Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3372/2020 29.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, Dəmirov İlqar Kamal oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X3, Cavabdeh1 və vəkili X2 iştirakları ilə açıq məhkəmə iclasında, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(105)295/2020 saylı qətnaməsindən iddiaçı “xxxx” (Azərbaycan) ASC və Cavabdeh1 ayrı-ayrılıqda verdikləri kasasiya şikayətləri üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli, 2(102)-877/2016 saylı qətnaməsi ilə (sədrlik edən, h akim Ş.H.Nəcəfova) iddiaçı “xxxx” (Azərbaycan) ASC Cavabdeh1 və digərlərinə qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” barədə iddiası təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada ödəniş günü milli manata məzənnədə xx xxxxxx 2012-ci il tarixli “Avtomobil krediti müqaviləsi” üzrə xx xxxxxx 2016-cı il tarixə yaranmış əsas borca görə 10.871,42 ABŞ dolları, hesablanmış faizə görə 2.662,65 ABŞ dolları, cəriməyə görə 57,80 ABŞ dolları olmaqla, cəmi 13.591,87 ABŞ dollarının tutulub iddiaçı təşkilata ödənilməsi, tutumanın borclu Cavabdeh1 mülkiyyətində olan “Hyunday Santafe” minik markalı, ** DR *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracdan satılması, avtomobilin satışından əldə edilən pul vəsaiti hesabına kredit borcunun ödənilməsi, satışdan əldə edilən pul vəsaitinin artıq qalan hissəsinin borclu Cavabdeh1 verilməsi qət edilib. Borclu Cavabdeh1 qətnamədən apelyasiya şikayəti verib. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(105)295/2020 saylı qətnaməsi ilə (hakimlər G.F.Tağızadə sədrlik edən, məruzəçi, L.M.Məmmədova və A.Ə.Abbasov) apelyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Abşeron Rayon Məhkəməsinin xx xxxx 2016-cı i il tarixli qətnaməsinə borclu Cavabdeh1 münasibətdə dəyişiklik edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada ödəniş günü milli manata məzənnədə xx xxxxxx 2012-ci il tarixli “Avtomobil krediti müqaviləsi” üzrə xx xxxxxx 2016-cı il tarixə yaranmış əsas borca görə 9.749,81 ABŞ dolları, hesablanmış faiz borcuna görə 1.546,96 ABŞ dolları, cəriməyə görə 57,80 ABŞ dolları olmaqla, cəmi 11.296,77 ABŞ dollarının tutulub iddiaçı təşkilata ödənilməsi, tutmanın borclu Cavabdeh1 mülkiyyətində olan “Hyunday Santafe” markalı, ** DR *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracdan satılması, avtomobilin satışından əldə edilən pul vəsaiti hesabına kredit borcunun ödənilməsi, satışdan əldə edilən pul vəsaitinin artıq qalan hissəsinin borclu Cavabdeh1 verilməsi qət edilib. İddiaçı “xxxx” (Azərbaycan) ASC və Cavabdeh1 ayrı-ayrılıqda qətnamədən kasasiya şikayəti vermişlər. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı təşkilat məhkəmədə cavabdehlərə qarşı iddia qaldıraraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada ödəniş günü milli manata məzənnədə xx xxxxxx 2012-ci il tarixli “Avtomobil krediti müqaviləsi” üzrə xx xxxxxx 2016-cı il tarixə yaranmış əsas borca görə 10.871,42 ABŞ dolları, hesablanmış faiz borcuna görə 2.662,65 ABŞ dolları, cəriməyə görə 57,80 ABŞ dolları olmaqla, cəmi 13.591,87 ABŞ dolları kredit borcunun tutulub iddiaçı təşkilata ödənilməsi, tutmanın borclu Cavabdeh1 mülkiyyətində olan “Hyunday Santafe” markalı, ** DR *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracdan satılaraq əldə edilən vəsait hesabına kredit borcunun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ Cavabdeh1 kasasiya şikayətini onunla əsaslandırıb ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüqu q normalarının tələblərini pozaraq, işin həqiqi halları üzrə səhv nəticəyə gəlib və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Cavabdeh1 kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın baxılmamış saxlanılması barədə yeni qərar qəbul edilməsi xahiş olunub. İddiaçı “xxxx” (Azərbaycan) ASC kasasiya şikayətini onunla əsaslandırıb ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə düzgün olmyan qətnamə qəbul edib. İddiaçı “xxxx” (Azərbaycan) ASC kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən- cavabdehlərdən müştərək qaydada əsas və faiz borcunun tutulması hissəsində ləğv edilib, mülki işin həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş olunub. Kasasiya şikayətlərinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında Cavabdeh1 və vəkili Vamiq Şükürov öz kasasiya şikayətlərində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar verdilər. İddiaçı ASC, vəkili Əsgər Kərimov və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kasasiya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, kasasiya şikayətinin dəlillərini müzakirə edib, apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kasasiya şikayətləri təmin edilmədən, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinə cavabdehlərə münasibətdə dəyişiklik edərkən, sözügedən kredit müqaviləsi üzrə əsas və faiz borclarının düzgün hesablanmamasına istinad edib və hüquqi mövqeyini Mülki Məcəllənin 442, 448.1, 449.4-cü maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməyib və işdə, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kasasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Belə ki, işin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, xx xxxxxx 2012-ci il tarixli “Avtomobil krediti müqaviləsi”nə əsasən, iddiaçı təşkilat tərəfindən bor clu Cavabdeh1 “Hyunday Santafe” markalı avtomobilin satın alınması üçün 36 ay müddətinə, illik 16 faiz ödənilməsi şərti ilə 33.673 ABŞ dolları kredit verilib. Həmin kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi xx xxxxxx 2012-ci il tarixli ipoteka müqaviləsinə əsasən borclu Cavabdeh1 mülkiyyətində olan “Hyunday Santafe” markalı, ** DR *** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı təşkilatın xeyrinə ipoteka qoyulub. İpoteka müqaviləsində ipoteka predmetinin ilkin satış qiyməti 39.616 ABŞ dolları məbləğində müəyyən edilib. Eyni zamanda xx xxxxxx 2012-ci il tarixdə sözügedən kredit müqaviləsi üzrə öhdəliyin təminatı kimi digər Cavabdeh2la zaminlik müqaviləsi bağlanıb və o, borclu Cavabdeh1 tərəfindən pul öhdəliyi icra edilmədikdə və ya lazımınca icra edilmədikdə həmin öhdəliyin tam icra edilməsini öz öhdəsinə götürüb. Bundan başqa, iddiaçı təşkilat tərəfindən tərtib edilmiş xx xxxxxx 2012-ci il tarixli ödəniş cədvəlinə əsasən, iddiaçı təşkilat tərəfindən borclu Cavabdeh1 sözügedən avtomobili satın alması üçün 36 ay müddətinə, illik 16 faiz ödənilməsi şərti ilə 33.673 ABŞ dolları kredit verilib. Borcalan Cavabdeh1 isə xx xxxxxx 2013-cü il tarixdən başlayaraq hər ayın 21-dən gec olmayaraq ayda 1.188,95 manat ödəniş etməsinə dair öz imzası ilə razılığını bildirib. Hazırda iddiaçı təşkilat iddia edir ki, sözügedən kredit müqaviləsi üzrə cavabdehlərin iddiaçı təşkilata xx xxxxxx 2016-cı il tarixə ödənilməmiş 10.871,42 ABŞ dolları əsas, 2.662,65 ABŞ dolları faiz, 57,80 ABŞ dolları cərimə olmaqla, cəmi 13.591,87 ABŞ dolları kredit borcu vardır. Azərbaycan Respublikası Ədliyyə Na zirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli ekspert rəyinə əsasən, xx xxxxxx 2012-ci il tarixli kredit müqaviləsinin şərtlərinə uyğun olaraq borclu Cavabdeh1 xx xxxxxx 2015-ci il tarixə iddiaçı təşkilata olan əsas və faiz borcu cəmi 11.296,77 ABŞ dolları təşkil edir, onun da 9.749,81 ABŞ dolları əsas, 1.546,96 ABŞ dolları faiz borcuna aiddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinin tələbinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu z ərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri ücün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir.Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank faizinin uçot dərəcəsi ilə müəyənləşdirili r. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın cıxarıldığı gün üçün bank faizinin ucot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən, özgə vəsaitindən istifadə ücün faizlər, əgər müqavilədə faizlərin hesablanması ücün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 462.3-cü maddəsinə görə, müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu mümkün zərərdən çox ola bilər. Kasasiya instansiyası məhkəməsi kasasiya şikayətlərinin dəlillərini müzakirə edib, apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etməsini yoxlayıb, hesab edir ki, tərəflər arasında kredit, ipoteka, zaminlik müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətlərinin yaranması, kredit müqaviləsi üzrə borclu Cavabdeh1 iddiaçı təşkilata yuxarıda göstərilən məbləğdə ödənilməmiş əsas, faiz borcunun olması, işin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi halları və işə əlavə edilmiş sübutlarla tam təsdiq edildiyindən, apelyasiya instansiyası məhkəməsi tərəfindən haqlı olaraq birinci instansiya məhkəməsinin qətnaməsinə əsas və faiz borcunun tutulması hissəsində dəyişiklik edilib və sadalanan maddi hüquq normalarının tələbləri hazırkı mülki mübahisəyə düzgün tətbiq edilib. Kasatorlar kasasiya şikayətlərində apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmasını, işin həqiqi halları üzrə səhv nəticəyə gəlməsini və sair göstərsələr də, apelyasiya instansiyası məhkəməsinin hansı maddi və prosessual hüquq normalarının tələblərini pozmasını, işin hansı həqiqi halları üzrə səhv nəticəyə gəlməsini kasasiya şikayətlərində əsaslandırmamışlar, eyni zamanda tələb və etirazlarının əsası kimi istinad etdikləri halları təsdiq etmək üçün məhkəməyə heç bir mötəbər yazılı sübut təqdim etməmişlər. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddi anın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilmişdir. Kasasiya instansiyası məhkəməsi kasasiya şikayətlərinin dəlillərini müzakirə edib hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara sadalanan maddi və prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verib və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırıb. Ona görə də kasasiya instansiyası məhkəməsi kasatorların kasasiya şikayətlərində apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdikləri dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, kasasiya şikayətlərinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apelyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kasasiya şikayətləri isə təmin edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tə ləblərini rəhbər tutaraq kasasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: İddiaçı “xxxx” (Azərbaycan) ASC və Cavabdeh1 ayrı-ayrılıqda verdikləri kasasiya şikayətləri təmin edilməsin. İş üzrə Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(105)-295/2020 saylı qətnaməsi kasasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3372/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3372/2020
29.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver