Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3362/2020 05.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, X1 və X2 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2(105)-103/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Şamaxı Rayon Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli qətnaməsi ilə (hakim E.Z.Hümbətov, iş № 2(074)-1795/2017) iddiaçı “xxxxxxxxxxxxxx” QSC-nin Cavabdeh qarşı zərərin ödənilməsi tələbinə dair iddiası qismən təmin edilərək Cavabdeh 181.286,0 manat məbləğində əmlakın dəyərinin, 30,40 manat məbləğində dövlət rüsumunun, cəmi 181.316,4 0 manatın alınıb iddiaçı “xxxxxxxxxxxxxx” QSC-yə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət olunmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: Ş.R.Abasov, A.Q.Hüseynov və G.F.Tağızadə, iş № 2(105)2577/2018) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, Şamaxı Rayon Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarı ilə (hakimlər: A.Ə.İsgəndərov, Ə.A.Əhmədov və İ.K.Dəmirov, iş № 2(102)8459/19) cavabdehin kasasiya şikayəti qismən təmin edilərək Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş apelyasiya qaydasında yenidən baxılm ası üçün həmin məhkəməyə göndərilmişdir. İşə təkrar apelyasiya qaydasında baxan Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər: F.Ə.Məmmədov, L.M.Məmmədova və S.A.Qafari) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, Şamaxı Rayon Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: xx xxxxxx 2005-ci il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh “xxxxxxxxxxxxxx” QSC-də satış şöbəsinin satıcısı vəzifəsində işləmiş və onunla xx xxxx 2007-ci il tarixdə tam maddi məsuliyyət barədə müqavilə bağlanmışdır. xx xxxxxx 2016-cı il tarixdə Cavabdeh QSC-nin anbarlarından alınmış malmaterialların üzləşdirilməsi həyata keçirilmiş və onun QSC-nin anbarından aldığı malmateriala görə QSC-yə 181.286.00 ma nat məbləğində borcunun olması barədə üzləşmə aktı tərtib edilmişdir. Həmin akt Cavabdeh və QSC-nin təftiş komissiyasının sədri və üzvləri tərəfindən imzalanmışdır. xx xxxxxx 2016-cı il tarixdə QSC-nin baş direktoru ilə Cavabdeh arasında 181.286,00 manat məbləğində borcun etirafı haqqında sadə yazılı formada müqavilə bağlanmışdır. 2017-ci ilin iyul ayında “xxxxxxxxxxxxxx” QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh maddi məsul şəxs olmaqla QSC-də satış şöbəsi üzrə satıcı vəzifəsində işləyərkən QSC-nin anbarlarından götürüb satdığı 181.286.00 manat dəyərində materialların dəyərini QSC-yə ödəməməklə onlara maddi zərər vurmasını əsas göstərərək həmin məbləğin cavabdehdən alınaraq onlara verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstəri lən məhkəmə aktları qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri: İş üzrə Cavabdeh kasasiya şikayəti verərək QSC-yə məxsus malları mağazalara nisyə təhvil verməklə onlar arasında olan alqı-satqıda vasitəçi olmasını, malların dəyərinin ödənilməsi üçün onun məsuliyyət daşımamasını, qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və iddianın rədd olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya kollegiyasının iclasında cavabdehin vəkili kasasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə zidd olaraq məhkəmə iclasına vəkilsiz gəldiyindən məhkəmə tərəfindən onun izahatı dinlənilməmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kasasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kasasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Cavabdeh kasasiya şikayətində şirkətə məxsus materialların dəyərinin ödənilməməsinə görə maddi məsuliyyət daşımasını inkar etsə də, apelyasiya instansiyası məhkəməsi onunla bağlanmış əmək müqaviləsinin müddəalarına, Əmək Məcəlləsinin 10cu maddəsinə, cavabdehlə bağlanmış tam maddi məsuliyyət haqqında müqavilənin müddəa larına, borcun etirafı haqqında tərəflər arasında bağlanmış müqaviləyə və işin digər hallarına əsaslanaraq hesab etmişdir ki, iddiaçıya dəymiş ziyana görə məsuliyyətin cavabdehin üzərinə qoyulması əsaslı olmuşdur. Cavabdehin tam maddi məsuliyyəti barədə müqaviləyə görə satıcı vəzifəsində çalışan və bilavasitə həmin şöbənin mallarının satışını həyata keçirən “işçi” ona “Şirkət” tərəfindən etibar olunmuş əmlakın qorunmasını təmin etmək üçün öz üzərinə tam maddi məsuliyyəti götürür və bununla əlaqədar olaraq ona satılması üçün etibar olunmuş maddi qiymətlilərə qayğı ilə yanaşmaq və vurula biləcək ziyanın qarşısını almaq üçün tədbirlər görməyə və s. borcludur. İşdən göründüyü kimi şirkətə məxsus malların satışını həyata keçirmək bilavasitə cavabdehə tapşırılmamış, lakin onun tərəfindən mağazal ara satılmış malların dəyəri onun tərəfindən alınıb şirkətə təhvil verilməmişdir. İddiaçı ilə bağladığı borcun etirafı haqqında müqavilədə Cavabdeh ümumi dəyəri 181.286,00 manat təşkil edən mal-materialları geri təhvil vermək və ya onun dəyərini hissə-hissə bir il ərzində ödəmək barədə üzərinə öhdəlik götürsə də, həmin öhdəliyinə əməl etməyərək nə satmaq üçün götürdüyü malların geri qaytarılmasını və nə də dəyərini ödəməsini təmin etməmişdir. Tərəflər arasında bağlanmış əmək müqaviləsinin 5.2-ci bəndinə görə tərəflərdən biri digərinə ziyan vurarsa, dəyəri zərəri könüllü şəkildə digər tərəfə ödəməyi öhdəsinə götürür. Əgər ziyan vuran tərəf zərəri ödəməzsə, ziyan dəyən tərəf məhkəmə qaydasında ziyanın ödənilməsini tələb etmək hüququna malikdir. Kollegiya göstərilənlərlə əlaqədar apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə müəyyən olunmuş sübutlara, maddi və prosessual hüquq normalarının tələblərinə uyğun çıxarılmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kasasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3362/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3362/2020
05.08.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver