Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3367/2022 21.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: borcun qaytarılması, sübutetmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlundan (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlundan və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-10830/2021 nömrəli, 03 dekabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 21 iyun 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında ba xaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı və Cavabdeh arasında bağlanmış və notariat qaydada təsdiqlənmiş 29 iyun 2020-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı Cavabdeh 10000 (on min) manat məbləğində borc pul verməyi, Cavabdeh isə həmin pulu 29 avqust 2020-ci il tarixinədək ödəməyi öhdəsinə götürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 29 iyun 2020-ci il tarixli müqavilə üzrə yaranmış 10000 (on min) manat əsas borc məbləğinin, bank uçot faiz dərəcəsi kimi hesablanmış 740 (yeddi yüz qırx) manat məbləğində pulun, öhdəliyin gecikdirilməsi nəticəsində hesablanmış 500 (beş yüz) manat məbləğində pulun, dövlət rüsumuna görə ödənilmiş 31 manat məbləğində pul un, cəmi 11271 (on bir min iki yetmiş bir) manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, cavabdehlə 20 ildən artıq müddətə qonşu olmuşlar. Bu müddət ərzində çox yaxşı münasibətləri olmuş, 2020-ci ilin iyun ayında Cavabdeh ona təcili 10000 (on min) manat pulun lazım olduğunu və qısa zaman ərzində (12 aya) qaytaracağını bildirmişdir. Aralarında olan münasibəti nəzərə alaraq cavabdehə bu pulu vermək qərarına gəlmişdir. Cavabdehlə aralarında 29 iyun 2020-ci il tarixli kredit müqaviləsi imzalanmışdır. Lakin borc öhdəliyini icra etməmişdir. Müqavilə üzrə yaranmış əsas borc ödənilmədiyi üçün cavabdehin bank faizinin uçot dərəcəsi də tutularaq əld ən çıxmış fayda kimi ona ödənilməlidir. Belə ki, 31 yanvar 2020-ci il tarixindən 31 dekabr 2020-ci il tarixinə qədər uçot faiz dərəcəsi orta məbləğ olaraq 7,4 % kimi hesablanmışdır. Ona görə də, uçot faiz dərəcəsi olaraq hesablanmış 740 (yeddi yüz qırx) manat (10000 x 7,4%) məbləğində pul da cavabdehdən tutularaq ona ödənilməlidir.
4. Cavabdeh etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, iddiaçı heç vaxt onunla qonşu olmamış, iddiaçını bu pul söhbətinə qədər heç vaxt görməmişdir. O, iddiaçının anası x 1ni faizə pul verən şəxs olaraq hamı kimi tanımışdır. Nə Madlı şəxsi, nə də ki onun anasi x 1ni şəxsən tanımamış, onlarla heç bir münasibəti olmamış, hec vaxt onların evlərinə gedib-gəlməmişdir. X1 ilə təxminən eyni vaxtda ailələrində pula ciddi ehtiyac olduğu üçün o da bacı sına demişdir ki, onun faizə pul götürdüyü yerdən, yəni x 1dən faizə pul götürmək istəyir. Beləliklə, onlar x 1gilə getmiş, orada x 1 qızına zəng edib faizə 10000 manat pul istəyən adam olduğunu bildirmiş, 3 gündən sonra 29 iyun 2020-ci ildə x 1 üzünü görmədiyi qızı Milə görüşüb onunla birlikdə notariat kontoruna getmişlər. X3ona bərk-bərk tapşırmışdır ki, ona faizə pul verməyi barədə bir kəlmə belə danışmasın. Bundan sonra notariusda lazımi prosedurları keçmişlər, beləliklə Mfaizlə ona 10000 manat pul kreditə pul vermişdir. Amma bu faizlə kreditə ona pul verməni notariusda kredit müqaviləsi adı altında pərdələmiş, uydurma yalan müqavilə bağlamışdır. Qayıdandan sonra x2nin anası x 1 onun işini həll etdiyinə görə ona min manat pul verməli olduğunu bildirmiş və buna etiraz edib xeyli danışıq dan sonra x 1yə 300 manat verməklə razılaşmışlar. xx.xx.2020-ci ildə x2dən götürdüyü 10000 manat pulun 3000 (üç min) manat faizini sonra isə hətta 12 gün həmin faizi gecikdirdiyinə görə faizin faizi olaraq hər günə 90 (doxsan) manat pul hesablayıb 12 gün üçün 1080 manat pul almışdır. Sonra 2-ci ay üçün, yəni avqust ayı üçün Mverdiyi 10000 manatın 3000 manat faizini almışdır. Üstəlik yenədə avqust ayı üçün faizin ödənilməsini 13 gün gecikdirdiyinə görə ondan faizin faizi olaraq 1170 manat pul almışdır. Sentyabr və oktyabr aylarının 3000 manat faizini vaxtında ödəmişdir. Bundan sonra növbəti aylarda aylıq faizləri ödəyə bilməmişdir. Halbuki, x2nin 29 iyun 2020-ci ildə ona verdiyi 10000 manatın yerinə təkcə faizlər və faizlərin faizini ödəməklə ona 14000 manatdan yuxarı pul ödəmişdir. Bunda n sonra Mvə anası x 1 dəfələrlə gəlib onu evində söyüb təhqir edir, ona, ailəsinə hədə-qorxu gəlir, ailələrini bütün qohum-qonşunun yanında biabır edirmişlər. Qeyd edilənlərə əsasən, iddiaçının əsassız və qanunsuz, yalan, uydurma üzərində qurulmuş iddiasını rədd edərək iddiaçı ilə 29 iyun 2020-ci ildə bağladıqları kredit müqaviləsi üzrə 10000 manat pulun iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 2(007)-1350/2021 nömrəli, 30 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakim B.N.Qasımov) iddia qismən təmin edilərək, Cavabdeh 10000 manat məbləğində pulun və ödənilmiş 26,70 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi, ödənilmiş dövlət rüsumunun 3,30 manatının iddiaçıya aid edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
6. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər arasında bağlanmış 29 iyun 2020-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 29 avqust 2020-ci il tarixinədək ödəmək şərti 10000 manat məbləğində borc pul verilmişdir. Cavabdeh arasında müqavilənin şərtlərinə uyğun olaraq ödənişlərin vaxtlıvaxtında ödənilməsini öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilədə üzərinə düşən öhdəliklərə əməl etməmiş, iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçıya borcu yaranmışdır.
7. Belə ki, iddiaçının cavabdehdən əldən çıxmış fayda kimi pulun və gecikdirilmiş vaxt üçün yaranmış faiz borcunun tələb etməsi üçün onun cavabdehə pul verərkən gəlir götürmək məqsədi olmalı, lakin iddiaçının sahibka rlıq fəaliyyəti ilə məşğul olması və gəlir götümək məqsədi ilə borca pul verilməsi üçün mütləq xüsusi lisenziyasının olması, sahibkar kimi tanınması və faəliyyət göstərməsi tələb olunur ki, hazırkı halda belə bir lisenziya mövcud deyil.
8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 425.1, 427.3, 442, 448.1, 739.1-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 88, 217.3 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-10830/2021 nömrəli, 03 dekabr 2021-ci il ta rixli qətnaməsi ilə (hakimlər A.V.Tanrıverdiyev (sədrlik edən və məruzəçi), T.S.Səmədov və İ.S.Şirinov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 30 aprel 2021-ci il qətnaməsi dəyişilmədən saxlanılmışdır.
11. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, tərəflər arasında olan müqavilə üzrə öhdəlik cavabdeh tərəfindən yerinə yetirilmədiyindən, cavabdeh müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış borc məbləğini ödəməlidir.
12. Apellyasiya instansiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iş üzrə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayətləri təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
13. Məhkəmə öz mövqeyini 385.1,386.1,425.1,427.3, 442, əsaslandırmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1,448.1,739.1-ci maddələrinə istinadla Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
14. Cavabdeh (vəkil Cavabdeh) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkə məsinin qətnaməsinin ləğv edilməsini, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
15. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsində Azərbaycan Respublikası Konstitusiyasının Vİİ hissəsinin 125-ci, Mülki Məcəllənin 5.3-cü, 16.1-ci, 560.1-ci və MPM-in 106.1-ci, 385.1-ci maddələri hazırkı işə düzgün tətbiq edilməmişdir. Belə ki, iddiaçı cavabdehdən başqa digər X5 adlı şəxsə də faizlə pul verərək, həmin şəxs pulu faizi ilə birlikdə qaytarsa da, başqa məhkəmə qətnaməsi ilə ondan da əlavə pul almağa nail olmuş, məhkəmə isə həmin faktları araşdırmamışdır. Həmçinin iddia ərizəsinə qarşı etirazda göstərilmişdir ki, cavabdeh pulu faizlə almış və aldığı pulu faizlə birlikdə qaytarmışdır. Məhkəmə isə həmin halı yoxlamadan həqiqəti müəyyən etməmişdir. İddia ərizəsində göstərmişdir ki, cavabdehlə 20 il qonşu olmuş və yaxın münasibətdə olduğuna görə ona borc vermişdir. Lakin məhkəmə iddiaçının ifşa etməmişdir, halbuki iş materiallarından görünür ki, iddiaçı ilə cavabdeh qonşu olmamışlar. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
17. Maddə 5.3 Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
18. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kre ditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
19. Maddə 425.1 Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
20. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.
21. Maddə 445.2.1 Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
22. Maddə 739.1 Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşy alara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
23. Maddə 739.2 Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
24. Maddə 740.1 Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.
25. Maddə 740.2 Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
26. Maddə 9.1 Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.
27. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
29. Maddə 76.2 Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
30. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qər əzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kassasiya baxışının hədləri
32. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
33. Hazırkı kassasiya şikayətində qətnamə ta m mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
26. Belə ki, tərəflərin arasında yaranmış münasibətlər borc münasibətləridir və iddia tələbinin maddi-hüquqi əsasını Mülki Məcəllənin 739-cu maddəsi təşkil edir.
27. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müə yyən edilən hallarına görə cavabdeh iddiaçıdan 10000 manat borc almış, lakin borcu vəd etdiyi vaxtı qaytarmamışdır.
28. Apellyasiya instansiyası məhkəməsi işin bu faktik hallarına əsasən, Mülki Məcəllənin 739-cu maddəsinə uyğun olaraq cavabdehin iddiaçıya borcu qaytarmaq barədə öhdəliyinin yarandığı barədə haqlı nəticəyə gəlmişdir.
29. İddiaçının borcun müəyyən hissəsini qaytardığı barədə dəlilləri ilə bağlı qeyd olunmalıdır ki, Mülki Məcəllənin 529.1-ci maddəsinin tələbinə görə borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir.
30. Həmin Məcəllənin 433.3-cü maddəsinə əsasən öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələ b irəli sürülməməsi nəticələrinin riskini daşıyır.
31. Cavabdeh borcun qaytarıldığını təsdiq edən bu cür sübutları təqdim etməmişdir.
32. Bundan başqa, cavabdeh borcun faiz ödənilməsi şərti ilə verildiyini bildirsə də, bu barədə tərəflərin arasında bağlanmış müqavilədə hər hansı şərt müəyyən olunmamışdır. Nəzərə alınmalıdır ki, əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Başqa sözlə, görünüşdə arzu edilən hüquqi nəticəni əmələ gətirən iradə ifadəsi əqd sayılır. Əqdin təməlini şəxsin nail olmaq istədiyi məqsədə yönələn iradə ifadəsi təşkil edir. İradə ifadəsinin qarşılıqlı şəkildə mövcudluğunu tələb edən konstruksiya müqavilə adlanır. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, də yişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır (Mülki Məcəllənin 389.1-ci maddəsi). Yəni müqavilə, təkcə iradə ifadəsinin mövcudluğunda deyil, həm də qarşılıqlı bəyan edilən iradənin əks tərəflə razılaşdırılması halında yaranır. Müqavilə tərəflərin hüquq və vəzifələr müəyyən etmək, dəyişmək və ya xitam vermək barədə tərəflərin qarşılıqlı olaraq razılığa gəldikləri şərtlərin toplusudur. Yazılı müqavilə isə, həmin şərtlərin (tərəflərin arzu etdikləri nəticəyə yönəlik iradə ifadəsini əks etdirən) kağız daşıyıcısıdır. Bu baxımdan, tərəflər arasında münasibətlərin tənzimlənməsində yazılı müqavilədə əksini tapmış şərtlərə etimad prinsipi gözlənilir. Etimad prinsipi birbaşa hüquqi müəyyənlik və son nəticədə ədalətlilik prinsipindən irəli gələn hüquqi zər urətdən yaranmışdır. Hazırki işdə cavabdeh yazılı müqavilənin şərtlərinə etimadı şübhə altına almağa imkan verən əsaslı sübut təqdim etməmişdir. Nə qədər ki, tərəflərin arasında bağlanmış müqavilədə faizlə bağlı öhdəlik əksini tapmamışdır, bu halda cavabdehin faiz şərti ilə bağlı dəlili qəbul olunan deyildir.
33. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.
34. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apelly asiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-10830/2021 nömrəli, 03 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.