Məhkəmə qərarları › İş №2(102)-3369/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3369/2020

29.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3369/2020 29.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, Dəmirov İlqar Kamal oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X3, İddiaçı İKB ASC-nin vəkili X2, Cavabdeh2, vəkili X5 və Cavabdeh4 iştirakları ilə açıq məhkəmə iclasında, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(105)142/2020 saylı qətnaməsindən Cavabdeh2 kasasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Abşeron rayon məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(012)-135/2018 saylı qətnaməsi ilə (sədrlik edən, hakim S.M.Quliyeva) İ ddiaçı İKB ASC Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” barədə iddiası qismən təmin edilərək, borclu Cavabdeh1 ödəniş günü milli manata məzənnədə xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə əsas borca görə 42.945,45 ABŞ dolları, hesablanmış faiz borcuna görə 34.573 ABŞ dolları, cəriməyə görə 60 ABŞ dolları olmaqla, cəmi 77.578,45 ABŞ dolları kredit borcunun tutulub iddiaçı təşkmlata ödənilməsi, tutmanın xx xxxxxx 2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh3 mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən, 3 otaqlı, ümumi sahəsi 117,8 kv.metr olan 9 saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin evin ilkin satış qiymətinin 88.000 manat müəyyən edilməklə açıq hərracdan satılması, satışdan əldə edilə n vəsait hesabına kredit borcunun ödənilməsi, satışdan əldə edilən vəsait qətnamənin icrası üçün kifayət etmədikdə qalan borcun ümumi qaydada icra edilməsi, habelə Cavabdeh1la iddiaçı təşkilat arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi və qalan hissədə iddianın rədd olunması qət edilib. Cavabdeh1 qətnamədən apelyasiya şikayəti verib. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(105)142/2020 saylı qətnaməsi ilə (hakimlər G.F.Tağızadə sədrlik edən, məruzəçi, T.O.Quliyev və M.Ə.Razyev) apelyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsinə Cavabdeh1 münasibətdə dəyişiklik edilib və ondan ödəniş günü milli manata məzənnədə xx xxxxxx 2014-cü il tarixli kr edit müqaviləsi üzrə əsas borca görə 42.945,45 ABŞ dolları, hesablanmış faiz borcuna görə 34.556,70 ABŞ dolları, cəriməyə görə 60 ABŞ dolları olmaqla, cəmi 77.562,15 ABŞ dolları kredit borcunun tutulub iddiaçı təşkilata ödənilməsi, tutmanın xx xxxxxx 2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka qoyulmuş Cavabdeh3 mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən, 3 otaqlı, ümumi sahəsi 117,8 kv.metr olan 9 saylı fərdi yaşayış evinə yönəldilməsi, ilkin satış qiyməti 88.000 manat müəyyən edilməklə həmin evin açıq hərracdan satılması, əldə olunan vəsait hesabına kredit borcunun ödənilməsi, satışdan əldə olunan vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissəsinin ümumi qaydada icra edilməsi, habelə Cavabdeh1la iddiaçı təşkilat arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi və qalan hissədə iddianın rədd olunması qət edilib. Cavabdeh1 qətnamədən kasasiya şikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı təşkilat məhkəmədə cavabdehlərə qarşı iddia qaldıraraq, Cavabdeh1la iddiaçı təşkilat arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə xx xxxxxxx 2017-ci il tarixə ödənilməmiş əsas borca görə 42.945,45 ABŞ dolları, hesablanmış faiz borcuna görə 34.573,23 ABŞ dolları, dəbbə puluna görə 1.412,57 ABŞ dolları olmaqla, cəmi 78.931,25 ABŞ dolları kredit borcunun tutulub iddiaçı təşkilata ödənilməsi, tutmanın kreditin təminatı kimi ipoteka qoyulmuş Cavabdeh3 məxsus olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən, 3 otaqlı, ümumi sahəsi 117,8 kv.metr olan 9 saylı fərdi yaşayış e vinə yönəldilməsi, həmin evin açıq hərracdan satılması, cavabdehlər Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 həmin evindən çıxarılaraq boşaldılması və iddiaçı təşkilata təhvil verilməsi, satışdan əldə edilən vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissəsinin ümumi qaydada icra edilməsi, habelə Cavabdeh1la iddiaçı təşkilat arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kasasiya şikayəti onunla əsaslandırılıb ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib və iş üzrə düzgün olmay an qətnamə qəbul edib. Kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş olunub. Kasasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında Cavabdeh1 və vəkili Fərid Sadıqov kasasiya şikayətində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar verdilər. İddiaçı İKB ASC vəkili Natiq Məmmədov məhkəmə iclasında kasasiya şikayətinin dəlilləri ilə razılaşmayıb izahatında kasasiya şikayətinin təmin edilmədən, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh4 məhkəmə iclasında iştirak etsə də vəkillə birgə təmsil olunmadığı üçün ka sasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə əsasən onu məhkəmə iclasında dinləmədi. Cavabdehlər Cavabdeh5 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kasasiya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, kasasiya şikayətinin dəlillərini müzakirə edib, apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kasasi ya şikayəti qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, borclu Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməyib, onun iddiaçı təşkilata yuxarıda göstərilən məbləğdə ödənilməmiş kredit borcu yaranıb və nəticədə o, kredit müqaviləsini əhəmiyyətli dərəcədə pozduğundan iddiaçı təşkilatın tələbinə əsasən müqavilənin ləğv edilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi üçün əsasların əmələ gəlməsinə istinad edib. Apelyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 442, 445.2.1, 448.1ci maddə lərinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kasasiya instansiyası məhkəməsi hesab edir ki, apelyasiya instansiyası məhkəməsi ipoteka predmetinin ilkin satış qiymətinə aid hissədə istisna olmaqla, mübahisəni mahiyyəti üzrə düzgün həll edib, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Belə ki, işdən görünür ki, xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsinə əsasən, iddiaçı təşkilat tərəfindən Cavabdeh1 60 ay müddətinə, illik 26 faiz ödəmək şərti ilə 44.600 ABŞ dolları kredit verilib. Həmin kredit müqaviləsinin təminatı kimi xx xxxxxx 2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən, ilkin satış qiyməti 88.000 manat müəyyən edilməklə digər Cavabdeh3 mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində ye rləşən, 3 otaqlı, ümumi sahəsi 117.8 kv.metr olan 09 saylı fərdi yaşayış evi iddiaçı təşkilatın xeyrinə ipoteka qoyulub və ipoteka hüququ daşınmaz əmlakın dövlət reyestrində sonuncunun adına qeydə alınıb. İddiaçı təşkilatın maliyyə arayışına görə, borclu Cavabdeh1 xx xxxxxxxx 2018-ci il tarixə iddiaçı təşkilata olan əsas borcu 42.945,45 ABŞ dolları, faiz borcu 34.573 ABŞ dolları, cərimə borcu 1.412,57 ABŞ dolları olmaqla, cəmi 78.931,25 ABŞ dolları kredit borcu təşkil edir. Eyni zamanda, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli rəyi ilə müəyyən olunur ki, xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə borclu Cavabdeh1 xx xxxxxxxx 2018-ci il tarixə kredit borcu 77.897,03 ABŞ dolları, o cümlədər əsas borcu 43.340,34 ABŞ do lları, faiz borcu 34.556,70 ABŞ dolları təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər b u Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 421.2-ci maddəsində göstərilir ki, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Həmin Məcəllənin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəlləsinin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etm ədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində gəldiyi nəticə ilə razılaşıb, bu hissədə kasasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, borclu Cavabdeh1 sözügedən kredit müqaviləsi üzrə öhdəliyini icra etməməsi, yəni onu pozması, lazımınca icra etməməsi və nəticədə onun kredit müqaviləsini əhəmiyyətli dərəcədə pozması, habelə onun iddiaçı təşkilata yuxarıda göstərilən məbləğdə ödənilməmiş əsas, faiz, cərimə borcunun olması mülki iş materialları, o cümlədən işə əlavə edilmiş sübutlarla, ekspertin rəyi ilə tam təsdiq edildiyindən, apelyasiya instansiyası məhkəməsi tərəfindən birinci insiansiya məhkəməsinin qətnaməsinə qeyd olunan hissədə düzgün olaraq dəyişiklik edilib və sadalanan maddi hüquq normalarının tələbləri hazırki mülki mübahisəyə düzgün tətbiq edilib. Lakin, kasasiya instansiyası məhkəməsi ipoteka predmetinin ilkin satış qiymətinə aid hissədə apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, əvvəla, işdən görünür ki, borclu Cavabdeh1la ipoteka qoyan Cavabdeh3 bir ailənin üzvləridirlər və onlar, o cümlədən digər cavabdehlər dami qeydiyyatda olmaqla ipoteka qoyulmuş Abşeron rayonu, Saray qəsəbəsi, A.Müzəffərov küçəsi, mülkiyyətdə olan 0,12 ha torpaq sahəsində yerləşən, 3 otaqlı, ümumi sahəsi 117,8 kv.metr olan 09 saylı evdə yaşayırlar. Eyni zamanda, işdən görünür ki, iddiaçı təşkilatla borclu Cavabdeh1 və Cavabdeh3 arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli ipoteka müqaviləsində ipoteka ilə yüklü edilmiş əmlak 88.000 manat məbləğində qiymətləndirmişdir. Apelyasiya və kasasiya şikayətlərinin dəlillərindən görünür ki, borclu Cavabdeh1 həm birinci, həm də apelyasiya instansiyası məhkəmələrinin qətnamələrini bütövlükdə, yəni sözügedən kredit müqaviləsi üzrə əsas, faiz, cərimə borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, habelə ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində mübahisələndirmişdir. Göründüyü kimi, borclu Cavabdeh1 kasasiya şikayətində ipoteka predmetinə xx xxxxxx 2014-cü il tarixdə qoyulmuş qiymətlə razı deyil. Həmçinin, həmin qiymətin müəyyən edilməsindən artıq altı ildən artıq müddət keçib, eyni zamanda ipoteka predmetinin ilkin satış qiyməti müəyyən edilərkən ipoteka predmeti olan evin mülkiyyətdə olan 0,12 ha torpaq sahəsində yerləşməsi nəzərə alınmamışdır. Bu baxımdan kasasiya instansiyası məhkəməsi kasasiya şikayətinin dəlilləri ilə qismən razılaşıb hesab edir ki, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi üçün ilk növbədə “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəaları təhlil edilməklə, hazırki mübahisəli məsələyə aydınlıq gətirilməlidir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən, ilkin satış qiyməti- qanunun tələbinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. İlk öncə, likvid dəyərlə bağlı qeyd edilməlidir ki, “likvidlik” özü iqtisadi term in olaraq biznesdə, yaxud investisiya proseslərində aktivlərin bazarda əhəmiyyətli qiymət fərqi olmadan və dəyər itkisi yaratmadan tez reallaşdırıla (satıla) bilməsi qabiliyyətidir. Likvid dəyər bazar dəyərinin müəyyənləşdirilməsi üçün adekvat marketinqin keçirilməsi üçün vaxtın məhdudluğu şəraitində mülkiyyətin satılmasından real əldə oluna biləcək pulun məbləğidir. İqtisadiyyatda likvid dəyər və bazar dəyərinin arasında olan fərqin dəyəri konkret müəyyən olunmasa da, bu təqribən 20-30 faiz təşkil edə bilər. Nəzərə alınmalıdır ki, kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması barədə tələblər üzrə işlərə baxılarkən qanunvericiliyin yuxarıda qeyd edilən məqsədlərinə nail olmaq üçün ipoteka predmetini təşkil edə n əmlakların qiymətləndirməsi zamanı yalnız likvid qiyməti deyil, həmçinin likvid qiymətin ağlabatanlığının dəyərləndirməsi baxımından əhəmiyyətli olan real bazar qiyməti də müəyyənləşdirilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsinə əsasən, ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Göründüyü kimi, qanunvericilikdə ipoteka predmetinin ilkin satış qiymətinin iki qaydada müəyyənləşdirilməsi nəzərdə tutulmuşdur. Birincisi tərəflərin razılaşması; ikincisi qiymətləndiricinin rəyi əsasında. Ümumiyyətlə, ipoteka müqaviləsi mahiyyətinə görə ipoteka qoyanla ipoteka saxlayanın qarşılıqlı razılaşması olsa da, sözüge dən Qanunun 39.3.3-cü maddəsində nəzərdə tutulan “razılaşma” dedikdə ipoteka predmetinə tutma yönəldilməsi proseduru başlandıqdan sonra əldə edilmiş razılaşma nəzərdə tutulur. İpoteka müqaviləsi bağlanarkən hələ daşınmaz əmlaka tutmanın yönəldilib-yönəldilməyəcəyi bəlli olmadığı üçün, tərəflər ipoteka predmetinin ilkin satış qiymətini deyil, ipoteka predmetinin qiymətini müəyyənləşdirib razılaşırlar. “Qiymət” anlayışı ilə, “ilkin satış qiyməti” anlayışlarını eyniləşdirmək olmaz, ilkin satış qiyməti tutmanın reallaşdırılmasına xidmət etdiyinə görə tutmanın yönəldilməsi proseduru başlandıqdan sonra (Qanunun 36.1-ci maddəsinə uyğun olaraq ipoteka saxlayanın ipoteka qoyana bildiriş göndərməsindən sonra) müəyyənləşdirilən qiymətdir. Eyni zamanda nəzərə alınmalıdır ki, ipoteka müqaviləsi bağla ndıqdan sonra ötən müddət ərzində daşınmaz əmlakın dəyərinin dəyişməsi mümkündür və bu səbəbdən də daşınmaz əmlakın ipoteka müqaviləsində göstərilən qiymət bir müddətdən sonra real olmaya bilər, yəni azala və ya ipoteka predmetində aparılmış yaxşılaşdırmaların hesabına arta bilər. Odur ki, ipoteka müqaviləsində göstərilən qiymət ipoteka predmetinin real bazar qiyməti sayıla bilməz. Bu baxımdan kasasiya instansiyası məhkəməsi hesab edir ki, işə yenidən apelyasiya qaydasında baxılarkən, ilk növbədə bu sahədə ixtisaslaşmış ekspertlərə və ya müstəqil qiymətləndiriciyə həvalə etməklə ipoteka predmetinin, yəni sözügedən fərdi yaşayış evi ilə yanaşı, onun yerləşdiyi 0,12 ha torpaq sahəsinin hazırki vaxta olan real bazar (likvid) qiymətlərinin müəyyən edilməsi üçün iş üzrə müvafiq ekspertiza təyin edilməli və ya müstəqil qiymətləndirici dəvət etməklə əsaslandırılmış rəy alınmalı və yalnız bundan sonra iddia tələbinin bu hissəsinə yuxarıda sadalanan maddi hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.3-cü maddəsində göstərilir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kasasiya instansiyası məhkəməsi işin yuxarıda göstə rilən faktiki hallarını və sadalanan maddi, prosessual hüquq normalarının tələblərini nəzərə alıb, kasasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, kasasiya şikayəti qismən təmin edilməli, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən- ipoteka predmetinin ilkin satış qiymətinin 88.000 manat məbləğində müəyyən edilməsi hissəsində ləğv edilməli, mülki iş həmin hissədə yenidən baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə qaytarılmalı və mübahisələndirilən qalan hissədə qətnamə kasasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kasasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: Cavabdeh2 kasasiya şikayəti qismən təmin edilsin, iş üzr ə Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(105)-142/2020 saylı qətnaməsi qismən- ipoteka predmetinin, yəni Abşeron rayonu, Saray qəsəbəsi, A.Müzəffərov küçəsi, mülkiyyətdə olan 0,12 ha torpaq sahəsində yerləşən, 3 otaqlı, ümumi sahəsi 117,8 kv.metr olan 09 saylı fərdi yaşayış evinin ilkin satış qiymətinin 88.000 manat məbləğində müəyyən edilməsi hissəsində ləğv edilsin, mülki iş həmin hissədə yenidən baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə qaytarılsın və mübahisələndirilən qalan hissədə qətnamə kasasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar