İddiaçı nümayəndəsi və vəkili Vəkil2 yenidən kassasiya şikayəti və kassasiya şikayəti vermə k üçün ötürülmüş müddətin bərpa edilməsinə dair ərizə verərək, qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edib bərpa olunmasını və kassasiya şikayətinin baxılması üçün Ali Məhkəməyə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

8. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı kənd adamı olmaqla ümumiyyətlə elektron kabinetin nə olmasından xəbəri yoxdur. O, əvvəllər bankdan kredit almaq üçün müvafiq banka müraciət edərkən asan imza nömrəsi almalı olduğunu, əks halda ona kredit verilməsinin mümkün olmayacağını bildirmişdilər. Bu səbəbdən də o öz adına asan imza nömrəsi almışdır. Ola bilsin ki, kredit əldə etmək məqsədi ilə asan imza nömrəsi aldığından adına elektron kabinet açılmışdır. Lakin, bir daha qeyd edir ki, o heç vaxt “Elektron Məhkəmə” informa siya sistemindən istifadə etməmiş və sistemdən istifadə etməyi bacarmır. O ümumiyyətlə həmin kabinetə daxil olmamışdır. X1 Məhkəməsinin Mülki Kollegiyasının 17 aprel 2024-cü il tarixli qətnaməsini 17 may 2024-cü ildə rəsmi qaydada poçt vasitəsi ilə almış və 05 iyul 2024-cü ildə isə rəsmi qaydada vəkili tərəfindən elektron kabinetə yerləşdirilmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat

9. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-68/2024 saylı 12 avqust 2024-cü il tarixli qərardadı (sədrlik edən F.Mehdiyev, hakimlər M.Mustafayev və R.Muradov) ilə İddiaçı nümayəndəsi (vəkili) Vəkil2 Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 aprel 2024-cü il tarixli 2(104)-68/2024 nömrəli qətnaməsindən kassasiya şikayəti vermə müddətinin bərpası barədə ərizəsi rədd edilmiş, kassasiya şik ayəti geri qaytarılmışdır.

10. Apellyasiya instansiya məhkəməsi aşağıdakıları qeyd etmişdir:

11. İş materialları ilə müəyyən olunur ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 aprel 2024-cü il tarixli qətnaməsi 26 aprel 2024-cü il tarixdə saat 16:19da İddiaçı “Elektron Məhkəmə” informasiya sistemində olan elektron kabinetinə yerləşdirilmişdir. Azərbaycan Respublikasının MPM-in 135.5 və 135.6-cı maddələrinin tələbinə müvafiq olaraq da məhkəmə qətnaməsi 26 aprel 2024-cü il tarixdə cavabdehə rəsmi qaydada verilmiş hesab olunur. Hazırkı kassasiya şikayəti isə MPM-in 405.0.2-ci maddəsi ilə müəyyən olunmuş müddət pozulmaqla, (qətnamə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay 11 gündən sonra) 08 iyul 2024-cü il tarixdə verilmişdir.

12. Baxmayaraq ki, iddiaçının nümayəndəsi (vəki li) ötürülmüş prosessual müddətin bərpa edilməsini xahiş etmiş, lakin ərizəsinə ötürülmüş prosessual müddətin üzürlü səbəblərdən olmasını təsdiq edən sübutlar əlavə edilməmişdir. İddiaçı tərəfindən elektron məhkəmə sistemindən və asan imzadan istifadə edə bilməməsi isə üzürlü hal kimi nəzərə alına bilməz.

13. Göründüyü kimi, qətnamədən vaxtında xəbərdar olmuş və onu almış şəxs tərəfindən qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayətinin verilməməsi, bunun isə heç də məqbul hesab edilməyən səbəblərlə əlaqələndirməsi, müddət keçdikdən sonra kassasiya şikayətini verməsi halları yalnız həmin şəxsin iradəsindən asılı olan məsələ kimi təzahür edir. İstisna etmək olmaz ki, həmin şəxs sui-istifadəyə yol verib uzun müddət səhlənkarlığı nəticəsində məhkəmə aktından şikayət verməmişdir. Aydındır ki, qüvvəyə minmiş məhkəmə aktının taleyi, onun yaratdığı hüquq münasibətləri barəsində uzun müddət sürən belə qeyri-müəyyənlik vəziyyəti həmin qərarlarda şərh edilən hüquqi müəyyənlik prinsipi nöqteyi-nəzərindən məqbul sayıla bilməz.

14. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası MPM-nin 405.0.1, 128.3, 129, 134, 135, 135.2, 135.5, 10-1.3, 135.6, 135.7, 227.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

15. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi və müddətin bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

16. Kassasiya şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, o, kənd adamı olmaqla ümumiyyətlə elektron kabinet in nə olmasından xəbəri yoxdur. O, əvvəllər bankdan kredit almaq üçün müvafiq banka müraciət edərkən asan imza nömrəsi almalı olduğunu, əks halda ona kredit verilməsinin mümkün olmayacağını bildirmişdilər. Bu səbəbdən də o, öz adına asan imza nömrəsi almışdır. Ola bilsin ki, kredit əldə etmək məqsədi ilə asan imza nömrəsi aldığından adına elektron kabinet açılmışdır. Lakin, o, heç vaxt “Elektron Məhkəmə” informasiya sistemindən istifadə etməmiş və sistemdən istifadə etməyi bacarmır. O, ümumiyyətlə həmin kabinetə daxil olmamışdır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 aprel 2024–cü il tarixli qətnaməsini 17 may 2024– cü ildə rəsmi qaydada poçt vasitəsi ilə almış və 05 iyul 2024–cü ildə isə rəsmi qaydada vəkili tərəfindən elektron kabinetə yerləşdirmişdir. Qətnaməni 17 may 2 024–cü ildə rəsmi qaydada poçt vasitəsi ilə almışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

18. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.

19. Maddə 10-.1.7. “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşd ırılmış elektron imza vasitələrindən istifadə edilir.

20. Maddə 130.1.Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.

21. Maddə 133.1. məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.

22. Maddə 405.0.1. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

23. Maddə 408.1.4. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.

24. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şika yət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

25. Maddə 416.2 Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

26. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

27. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

28. İddiaçı kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qərardadını bütövlüklə mübahisələndirdiyindən, hazırki kasassiya baxışının predmetini həmin məhkəmənin qərardadının qanuniliyinin tam yoxlanılması təşkil edir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin qeyd edilən qərardadı əsaslıdır, məhkəmə prosessual hüquq normaların ı düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı nəticəyə gəlmişdir.

30. Yuxarıda qeyd olunan hüquq normalarının məzmunundan göründüyü kimi, vaxtında və lazımi qaydada tərtib edilmiş şikayət verilməməsi və prosessual müddətin buraxılması müəyyən hüquqi nəticələr yaradır. Belə ki, şikayətin verilmə müddətinin keçməsi ilə qətnamə qanuni qüvvəyə minir və icraya yönəldilir, prosessual müddətin bitməsi ilə müvafiq prosessual hərəkətləri etmək hüququ keçmiş olur.

31. Prosessual müddətin bərpası üçün müddəti buraxmış şəxs özünün subyektiv mülahizələrini deyil, konkret üzürlü səbəbləri təqdim etməyə borcludur.

32. Məhkəmə kollegiyası vurğulayır ki, buraxılmış prosessual müddətin üzrlü hesab edilməsi üçün ərizə verən tərəf keçən bütün müddət ərzində şikayət vermək imkanının olmamasını sübut etməlidi r. Çünki qanunla müəyyən edilmiş prosessual müddətlər işdə iştirak edən şəxslərin hüququ və azadlıqlarına təsir edə bilən ən mühüm prosessual hərəkətlərin icrası vaxtını müəyyənləşdirməyə yönəlmişdir.

33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfin müddət bərpa ərizəsində göstərdiyi əsasları ətraflı araşdırmış və qiymətləndirmiş, müddətin bərpa edilməsinə əsas olmaması barədə gəldiyi nəticə qanuni və əsaslı olmuşdur.

34. Tərəf kassasiya şikayətinin vaxtında verilməməsinin üzürlü səbəblərdən baş verməsi ilə bağlı apellyasiya məhkəməsinə heç bir sübut təqdim etməmişdir.

35. Buna görə də, kassasiya şikayətinin dəlillər apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvi üçün qanuni əsas deyildir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişiklik edilmədən saxlanılmalıdır.

36. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 avqust 2024-cü il tarixli 2(104)-68/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar