Məhkəmə qərarları › İş №2(102)-3373/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-3373/2019

13.05.2019 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3373/2019 13.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Əkbərli Əkbər Eldar oğlunun katibliyi, Cavabdeh, vəkili Vəkil iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 05 dekabr 2018-cı il tarixli qətnaməsindən Cavabdeh və vəkili Vəkil kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi rayon məhkməsinin 20 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, uşaqların saxlanılması üçün Cavabdeh hər uşağa görə hər ay 154 manat alimentin, habelə X1 sağalanadək hər ay 50 manat müalicə xərcinin tutularaq İddiaçı verilməsi, iddianın qalan hissədə isə rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 05 dekabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər Z.Əliyev- sədrlik edən və məruzəçi, F.Talışinski və R.Eyvazov, İş № 2(103)-12527/2018) Cavabdeh apellyasiya şikayəti təmin edilməyərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001 )-7557/2018 saylı iş üzrə 20 sentyabr 2018-ci il tarixli qətnaməsi (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılması, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun cavabdehə aid edilməsi qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı, Cavabdeh qarşı iddia qaldıraraq, uşaqları X1 və X2 saxlanılması üçün tutulan alimentin məbləğ inin artırılmaqla, hər uşağa görə 154 manat müəyyən edilməsi, habelə X1 müalicəsi üçün əlavə xərc kimi hər ay 100 manat məbləğində pulun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh və vəkili Vəkil kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, məhkəmə onun maddi vəziyyətini nəzərə almamış, maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin 05 dekabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apellyasiya insttansiyası məhkəməsinə göndərilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasında Cavabdeh və vəkili Vəkil kassasiya şikayə tinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini Bakı Apellyasiya Məhkəməsinin 05 dekabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apellyasiya insttansiyası məhkəməsinə göndərilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə digər tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, digər tərəf üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən digər tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 05 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən, kassasiya şikayətləri təmin edilmə dən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanıl-masa da, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual normaların düzgün tətbiq edilib-edilməməsi yoxlanılarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdiril miş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətlən-dirilməməlidir. Apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Binəqədi rayon Məhkəməsinin 30 aprel 2013-cü il tarixli qətnaməsi ilə, tərəflərin birgə nikahından doğulmuş uşaqları X1 və X2 saxlanılması üçün hər uşağa görə ayda 93 manat alimentin Cavabdeh tutulması qət edilmişdir. İddiaçının uşağı X1sağ gözünün zəifləməsi, ensefalopatiya qıcolma sindromu, maddələr mübadiləsinin pozulması diaqnozu ilə dispanser qeydiyyatındadır. Uşağın gözünə görə cərrahi əməliyyat aparılmalı və qıcolmaya görə uşaq uzunmüddətli müalicə qəbul etməlidir. Eyni zamanda Cavabdeh, eşitmə azlığı xəstəliyindən əaziyyət çəkir. Qeyd edilənlər işdə olan Binəqədi rayon Məhkəməsinin 30 aprel 2013-cü il tarixli qətn aməsi və Bakı şəhəri 5 saylı uşaq poliklinikasının 19.09.2018-ci il tarixli arayışı, "xxxxx" MMC-nin 17.09.2018-ci il tarixli saf səs audiometriyası və işdə olan digər sənədlərlə təsdiqlənir. Uşaqların saxlanılması üçün cavabdehdən tutulan aliment miqdarı hər uşaq üçün 93 manatdır. Lakin uşaqların yaşayış minimumu sonrakı illər ərzində artırılmış və “Azərbaycan Respublikasında 2018-ci il üçün yaşayış minimumu haqqında” Qanunla uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumu 154 manat məbləğində müəyyən edilmişdir. Belə olan halda, uşaqların saxlanılması üçün cavabdehdən tutulan alimentin miqdarının həmin həddə artırılması tələbi əsaslıdır. Apellyasiya məhkəməsi işin müəyyən edilmiş halları əsasında belə nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016- cı il tarixli, 8-2/2016 saylı qərarına əsasən, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Hazırkı işdə tərəflərin övladı X1 sağ gözünün zəifləməsi, ensefalopatiya qıcolma sindromu, maddələr mübadiləsinin pozulması kimi xəstəliklərdən əziyyət çəkməsi və uşağın gözünə görə cərrahi əməliyyatın, eləcə də qıcolmaya görə uzunmüddətli müalicə qəbul etməsinin zəruri olması həmin uşaq üçün əlavə və mütəmadi xərclərin yaranmasım təsdiq edir. Belə olan halda, iddiaçının tələb etdiyi 1 00 manat əlavə xərcin yarısı olan 50 manatın cavabdehdən tutulması əsaslıdır. Cavabdeh apellyasiya şikayətində göstərdiyi dəlillər əsassızdır belə ki, əvvəla, rayon məhkəməsi həmin xüsusatlara umumi şəkildə də olsa qiymət verərək, onları əsassız hesab etmişdir (qətnamənin 3-cü səhifəsi, 5-ci abzası). Kollegiya, birinci instansiya məhkəməsinin həmin mövqeyi ilə razılaşaraq onu da əlavə edir ki, eşitmə azlığı xəstəliyinə görə Cavabdeh məhdud əmək qabiliyyətli və ya tam əmək qabiliyyətsiz olmasını təsdiqləyən sübut məhkəməyə təqdim olunmamışdır. Cavabdehin əmək haqqının aşağı olması alimenz məbləğinin artırılmaması üçün əsas ola bilməz. Çünki, işləməyən valideynlərin belə aliment öhdəliyi tanındığı halda, Cavabdeh bu öhdəlikdən azad edilməsi üçün əsas yoxdur. Hətta aliment ödəyən əmək qabiliy yətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Beləliklə birinci instansiya məhkəməsi is üzrə düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Bu səbəbdən qətnamə qanuni və əsaslıdır, şikayətin dəlilləri onun ləğvi üçün əsas təşkil etmir. Apellyasiya məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiqi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir. Ailə Məcəlləsinin 112.1 -ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşs a, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edilə bilər. Ailə Məcəlləsinin 81.1 -ci maddəsinə görə, alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə v ə həmin nəticəyə tətbiq etdiyi maddi və prosessual hüquq normaları düzgün olmuşdur. Kassasiya şikayətinin dəlilləri ilə əlaqədar olaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, kassator, ata kimi uşagın ehtiyaclarını minimum həddə ödənilməsini təmin etmə kimi vəzifəsini yerinə yetirmək üçün uşağının rifah halının yüksəldilməsi istiqamətində səylərini əsirgəməməli, atalıq borcunu yerinə yetirməsi üçün maksimum imkanlarını belə səfərbəy etməlidir. Belə ki, “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunverici lik orqanları tərəfindən görülsün. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-cı bəndinə əsasən valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanunun 19-cu maddəsində göstərilir ki, uşağı n qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. 16 iyun 1989-cu ildə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” BMT Konvensiyasının 3-cü maddəsində də, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi vurğulanmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda istinad olunan maddi hüquq normalarının tələbləri baxımından iş üzrə müvafiq nəticəyə gəlmiş apellyasiya instansiyası məhkəməsinin qənaəti əsaslıdır, eyni zamanda qanunvericiliyin mənasına görə valideynlərin uşaqları barəsində bərabər hüquq və vəzifələri olsa da, uşaq qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi hüquqlarının təmin etdirilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlər in əsas vəzifəsidir. Beləliklə, kassasiya şikayətində göstərilən dəlillərə ümumilkdə hüquqi qiymət verərək kollegiya hesab edir ki, həmin dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilir və bu dəlillərlə işin faktiki halları mübahisələndirilməklə işin hallarının sübut olunmamasına və məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına istinad edildiyindən həmin dəlillər əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikasının MPM-nin 407.2-ci maddəsinəəsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi işdə olan sübutlarla tərəflərin irəli sürdüyü dəlillərə lazımi hüquqi qiymət verərək iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, qəbul etdiyi qətnaməsi qanuni və əsaslı olmaqla, maddi və prosessual hüquq normaları duzgün tətbiq edilmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın həmin iş üzrə 05 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar