Məhkəmə qərarları › İş №2(102)-3364/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3364/2021

25.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3364/2021 25.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-3364/21 (Açar sözlər: təbii qazdan istifadə qaydasının pozulmasına görə yaranmış borc) Bakı şəhəri, 25 may 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı vəkili Vəkil və Cavabdeh iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1745/2021 nömrəli iş üzrə 28 yanvar 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən ve rilmiş kasasiya şikayəti üzrə işə 25 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təbii qazdan qeyri-qanuni istifadəyə görə yaranmış 6733.30 manat məbləğində əsas borcun, 30 manat dövlət rüsumunun, ümumilikdə isə 6763.30 manat borcun cavabdehdən tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında 10.04.2017-ci il tarixində 03/9219 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi aras ında qazın alqı-satqısı barədə müqavilə» imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonent Cavabdeh məxsus istixananı təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00290 nömrəli abonent kodu verilmişdir. Sözügedən ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4 markalı 1 1802AZ**********56 nömrəli qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “Qazdan istifadə qaydaları”nın tələblərinə əməl etmək) və “Qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoş ulmaqla təbii qazı talamışdır. İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Belə ki, cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş aşağıdakı aktlar əsasında: 23.06.2017-ci il tarixli ******* saylı akt əsasında 453,60 manat; 26.12.2017-ci il tarixli ******* saylı akt əsasında 481,80 manat; 26.01.2018-ci il tarixli ******* saylı akt əsasında 853,20 manat; 16.04.2018-ci il tarixli ******* saylı akt əsasında 568,80 manat; 21.05.2018-ci il tarixli ******* saylı akt əsasında 367,80 manat; 25.06.2018-ci il tarixli ******* saylı akt əsasında 142 manat;31.07.2018-ci il tarixli ******* saylı akt əsasında 133,20 manat; 27.08.2018-ci il tarixli ******* saylı akt əsasında 133,20 manat; 20.09.2018-ci il tarixli ******* saylı akt əsasında 133,20 manat 10,31.10.2018-ci il tarixli ** ***** saylı akt əsasında 66,60 manat; 30.11.2018-ci il tarixli ******* saylı akt əsasında 142,20 manat; 28.12.2018-ci il tarixli ******* saylı akt əsasında 142,20 manat; 31.01.2019-cu il tarixli ******* saylı akt əsasında 142,20 manat; 28.02.2019-cu il tarixli ******* saylı akt əsasında 142,20 manat; 29.03.2019-cu il tarixli ******* saylı akt əsasında 142,20 manat; 30.04.2019-cu il tarixli ******* saylı akt əsasında 142,20 manat; 30.05.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; 28.06.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; 31.07.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; 30.08.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; 30.09.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; 30.10.2019-cu il tarixli ******* saylı ak t əsasında 32,40 manat; 29.11.2019-cu il tarixli ******* saylı akt əsasında 142,20 manat; 30.12.2019-cu il tarixli ******* saylı akt əsasında 295,20 manat; 30.01.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat; 28.02.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat; 13.03.2020-ci il tarixli ******* saylı akt əsasında 127,90 manat; 30.04.2020-ci il tarixli ******* saylı akt əsasında 462,50 manat; 31.05.2020-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat; 30.06.2020-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat, cəmi 6388 manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Yuxarıda qeyd olunanlardan əlavə cavabdehin faktiki istifadə edilmiş dəyəri ödənilməmiş sayğac üzrə 344(-) və 2020-ci il üçün 1,30 manat borcu qalmışdır. Cavab deh tərəfindən İddiaçı İB-yə ödənilməli borc məbləği (itirilmiş təbii qazın dəyəri üzrə) hazırda saldo üzrə ümum 6733.30 manat təşkil etməkdədir. İddiaçı İB-nın nümayəndələri tərəfindən cavabdehə 6733,30 manat pul məbləğinin könüllü qaydada ödənilməsi təklif edilmiş, əks təqdirdə qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq qaydada məhkəməyə müraciət ediləcəyi və Birliyə vurmuş olduğu maddi zərərdən əlavə məhkəmə xərclərinin də ondan tələb ediləcəyi izah edilmişdir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində ‘İddiaçı” İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (bundan sonra – birin ci instansiya məhkəməsi) 16 sentyabr 2019-cu il tarixli, 2(003)-2455/2020 saylı qətnaməsi ilə (hakim Ramilə Xəzri) iddia qismən təmin edilərək, Cavabdeh İddiaçı xeyrinə 481.80 manat məbləğində borcun və ödənilmiş dövlət rüsumuna görə 2 manat məbləğində pul vəsaitinin tutulması qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, işin məhkəmə iclasında baxılması zamanı, cavabdeh 2017-ci ilin dekabrında bir ay qeyri-qanuni olaraq təbii qazdan istifadə etməsini bildirərək, iddia tələbini yalnız həmin hissədə qəbul etmişdir. Cavabdehin izahatından və iş materiallarında olan abonent saldosundan göründüyü kimi, o, 26.12.2017-ci il tarixli akt əsasında 481.80 manat məbləğində borc hesablanmışdır. Lakin hazırda İddiaçı cavabdehdən 2017-2020-ci illər arasında tərtib ed ilmiş aktlar əsasında hesablanmış borc tələb etməsinə baxmayaraq, iş üzrə halların məhkəmədə tədqiq olunması zamanı iddiaçı öz iddia tələbini cavabdeh tərəfindən 2017-ci ilin dekabr ayı istisna olmaqla, digər aktlarda qeyd olunmuş vaxtlarda təbii qazdan qeyri-qanuni istifadə edilməsinə dair əsaslı və mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Birinci instansiya məhkəməsi qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2, 443.1, 443.2, 448.1, 448.2-ci, “Qaz təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 106.3 119.1-ci maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan İddiaçı apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin rədd olunmuş hissəsində ləğv edilib iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Elnur Həsənov- sədrlik edən və məruzəçi, Vahid Sadıqov, Fuad Babayev) 2(103)-1745/2021 saylı, 28 yanvar 2021-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2455/2020 saylı iş üzrə 16 sentyabr 2020-ci il tarixli qətnaməsinin mübahisələndirilən hissədə, yəni iddia tələbinin təmin olunmaması ilə bağlı hissədə qismən ləğv edilməsi, həmin hissədə də iddia tələbinin qismən təmin olunaraq Cavabdeh 345,30 manatın İddiaçı xeyrinə tutulması, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması, Cavabdeh İddiaçı xeyrinə tutulmal ı pul məbləğinin ümumilikdə 829,1 manat müəyyənləşdirilməsi qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işin hallarından, bilavasitə iddiaçı təşkilatın təqdim etdiyi sənədlərdən aydın olur ki, cavabdehlə 10.09.2017-ci il tarixdə qazın alqı-satqısına dair müqavilə bağlanmış, 26.12.2017-ci il tarixdə cavabdehin sayğacdan kənar təbii qazdan istifadə etdiyi aşkarlandığı üçün bu barədə akt tərtib olunaraq ona 481,80 manat borc hesablanmış, kənar xətt İddiaçı İB-nin əməkdaşları tərəfindən kəsilmişdir. Kollegiya hesab edir ki, iddiaçı təşkilat 26.12.2017-ci il tarixindən sonrakı müddət ərzində Cavabdeh tərəfindən qaz xəttinə qanunsuz müdaxilə halının olması, kənar xəttin cavabdeh tərəfindən quraşdırılması halını sübut edə bilməmiş, birinci instan siya məhkəməsi isə cavabdehin məhz 26.12.2017-ci il tarixindəki pozuntunu etiraf etməsinə əsaslanmaqla müvafiq nəticəyə gəlməkdə haqlı olmuşdur. Nəzərə alınmalıdır ki, tələb olunan borcun real, həqiqətən sərf olunmuş qaza görə hesablanmış borc olduğu sübuta yetirilməlidir və bu halda sübutetmə yükü təchizatçının üzərinə düşür. Məhz iddiaçı, hesablanmış borcun həqiqətən sərf olunmuş qaza görə hesablanmış borc olduğunu sübuta yetirməlidir. Kollegiya hesab edir ki, aktlara görə hesablayıb tələb etdiyi məbləğlər baxımından iddiaçı bunu sübut edə bilməmişdir, əksinə, işdəki sənədlər sözügedən borcun həqiqətən yaranmasını ciddi şübhə altına alır. İddiaçı İB-nin istinad etdiyi aktlar isə cavabdehin və hal şahidlərinin iştirakı olmadan tərtib olunmuşdur, buna görə də mötəbər sayıla və onlara əsasə n hesablanmış cərimə məbləği qanuni hesab edilə bilməz. Bununla belə kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi iddiaçının tələb etdiyi borcun 345,30 manat hissəsinin məhz sayğacın göstəriciləri əsasında hesablanmış borc olduğunu nəzərə almamaqla səhvə yol vermişdir. Buna görə də kollegiya hesab edir ki, qətnamə mübahisələndirilən hissədə qismən ləğv olunmalı, sayğac göstəricilərinə görə hesablanmış 345,30 manat borc da cavabdehdən iddiaçı təşkilatın xeyrinə tutulmalıdır. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri İddiaçı (vəkili Vəkil) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin olunmamış hissəsində (mübahisələndirilən hissədə) ləğv edi lməsi, iddia tələbinin təmin olunmamış hissəsində, yəni mübahisələndirilən hissəsində yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə apelyasiya qaydasında baxan məhkəmə instansiyası işin faktiki, həqiqi hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apelyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları kobud şəkildə pozulmuş, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Apelyasiya instansiyası məhkəməsinin qətnamədə göstərdiyi dəlillər işin faktiki və həqiqi hallarına uyğun olmadığından, apelyasiya instansiya məhkəməsi iddia tələbinin təmi n olunmamış hissəsində tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Qətnamədə tərəflər arasında yaranmış mübahisəni tənzimləyən Mülki Məcəllənin 14.2.6. 21.1, 21.2, 386, 442, 443.1, 443.2, 448.2, 1096, 1097.1, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 119.1, 217.3, 217.4, 218.1, 392.1.5, Qaz təchizatı haqqında Qanunun 6.2, 20 və 22-ci maddələri pozulmuş və ümumiyyətlə tətbiq edilməmişdir. Məhkəmələr mülki işə əlavə edilmiş fotoşəkillərə diqqət etməmişdir. Məhkəmələr tərəfindən müvafiq mülki işə baxılarkən, cavabdehin adına qeydiyyata alınmış smart qaz sayğacı üzrə SALDO-ya (GASREPORT proqramı üzrə) nəzər salınmamış, həmin sənəd sübut qismində məhkəmələrdə tədqiq edilməmiş və qətnamələrdə göstərilməmişdir. Bakı Apelyasiya Məhkəməsi tərəfindən apelyasiya şikayətimiz qi smən təmin olunmaqla iddia tələbi geridə qalan hissədə təmin olunmamış qaldığı zaman, iddia tələbinin geridə qalan hissədə (mübahisələndirilən hissədə) təmin olunmaması, yəni ki digər aktların əsassızlığı hər hansı bir hüquqmüəyyənedici maddi hüquq norması ilə əsaslandırılmamışdır. Cavabdeh tərəfindən təbii qazdan uzun müddətə qanunsuz istifadə halı iş materiallarına əlavə edilmiş kifayət qədər güclü, aydın və biri-birinə uyğun gələn mötəbər sübutlarla (aktlar, fotoşəkillər, təbii qazdan istifadə üzrə ödəniş cədvəlləri abonent saldoları), cavabdehin etirafı) təsdiq olunur. Apelyasiya kollegiyası maddi və prosessual hüquq normalarının pozuntusu ilə qətnamə qəbul etmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraat ı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili Vəkil kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında vəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq onun izahatı dinlənilmədi. cavabdehlər X4, X2 və X3 və onların vəkili Aqamov İbrahim Aleksandr oğlu kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən iddiaçı X1 və vəkili Qulamov Ceyhun Oktay oğlu kasasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini, apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etdilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 443.1. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxa ran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 448.1. və 448.2. Əgər qanunla və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Həmin Qaydaların 6.7-ci bəndinə əsasən, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək i şə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə iddiaçı tərəfindən iddianın təmin edilmədiyi hissədə mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının həmin hissədə ləğvi xahiş edildiyindən məhkəmə aktı qeyd olunan hissədə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kasasiya şikayətinin dəlilləri üzrə qeyd edilməlidir ki, kasasiya yoxlaması zamanı müəyyən edilmişdir ki, İddiaçı cavabdehdən 2017-2020-ci illər arasında tərtib edilmiş aktlar əsasında hesablanmış borc tələb etməsinə baxmayaraq, məhkəməyə bununla bağlı hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Bununla yanaşı, iddiaçı tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.5 və 67-ci bəndlərinin tələblərinə əməl edilməmiş, qaz xəttinə qanunsuz qoşulma aşkar edilən kimi qaz paylayıcısı olaraq qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini day andırmamış və dəymiş ziyanın ödənilməsi ilə bağlı tədbir görməmiş, hüquqdan suiistifadə halına yol verməyə çalışmışdır. Odur ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Göstərilənlərə əsasən kasasiya kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1745/2021 nömrəli iş üzrə 28 yanvar 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi anda

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar