Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3369/2019 17.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əzimova Səbinə Yaşar qızının katibliyi, iddiaçının nümayəndəsi X1, vəkili X3, cavabdehin vəkili X iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər “xxxx” ASC-yə, Cavabdeh1, X2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı borcun alınması tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 12 dekabr 2018-ci il tarixli qətnaməsindən Cavabdeh5 tərəfindən verilmiş kassasiya ş ikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 11 may 2018-ci il tarixli qətnaməsi ilə (hakim A.Məmmədov) İddiaçı ASC-nin cavabdehlər “xxxx” ASC-nə, Cavabdeh1, X2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı borcun alınması tələbinə dair iddiası qismən təmin edilmiş, “xxxx” ASC-nin 13 sentyabr 2011-ci il tarixli 01 saylı Kredit Müqaviləsi və ona 16 noyabr 2011-ci il tarixdə edilmiş 01 saylı Əlavə üzrə «xxxx» Açıq Səhmdar Cəmiyyətinə olan 2 337 516,80 (iki milyon üç yüz otuz yeddi min beş yüz on altı manat səksən qəpik) manat əsas borc, 345 529,28 (üç yüz qırx beş min beş yüz iyirmi doqquz manat 28 qəpik) manat məbləğində faiz borcu, 2000 (iki min) manat məbləğində cərimə, 13.09.2016-cı il tarixindən 31.01.2018-ci il tarixinə icrası gecikdirilmiş v axt üçün illik beş faiz dərəcəsi ilə əsas borc məbləğinə hesablanmış 163 950,83 (yüz altmış üç min doqquz yüz əlli manat səksən üç qəpik) manat pul; ümumilikdə, cəmi 2 848 996,91 manat (iki milyon səkkiz yüz qırx səkkiz min doqquz yüz doxsan altı manat 91 qəpik) məbləğində pul, həmçinin iddia ərizəsinə görə ödənilmiş 30,0 (otuz) manat dövlət rüsumunun “xxxx” ASCdən və Cavabdeh5 müştərək qaydada tutulması, tutmanın, 1) Cavabdeh5 məxsus, 16.06.1998-ci il tarixdə Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən 757 qeydiyyat nömrəsi ilə buraxılmış, nominal dəyəri 2(iki) manat təşkil edən, 204 928 (iki yüz dörd min doqquz yüz iyirmi səkkiz) ədəd sənədsiz adlı adi səhmə (qiymətli kağız sertifikatının verilmə tarixi – 18.07.2011, nömrəsi AA № ********); 2) Cavabdeh1 məxsus, 16.06.1998-ci il tarixdə Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən 757 qeydiyyat nömrəsi ilə buraxılmış, nominal dəyəri 2 (iki) manat təşkil edən, 65 787 (altmış beş min yeddi yüz səksən yeddi) ədəd sənədsiz adlı adi səhmə (qiymətli kağız sertifikatının verilmə tarixi - 02.06.2011, nömrəsi AA № ********); 3) X2 məxsus, 16.06.1998-ci il tarixdə Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən 757 qeydiyyat nömrəsi ilə buraxılmış, nominal dəyəri 2(iki) manat 62 612 (altmış iki min altı yüz on iki) ədəd sənədsiz adlı adi səhmə (qiymətli kağız sertifikatının verilmə tarixi 09.08.2011, nömrəsi AA № ********); 4) Cavabdeh3 məxsus, 16.06.1998-ci il tarixdə Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən 757 qeydiyyat nömrəsi ilə buraxılmış, nominal dəyəri 2 (iki) manat təşkil edən 40 000 (qı rx min) ədəd sənədsiz adlı adi səhmə (qiymətli kağız sertifakatının verilmə tarixi-02.06.2011, nömrəsi AA 00002076 saylı); 5) Cavabdeh4 məxsus, 16.06.1998-ci il tarixdə Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən 757 qeydiyyat nömrəsi ilə buraxılmış, nominal dəyəri 2 (iki) manat təşkil edən, 19360 (on doqquz min üç yüz altmış) ədəd sənədsiz adlı adi səhmə (qiymətli kağız sertifikatının verilmə tarixi-18.07.2011, nömrəsi AA 00002090 saylı) və zamin Cavabdeh5 yönəldilməsi, girov predmeti olan qiymətli kağızların Bakı fond birjasında satışa çıxarılması, “xxxx” ASC-nin 13 sentyabr 2011-ci il tarixli 01 saylı Kredit Müqaviləsi və ona 16 noyabr 2011-ci il tarixdə edilmiş 01 saylı Əlavə üzrə “xxxx” Açıq Səhmdar Cəmiyyətinə olan borcu girov predmetinin satışdan əldə edilmiş pul vəsaitinin və zamin Cavabdeh5 hesabına ödənilməsi, girov predmetlərinin satışından artıq qalan məbləğin mülkiyyətçilərə qaytarılması, girov predmetinin satışından əldə edilmiş məbləğ borcun ödənilməsinə kifayət etmədikdə, ümumi qaydada “xxxx” ASC-dən və Cavabdeh5 tutulması qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 12 dekabr 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən A.İmanov, hakimlər A.Hüseynov və V.Sadıqov) Yasamal rayon Məhkəməsinin 11 may 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ Cavabdeh5 kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxar arkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 12 dekabr 2018-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı ASC cavabdehlər “xxxx” ASC-yə, Cavabdeh1, X2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı "borcun alınmasına dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” ASC-nin 13 sentyabr 2011-ci il tarixli 01 saylı Kredit Müqaviləsi və ona 16 noyabr 2011-ci il tarixdə edilmiş 01 saylı Əlavə üzrə «xxxx» Açıq Səhmdar Cəmiyyətinə olan 2 337 516,80 (iki milyon üç yüz otuz yeddi min beş yüz on altı manat səksən qəpik) manatəsas borc, 757 213, 29 (yeddi yüz əlli yeddi min iki yüz on üç manat iyirmi doqquz qəpik) manatməbləğində faiz borcunun; həmçinin iddia ərizəsinə görə ödənilmiş 30,0 (otuz) manatdövlət rüsumunun tutulması; Tutmanın, Cavabdeh5 məxsus, 16.06.1998-ci il tarixdə Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən 757 qeydiyyat nömrəsi ilə buraxılmış, nominal dəyəri 2(iki) manat təşkil edən, 204 928 (iki yüz dörd min doqquz yüz iyirmi səkkiz) ədəd sənədsiz adlı adi səhmə (qiymətli kağız sertifikatının verilmə tarixi - 18.07.2011, nömrəsi AA Nq ********), Cavabdeh1 məxsus, 16.06.1998-ci il tarixdə Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən 757 qeydiyyat nömrəsi ilə buraxılmış, nominal qəyəri 2(iki) manat təşkil edən, 65 787 (altmış beş min yeddi yüz səksən yeddi) ədəd sənədsiz adlı adi səhmə (qiymətli ka ğız sertifikatının verilmə tarixi - 02.06.2011, nömrəsi AA № ********), Cavabdeh2 məxsus, 16.06.1998-ci il tarixdə Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən 757 qeydiyyat nömrəsi ilə buraxılmış, nominal dəyəri 2(iki) manat təşkil edən, 62 612 (altmış iki min altı yüz on iki) ədəd sənədsiz adlı adi səhmə (qiymətli kağız sertifikatının verilmə tarixi - 09.08.2011, nömrəsi AA N° ********), Cavabdeh3 məxsus, 16.06.1998-ci il tarixdə Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən 757 qeydiyyat nömrəsi ilə buraxılmış nominal dəyəri 2 manat təşkil edən, 40 000 ədəd sənədsiz adlı adi səhmə (qiymətli kağız sertifikatının verilmə tarixi - 02.06.2011, nömrəsi AA № ********), Cavabdeh4 məxsus, 16.06.1998-ci il tarixdə Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən 757 qeydiyya t nömrəsi ilə buraxılmış, nominal dəyəri 2(iki) manat təşkil edən, 19360 (on doqquz min üç yüz altmış) ədəd sənədsiz adlı adi səhmə (qiymətli kağız sertifikatının verilmə tarixi - 18.07.2011, nömrəsi AA № ********) və zamin Cavabdeh5 yönəldilməsi, girov predmeti olan qiymətli kağızların Bakı fond birjasında satışa çıxarılması, “xxxx” ASCnin 13 sentyabr 2011-ci il tarixli 01 saylı Kredit Müqaviləsi və ona 16 noyabr 2011-ci il tarixdə edilmiş 01 saylı Əlavə üzrə «xxxx» Açıq Səhmdar Cəmiyyətinə olan borcunun satışdan əldə edilmiş pul vəsaitinin və zamin Cavabdeh5 hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Proses gedişatında iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, “xxxx” ASC-nin 13 sentyabr 2011-ci il tarixli 01 saylı K redit Müqaviləsi və ona 16 noyabr 2011-ci il tarixdə edilmiş 01 saylı Əlavə üzrə «xxxx» Açıq Səhmdar Cəmiyyətinə olan 2 337 516,80 (iki milyon üç yüz otuz yeddi min beş yüz on altı manat səksən qəpik) manat əsas borc, 493 559,00 (dörd yüz doxsan üç min beş yüz əili doqquz) manat məbləğində faiz borcunun, 512 293.77 (beş yüz on iki min iki yü\ doxsan üç manat yetmiş yeddi qəpik) manat məbləğində cərimənin, 13.09.2016-cı il tarixindən 31.01.2018-ci il tarixinə icrası gecikdirilmiş vaxt üçün illik beş faiz dərəcəsi ilə əsas borc məbləğinə hesablanmış 163 950,83 (yüz altmış üç min doqquz yüz əlli manat səksən üç qəpik) manat pulun; həmçinin iddia ərizəsinə görə ödənilmiş 30,0 (otuz) manat dövlət rüsumunun tutulması; tutmanın Cavabdeh5 məxsus, 16.06.1998-ci il tarixdə Azərbaycan Respublikası Ma liyyə Nazirliyi tərəfindən 757 qeydiyyat nömrəsi ilə buraxılmış, nominal dəyəri 2(iki) manat təşkil edən, 204 928 (iki yüz dörd min doqquz yüz iyirmi səkkiz) ədəd sənədsiz adlı adi səhmə qiymətli kağız sertifikatının verilmə tarixi – (18.07.2011, nömrəsi AA № ********); Cavabdeh1 məxsus, 16.06.1998-ci il tarixdə Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən 757 qeydiyyat nömrəsi ilə buraxılmış, nominal dəyəri iki manat təşkil edən, 65 787 (altmış beş min yeddi yüz səksən yeddi) ədəd sənədsiz adlı adi səhmə (qiymətli kağız sertifikatının verilmə tarixi - 02.06.2011, nömrəsi AA № ********); X2 məxsus, 16.06.1998-ci il tarixdə Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən 757 qeydiyyat nömrəsi ilə buraxılmış, nominal dəyəri 2(iki) manat 62 612 (altmış iki min altı yüz on iki) əd əd sənədsiz adlı adi səhmə (qiymətli kağız sertifikatının verilmə tarixi - 09.08.2011, nömrəsi AA № ********); Cavabdeh3 məxsus, 16.06.1998-ci il tarixdə Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən 757 qeydiyyat nömrəsi ilə buraxılmış, nominal dəyəri iki manat təşkil edən 40 000 ədəd sənədsiz adlı adi səhmə sertifikatının verilmə tarixi (qiymətli kağız sertifakatının verilmə tarixi-02.06.2011, nömrəsi AA 00002076 saylı); Cavabdeh4 məxsus, 16.06.1998-ci il tarixdə Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən 757 qeydiyyat nömrəsi ilə buraxılmış, nominal dəyəri 2 (iki) manat təşkil edən, 19360 ədəd sənədsiz adlı adi səhmə (qiymətli kağız sertifikatının verilmə tarixi18.07.2011, nömrəsi AA 00002090 saylı) və zamin Cavabdeh5 yönəldilməsi; girov predmeti olan qiymətli kağızları n Bakı fond birjasında satışa çıxarılması, “xxxx” ASC-nin 13 sentyabr 2011-ci il tarixli 01 saylı Kredit Müqaviləsi və ona 16 noyabr 2011-ci il tarixdə edilmiş 01 saylı Əlavə üzrə “xxxx” Açıq Səhmdar Cəmiyyətinə olan borcunun satışdan əldə edilmiş pul vəsaitinin və zamin Cavabdeh5 hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materialları ilə müəyyən edilir ki, «xxxx» Açıq Səhmdar Cəmiyyəti və “xxxx” Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 1 3 sentyabr 2011-ci il tarixli 01 saylı Kredit Müqaviləsinə əsasən “xxxx” Açıq Səhmdar Cəmiyyətinə dövriyyə vəsaiti olaraq 5 (beş) il müddətinə nağd və ya qeyri-nağd şəkildə istifadə olunmaqla, 750 000,0 (yeddi yüz əlli min) manat məbləğində kredit xətti açılmışdır. 13 sentyabr 2011-ci il tarixli 01 saylı Kredit Müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə: 1) 13 sentyabr 2011-ci il tarixli, 01 saylı Girov Müqaviləsinə əsasən, Cavabdeh5 məxsus, 16.06.1998-ci il tarixdə Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən 757 qeydiyyat nömrəsi ilə buraxılmış, nominal dəyəri 2(iki) manat təşkil edən, 204 928 (iki yüz dörd min doqquz yüz iyirmi səkkiz) ədəd sənədsiz adlı adi səhm (qiymətli kağız sertifikatının verilmə tarixi - 18.07.2011, nömrəsi AA № ********); 2) 13 sentyabr 2011-ci il tarixdə bağlanmış 02 saylı Girov Müqaviləsinə əsasən, Cavabdeh1 məxsus, 16.06.1998-ci il tarixdə Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən 757 qeydiyyat nömrəsi ilə buraxılmış, nominal dəyəri 2(iki) manat təşkil edən, 65 787 (altmış beş min yeddi yüz səksən yeddi) ədəd sənədsiz adlı adi səhm (qiymətli kağız sertifikatının verilmə tarixi - 02.06.2011, nömrəsi AA № ********); 3) 13 sentyabr 2011-ci il tarixdə bağlanmış 03 saylı Girov Müqaviləsinə əsasən, Cavabdeh2 məxsus, 16.06.1998-ci il tarixdə Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən 757 qeydiyyat nömrəsi ilə buraxılmış, nominal dəyəri 2(iki) manat təşkil edən, 62 612 (altmış iki min altı yüz on iki) ədəd sənədsiz adlı adi səhm (qiymətli kağız sertifikatının verilmə tarixi - 09.08.2011, nömrəsi AA Nq *** *****); 4) 13 sentyabr 2011-ci il tarixdə bağlanmış 04 saylı Girov Müqaviləsinə əsasən, Cavabdeh3 məxsus, 16.06.1998-ci il tarixdə Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən 757 qeydiyyat nömrəsi ilə buraxılmış, nominal dəyəri 2(iki) manat təşkil edən, 40 000 (qırx min) ədəd sənədsiz adlı adi səhm (qiymətli kağız sertifikatının verilmə tarixi - 02.06.2011, nömrəsi AA N° ********); 5) 13 sentyabr 2011-ci il tarixdə bağlanmış 05 saylı Girov Müqaviləsinə əsasən, Cavabdeh4 məxsus, 16.06.1998-ci il tarixdə Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən 757 qeydiyyat nömrəsi ilə buraxılmış, nominal dəyəri 2(iki) manat təşkil edən, 19360 (on doqquz min üç yüz altmış) ədəd sənədsiz adlı adi səhm (qiymətli kağız sertifikatının verilmə tarixi - 18.07.2011, nömrəsi AA № ********) bank qarşısında girov qoyulmuşdur. «xxxx» Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh5 arasında bağlanmış 13 sentyabr 2011-ci il tarixli, 01 saylı Zaminlik müqaviləsinə əsasən “xxxx” ASC-nin bank qarşısında öz öhdəlikləri tam yerinə yetirilənədək zamin, “xxxx” ASC ilə birlikdə Bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetiri lməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin müəyyən olunmuş hallarına əsasə n “xxxx” Açıq Səhmdar Cəmiyyəti kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq hər ayın müvafiq tarixində razılaşdırılmış pul vəsaitini banka ödəməli olduğu halda öhdəliklərini lazımi qaydada icra etməmişdir. Bu baxımdan mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.2-ci maddəsinə əsasən girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. 276.1-ci maddəsinə əsasə n ipoteka predmeti olan əşyalar, habelə mülki dövriyyədən çıxarılmış əşyalar və kreditorun şəxsiyyəti ilə qırılmaz bağlı olan tələblər, o cümlədən alimentlər, həyata və ya sağlamlığa vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında tələblər və digər şəxsə güzəşt olunması qanunla qadağan edilmiş sair hüquqlar istisna olmaqla, istənilən əşyalar və tələblər girov predmeti ola bilər. 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Zaminlərə qarşı tələbin hüquqi əsasları ilə bağlı qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şə xsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsində göstərilmişdir ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Yuxarıda göstərilən zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmadığına görə zaminlər borclu ilə kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 472.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Yuxarıda göstərilənləri, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavab deh5 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 12 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3369/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-3369/2019
17.05.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver