Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3364/2023 05.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı ilk, Cavabdeh İddiaçı qarşı qarşılıqlı tələblərinə dair iş üzrə QƏRARİ iş № 2(102)-3364/2023 (Açar sözlər: daşınmaz əmlakın alqı-satqısı, əsassız varlanma, iddia müddəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), X7 və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı ilk, Cavabdeh İddiaçı qarşı qarşılıqlı pul tələblərinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-728/2023 nömrəli, 08 may 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 05 oktyabr 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Sumqayıt şəhər Bələdiyyə Şurasının xx.xx.2003-cü il tarixli qərarı ilə Sumqayıt şəhəri, 53-cü məhəllə ərazisində Sumqayıt Şəhər Bələdiyyəsinə məxsus 5 ha torpaq sahəsinin "xxxx" QSC-nin Bakı filialına subicarəyə vermək hüququ olmadan 99 il müddətinə icarəyə verilməsi qərara alınmışdır. 2. 26.11.2004-cü il tarixli, 142 saylı torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə əsasən, həmin torpaq sahəsi "xxxx" QSC-nin Bakı filialına 25 il müddətinə icarəyə verilmişdir.
3. Cavabdeh (bundan sonra – cavabdeh) "xxxx" QSC-nin Bakı filialının direktorudur. Onunla İddiaçı (bundan sonra – iddiaçı) arasındakı xx.xx.2008-ci il tarixdə QSC-nin icarəsinə v erilmiş 5 ha torpaq sahəsinin 600 m2 hissəsinə dair şifahi razılaşmaya əsasən, torpaq sahəsi faktiki olaraq iddiaçıya verilmiş, iddiaçı isə qarşılığında 83.000 ABŞ dolları ödəməyi öhdəsinə götürmüşdür.
4. İddiaçı razılaşma üzrə ilk olaraq xx.xx.2008-ci il tarixdə 20.000 ABŞ dolları, sonrakı bir neçə ay ərzində isə müxtəlif vaxtlarda ödənişlər etməklə cavabdehə ümumilikdə 53.000 ABŞ dolları ödəmişdir.
5. Hazırda iddiaçı cavabdehlə aralarında torpaq sahəsinin alqı-satqına dair razılaşma olduğunu, cavabdehin torpaq sahəsini onun adına rəsmilşdirəcəyini vəd etməsinə baxmayaraq, uzun müddət ərzində bu öhdəliyini icra etmədiyini, buna görə də qalıq 27.000 ABŞ dolları məbləği ödəmədiyini bildirərək, torpağa görə ödədiyi pulun qaytarılmasını və oradakı tikililərə çəkmiş olduğu xərcin ödənilməsini tələb edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 53.000 ABŞ dollarının və əlavə olaraq Sumqayıt şəhəri, 53-cü məhəllə ərazisində 400 m2 torpaq sahəsində öz vəsaiti hesabına inşa edilmiş tikiliyə çəkilmiş xərclərin əvəzi olaraq 250.000 manatın alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2008-ci ildə Sumqayıt şəhəri, 53-cü məhəllə ərazisində yerləşən 600 m2 torpaq sahəsini cavabdehdən 80.000 ABŞ dolarına almaq barədə razılığa gəlmişdir. İlkin olaraq cavabdehə 20.000 ABŞ dolları, sonra isə ayrı-ayrı vaxtlarda hissə-hissə ümumilikdə 5 3.000 ABŞ dolları vermişdir. Cavabdeh vəd etmişdir ki, satdığı torpaq sahəsi onun adına qərarla ayrılmış 5 ha torpaq sahəsinin daxilində yerləşir, həmin torpaq sahəsini tezliklə özəlləşdirəcək və razılaşdıqları kimi 600 m2 hissəsini rəsmi alqı-satqı müqaviləsi əsasında iddiaçının adına rəsmiləşdirəcək və iddiaçı bu rəsmiləşdirmədən sonra qalan məbləği ona verəcəkdir. Qeyd edilən razılaşmadan sonra iddiaçı həmin torpaq sahəsində öz vəsaiti hesabına sexlər inşa etmişdir. Lakin 14 ildən çox vaxt keçməsinə baxmayaraq, cavabdeh verdiyi sözü tutmamış, buna baxmayaraq, iddiaçıdan qalan məbləği tələb etmişdir. Məbləği verəcəyi halda sənədləşdirmə məsələsinin hansı yerdə qalacağını soruşduqda, cavabdeh icarə müqaviləsi bağlayaraq öz sahəsini özəlləşdirməsini iddiaçıya təklif etmişdir. Onun sənədləş dirmə işindən anlayışı olduğundan bu qaydada istifadəsində olan torpaq sahəsini sənədləşdirə bilməyəcəyini anlamışdır. Hər bir halda torpaq sahəsi ilkin torpaq ayırma sənədi əsasında özəlləşdirilməlidir ki, onlar notariat qaydasında müqaviləni rəsmiləşdirə bilsinlər. Bu səbəbdən cavabdehlə aralarında mübahisə yaranmışdır. Hazırda cavabdeh sexlərdə işləyən işçilərə təzyiq edərək, onları mütəmadi təhdid edir. Tərəfindən polisə müraciət edilsə də, mübahisə mülki xarakter daşıdığından məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Göründüyü kimi, iddiaçının hüquqları pozulmuş, cavabdeh isə pozulmuş hüquqların bərpası üçün hər hansı bir addım atmamış, vaxtilə faktiki alqı-satqı müqaviləsi ilə iddiaçıya satdığı torpaq sahəsində öz vəsaiti hesabına inşa edilmiş tikilini ələ keçirmək istəyir, hə min tikililərdən istifadəni mümkünsüz edir. Həmin tikilinin 14 il bundan əvvəl inşa edilməsinə, bu zaman ərzində saxlanılmasına və təmirinə çəkilmiş xərclər də nəzərə alınmalı və cavabdeh tərəfindən ona 250.000 manat ödənilməlidir. Sözügedən əmlakın dəqiq dəyərinin müəyyən olunması üçün ekspertiza təyin olunması barədə qərar qəbul edilməlidir.
8. Cavabdeh də öz növbəsində qarşılıqlı iddia verərək, ilk iddianın rədd edilməsi, iddiaçıdan 127.200 manat əsas borcun və 4492,8 manat dəbbə pulunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Qarşılıqlı iddia belə əsaslandırılmışdır ki, ilk iddiada qeyd olunan məlumatlar doğruluğu əks etdirmir və bu tələbin heç bir qanuni əsası yoxdur. 2008-ci ilin may ayında "xxxx" QSC-nin Bakı filialının direktoru olaraq cavabdeh i ddiaçı ilə güzəştli qiymətlə uzun müddətli, əvvəlcədən ödəmək şərti ilə 600 m2 sahəsi olan kommersiya obyektini icarəyə vermək haqqında razılaşmışdır. Həmin razılaşmaya əsasən iddiaçı əvvəlcədən 62.400 manat (80.000 ABŞ dolları) ödəməyi öhdəsinə götürmüşdür. Həmin dövrdə Cəmiyyət tərəfindən təqdim olunmuş torpaq və tikinti sahələrinin icarə üzrə qiyməti 1 m2 üçün 3-5 manat təşkil etmiş, lakin həmin razılaşma əsasında iddiaçı 1 m2 üçün 1 manat icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı 2008-ci il tarixdə razılaşdırılmış məbləğin cəmi 41.340 manat hissəsini ödəmiş, qalan 21.060 manatı ödəməmiş və əvəzində isə müxtəlif bəhanələr gətirərək həmin dövrdə bu məbləği ödəyə bilməyəcəyini bildirmişdir. İddiaçı həmin 600 m2 sahəni müxtəlif icarədarlara 1 m2-ni 3-5 manata icarəyə verərək gəlir əldə etsə də, razılaşma əsasında yaranan borc öhdəliyini yerinə yetirməkdən imtina etmişdir. İddiaçı orta hesabla ayda 2000-2500 manat gəlir əldə etmiş, onun təyin etdiyi icarədarların icarə müqaviləsi cəmiyyətlə olduğundan mənfəət, torpaq və digər əmlak vergiləri şirkət tərəfindən ödənilmiş, bu da öz növbəsində Cəmiyyətin əlavə 500-550 manat xərc etməsinə səbəb idi, halbuki həmin xərclərin ödənilməsini iddiaçı ilkin razılaşma əsasında özü ödəməyi öhdəsinə götürmüşdü. İddiaçının güzəştli şərtlərlə icarə əsasında ödədiyi 41.340 manat icarə haqqının müddəti 2014-cü ilin yanvar ayında bitmiş, kommersiya sahəsini geri qaytarmasını tələb etsələr də, iddiaçı müxtəlif bəhanələr gətirmiş və əməkdaşlara hədə-qorxu gələrək torpaq sahəsini təhvil verməkdən imtina etmişdir. Hazırda razılaşmaya əsasən iddiaçının xx.xx.2022-ci il tarixədək 57.200 manat icarə haqqı, dövlət və digər vergiləri nəzərə almaqla 70.000 manat olmaqla, ümumi 127200 manat borc öhdəliyi yaranmış, bununla yanaşı borc öhdəliyini yerinə yetirmədiyinə görə və bank uçot dərəcəsinin 7.8 əmsalında olmasını nəzərə alaraq illik 561,6 manat dəbbə və 8 il ödəniş olmadığını nəzərə alaraq 4492,8 manat dəbbə pulu da ödənilməlidir.
10. Bununla yanaşı, cavabdeh yazılı vəsatət verərək, iddia müddəti keçdiyindən ilk iddianın rədd edilməsini etmişdir.
11. İddiaçı tərəfindən təqdim edilmiş "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022ci il tarixli qiymətləndirmə hesabatına əsasən, Sumqayıt şəhəri, 53-cü məhəllə ərazisində yerləşən sex binasının inşası zamanı tikinti-quraşdırma işləri layihə əsasında sərf edilmiş tikinti materiallarının ba zar qiyməti 129.537,799 manat təşkil edir.
12. Cavabdeh tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, cavabdeh xx.xx.2022-ci il tarixdə ərizə ilə müraciət edərək, direktoru olduğu hüquqi şəxsə məxsus 5 ha ərazidən 6 sotunu icarəyə verdiyi, iddiaçı tərəfindən icarə haqqı ödənilmədiyi üçün ona icarəyə verdiyi sahəni daş hasara aldığını, lakin iddiaçının yanında olan bir neçə şəxslə birlikdə həmin hasarı sökdüyünü və ona 300 manat ziyan vurduğunu bildirmişdir.
13. İddiaçı tərəfindən dəvət edilmiş şahid X8 ifadəsində bildirmişdir ki, iddiaçını tanıyır, cavabdehi isə şəxsən tanımasa da görmüşdür. Bir neçə il əvvəl işlərinin böyüməsi ilə bağlı anbar lazım olduğundan, iddiaçıdan 15x40 ölçüdə tikili inşa etməsini xahiş etm işdir. Həmin tikilidən sex kimi istifadə etməyi nəzərdə tutsa da, sonradan tikilinin sənədsiz olduğunu görüb anbar kimi istifadə etmişdir. İddiaçıdan bu yeri necə əldə etdiyini soruşmuşd, o da cavabdehə pul verərək aldığını bildirmişdir. Tikilidən anbar kimi istifadə etdiyi üçün icarə haqqı kimi iddiaçıya əvvəllər 50 ABŞ dolları, 3 il sonra isə 100 ABŞ dolları ödəmişdir. Tikilidən 2009-cu ildən təxminən 2016-cı ilədək istifadə etmiş, 2016-cı ildən sonra isə artıq sexi bağladığı üçün anbar kimi istifadə etməyinə ehtiyac olmamışdır. İddiaçı ilə cavabdeh arasında məhkəmə mübahisəsinin olduğunu təzəlikcə eşitmişdir.
14. X3 ifadə verərək bildirmişdir ki, təxminən 10 il əvvəl iddiaçı moyka yeri düzəltdikdə, həmin yeri qreyderlə yaymışdır. O, ancaq moykanın yerini düzəltmiş, cavabdehi görməmişd ir. Daim tikinti bazarında olmamış, fərdi qaydada fəaliyyət göstəmişdir. İddiaçı ilə arasında müqavilə olmamış, iddiaçının ona zəhmət haqqı olaraq ödədiyi məbləği təsdiq edən ödəniş qəbzi də olmamışdır.
15. X4 ifadəsində bildirmişdir ki, bazarda işləyir, həm iddiaçını, həm də cavabdehi tanıyır. İşlədiyi bazar tərəfdə iddiaçının yeməkxanası var. İddiaçı böyük məbləğdə pul verərək, cavabdehdən yer alacağını, həmin yerdə bokslar (qeyri-yaşayış sahəsi) tikdirəcəyini söyləmişdir. İddiaçının aldığı yer boş olmuş, sonradan həmin yeri düzəldərək bokslar tikmişdir.
16. X5 ifadəsində göstərmişdir ki, iddiaçının tanıyır. İddiaçı yararsız torpaq sahəsi almışdır. 2008-ci ildə briqadir kimi həmin sahədə eni 10 metr, uzunluğu 40 metr olmaqla obyektin tikintisinə başlamışlar, 2009-cu ildə tikintini başa v uraraq təhvil vermişdir. Briqadir kimi tikinti işləri zamanı iddiaçı onların yemək ehtiyacını və zəhmət haqlarını ödəmişdir. Tikinti işləri görərkən cavabdehi görməmiş, onunla hər hansı iş birliyi olmamışdır.
17. X6 ifadəsində bildirmişdir ki, iddiaçını tanıyır, cavabdeh və Aqşini isə tanımır. Sumqayıtda taxta bazarı deyilən ərazidə mübahisəli yer bataqlıq ərazi olduğundan şlakla doldurulmuş, 2008-2009-cu illərdə həmin yerdə eni 10 metr, uzunluğu 40 metr olmaqla obyekt tikilib iddiaçıya təhvil verilmişdir. Tikinti işlərinə onu iddiaçı cəlb etmiş, orada usta kimi çalışmış, usta kimi hörgü və suvaq işləri ilə məşğul olmuşdur. İddiaçı zəhmət haqlarını nağd şəkildə ödəmişdir.
18. X1 ifadəsində göstərmişdir ki, iddiaçını tanıyır, münasibəti yaxşıdır, cavabdehi isə tanımır, sadəcə adını eşitmişd ir. İddiaçı ilə BTİ-də (hazırkı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsində) bir yerdə işləmişlər, mübahisəli yerin yerləşdiyi ərazinin yaxınlığında yeməkxana olmuş, onlar günorta, bəzən də axşam yeməyinə ora getmişlər. İddiaçı hazırki mübahisəli yeri cavabdehdən alıb obyekt tikəcəyini bildirmiş, ona bunun lazımsız olduğunu söyləmişlər. Tikilinin yerləşdiyi yer, demək olar ki, bataqlıq olmuş, həmin tikilinin inşa edilməsində əsas məqsəd dondurma sexinin tikilməsi olmuşdur.
19. Cavabdeh tərəfindən dəvət edilmiş şahid X13 isə ifadə verərək bildirmişdir ki, cavabdehi tanıyır, iddiaçını isə görmüşdür, hər ikisi ilə münasibəti normaldır. 2003-2011-ci illərdə "xxxx" QSC-nin hüquqşüna sı vəzifəsində işləmişdir. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsində işləmiş, bir gün cavabdehin yanına gəlib ondan icarəyə yer verməsini istəmişdir. Hazırki mübahisəli tikili də 2003-cü ildən yarıtikili vəziyyətdə olmuş və tavanı qoyulandan sonra 2008-ci ildə həmin tikili iddiaçıya güzəştli şərtlərlə 1 m2 - 0,80 manat olmaqla icarəyə verilmişdir. Digər icarədarlarla isə icarə haqqı üzrə 1 m2 2-5 manat arası təşkil edirdi. Cavabdehlə iddiaçı şifahi şəkildə razılığa gəlmiş, onlar arasında müqavilə bağlanmamışdır. Aralarındakı razılığa əsasən, iddiaçı torpaq sahəsini 80.000 ABŞ dolları məbləğinə almalı olmuş, lakin sonradan iddiaçı etiraz etmiş və nəticədə belə razılığa gəlmişlər ki, həmin məbləğ iddiaçının icarədarlardan alacağı icarə haqqı ilə əvəzləşdirilsin. İddiaçı icarədarlardan icarə haqqını özü almış, habelə onun ilk icarədarı Rəvan adlı şəxs olmuşdur. İddiaçı ilə müqavilə bağlanılmamasının səbəbi onun VÖEN-nin olmaması olmuşdur, çünki o dövlət qulluqçusu kimi çalışırdı. İddiaçı ilə güzəştli şərtlərlə razılaşmanın səbəbi isə həmin vaxt müəssisənin vəsaitinin olmaması olmuşdur. Bələdiyyə vergilərini cavabdeh vermiş, iddiaçının isə bələdiyyə vergiləri verib-verməməsi barədə məlumatlı deyildir. Kommunikasiya xətləri ümumi olmuş, elektrik enerjisini cavabdeh çəkmiş və ondan istifadə nəticəsində yazılan pulu cavabdeh ödəmişdir.
20. Sumqayıt Şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(060)-6989/2022 nömrəli, 21 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Elmir Hüseynov) ilk iddia qismən təmin edilərək, cavabdehdən 53.000 ABŞ dolları məbləğində vəsaitin ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş manat məzənnəsi ilə iddiaçının xeyrinə tutulması, ilk iddianın qalan hissədə, qarşılıqlı iddianın bütövlükdə rədd olunması qət edilmişdir.
21. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı ilə cavabdeh 20062007-ci illərdə tanış olmuşlar. İddiaçı Sumqayıt şəhəri 53-cü məhəllədə yerləşən kafeyə sahiblik etmiş, cavabdeh isə həmin ərazidə fəaliyyət göstərən "xxxx" QTSC-nin Bakı filialının rəhbəridir. Sumqayıt şəhər Bələdiyyəsi Sumqayıt şəhəri 53-cü məhəllədə yerləşən 5 ha torpaq sahəsini həmin ərazini subicarəyə vermək hüququ olmadan 99 il müddətinə "xxxx" QTSC-nin Bakı filia lına icarəyə vermişdir. QTSC-nin rəhbəri qeyd edilən torpaq sahəsinə dair heç bir sərəncam vermək hüququ olmadan, yəni Sumqayıt Şəhər Bələdiyyəsi və ya "xxxx" QTSC-nin bakı filialı tərəfindən ona belə səlahiyyət verilmədən, ətrafdakılara özünü həmin torpaq sahəsinə dair sərəncam verə biləcəyi görüntüsü yaratmaqla, torpaq sahəsinin 600 m2 hissəsini sənədləşdirərək iddiaçıya 80.000 ABŞ dollarına satmağı sonuncu ilə razılaşdıraraq, heç bir əsas olmadan ondan xx.xx.2008-ci il tarixdən xx.xx.2008-ci il tarixədək ümumilikdə 53.000 ABŞ dolları vəsait almışdır. İddiaçı qalan 27.000 ABŞ dolları vəsaiti torpaq sahəsinə dair adına rəsmiləşdirərkən ödəyəcəyini bildirmişdir. Bundan sonra iddiaçı 2008-2009-cu illərdə müvafiq qurumlardan tikintiyə heç bir razılıq almadan, yalnız cavabdehin vədlərinə əsas lanaraq qeyd edilən 600 m2 torpaq sahəsi üzərində 400 m2 özbaşına tikili inşa etmişdir. Göründüyü kimi, cavabdeh heç bir əsası olmadan iddiaçıdan 53.000 ABŞ dolları almaqla əsassız varlanmışdır. Odur ki, ilk iddia bu hissədə əsaslı olduğundan təmin edilməlidir.
22. Tkintiyə çəkilmiş 250.000 manat xərcin ödənilməsi tələbi isə rədd olunmalıdır, ona görə ki, iddiaçı həmin tikintini özbaşına tikinti kimi Sumqayıt Şəhər Bələdiyyəsinin mülkiyyətində olan və "xxxx" QTSC-nin Bakı filialının icarəsində olan torpaq sahəsində inşa etmişdir ki, bunun nəticəsində də cavabdeh varlanmamışdır. Qanunvericiliyə əsasən cavabdeh iddiaçıdan xərclərin əvəzinin ödənilməsini yalnız işlərin aparılması prosesində sonuncunun varlandığı halda tələb edə bilər.
23. Məhkəmə qarşılıqlı iddianı rədd edərkən isə qeyd etmiş dir ki, cavabdeh torpaq sahəsini və həmin vaxt artıq sahənin üzərində olan 400 m2 tikilini 1 m2 - 0,80 manat olmaqla iddiaçıya uzunmüddətli icarəyə verdiyini və bunun müqabilində ondan əvvəldən 53.000 ABŞ dolları aldığını bildirsə də, göstərdikləri ağlabatan hesab edilmir. Belə ki, mübahisəli torpaq sahəsinin üzərində tikililərin 2008-2009-cu illərdə məhz iddiaçı tərəfindən inşa edilməsi şahid ifadələri və dügər sübutlarla öz təsdiqini tapır. Cavabdeh tikilinin özü tərəfindən inşa edilməsinə dair hər hansı bir sübut təqdim edə bilməmişdir. Eyni zamanda, hər ay 480 manat ödəmək əvəzinə bir dəfəyə böyük məbləğ hesab edilən (480 manata nisbətdə) 53.000 ABŞ dollarını cavabdehin depozit kimi qəbul etməsi və hər ay həmin məbləğdən 480 manat çıxılması da ağlabatan deyil. Bundan başqa, iddiaçıdan 53.000 ABŞ dolları alıb icarə müqaviləsi bağlamaq istəsə də, sonuncun VÖEN-i olmadığından bunu edə bilməmələri və artıq 53.000 ABŞ dollar tərəfindən israf edildiyi üçün mübahisəli sahədə olan tikilini iddiaçının istifadəsinə verərək sonuncunun həmin sahələri üçüncü şəxslərə ayda toplam olaraq 500-700 manat arası icarəyə verərək, həmin məbləğin cavabdehin iddiaçıya qaytarmalı olduğu 53000 ABŞ dollarından çıxılmasına dair cavabdehin sonradan göstərdiklərinə də məhkəmə tənqidi yanaşmışdır, ona görə ki, cavabdeh istəyindən asılı olmayaraq mübahisəli torpaq sahəsini iddiaçıya icarəyə verə biməzdi, ona görə ki, torpaq sahəsi cavabdehin nə mülkiyyətində, nə də ki, sonradan ikinci əl icarəyə vermək hüququ ilə icarəsində olmamışdır. Odur ki, cavabdehin Sumqayıt şəhəri 53-cü məhəllədə yerləşən 5 ha torpaq sahəsinin 600 m2 hissəsinə heç bir hüququ olmadığından qarşılıqlı iddia rədd edilməlidir.
24. Məhkəmə cavabdehin ilk iddia üzrə iddia müddətinin tətbiq olunması barədə ərizəsini isə araşdıraraq hesab etmişdir ki, cavabdehin istinad etdiyi Mülki Məcəllənin 373cü maddəsi hazırkı halda tətbiq edilə bilməz, belə ki, tərəflər arasında müqavilə münasibətləri mövcud deyildir. İddiaçı ilə cavabdehin hazırkı mübahisəsi Mülki Məcəllənin 384.0.4-cü maddəsi ilə tənzimlənir.
25. Məhkəmə bu hissələrdə mövqeyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 5.3, 14.2.7, 19.1, 100.1, 107.1, 180, 385.1, 386.1,439.2, 439.4, 448.1, 700.1-700.3, 706.1-706.3, 712.1.1, 1090.2, 1091.1, 1091.2, 1092.1, 1093.1, 1095-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin ( bundan sonra – MPM) 4.1, 14.2, 77.1, 217.4, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
26. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsini xahiş etmişdir.
27. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə onun tərəfindən inşa edilmiş tikilinin özbaşına tikili olmasını qeyd edir. Həmin tikili özbaşına tikinti hesab oluna bilməz. Belə ki, cavabdeh sözügedən tikilinin inşa edildiyi torpaq sahəsini özünün mülkiyyətində olan torpaq sahəsi kimi təqdim etmiş, torpaq sahəsində bu tikintinin aparılması üçün şərait yaratmışdır. Qeyd edilən tikilini dövlət və ya bələdiyyə torpağında inşa etsə idi, bunu özbaşına tikili hesab etmək olardı. Lakin müəyyən olunmuşdur ki, torpaq sahəsi bələdiyy ə mülkiyyəti olmaqla cavabdehin idarəedicisi olduğu hüquqi şəxsin icarəsində olan torpaq sahəsidir və bu tikili və onlarla diğər "özbaşına” tikililər birbaşa olaraq cavabdehin razılığı ilə inşa edilmişdir. Məhkəmə həmçinin qeyd etmişdir ki, cavabdeh bu tikintinin tikilməsi nəticəsində varlanmamışdır. Halbuki, cavabdehin razılığı ilə aparılmış tikintinin əldən çıxması nəticəsində tikintinin inşa edilməsinə çəkdiyi 129.537.799 manat vəsaiti itirmiş olur. Bununla da, faktiki olaraq cavabdehin istifadəsinə keçmiş tikilinin əldə edilməsi nəticəsində və ondan istifadə ilə cavabdeh varlanmış hesab edilir. Hər bir halda məhkəmə prosesi zamanı təqdim etdiyi maddi sübutlar, şahid ifadələri nəticəsində təsdiq olundu ki, uzun müddətdir ki, istifadə etdiyi mübahisəli qeyri-yaşayış binası onun vəsaiti h esabına inşa edilərək, uzun illərdir ki, mübahisəsiz istifadə olunub. Məhkəmə nədənsə torpağı əldə etmək üçün ödədiyi pulun qaytarılması tələbini təmin etsə də, həmin torpaq sahəsində inşa edilmiş və tikiliyə çəkilmiş xərclərin əvəzini tələb etmək hüququnun olmasını nəzərə almayıb. Açıq-aydındır ki, gələcəkdə sözügedən tikilidən istifadəsi mümkünsüz görünür, bu halda gələcəkdə cavabdehlə bu məsələ ilə bağlı mübahisənin yaranmaması məqsədilə məhkəmə həmin tikilinin əldən çıxmağını nəzərə almaqla iddia tələbini bu hissədə də təmin etməli idi. Məhkəmə prosesi zamanı belə bir hal təsdiqini tapmışdır ki, icarəçi mülkiyyətçinin razılığı olmadan torpaq sahəsini üçüncü şəxsin istifadəsinə verib. xx.xx.2022-ci il tarixdən iddiaçının istifadəsində olmuş tikilidə yerləşən sahələrin istifadəsinə görə icarədarlardan aylıq ödənişləri cavabdehin özü məcburi aldığını məhkəmədə etiraf etmişdir. Bu halda cavabdehin əsassız varlanmadığı qənaətinə gəlmək tamamilə əsassızdır. Cavabdeh hüquqi şəxsin adından deyil, bilavasitə fiziki şəxs qismində onun istifadəsində olmuş tikilidən hal-hazırda istifadə edir və ondan fayda götürür.
28. Cavabdeh də apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, ilk iddianın rədd edilməsi və iddiaçıdan 127.200 manat əsas borcun və 4492,8 manat dəbbə pulunun onun xeyrinə tutulması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
29. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçının iddia ərizəsindən və izahatından da göründüyü kimi, onun cavabdehə ödəmiş olduğu 53000 ABŞ dolları qeyd olunan 600 m2 torpaq sahəsinin alqı-s atqı-müqaviləsi üçün deyil, istifadə etmiş olduğu həmin əmlakdan icarə müddətində icarə haqqı olaraq ödənilmiş, icarə əsasında ödədiyi 41340 manat icarə haqqının müddəti 2015-ci ilin yanvar ayında bitmişdir. İddiaçının məhkəmə iclasında şahid qismində dəvət etdiyi X11 öz izahatında həmin sahənin iddiaçı tərəfindən icarəyə götürülməsini təsdiqləsə də, məhkəmə buna hüquqi qiymət verməmiş, cavabdehin göstərdiklərinə isə tənqidi yanaşaraq, düzgün mövqe sərgiləməmişdir. Məhkəmə iddia müddətinin ötürülməsi barədə ərizəni rədd etsə də, hüquq pozuntusunun nədən ibarət olduğuna dair heç bir aydınlıq gətirməmiş, əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci 2 il olduğu halda, 14 ildən sonra verilmiş iddia tələbini hüquqi əsası olmadan əsaslı hes ab etmişdir. Məhkəmə cavabdehin heç bir əsası olmadan iddiaçıdan 53.000 ABŞ dolları almaqla əsassız varlandığı qənaətinə gəlsə də, bu fakt mülki işə əlavə edilmiş sübutlar və işin faktiki halları ilə sübuta yetirilməmiş, iddiaçı məhkəmədə vermiş olduğu izahatında cavabdehə ödəmiş olduğu 53000 ABŞ dollarını həmin əmlakdan gələn icarə haqqı ilə əvəzləşdirdiyini bildirsə də, həmin məbləğ borc öhədliyi kimi yenidən cavabdehin üzərinə qoyulmuş, şifahi olaraq bağlanmış icarə müqaviləsi isə ağlabatan hesab edilməyərək tənqidi yanaşılmışdır.
30. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-728/2023 nömrəli, 08 may 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Z.Məmmədov (sədrlik edən və məruzəçi), İ.Dəmirov və F.Məmmədov) iddiaçının apel lyasiya şikayəti rədd, cavabdehin apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehdən 53000 ABŞ dolları məbləğində vəsaitin ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş manat məzənnəsi ilə iddiaçının xeyrinə tutulması hissəsində ləğv edilmiş, həmin hissədə ilk iddia rədd edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
31. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, tərəflər iddiaçı tərəfindən cavabdehə 53000 ABŞ dolları pulun verilməsini, tikilini iddiaçının istifadə etdiyini və icarəyə verdiyini, həmin icarə haqlarını iddiaçının almasını mübahisələndirmirlər. Tərəflər hazırda aşağıdakı halları mübahisələndirirlər: aralarında torpaq sahəsinin alqı-satqı müqaviləsinin, yoxsa icarə müqavil əsinin bağlanması ilə bağlı razılığa gəlinməsi; tikilinin kim tərəfindən inşa edilməsi; 53.000 ABŞ dollarının iddiaçıya qaytarılmalı olub-olmaması; qarşılıqlı iddianın əsaslı olub-olmaması. İşdən görünür ki, iddiaçı cavabdehlə torpaq sahəsinə dair alqı-satqı müqaviləsi bağlamaq barədə razılığa gəldiklərini, cavabdeh isə onun əksini - onların icarə münasibətlərində olduqlarını bildirir. Tərəflər öz aralarında 2008-ci ildə razılaşdıqdan sonra iddiaçı elə həmin ildə 53.000 ABŞ dollarını hissə-hissə ödəmişdir. İddiaçı həmin məbləğin məhz alqı-satqı müqaviləsi ilə bağlı əvvəlcədən razılaşdırılmış məbləğin bir hissəsi olduğunu iddia edir. Cavabdeh isə iddia edir ki, həmin məbləğ icarə müqaviləsi bağlanması üçün iddiaçı tərəfindən əvvəlcədən ödənilmişdir. Bunu cavabdehin nümayəndəsi məhkəmə iclas larında onunla izah etmişdir ki, şəhərin abadlaşdırılması üçün icarədarlar xərclər çəkmiş, iddiaçı da həmin məbləği əvvəlcədən ödəmişdir.
32. Məhkəmə kollegiyası cavabdehin bu dəlillərinə münasibətdə qeyd etmişdir ki, icarə müqaviləsinin əvvəlcədən həmin məbləğdə ödənilməsi inandırıcı və ağalabatan deyildir. Belə ki, iddiaçının ödədiyi məbləğ onun özünün dediyi kimi, baş tutacaq alqı-satqı müqaviləsi üçün danışılmış məbləğin əsas hissəsini təşkil etmişdir, iddiaçı tərəfindən həmin məbləğin icarə müqaviləsi üçün əvvəlcədən ödənildiyi, daha sonra depozit kimi məbləğdən hər ay 480 manatın çıxılması barədə cavabdehin dəlilləri əsassızdır. 2008-ci il ərzində cavabdeh iddiaçıdan 53.000 ABŞ dollarını heç bir əsas olmadan əldə etmiş, onun hesabına varlanmışdır.
33. Kollegiya cavabdehin əsassız var lanması ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşsa da hesab etmişdir ki, iddiaçıya tələb hüququ məlum olduğu vaxtdan iki illik müddətin keçməməsi ilə bağlı məhkəmənin gəldiyi nəticə əsaslı olmamışdır. Belə ki, məhkəmə kollegiyasının iclasında iddiaçı bildirmişdir ki, cavabdehlə razılığa gəldikdən sonra, 2-3 ay, yaxud da 2 il ərzində torpaq sahəsinə dair alqı-satqının baş tutacağını düşünmüşdür. Lakin bunu cavabdehdən tələb də etməmişdir, çünki həm özü icarədən pul qazanmış, həm də həmin sahədə uzun müddət işlədiyinə görə başa düşmüşdür ki, cavabdeh onun adına rəsmiləşməni edə bilməyəcəkdir. Mübahisə isə ödənilməli olan məbləğin qalan hissəsinin cavabdeh tərəfindən tələb olunması ilə yaranmışdır. Belə ki, iddiaçı yalnız alqı-satqı baş tutarsa, cavabdehə qalan məbləği öd əyəcəyini bildirmiş, cavabdeh isə ona alqı-satqı müqaviləsinin bağlana bilməyəcəyini bildirmişdir. Göründüyü kimi, iddiaçı bildirdiyi kimi elə həmin ildə, yaxud da 2 il ərzində alqı- satqı müqaviləsinin bağlanacağını güman etmiş, lakin bununla bağlı iddia ilə yalnız xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir.
34. Beləliklə, cavabdehin iddiaçının hesabına əsassız varlandığı təsdiq olunsa da, iddiaçının tələb etmə hüququ ilə bağlı müddət ötürüldüyündən, iddia həmin hissədə rədd edilməlidir. Hazıkı iş üzrə iddia müddətinin bərpa olunmasını (kəsilmək və dayandırılmaq kimi xüsusiyyətlər) təsdiq edən hallar iş materialları ilə təsdiq olunmur.
35. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, tərəflər arasında hər hansı müqavilə bağlanmasa da, hər iki tərəfin bu münasibətlərdə marağı olmuşdur, iddiaçı 20082022-ci illər ərzində obyektlərdən hər ay pul götürmüş, cavabdehə isə həmin məqsədlə 2008-ci ildə 53.000 dollar pul verilmişdir. Heç bir tərəf mövcud münasibətlərin müqavilə ilə rəsmiləşdirilməsində maraqlı olmamışdır. Belə ki, bununla bağlı tərəflər arasında qeyd edilən illər ərzində mübahisənin olduğu işdə olan sənədlərlə müəyyən olunmur. Cavabdehin iddiaçıya dəfələrlə müraciət edərək, onu müqavilə münasibətlərinə dəvət etməsi də heç bir mötəbər sübutla təsdiqlənmir.
36. Kollegiya tikintiyə çəkilmiş 250 000 manat xərcin Cavabdeh tələb olunması hissəsinə gəldikdə isə hesab etmişdir ki, İddiaçı həmin tikilini özbaşına tikinti kimi Sumqayıt Şəhər Bələdiyyəsinin mülkiyyətində olan və "xxxx" QTSC-nin Bakı filialının icarəsində olan torpaq sahəsində inşa etmişdir ki, bun un nəticəsində də Cavabdeh varlanmamışdır.
37. Belə ki, Sumqayıt şəhər Bələdiyyə Şurasının xx.xx.2003-cü il tarixli Qərarına əsasən Sumqayıt şəhəri, 53-cü məhəllə ərazisində 5 ha Sumqayıt şəhər Bələdiyyəsinə məxsus torpaq sahəsi "xxxx" QTSC-nin Bakı filialına 99 il müddətinə icarəyə verilmişdir. 26 noyabr 2004-cü il tarixli, 142 saylı torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilədən görünür ki, Sumqayıt şəhəri, 53-cü məhəllə ərazisində 5 ha Sumqayıt şəhər Bələdiyyəsinə məxsus torpaq sahəsi "xxxx" QTSC-nin Bakı Filialına 25 il müddətinə icarəyə verilmişdir.Mülki Məcəllənin 712.1.1-ci maddəsinə əsasən icarəyə verənin icazəsi olmadan icarəçinin hüququ yoxdur ki, torpağı üçüncü şəxslərin istifadəsinə versin, o cümlədən ikinci əldən icarəyə versin.
38. Məhkəmə kollegiyası qarşılıqlı iddi açı tərəfindən qarşılıqlı iddianın rədd edilməsi ilə bağlı apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə qeyd etmişdir ki, Cavabdeh Sumqayıt şəhəri, 53-cü məhəllədə yerləşən 5 ha torpaq sahəsinin 600 kv.m hissəsinə sərəncam hüququ olmadığından, onun cavabdeh İddiaçı icarə haqqı kimi tələb etdiyi 127200 manat əsas borc və 4492,8 manat dəbbə pulunun tutulmasına dair şikayətin dəlilləri əsassızdır və rədd edilməlidir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
39. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, ilk iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
40. Kassasiya şikayəti iddia ərizəsi və apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırı lmaqla əlavə olaraq göstərmişdir ki, iddiaçının 14 il ərzində fasiləsiz istifadə etdiyi mübahisəli torpaq sahəsinə və orada inşa etdiyi tikiliyə də qanuni gözləntisi mövcuddur. Bu müddət ərzində ümid etmişdir ki, mübahisələndirilən torpaq sahəsini və onun üzərində inşa edilmiş tikilini öz adına rəsmiləşdirəcəkdir. Hazırda qanuni gözləntiyə malik olduğu hüquq gələcəkdə onların mübahisələndirilən torpaq sahəsi və onun üzərində inşa edilmiş tikiliyə mülkiyyət hüququnu istisna etmir. Avropa Məhkəməsinin presedentləri baxımından qanuni və əsaslı gözlənti hüququ mülkiyyət hüququ kimi qiymətləndirilir. Məhkəmə isə Mülki Məcəlləsinin 158.2 və 158.4-cü maddələrinin tələblərini pozmuşdur.
41. Apellyasiya məhkəməsi hesab etmişdir ki, cavabdehin iddiaçının hesabına əsassız varlandığı təsdiq olunsa da, iddiaçının tələb etmə hüququ ilə bağlı olan müddət ötürüldüyündən iddia həmin hissədə rədd edilməlidir. Halbuki, araşdırma zamanı müəyyən edilənlərə əsasən iddiaçıya hüququ məlum olduğu vaxtdan Mülki Məcəllənin 1095-ci maddəsində nəzərdə tutulmuş iki illik müddət keçməmişdir. Belə ki, 2022-ci ilin yaz aylarında cavabdeh 80.000 ABŞ dollarından ödənilməmiş 27.000 ABŞ dolları qalıq vəsaiti tələb etmiş, bundan sonra aralarında mübahisə yaranmışdır. Cavabdeh tərəfin də mübahisənin başlanması müddəti ilə bağlı mövqeyi və fikrləri eyni olmüşdur. Göründüyü kimi mübahisə üzrə iddia müddətinin axımı 2022-ci ilin yaz aylarında başlanmışdır.
42. Budan başqa, məhkəmənin mövqeyinə görə, iddiaçı məhkəmədə vermiş olduğu izahatında cavabdehə ödəmiş olduğu 53000 ABŞ dolları məbləğində pulu həmin əmlakdan gələn icarə haqqı ilə əvəzləşdirdiyini bildirsə də, bu məbləğ borc öhdəliyi kimi yenidən cavabdehin üzərinə qoyulmuşdur, şifahi olaraq bağlanmış icarə müqaviləsi isə ağlabatan deyil. Bu mövqe tamamilə əsassızdır. İddiaçı heç vaxt məhkəmədə 53000 ABŞ dolları pulu həmin əmlakdan gələn icarə haqqı ilə əvəzləşdirdiyini bildirməmiş, həmişə gözləmişdir ki, qeyd edilən torpaq sahəsi tezliklə özəlləşdirəcək və razılaşdıqları kimi həmin torpaqdan 600 m2 hissə rəsmi alqı-satqı müqaviləsi əsasında onun adına rəsmiləşdirəcək və o, bu rəsmiləşdirmədən sonra qalan məbləği cavabdehə verəcəkdir. b)
43. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
44. Maddə 144.1. Daşınmaz əmlakın dövlət r eyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır
45. Maddə 144.2. Sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış texniki göstəricilərinə uyğun təsdiqlənir.
46. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər
47. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
48. Maddə 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
49. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığını n ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
50. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.
51. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 373.4. Tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. 52. 373.5. Bu Məcəllənin bu fəslində müəyyənləşdirilmiş qaydalar, əgər qanunla ayrı hal müəyyə nləşdirilməyibsə, xüsusi iddia müddətlərinə də şamil edilir.
53. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
54. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.
55. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
56. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
57. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
58. Maddə 1094. Əsassız varlanmış şəxsin heç bir hüquqi əsas olmadan əldə etdiyi əşyaya çəkilən xərclərin qaytarılması bu Məcəllənin 157.6-cı və 157.7-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir.
59. Maddə 1095. Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsi
60. Maddə 14.2. Məhkəmə y alnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
61. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
62. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
63. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
64. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəl lənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
65. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
66. Apellyasiya instansiyası məhkəməsinin aktından yalnız i ddiaçı tərəfindən kassasiya şikayəti verildiyindən qətnamə ilk iddia tələbinə aid hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
67. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin ilk iddianın rədd edilməsi üzrə gəldiyi nəticələri maddi və prosessual qanunvericiliyin tələblərinə zidd olduğundan əsaslı və qanuni sayıla bilməz.
68. Belə ki, apelyasiya məhkəməsi 2008-ci il ərzində cavabdeh iddiaçıdan 53 min ABŞ dollarını heç bir əsas olmadan əldə edərək onun hesabına varlandığı qənaətinə gəlsə də, iddiaçı tərəfindən əsassız varlanma obyektinin qaytarılmasını tələb etmə hüququ ilə bağlı olan 2 illik iddia müddətinin ötürüldüyü qənaətinə gəlmiş və həmin müddətin başlanğıcını müəyyən edərək göstərmişdir ki,iddiaçı cavabdehlə razılığa gəldikdən sonra, 2 -3 ay, yaxud da 2 il ərzində torpaq sahəsinə dair alqı-satqının baş tutacağını düşünmüşdür. Lakin bunu cavabdehdən tələb də etməmişdir. İddiaçı elə həmin ildə(2008ci ildə), yaxud da 2 il ərzində alqı-satqı müqaviləsinin bağlanacağını güman etmiş, lakin bununla bağlı iddia ilə yalnız 14 oktyabr 2022-ci il tarixdə məhkəməyə müraciət etməklə, iddia müddətini buraxmışdır.
69. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə iddia müddətinin başlanğıcını müəyyən edərkən səhvə yol vermişdir.
70. Belə ki, apellyasiya məhkəməsinin özünün məhkəmə qətnaməsində müəyyən etdiyi kimi, tərəflər arasında hər hansı müqavilə bağlanmasa da, hər iki tərəfin bu münasibətlərdə marağı olmuşdur, iddiaçı 2008-2022-ci illər ərzində obyektlərdən hər ay pul götürmüş, cavabdehə isə həmin məqsədlə 2008-ci ildə 53 min dollar pul verilmişdir. Heç bir tərəf mövcud münasibətlərin müqavilə ilə rəsmiləşdirilməsində maraqlı olmamışdır. Belə ki, bununla bağlı tərəflər arasında qeyd edilən illər ərzində mübahisənin olduğu işdə olan sənədlərlə müəyyən olunmur. Cavabdehin iddiaçıya dəfələrlə müraciət edərək, onu müqavilə münasibətlərinə dəvət etməsi də heç bir mötəbər sübutla təsdiqlənmir.
71. Buna görə də, Apellyasiya məhkəməsinin 2022-ci ilədək tərəflər arasında hər hansı mübahisə olmamasını müəyyən etdiyi halda, iddiaçının öz subyektiv hüququnun pozulmasını 2008 və ya 2010-cu ildən bilməli olması barədə mövqeyi ziddiyyətli olmuşdur.
72. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair xx.xx.2013-cü il tarixli Qə rarında iddia müddəti ilə bağlı müəyyən etmişdir ki, “şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir.
73. Buna görə də, məhkəmə hesab edir ki, apelyasiya məhkəməsi tərəflər arasında mübahisənin y aranması vaxtını dəqiq müəyyən etməklə, iddiaçının hüquqlarının pozulduğunu hansı vaxtdan pozulmasını düzgün müəyyən etməli və bundan sonra iddia üzrə müddətin keçib-keçməməsinə qiymət verməlidir.
74. Məhkəmə kollegiyası həmçinin iddiaçı tərəfindən aparılmış tikintilərə görə tələb edilən xərcin rədd edilməsi hissəsi üzrə apelyasiya məhkəməsinin qənaətini anlaşılan hesab etmir.
75. Belə ki, apelyasiya məhkəməsi bu hissədə iddianın rədd edilməsini onunla əsaslandırmışdır ki, İddiaçı həmin tikintini özbaşına tikinti kimi Sumqayıt Şəhər Bələdiyyəsinin mülkiyyətində olan və "xxxx" QTSC-nin Bakı filialının icarəsində olan torpaq sahəsində inşa etmişdir ki, bunun nəticəsində də Cavabdeh varlanmamışdır. Qanunvericiliyin normalarına əsasən İddiaçı Cavabdeh xərclərin əvəzinin ödənilməsini yalnız işl ərin aparılması prosesində sonuncunun varlandığı halda tələb edə bilər.
76. Apellyasiya məhkəməsinin bu mövqeyindən aydın olmur ki, məhkəmə tikintinin özbaşına tikinti olmasına görə yoxsa, bu tikintinin cavabdehin deyil, Sumqayıt Şəhər Bələdiyyəsinin mülkiyyətində olan və "xxxx" QTSC-nin Bakı filialının icarəsində olan torpaq sahəsində inşa edildiyinə görə cavabdehin varlanmadığı qənaətinə gəlmişdir.
77. Çünki işdən görünür ki, 400 kv.m sahəsi olan bu tikili özbaşına tikinti olsa da, icarə obyekti kimi fəaliyyət göstərməklə gəlir gətirir və həmin əmlaka faktiki sahiblik edən şəxsi varlandırır. Həmçinin özbaşına tikilinin altında yerləşən torpaq sahəsinin mülkiyyətçisinin və ya qanuni istifadəçisinin qanunla müəyyən edilmiş şərtlər daxilində həmin əmlaka mülkiyyət hüquqları yarana bilər. Bu halda da, varlanan şəxs özbaşına tikilinin altında yerləşən torpaq sahəsinin mülkiyyətçisi və ya qanuni istifadəçisi ola bilər. Buna görə də, apellyasiya məhkəməsi həmin tikilinin kimin faktiki sahibliyində və istifadəsində olmasını müəyyən etməli və bundan sonra həmin tələbə hüquqi qiymət verməlidir.
78. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin mübahisəli faktiki hallarını müəyyən etmədən, həmin faktiki hallara uyğun maddi hüquq normalarını düzgün tətbiq etmədən, tərəflərin apellyasiya şikayətinin və ona etirazların dəlillərini müfəssəl araşdırmadan, bu dəlillər üzrə araşdırma aparmadan gəldiyi nəticəsi ilə iddiaçının ədalətlə məhkəmə araşdırma hüququnu pozmuşdur.
79. Göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə yu xarıda qeyd edilən maddi və prosessual hüquq normalarının tələblərinə uyğun olmadığı, apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verilmədiyi üçün qanuni və əsaslı sayıla bilməz. Buna görə də, qətnamə qismən ilkin iddianın rədd edilməsi hissəsində ləğv edilməli və həmin hissədə iş yeni apellyasiya baxışına göndərilməli, kassasiya şikayəti qismən təmin edilməlidir, belə ki, iş üzrə yeni qərar çıxarılmasına əsas yoxdur.
80. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, eləcə də apellyasiya şikayətinin bütün dəlilərinə müfəssəl, araşdırılan sübutlar a isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 106.1-ci maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir.
81. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-728/2023 nömrəli, 08 may 2023-cü il tarixli qətnaməsi qismən, ilk iddianın rədd edilməsi hissəsində ləğv edilsin və iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.