Məhkəmə qərarları › İş №2(102)-3366/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-3366/2019

17.05.2019 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3366/2019 17.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əzimova Səbinə Yaşar qızının katibliyi, iddiaçının vəkili Vəkil, cavabdehin nümayəndəsi X3, vəkili X4 iştirakı ilə, İddiaçı cavabdeh X1 qarşı əlavə xərclərin azaldılmasıtələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 15 yanvar 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami rayon Məhkəməsinin 08 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim F.Mirzəyev) İddiaçı cavabdeh X1 qarşı əlavə xərclərin azaldılması tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 15 yanvar 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən X.Mərdanova, hakimlər X.Cəmilova və F.Babayev) Nizami rayon Məhkəməsinin 08 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ İddiaçı kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün f aktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 15 yanvar 2019-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və işi yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı cavabdeh X1 qarşı “əlavə xərclərin azaldılması” tələbinə dair iddia iddia verərək,qanuni qüvvəsini almış Bakı Apellyasiya Məhkəməsinin 24 oktyabr 2016 cı il tarixli qətnaməsinin 22 aprel 2013-cü il təvəllüdlü X7 qulluq göstərdiyinə görə uşaq yetkinlik yaşına çatanadək hər ay ondan 150 manat tutulması hissəsində əlavə xərcin miqdarı dəyişdirilməsi və həmin xərcin məbləğinin 50 manat müəyyən olunması, daha sonra qanuni qüvvəsini almış Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 iyun 2015-ci il tarixli. 2(006)-3248/2016 sa ylı qətnaməsinin ondan uşağın xəstəliyi ilə əlaqədar əlavə xərclərə cəlb olunması, ondan hər ay X xeyrinə 200 manat məbləğində pul tutulması barədə əlavə xərcin məbləğinin azaldılması və həmin məbləğin 100 manat müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materialları ilə müəyyən edilir ki, tərəflər 01 iyun 2012-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Tərəflərin birgə nikahından 22 aprel 2013-cü il tarixdə X8 anadan olmuşdur. Bakı şəhəri Nəs imi Rayon Məhkəməsinin 09.10.2014-cü il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuş, uşaq ananın yanında saxlanılmaqla, yetkinlik yaşına çatanadək cavabdeh İddiaçı hər ay 103 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 iyun 2015-ci il tarixli qətnaməsi ilə İddiaçı X5 yetkinlik yaşına çatanadək 108 manat sabit pul məbləğində aliment, uşaq 3 yaşına çatanadək iddiaçı Cavabdeh xeyrinə hər ay 131 manat məbləğində aliment, uşağın xəstəliyi ilə bağlı olaraq isə 200 manat əlavə xərclər tutulması qət edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 iyun 2016-cı il tarixli qətnaməsi ilə 22.04.2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanlması üçün İddiaçı hər ay 120 manat sabit pul məbləğində alimentin Ca vabdeh ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 24 oktyabr 2016-cı il tarixli qətnaməsi ilə 22.04.2013-cü il təvəllüdlü X7 qulluq göstərdiyinə görə uşaq yetkinlik yaşına çatanadək hər ay İddiaçı 150 manat pulun tutularaq Cavabdeh verilməsi qət edilmişdir. Beləliklə, hazırkı iddia tələbi əvvəllər məhkəmə tərəfindən müəyyən edilmiş uşağa qulluq göstərilməsinə və əlavə xərclərin məbləğlərinin dəyişdirilməsinə (azaldılmasına) aiddir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tə rəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Beləliklə, qanunverici prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasını və ya azaldılması) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olu nduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Hazırkı mübahisə üzrə iddiaçı müəyyən olunmuş alimentin miqdarının azaldılmasını yeni ailə qurmasına, yeni nikahından uşağının olmasına, 2-ci qrup əlil olan atası və anasının onun himayəsində olmasına və maddi vəziyyətinin pisləşməsinə əsaslanmaqla tələb edir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşaqların barəsində bərabər hüquq və vəzifələri vardır. Uşaq qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi hüquqlarının təmin etdirilməsi, hüquq və mənafelərinin mühafizəsi valid eynlərin əsas vəzifəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsinı əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin məcəllənin 81.2-ci maddəsinə əsasən, valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Qanunun mənasına görə, valideyinlər övladlarına görə əlavə xərclərin çəkilməsində könüllü iştirak etmədikdə, məhkəmə valideyinlərin əlavə xərclərin çəkilməsinə cəlb edə bilər. İş materiallarına əlavə olunmuş Bakı Apellyasiya Məhkəməsinin 24 oktyabr 2016-cı il tarixli qətnaməsindən görünür ki, “Yeni Nəsil” tibb mərkəzi tərəfindən verilmiş 19.06.2014cü il tarixli 157 saylı arayışı ilə X8 mərkəzdə müalicədə olmuşdur və ona fiziki və əqli inkişafdan geri qalma (mental motor retartasion) hipotonik vəziyyət, anadangəlmə hipotiroidizm diaqnozu qoyulmuşdur. X6 tərəfindən verilmiş 10.12.2015-ci il tarixli 380 saylı arayışı ilə X7 baş-beynin anadangəlmə qüsuru, döyənək cismin hipoplaziyası, psixo-motor inkişafın kəskin ge riliyi (mukopolisaxaridoz) diaqnozu qoyulmuşdur. Ambulator Tibbi kartasından çıxarışın surətindən görünür ki, 22.04.2013-cü il təvəllüdlü X7 anadangəlmə hipotiroidizm, sağ tərəfli kripdoxrizm diaqnozu qoyulmuşdur. “Bioloji Təbabət” klinikasının baş həkimi tərəfindən verilmiş 10.02.2015-ci il tarixli BT 1/460 saylı arayışın surətinə əsasən, 22.04.2013-cü il təvəllüdlü X7 döyənək cismin anadangəlmə anomaliyaları diaqnozu qoyulmuşdur. Bu diaqnoza əsasən 2-3 aydan bir seans olmaq şərti ilə xəstənin 18 yaşına qədər bu prosedurları almağı vacib olduğu bildirilmişdir. 1 seans 30 manat, 20 günlük kurs 600 manat, illik məsrəf 2400 manatdır. Beləliklə, uşağın müalicəsi ilə bağlı olan tibbi xidmətlər üçün xərclənən pul vəsaitinin məhz əlavə xərc kimi qiymətləndirilməsi ailə qanunvericiliyi tərəfindən nəzərdə tutulmuşdur. Qeyd olunan əlavə xərclər tərəflərin birgə nikahından olan yetkinlik yaşına çatmayanın müalicəsi üçün zəruri olduğundan apellyasiya instansiyası məhkəməsi iddia tələbini bu hissədə - tutulan əlavə xərclərin məbləğinin 50 manata endirilməsi hissəsində rədd etməkdə qanuni və əsaslı qərar qəbul etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 85.1.2-ci maddəsinə əsasən, sağlamlıq imkanları məhdud ümumi uşağa və ya 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı İ qrup əlil olan ümumi uşağa qulluq edən və maddi yardıma ehtiyacı olan keçmiş ər (arvad) nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdirlər. Göründüyü kimi, Cavabdeh İddiaçıl a birgə nikahlarından sağlamlıq imkanları məhdud olan olan yetkinlik yaşına çatmayan 22 aprel 2013-cü il təvəllüdlü X7 qulluq etdiyindən və övladına qulluq etmək üçün maddi yardıma ehtiyacı olduğundan apellyasiya instansiyası məhkəməsi əsaslı olaraq iddia tələbini həmin hissədə - uşağa qulluq edilməsi üçün anaya ödənilən pul vəsaitinin 100 manat məbləğinədək azaldımlası hissəsində rədd etmişdir. Yuxarıda göstərilənləri, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 15 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar