Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3369/2023 20.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: borc) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (məruzəçi), Şamayev Elşad Yaquboviç və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «borcun tutulması» tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-262/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazı lı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 24 aprel 2015-ci il tarixli kredit sazişinə 24 ay müddətinə illik 28% ödəmək şərti ilə 7500 ABŞ dolları məbləğində kredit verilmiş, həmin sazişlə İddiaçı ASC ilə Cavabdeh2 arasında zaminlik sazişi də bağlanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Açıq Səhmdar Cəmiyyəti məhkəməyə ərizə ilə müraciət edərək Cavabdeh1 və Cavabdeh2 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 5702.55 ABŞ dolları əsas və 2254.17 ABŞ dolları faiz borcunun, cəmi 7956.72 ABŞ dolları və ödənilmiş 20 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir.
3. Bərdə Rayon Məhkəməsinin 2(021)-1610/2017 saylı, 08 fevral 2017-ci il tarixli məhkəmə əmri ilə Cavabdeh1 və Cavabdeh2 5702.55 ABŞ dolları əsas və 2254.17 ABŞ dolları faiz borcunun, cəmi 7956.72 ABŞ dolları və ödənilmiş 20 manat ödənilmiş dövlət rüsumunun İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması qərara alınmışdır.
4. Bərdə Rayon Məhkəməsinin 25 avqust 2021-ci il tarixli, 2(021)-1610/2017 nömrəli qərardadı ilə Cavabdeh2 xx.xx.2021-ci il tarixli məhkəmə əmrinə qarşı etiraz ərizəsinə əsasən, Bərdə Rayon Məhkəməsinin 2(021)-1610/2017 saylı, 08 fevral 2017-ci il tarixli məhkəmə əmri ləğv edilərək, iş iddia icraatında keçirilmişdir.
5. İddia tələbini işin hallarına uyğun əsasladırmaqla qeyd etmişdir ki, cavabdehlər öz üzərinə götürdükləri kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehlərin banka borcu qalmışd ır.
6. Məhkəmə icraatı zamanı keçirilmiş mühasibatlıq ekspertizasının Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 11 yanvar 2022-ci il tarixli, rəyinə əsasən, 24 aprel 2015-ci il tarixli MK/97227/50 saylı kredit sazişi üzrə Cavabdeh1 24 yanvar 2017-ci il tarixinə İddiaçı ASC-nə olan borcu əsas borc üzrə 5694.97 ABŞ dolları, faiz borcu üzrə 1860.36 ABŞ dolları olmaqla, cəmi 7555.33 ABŞ dolları təşkil edir.
7. İş üzrə keçirilmiş məhkəmə xəttşünaslıq ekspertizasının 04 may 2022-ci il tarixli ekspert rəyində göstərilmişdir ki, ekspertizaya təqdim edilmiş mülki işin 8-9-cu vərəqələrində olan 24 aprel 2015-ci il tarixli MK/97227/50 nömrəli Kredit sazişinin “6.Tərəflər və rekvizitləri” bölməsində “Zamin” qrafasındakı imza Cavabdeh2 tərəfindən icra olunmuşdur.
8. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddianı qəbul etməyərək təmin edilməməsini xahiş etmişdir.
9. Bərdə Rayon Məhkəməsinin 2(021)-4/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakim: Elsun Əhmədov) iddia tələbi qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 Cavabdeh2 müştərək qaydada 5694.97 ABŞ dolları əsas borc 1860.36 ABŞ dolları faiz borcu olmaqla cəmi 7555.33 ABŞ dolları (yeddi min beş yüz əlli beş ABŞ dolları otuz üç sent) kredit borcu və ödənilmiş 20 manat dövlət rüsumu tutulаrаq İddiaçı ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir.
10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 443.1, 448.1, 449.1, 449.4, 739.2 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışd ır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Cavabdeh2 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Cavabdeh apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Birinci instansiya məhkəməsi tərəfindən məhkəmə mühasibatlıq ekspertizası təyin olunmamışdır. İddiaçı tərəfindən tələb olunan məbləğlər şişirdilmişdir. Hesab etmişdir ki, tələb olunan borc məbləğinin dəqiq müəyyən edilməsi üçün iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası, həmçinin yenidən məhkəmə-xəttşünaslıq ekspertizası keçirilməlidir.
13. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-262/2023 nömrəli iş üzrə 17 yanvar 2023-ci il tarixli qətnaməsi ilə (hakimlər – İslam Həsənov (sədrlik edən və məruzəçi), Loğman Süleymanov və Afiq Hüseynzadə) Cavabdeh2 apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
14. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, kreditor İddiaçı ASC-nin borcalan Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, MK/97227/50 saylı kredit sazişinə əsasən k reditor tərəfindən borcalana illik 28 faizlə 24 ay müddətinə 7500 ABŞ dolları kredit verilmişdir. Borcun təminatı olaraq Cavabdeh1 ilə xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmış, bununla da zamin borcalan ilə birlikdə bank qarşısında eyni həcmdə məsuliyyət daşımağı üzərlərinə götürmüşlər. Lakin, borcalan kredit müqaviləsinin şərtlərinə əməl etməmiş və onun kreditora əsas borc üzrə 5694.97 ABŞ dolları, faiz borcu üzrə 1860.36 ABŞ dolları olmaqla, cəmi 7555.33 ABŞ dolları borcu yaranmışdır.
15. İddia ərizəsinə əlavə edilmiş sənədlərə istinad edilən zaman müəyyən edilir ki, kreditor, borcalan və zamin arasında olan xx.xx.2015-ci il tarixli kredit və zaminlik müqavilələri Mülki Məcəllənin 390-cı maddəsinin tələbləri baxımından könüllü şəkildə iradələrinə uyğun olaraq bağlamışlar və müqavilənin etibarsızlığı baxımından hər hansı hüquqi durum mövcud deyildir. Müqavilə nəticəsində iddiaçı kreditor, cavabdehlər isə borclu statusu əldə etmişdir. Həmin müqavilə onlar arasında yaranmış borc münasibətlərinin təməlini qoymuşdur.
16. Sadalanan hallar və hüquq normaları borcalandan kreditin ödənilməsi tələbinin əsaslı olduğunu təsdiq edir. Belə ki, borcalan Cavabdeh1 kreditor qarşısında üzərinə düşən öhdəliyi lazımi qaydada icra etməmiş, onun banka xx.xx.2017-ci il tarixə əsas məbləğ üzrə 5.694,97 ABŞ dolları, faiz borcu üzrə 1.860,36 ABŞ dolları borcu yaranmışdır. Qeyd olunan borc məbləği iş üzrə keçirilmiş ekspert rəyi ilə öz təsdiqini tapır.
17. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 103-cü maddəsinə əsasən həmin rəyi qiymətləndirərək mötəbər sübut kimi qəbul e dir. Belə ki, MPM-nin 76.2ci maddəsinə əsasən ekspert rəyi sübut növlərindən biri kimi müəyyən olunmuşdur.
18. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə tərəfindən bu Məcəllənin 88-ci maddəsində müəyyən olunmuş qaydalar üzrə qiymətləndirilir.
19. Məhkəmə kollegiyası rəyi tədqiq edib, işdə olan digər sənədlərlə müqayisəli şəkildə təhlil edərək hesab etmişdir ki, rəy əsaslı olmuşdur. Çünki, ekspert hesablama apararkən təqdim olunmuş mühasibatlıq sənədlərini və tərəflər arasında bağlanmış müqavilənin şərtlərini əsas tutmuş, rəydə ekspertin gəldiyi nəticə əsaslandırılmışdır. Qeyd olunanlara görə birinci instansiya məhkəməsi haqlı olaraq ekspert rəyini sübut kimi qəbul etmiş və borc məbləğini rəydə göstərilən həddə müəyyən etmişdir.
20. Apellyator apellyasiya şikayətind ə göstərməsə də, onun nümayəndəsi məhkəmə kollegiyasının iclasında iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyi ilə razı olmadığını bildirmiş və təkrar ekspertiza keçirilməsi barədə şifahi vəsatət vermişdir.
21. Məhkəmə kollegiyası hesab etmişdir ki, həmin vəsatət təmin edilməməlidir.
22. Belə ki, Azərbaycan Respublikası MPM-nin 102-ci maddəsində əlavə və ya təkrar ekspertiza keçirilməsinin əsasları müəyyən olunmuşdur. Orada deyilir ki, ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda məhkəmə əlavə ekspertiza təyin edə bilər (MPMnin 102.1-ci maddəsi). Məhkəmə əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda isə, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər (MPM-nin 102.2-ci maddəsi).
23. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, baxılan işdə ekspertin rəyi kifayət qədər aydın və tamdır. Rəyin əsassız olması barədə nəticəyə gəlmək üçün heç bir əsas yoxdur. Cavabdeh tərəf rəy verilərkən nəzərə alınmamış hər hansı ödəniş barədə və ya rəyin başqa əsaslarla düzgün olmaması nəticəsinə gəlməyə əsas verən heç bir sübut təqdim etməmişdir. Təkrar ekspertiza keçirilməsi barədə vəsatət formal və əsassızdır.
24. Apellyatorun mülki iş üzrə yenidən məhkəmə-xəttşünaslıq ekspertizasının keçirilməsi ilə bağlı kollegiya qeyd etmişdir ki, göstərilən dəlill də əsassızdır. Çünki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə-xəttşünaslıq ekspertizası keçirilmiş, apellyatorun imza və sərbəst xətt nümunələri götürülmüşdür. Belə ki, Ədl iyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 04 may 2022-ci il tarixli, 4/572 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş mülki işin 8-9-cu vərəqələrində olan 24 aprel 2015-ci il tarixli MK/97227/50 nömrəli Kredit sazişinin “6.Tərəflər və rekvizitləri” bölməsində “Zamin” qrafasındakı imza Cavabdeh2 tərəfindən icra olunmuşdur.
25. Məhkəmə kollegiyası rəyi tədqiq edib, işdə olan digər sənədlərlə müqayisəli şəkildə təhlil edərək hesab edir ki, rəy əsaslıdır. Ekspert hesablama apararkən təqdim olunmuş apellyatorun imza və sərbəst xətt nümunələrini əsas tutmuş, rəydə ekspertin gəldiyi nəticə əsaslandırılmışdır.
26. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6, 14.2.1, 385, 386.1, 390.1 425.1, 442, 448.1, 449, 470, 472.1, 472.2, 739 və 742.1-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.2, 102.1, 102.2 və 103.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
27. Cavabdeh2 (Vəkil Əli oğlu) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yeni məhkəmə baxışına qaytarılmasını xahiş etmişdir.
28. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi Mülki Məcəllənin 425.1, 442, 448.1 və 449-cu maddələrinə istinad etsə də, iddiaçinin tələb etdiyi pulun məblğinin cox olmasını nəzəzrə almamışdır. Bununla da məhkəmə kollegiyası həmin maddi hüquq normalarının tələblərini pozmuşdur.
29. Məhkəmə işdə olan siibutlara, o ciimlədə n ekspert rəyinə düzgün qiymət verməmişdir. Rəy alındaqdan sonra tərəflərindən vəsatətə verilərək təkrar ekspertiza keçirilməsini xahiş etsələr də, məhkəmə onların vəsatətini təmin etməmişdir. Hesab edir ki, həmin rəy düzgün deyil belə ki, rəy tanış olarkən görünür ki, rəydə olan rəqəmlər iddiaçı tərəfindən təqdim edilən maliyyə arayışı ilə üst-üstə düşür. Eksper trəfindən onların tərəfindən edilən ödənişlər nəzərə alınmamış və buna görə də həm əsas borcda həmdə faiz borcunda göstərilən rəqəmlər həqiqətə uyğun deyil. Bu baxımdan da MPMnin 102-ci maddəsinə uyğun olaraq təkrar ekspertiza keçirilməsini xahiş etmişlər.Bu baxımdan da hesab edirlər ki, məhkəmə tərəfindən göstərilən prossesual hüquq normalarının tələbləri pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
30. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi
31. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
32. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
33. Maddə 442.1. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xid mətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
34. Maddə 443.1. Öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
35. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
36. Maddə 449.1. Özgəsinin pul vəsaitini saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir.
37. Maddə 449.4. Özgə vəsai tindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur.
38. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
39. Maddə 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
40. Mad də 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Mülki Prosessual Məcəllə
41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
42. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməli dir.
44. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
45. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
46. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
47. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
48. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxı r və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
49. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
50. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
51. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin ap ellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
52. Hazırkı kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsi Cavabdeh2 tərəfindən borc məbləöinə dair hissədə mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
53. Məhkəmə kollegiyası hesab edir ki, yoxlanılan hissədə apellyasiya instansiyası məhkəməsi tərəfi ndən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
54. Belə ki, məhkəmələr tutulmalı borc məbləğini Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 11 yanvar 2022-ci il tarixli, 9/9046 nömrəli ekspert rəyinə də istinad etməklə 24 aprel 2015-ci il tarixli MK/97227/50 saylı kredit sazişi üzrə 24 yanvar 2017-ci il tarixinə olan vəziyyət üzrə İddiaçı ASC-yə ödəniulməli olan borc məbləğini əsas borc üzrə 5694.97 ABŞ dolları, fa iz borcu üzrə 1860.36 ABŞ dolları olmaqla, cəmi 7555.33 ABŞ dolları təşkil etməsini müəyyən etmişlər.
55. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, borcalan Cavabdeh1 kreditor qarşısında üzərinə düşən öhdəliyi lazımi qaydada icra etməmiş, onun banka xx.xx.2017-ci il tarixə əsas məbləğ üzrə 5.694,97 ABŞ dolları, faiz borcu üzrə 1.860,36 ABŞ dolları borcu yaranmışdır. Qeyd olunan borc məbləği iş üzrə keçirilmiş ekspert rəyi ilə öz təsdiqini tapır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 103-cü maddəsinə əsasən həmin rəyi qiymətləndirərək mötəbər sübut kimi qəbul etmişdir. Məhkəmə kollegiyası rəyi tədqiq edib, işdə olan digər sənədlərlə müqayisəli şəkildə təhlil edərək hesab etmişdir ki, rəy əsaslı olmuşdur. Çünki, ekspert hesablama apararkən təqdim olunmuş mühasibatlıq sənədlərini və tərəflər arasında bağlanmış müqavilənin şərtlərini əsas tutmuş, rəydə ekspertin gəldiyi nəticə əsaslandırılmışdır. Qeyd olunanlara görə birinci instansiya məhkəməsi haqlı olaraq ekspert rəyini sübut kimi qəbul etmiş və borc məbləğini rəydə göstərilən həddə müəyyən etmişdir.Apellyator apellyasiya şikayətində göstərməsə də, onun nümayəndəsi məhkəmə kollegiyasının iclasında iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyi ilə razı olmadığını bildirmiş və təkrar ekspertiza keçirilməsi barədə şifahi vəsatət vermişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, həmin vəsatət təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 102-ci maddəsində əlavə və ya təkrar ekspertiza keçirilməsinin əsasları müəyyən olunmuşdur. Orada deyilir ki, ekspertin rəyi kifayət qəd ər aydın və ya tam olmadıqda məhkəmə əlavə ekspertiza təyin edə bilər (MPM-nin 102.1-ci maddəsi). Məhkəmə əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda isə, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər (MPM-nin 102.2-ci maddəsi).
56. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, baxılan işdə ekspertin rəyi kifayət qədər aydın və tamdır. Rəyin əsassız olması barədə nəticəyə gəlmək üçün heç bir əsas yoxdur. Cavabdeh tərəf rəy verilərkən nəzərə alınmamış hər hansı ödəniş barədə və ya rəyin başqa əsaslarla düzgün olmaması nəticəsinə gəlməyə əsas verən heç bir sübut təqdim etməmişdir. Təkrar ekspertiza keçirilməsi barədə vəsatət formal və əsassızdır.
57. Məhk əmə kollegiyası bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə iddiaçının kassasiya şikayətində göstərdiyi hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
58. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları yoxlanılan hissədə düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edil məsi üçün əsas təşkil etmir.
59. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
60. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 yanvar 2023-cü il tarixli 2(104)-262/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.