Məhkəmə qərarları › İş №2(102)-3375/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3375/2020

01.09.2020 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3375/2020 01.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Günel İnqilab qızının katibliyi, Cavabdeh və vəkili Vəkil1, müstəqil tələb irəli sürən üçüncü şəxs və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Bakı şəhəri Binəqədi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin Cavabdeh qarşı “sökülmüş hissələrin bərpa edilməsi” tələbinə dair ilk, müstəqil tələb irəli sürən üçüncü şəxs cavabdehlər X5 Komitəsinə, Cavabdeh, Binəqədi Rayon İcra Hakimiyyətinə və 3-cü şəxs Binəqədi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə qarşı “çıxarışın etibarsız hesab edilməsi, binanın qəzalı vəziyyətdən çıxarılaraq ilkin layihəyə qaytarılması, qanunsuz tikilinin sökülməsi, restoranın və restoranın borusunun ləğv edilməsi” barədə iddia tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh və müstəqil tələb irəli sürən üçüncü şəxs tərəfindən verilmiş kasasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim F.Hətəmzadə) xx.xx.2019 tarixli qətnaməsi ilə ilkin iddia tələbi tam, müstəqil tələblər irəli sürən üçüncü şəxsin iddia tələbi qismən təmin edilmiş, Cavabdeh məxsus Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçı vani küçəsi 39A saylı binanın zirzəmisinin 90,2 kv.m hissəsində 0,6x0,6 m ölçüdə olan 6 ədəd və 1,0x0,6 m ölçüdə olan 1 ədəd nəfəslik, 1,0x2,0 m və 2,4x0,8 m ölçüdə qapı boşluqları Cavabdeh hesabına bərpa-gücləndirmə işləri yerinə yetirilməklə, binanın zirzəmisinin ilkin birtipli layihəsinə uyğun bərpa edilməsi, müstəqil tələblər irəli sürən üçüncü şəxsin iddiasının qalan hissədə təmin edilməməsi, Cavabdeh 10 (on) manat dövlət rüsumunun alınaraq iddiaçı Binəqədi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə, 10 (on) manat dövlət rüsumunun alınaraq müstəqil tələblər irəli sürən üçüncü şəxs verilməsi, ekspertiza tədqiqatının dəyəri olan cəmi 200 (iki yüz) manatın Cavabdeh alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiya sının xx xxxxxx 2020-ci il tarixli (sədrlik edən V.Həsənov, hakimlər Ş.Məmmədova və X.Sarıyev) qətnaməsi ilə apelyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu tarixli qətnaməsi şikayət verən şəxslərə münasibətdə mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmışdır. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh kasasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Belə ki, apelyasiya instansiyası məhkəməsi iş materialları na əlavə edilmiş mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin texniki pasportunu nəzərə almamış və eyni zamanda Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli ekspert rəylərinə istinad etsə də, həmin rəylərə zidd qərar qəbul etmişdir. Həmin texniki pasportda mövcud nəfəsliklərdən dördü və qapı boşluqlarının isə hamısı öz əksini tapmışdır. Həmçinin qeyd edilən ekspert rəylərində də yalnız 3 nəfəsliyin texniki pasportda əks olunmadığı göstərilmişdir. Bundan başqa apelyasiya instansiyası məhkəməsi binanın ilkin birtipli layihəsinə uyğun bərpa edilməsinə dair birinci instansiya məhkəməsinin qətnməsini dəyişdirmədən saxlasa da, binanın ilkin layihəsinin olmamasına hüquqi qiymət verməmiş və bərpagücləndirmə işlərinin binanın zirzəmisinin ilkin birtipli layihəsinə uy ğun bərpa edilməsi nəticəsinə gəlməklə qətnamənin gələcək icrasını mümkünsüz etmişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin iddiaçı Bakı şəhəri Binəqədi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin iddiasının təmin olunmasının qüvvədə saxlanılmasına dair hissədə ləğv edilməsini və həmin hissədə iddiaçı Bakı şəhəri Binəqədi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin iddiasının təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxs İsaqov Qüdrət İsaq oğlu kasasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azə rbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Belə ki apelyasiya intansiyası məhkəməsi qətnamə qəbul edərkən yaşayış binasının zirzəmisinin yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinin ümumi paylı mülkiyyəti olmasını, X6 Komitəsinin mübahisə predmeti olan zirzəmini özgəninkiləşdirmək səlahiyyətinin olmamasını, ona görə də həmin zirzəminin alqı-satqı müqaviləsinin etibarsız olduğunu nəzərə almamışdır. Bundan başqa apelyasiya instansiyası məhkəməsi Cavabdeh tərəfindən binanın həyətinin qanunsuz zəbt edilməsinin qaşısının alınması məqsədi ilə çardağın və gül kolluqlarının sökülməsi tələbinə münasibət bildirməmiş və bununla bağlı araşdırma aparmamışdır. Ona görə də Bakı Apellya siya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddiasının tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı Bakı şəhəri Binəqədi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi Cavabdeh qarşı “sökülmüş hissələrin bərpa edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh məxsus Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, 39 A saylı binanın zirzəmisinin 90,2 kv.m hissəsində 0,6x0.6 m ölçüdə olan 6 ədəd və 1,0x0,6m ölçüdə olan 1 ədəd nəfəslik, 1,0x2,0m və 2,4x0,8m ölçüdə qapı boşluqlarının cavabdehin vəsaiti hesabına bərpa-gücləndirmə işləri yerinə yetirilməklə binanın zirzəmisinin ilkin birtipli layihəyə uyğun olaraq bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişd ir. Müstəqil tələblər irəli sürən üçüncü şəxs İsaqov Qüdrət İsaq oğlu cavabdehlər X5 Komitəsinə, Cavabdeh, Binəqədi Rayon İcra Hakimiyyətinə və 3-cü şəxs Binəqədi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə qarşı “çıxarışın etibarsız hesab edilməsi, binanın qəzalı vəziyyətdən çıxarılaraq ilkin layihəyə qaytarılması, qanunsuz tikilinin sökülməsi, restoranın və restoranın borusunun ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, özəlləşdirilməsi qanunvercilikdə qadağan edilmiş texniki zirzəmilərinin ƏMDK tərəfindən Cavabdeh adına özəlləşdirilməsini təsdiq edən çıxarışın etibarsız hesab edilməsi, binanın qəzalı vəziyyətdən çıxarılması, orada yaşayan 48 ailənin həyatını xilas etmək üçün dağıntıların və söküntülərin ekspertizası sahəsində əsas dövlət qurumu olan Azər baycan Respublikası Fövqaladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinin aktında göstərilən bütün dağıntı və söküntülərin Cavabdeh vəsaiti hesabına bərpa edilərək ilkin layihəyə qaytarılması, binanın həyətinin qanunsuz zəbt edilməsinin qarşısını almaq məqsədi ilə Cavabdeh tikdiyi çardağın və saldığı gül kolluqlarının sökülməsi, binada baş verə biləcək gələcək yanğınların, mənzillərinə dolan tüstünün, digər mənşəyi məlum olmayan iyi-qoxunun qarşısını almaq, insanların sağlamlığını qorumaq məqsədi ilə Cavabdeh tikdiyi restoranın və onun 13 mərtəbəli evin hündürlüyünə qaldırdığı borunun ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin mübahisə edilməyən hallarından görünür ki, ünvan 1 ünvanında yerləşən 90,2 kv.m qeyri-yaşayış sahəsi xx.xx.2015-ci il tarixli İcarəyə veril miş əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh tərəfindən dəyəri ödənilməklə əldə edilmiş, xüsusi mülkiyyət kimi onun adına dövlət reyestrində qeydə alınaraq ona xx.xx.2015-ci il tarixli çıxarış verilmiş və hazırda xüsusi mülkiyyətindədir. İş üzrə Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən iki rəy verilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli rəyi ilə 1-ci, 2-ci və 3cü suallar üzrə ünvan 2 ünvanda inşa edilmiş yaşayış binasının zirzəmisində yerləşən qeyri-yaşayış sahəsi üzrə baxış zamanı müəyyən olunmuş məlumatlarla mülki iş materiallarında olan, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı Şəhər Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2015-ci il tarixli Texniki pasportun məlumatları müqayisə edilərkən, həmin qeyri-yaşayış sahəsinin 4, 5 və 6 saylı tiki lilərində, küçə tərəfə olan divarda (0,58x1,1) metr, (0,57x1,12) metr və (0,5x1,5) metr ölçüdə nəfəsliklər açıldığı və həmin nəfəsliklərin texniki pasportda əks olunmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 160 №li qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırılma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”na əsasən, tikililərin inşa edilməsi, həmçinin binalarda hər hansı dəyişikliklərin və yenidənqurma işlərinin aparılması, layihəsmeta sənədləri tərtib edildikdən, müvafiq qaydada ekspertizadan keçirildikdən və aidiyyatı orqanlarla razılaşdırıldıqdan sonra həyata keçirilə bilər. Qeyd olunur ki, məhkəmənin xx.xx.2018-ci il tarixli məktubu ilə Mərkəzə daxil olmuş fotoşəkillərdə və tədqiq olunan qeyri-yaşayış sahəsinə dair layihə sənədlərinin konstruksiya hissəsində, həmin qeyriyaşayış sahəsinin divarlarında açılmış nəfəsliklərin həmçinin mövcud qapı boşluqlarmın ətrafında müvafiq gücləndirmə işləri aparıldığı göstərilmişdir. 4-cü sual üzrə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinin mütəxəssisi tərəfindən qərardadda qoyulmuş suallar üzrə araşdırmalar aparılaraq xx xxxxxxx 2018-ci il tarixli mütəxəssis rəyi tərtib edilmişdir. Mütəxəssis rəyində aşağıdakılar göstərilmişdir: -binanın zirzəmisində 90.2 m2 hissəsində aparılan təmir bərpa işləri və konstruksiyasında e dilmiş dəyişikliklər, müvafiq dövlət orqanlarından icazə alınmadan, konstruktiv hesabata, layihə həllinə əsaslanmadan, tikinti norma və qaydalarına əməl olunmadan aparılmışdır. -aparılan təmir-bərpa işləri zamanı fasad hissədə “E” oxu üzrə 2-3 oxları arası hissədə 1.0x2.0(h)m ölçüsündə 1 ədəd qapı boşluğu arxa və yan fasadlarda yükdaşıyan divar panellərində 4 ədəd 0.6mx0.6(h)m və 3 ədəd 1.0mx0.6(h)m ölçülərində nəfəsliklər, daxili orta divarda “b” oxu üzrə 2-3 oxları arasında 0.8mx2.4(h)m ölçüsündə qapı boşluğu açılmışdır. E və B oxları arasında, 3, 4, 5 və 6 oxlarındakı 4 ədəd divar panelində mövcud boşluqların yuxarı hissəsi 40 sm ölçüsündə oval formada dağıdılmışdır. -təmir və bərpa işlərindən əvvəl arxa və yan fasad panellərində heç bir boşluq olmamışdır. Təmir və bərpa işlərindən so nra divar panellərində 2 ədəd qapı və 7 ədəd nəfəslik üçün boşluqlar açılmışdır. -binanın zirzəmisində aparılan yenidənqurma işləri zamanı yükdaşıyan konstruksiyaların dağıldığından binanın gələcəkdə istismarı zamanı hər hansı bir seysmiki və dinamiki təsirlərə qarşı dayanıqlığı zəiflədilmiş və binanın sakinlərinin həyatı üçün təhlükəli vəziyyət yaranmışdır. Gələcəkdə binanın dayanıqlığını təmin etmək üçün sökülmüş və dağıdılmış konstruksiyalarda instrumental müayinə aparılmalı, müvafiq layihə əsasında bərpa-gücləndirmə işləri yerinə yetirilməli, binanın zirzəmisi ilkin birtipli layihəsinə uyğun olaraq bərpa edilməlidir. Tədqiq olunan binaya baxış zamanı həmin binanın küçə tərəfə olan yükdaşıyan divarında beton konstruksiyanın (0,58x1,1) metr, (0,57x1,12) metr və (0,5x1,5) metr ölçüdə kəsi lərək nəfəsliklər açıldığı, eyni zamanda ayrı-ayrı konstruktiv elementlər üzərində, o cümlədən yükdaşıyan divarlarda çat, qabarma, çökmə, deformasiya əlamətləri olmadığı müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alaraq, tədqiq olunan zirzəmidə aparılmış təmir-bərpa işlərinin binanın dayanıqlığına hər hansı təsir göstəribgöstərməməsi, mütəxəssis rəyində də qeyd olunduğu kimi, həmin bina üzrə aidiyyatı təşkilatlar tərəfindən müvafiq müayinə-tədqiqat işləri aparılmaqla müəyyən edilə bilər. Lakin ekspertizaya təqdim olunmuş sənədlərdə binanın zirzəmisində aparılmış təmirbərpa işlərinin binanın dayanıqlığı baxımından təhlükə yaradıb-yaratmamasının müəyyən edilməsi üçün mütəxəssislər tərəfindən instrumental müayinələr və konstruktiv hesabatlar aparılmamışdır. Bu səbəbdən də qoyulmuş sual üzrə t ədqiqat aparılması və nəticə verilməsi mümkün olmamışdır. Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxxx 2019-cu il tarixli rəyindən görünür ki, 1-ci, 2-ci və 3-cü suallar üzrə ünvan 2 ünvanda inşa edilmiş yaşayış binasının zirzəmisində yerləşən qeyri-yaşayış sahəsi üzrə baxış zamanı müəyyən olunmuş məlumatlarla mülki iş materiallarında olan, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı Şəhər Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2015-ci il tarixli Texniki pasportun məlumatları müqayisə edilərkən, həmin qeyriyaşayış sahəsinin 4, 5 və 6 saylı tikililərində, küçə tərəfə olan divarda (0,58x1,1) metr, (0,57x1,12) metr və (0,5x1,5) metr ölçüdə nəfəsliklər açıldığı və həmin nəfəsliklərin texniki pasportda əks olunmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 160 №li qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırılma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”na əsasən, tikililərin inşa edilməsi, həmçinin binalarda hər hansı dəyişikliklərin və yenidənqurma işlərinin aparılması, layihəsmeta sənədləri tərtib edildikdən, müvafiq qaydada ekspertizadan keçirildikdən və aidiyyətı orqanlarla razılaşdırıldıqdan sonra həyata keçirilə bilər. Qeyd olunur ki, məhkəmənin xx.xx.2018-ci il tarixli məktubu ilə Mərkəzə daxil olmuş fotoşəkillərdə və tədqiq olunan qeyri-yaşayış sahəsinə dair layihə sənədlərinin konstruk siya hissəsində, həmin qeyriyaşayış sahəsinin divarlarında açılmış nəfəsliklərin həmçinin mövcud qapı boşluqlarının ətrafında müvafiq gücləndirmə işləri aparıldığı göstərilmişdir. 4-cü sual üzrə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 X1 Ekspertiza Baş İdarəsi tərəfindən Binəqədi məhkəməsinə ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubda ünvan 4 ünvanda yerləşən qeyriyaşayış sahəsinə dair təqdim olunan layihə sənədlərinə baxıldığı və layihə natamam olduğuna görə onun ekspertizasının mümkün olmadığı göstərilmişdir. İddiaçının nümayəndəsi bildirir ki, Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, 39 A saylı çoxmənzilli yaşayış binalarınn sakinləri kollektiv şəkildə Bakı şəhər İcra Hakimiyyətinə və Fövqaladə Hallar Nazirliyinə müraciət edərək binalarının zirzəmis ində özbaşına tikilinin aparılması, qapı-pəncərə və digər oyuqlar açılmaqla qeyri məqsədlər üçün istifadə olunmasını qeyd etmiş və tədbir görülməsini xahiş etmişlər. Qeyd olunan məktublar baxılması və müvafiq tədbirlər görülməsi üçün Binəqədi Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinə göndərilmişdir. Göstərilənlərlə bağlı Binəqədi Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin əməkdaşları tərəfindən araşdırma aparılmış və qeyd olunanlar təsdiq edilmişdir. Belə ki, Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, 39 A saylı binanın zirzəmisində müəyyən olunmuş layihədən kənar aparılmış tikili və oyuqlar ilə bağlı hüquqmüəyyənedici sənədlərin MKTB-yə təqdim olunması barədə bildiriş təqdim edilmiş, lakin, heç bir hüquqmüəyyənedici sənəd təqdim olunmadığından Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyi tərəfindən tərtib edilərək təsdiq olunmuş xx xxxxxx 2017-ci il tarixli aktda göstərilən qaydada bərpa edilməsi məqsədi ilə onlar tərəfindən cavabdehə xx xxxxxx 2018-ci il tarixli xəbərdarlıq təqdim edilmişdir. Bundan sonra MKTB-nin əməkdaşları tərəfindən yerində araşdırma aparılaraq həmin bina həmçinin də buna lazımı icazələr almadan və şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina kimi qiymətləndirilmiş və MKTB-nin maraqlarına toxunduğuna görə sahibinin şəxsi vəsaiti hesabına bərpası zəruriliyi Cavabdeh bildirilməklə bu barədə müvafiq akt tərtib edilmişdir. Görülmüş işlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il tarixli, 160 saylı qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırılma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq İcra Hakimiyyəti orqanları ilə razılaşdırılması”na zidd olaraq aparılmışdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh bildirir ki, Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, 39 A saylı binanın zirzəmisi mülkiyyət hüququ ilə ona mənsubdur. O, həmin qeyri-yaşayış sahəsini aldığı vaxtdan sonra üstündəki konstruksiyasına xələl gətirə biləcək ciddi təmirquraşdırma işləri ilə məşğul olmamışdır. Həmin sahə yaşayış məqsədi ilə deyil, kafe kimi istifadə olunur. Əgər konstruksiyada ciddi dəyişikliklər etmiş olsaydı bu onun və həmin k afedə çalışan işçilərin də həyatı üçün təhlükə törədərdi. Həmçinin, həmin zirzəmidə gücləndirmə işlərinin görülməsi İcra Hakimiyyəti tərəfindən ona həvalə edilmişdir. O da həmin işləri yerinə yetirmişdir. Müstəqil tələblər irəli sürən üçüncü şəxs bildirir ki, X5 Komitəsinin (ƏMDK) etibarsız çıxarışla Cavabdeh adına özəlləşdirdiyi, Cavabdeh əksər fundamental və yükdaşıyan divarlarını dağıdıb sökdüyü, Binəqədi Rayon İcra Hakimiyyətinin dağıntı və söküntülərinə şərait yaratdığı texniki zirzəmi bilavasitə onun yaşadığı Naxçıvani küçəsi, 39 A saylı binanın birinci mərtəbəsindəki mənzilinin altında yerləşir. Azərbaycan Respublikası Milli Məclisinin qəbul etdiyi bütün qanunlar binaların zirzəmi hissələrinin icarəyə verilməsini və özəlləşdirilməsini qadağan edir. ƏMDK qanunvericiliyə zidd olaraq z irzəmini etibarsız çıxarışla özəlləşdirmişdir. Həmin zirzəmi texniki zirzəmidir. Texniki zirzəmi binanın bütün mənzillərinə (48 mənzilə) xidmət edir. Binalarının dayaq konstruksiyaları, mexaniki, elektrik, sanitariya-texniki, istilik sistemləri və digər avadanlığı habelə yerləşdiyi torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə binalarının tərkib hissəsi mülkiyyətçilərinə, yəni binada yaşayan 48 ailəyə mənsubdur. ƏMDK-ya dəfələrlə özəlləşdirilməsi, icarəyə verilməsi qadağan olunan çoxmənzilli binanın zirzəmisinin nəyə istinadən özəlləşdirildiyi barədə müraciət etmişdir. Müraciətlərinə cavab olaraq bildirilmişdir ki, həmin zirzəmi dövlət proqramı ilə özəlləşdirilmişdir. Dövlət proqramları ümumiyyətlə qanun yanında hüquqi qüvvəsi olmayan bir neçə şəxs tərəfindən hazırlanan, konkret sahələr ü zrə qanunların daha yaxşı işlənməsini təmin edən bir sənəddir. Zirzəmilərin özəlləşdirilməsi qanuni hesab edilsə belə, heç bir proqramda texniki zirzəminin özəlləşdirilməsi və ya icarəyə verilməsi haqqında hər hansı bir müddəa görülməz. Təsadüfən bu olsa da, bu proqram qanunlara zidd olacaq. ƏMDK binalarının texniki zirzəmisini özəlləşdirməklə Azərbaycan Respublikasının qanunlarına zidd hərəkət etmişdir. Cavabdeh ƏMDK tərəfindən ona etibarsız çıxarışla verilən zirzəminin həm fəsad hissələrinə, həm də daxilində yerləşən dəmir-beton panellərin demək olar ki, hamısını dağıdıb tökmüş, ilkin layihədə olmayan qapı və pəncərə oyuqları açmışdır. Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyi binalarının texniki zirzəmisinin aparıcı və fundemental divarlarının uçurul ması haqqında ekspertizasının nəticələrini əks etdirən xx xxxxxxxx 2016-cı il tarixli məktubuna və aktına Binəqədi Rayon İcra Hakimiyyəti ciddi bir əhəmiyyət verməmişdir. Binalarının zirzəmisi 2 il müddətində bütün səlahiyyətli şəxslərin gözü qarşısında dağıdılmışdır. Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinə edilmiş yeni müraciət nəticəsində akt tərtib edilmiş, həmin aktda binanın zirzəmisinin Cavabdeh məxsus olan və olmayan hissələrində 17 fundamental dəmir beton paneldən 11 fundamental dəmir paneldə dağıntılar və söküntülər törədilmişdir. Bundan başqa, həmin aktda göstərilir ki, binanın zirzəmisinin Cavabdeh məxsus olan hissəsində dəmir-beton konstruksiyaların demək olar ki, hamısı dağıdılmış və sökülmüşdür. Fövqaladə Hallar Nazirliyi binanın vəziyyə tini belə təsvir emişdir ki, binanın zirzəmisində aparılan yenidənqurma işləri zamanı yükdaşıyan konstruksiyalar dağıdıldığından, binanın gələcəkdə istismarı zamanı hər hansı bir seysmik və dinamik təsirlərə qarşı dayanıqlığı zəiflədilmiş və binanın sakinlərinin həyatı üçün təhlükəli vəziyət yaranmışdır. Gələcəkdə binanın dayanıqlılığını təmin etmək üçün sökülmüş və dağıdılmış konstruksiyalarda instrumental müayinə aparılmalı, müvafiq layihə əsasında bərpa-gücləndirmə işləri yerinə yetirilməli, binanın zirzəmisi ilkin birtipli lahiyəsinə uyğun olaraq bərpa edilməlidir. Həbs edilənə və əmlakı müsadirə olunan zamana kimi Cavabdeh texniki zirzəmilərinin 70 kv metr hissəsini icarəyə götürmüşdü. Həbsdən azad olunduqdan sonra ƏMDK cavabdehə 90 kv metr sahə vermişdir. İndi Cavabdeh binalarının te xniki zirəmisinin bütün sahəsini zəbt etməklə məşğuldur. Binalarının həyətinin 100 kv metr hissəsini də həyətlərində böyük çardaq tikməklə, gül kolları salmaqla zəbt etmiş Cavabdeh eyni zamanda həyətlərində tikdiyi çardaqla pəncərələrinin qarşısını da kəsmişdir. Həmçinin zirzəmidən çıxan tüstü bütün mənzillərə dolur və kəskin iyi-qoxu gəlməkdədir. İndi Cavabdeh texniki zirzəmilərində restoran açmışdır. Binada hər an yanğın və partlayış ola bilər. İnsanlar ekoloji situasiyanın korlanmasından və naməlum maddələrin iyindən ağır xəstəliklərə düçar ola bilər. Sakinlərin kollektiv tələbini nəzərə alan Bakı şəhər İcra Hakimiyyəti 2001-ci ildə bir dəfə texniki zirzəmilərinin qeyri-qanuni qapısını bağlatdırsa da, sonradan cinayətlə ittiham olunan Fərhad Əliyev tərəfindən yenidən sökülərək açılmışdı r. ƏMDK-nın verdiyi etibarsız çıxarışın nəticəsində binalarının texniki zirzəmisindəki dəmir beton panellərin əksəriyyəri dağıdılmışdır. Bu səbəbdən binaları qəzalı vəziyyətə düşmüşdür. Dövlət orqanları dağıntı və söküntülərin qarşısını almadığından, Cavabdeh texniki zirzəminin bütün sahəsini və 100 kv metr sahəni də işğal etmişdir. Tikdirdiyi restoran üçün 13 metr hündürlüyündə, 40-45 sm diametrində bir boru qaldırmışdır. Restoranın açılışının birinci günü yanğın təhlükəsi yaranmış, insanlar az qalmışdır ki, tüstüdən boğulsunlar. Odur ki, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh Binəqədi Rayon İcra Hakimiyyətinin nümayəndəsi X3 işin həll olunmasını məhkəmənin mülahizəsinə buraxmışdır. İş üzrə mübahisə apelyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, qapı və pəncərə boşluqlarının açılması və aparılmış dəyişikliklə bağlı buna səlahiyyəti olan orqanlardan razılığın alınması və müvafiq sərəncamların verilməsi müəyyən olunmur. Həmin sahələrin texniki pasportda qeyd edilməsi özlüyündə belə razılığın alınmasını özündə əks etdirmir. Tikilinin texniki pasportu mülkiyyəti təsdiq edən sənəd deyildir. Pasportda tikilinin faktiki vəziyyətinin əks etdirilməsi tikilinin yenidən qurulması və yenidən quraşdırılması üçün əsas hesab edilə bilməz. Tikilinin əldə edilərkən eyni vəziyyətdə olmasına dair sübutlar isə mövcud deyildir. 1992-ci ildə bağlanmış icarə müqaviləsi isə həmin vaxtda tikilinin hazırkı vəziyyətdə olmasını və hazırkı vəziyyətdə əldə edilməsi ni təsdiq etmir. Bundan başqa hazırkı mübahisə üzrə ünvan 5 ünvanda 90,2 kv.m zirzəminin (qeyriyaşayış sahəsi) tam mülkiyyət hüququ üzrə Cavabdeh adına qeydə alınmasının etibarlığını şübhə altına alan qanunla müəyyən edilmiş heç bir əsas müəyyən edilməmişdir. Belə ki, həmin qeyri-yaşayış sahəsi alqı-satqı müqaviləsi əsasında onun adına qeydə alınmışdır. Sözügedən müqavilə etibarsız hesab edilmədiyindən onun əsasında qanunvericiliyin tələblərinə riayət edilməklə Cavabdeh verilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxırış” da etibarsız sayıla bilməz. Həmçinin mübahisəli qeyri-yaşayış sahəsinin istifadəsi nəticəsində digər daşınmaz əmlakın mülkiyyətçilərinin öz sahələrindən istifadə etmələrinə maneçilik yaranması müəyyən edilməmişdir. Məhkəmə kolleg iyası izahatları dinləyib, kasasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, kasasiya şikayətləri təmin edilməklə apelyasiya məhkəməsinin qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün apelyasiya instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, apelyasiya instanisyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı deyildir. Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. İş materiallarından görünür ki, apelyasiya instansiyaı məhkəməsi mübahisənin düzgün həlli üçün mühüm əhəmiyyətə malik olan işin bütün hallarını araşdırmamışdır. Belə ki, apelyasiya instansiyası məhkəməsi ilkin iddianı təmin etməklə Cavabdeh məxsus Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi 39A saylı binanın zirzəmisinin 90,2 kv.m hissəsində 0,6x0,6 m ölçüdə olan 6 ədəd və 1,0x0,6 m ölçüdə olan 1 ədəd nəfəslik, 1,0x2,0 m və 2,4x0,8 m ölçüdə qapı boşluqlarının Cavabdeh hesabına bərpagücləndirmə işləri yerinə yetirilməklə, binanın zirzəmisinin ilkin birtipli layihəsinə uyğun bərpa edilməsini qət etmiş birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamışdır. Bu hissədə həm birinci instansiya məhkəməsi həm də apelyasiya instansiyası məhkəməsi qəbul etdikləri qətnamələri onunla əsaslandırmışlar ki, mübahisə predmeti olan zirzəmidə qapı və pəncərə boşluqlarının açılması ilə bağlı buna səlahiyyəti olan orqanlardan razılıq alınmamış və müvafiq sərəncamlar verilməmişdir. Ona görə də həmin boşluqlar bərpa-gücləndirmə işləri yerinə yetirilməklə ilkin birtipli layihəyə uyğun bərpa edilməlidir. Görünüdüyü kimi nə birinci instansiya mə hkəməsi, nə də apelyasiya instansiyası məhkəməsi ilkin iddianı əsaslı hesab edərkən mübahisə predmeti olan boşluqların binanın təhlükəsizliyi baxımından bərpa edilməsinin məhz hansı işlərin görülməsi ilə təmin edilməli olmasını göstərməmişdir. Hər iki instansiya məhkəməsi qəbul etdikləri qətnamədə yalnız ümumi şəkildə bərpa-gücləndirmə işlərinin aparılmasını göstərmiş, lakin bərpagüləndirmə işlərinin nədə ifadə olunması nə birinci instansiya məhkəməsinin, nə də apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə əsaslandırılmamışdır. Bundan başqa iş materiallarından görünür ki, müstəqil tələblər irəli sürən üçüncü şəxs İƏMDK-ya, Cavabdeh, Binəqədi Rayon İcra Hakimiyyətinə və 3-cü şəxs Binəqədi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə qarşı “çıxarışın etibarsız hesab edilməsi, binanın qəz alı vəziyyətdən çıxarılaraq ilkin layihədə mövcud olan vəziyyətə qaytarılması, binanın həyətinin qanunsuz zəbt edilməsinin qarşısını almaq məqsədi ilə Cavabdeh tikdiyi çardağın və saldığı gül kolluqlarının sökülməsi, binada baş verə biləcək gələcək yanğınların, mənzillərinə dolan tüstünün, digər mənşəyi məlum olmayan iyi-qoxunun qarşısını almaq, insanların sağlamlığını qorumaq məqsədi ilə Cavabdeh tikdiyi restoranın və 13 mərtəbəli evin damına qaldırdığı borunun ləğv edilməsi,” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həm birinci instansiya məhkəməsi həm də apelyasiya instansiyası məhkəməsi tərəfindən iddia tələbinin “çıxarışın etibarsız hesab edilməsi, binanın qəzalı vəziyyətdən çıxarılaraq ilkin layihəyə qaytarılması, binada baş verə biləcək gələcək yanğınların, mənzi llərinə dolan tüstünün, digər mənşəyi məlum olmayan iyi-qoxunun qarşısını almaq, insanların sağlamlığını qorumaq məqsədi ilə Cavabdeh tikdiyi restoranın və onun 13 mərtəbəli evin damına qaldırdığı borunun ləğv edilməsi” hissələri ilə bağlı araşdırma aparılmış və həmin hallara hüquqi qiymət verilmişdir. Qeyd edilən hissələrlə bağlı araşdırılma aparılsa da iddia tələbinin “binanın həyətinin qanunsuz zəbt edilməsinin qarşısını almaq məqsədi ilə Cavabdeh tikdiyi çardağın və saldığı gül kolluqlarının sökülməsi” hissəsinə münasibətdə nə birinci instansiya nə də apelyasiya instansiya məhkəməsi tərəfindən araşdırılma aparılmamış və həmin tələblərə hüquqi qiymət verilməmişdir. Həmçinin işin mübahisə edilməyən hallarından göründüyü kimi ünvan 1 ünvanında yerləşən 90,2 kv.m qeyri-yaşayış sahəsi ilk olaraq Cavabdeh icarəyə verilmişdir. Bundan sonra xx.xx.2015-ci il tarixli İcarəyə verilmiş əmlakın alqı-satqı müqaviləsinə əsasən həmin əmlak X6 Komitəsi tərəfindən dəyəri ödənilməklə Cavabdeh satılmışdır. Alqı-satqı müqaviləsi əsasında Cavabdeh xüsusi mülkiyyət hüququ dövlət reyestrində qeydə alınmış və bununla bağlı ona xx.xx.2015-ci il tarixli çıxarış verilmişdir. Hal-hazırda da həmin sahə Cavabdeh mülkiyyətindədir. Mülki Məcəllənin 227-ci maddəsinə əsasən yaşayış binasının mənzildən kənarda və ya mənzil daxilində yerləşən, birdən çox mənzilə xidmət edən ümumi otaqları, dayaq konstruksiyaları, mexaniki, elektrik, sanitariya-texniki və digər avadanlığı, habelə yerləşdiyi torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə mənsubdur. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ixtiyarı yoxdur ki, yaşayış binasının ümumi əmlakına mülkiyyət hüququndakı payını özgəninkiləşdirsin, habelə həmin payın yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququndan ayrılıqda verilməsinə səbəb olan digər hərəkətləri yerinə yetirsin. Qeyd edilən maddi hüquq normasının məzmunundan göründüyü kimi çoxmənzilli yaşayış binalarında zirzəmi ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə mənsub olur və qeyd edilən sahələrin ayrılıqda hər hansı bir şəxsin, o cümlədən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinin adına ayrılıqda özgənilkiləşdirilməsi yolverilməzdir. Ona görə də apelyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı iş üzrə mübahisənin düzgün həll edilməsi üçün aydınlaşdırılmalı olan müh üm hallardan biri X6 Komitəsinin mübahisə predmeti olan zirzəmini dövlət əmlakı kimi özgəninkiləşdirmək səlahiyyətinin olub-olmamasının müəyyənləşdirilməsidir. Apelyasiya instansiyası məhkəməsi bu halı da araşdırmamış və mübahisəyə düzgün hüquqi qiymət verməmişdir. Bununla yanaşı qeyd edilməlidir ki, araşdırma nəticəsində X6 Komitəsinin belə bir səlahiyyətinin olmaması müəyyən edilərsə, yəni əqdin – çıxarışın verilməsinə əsas olmuş alqı-satqı müqaviləsinin – əhəmiyyətsiz əqd olması məlum olarsa bu zaman həmin çıxarışın etibarsızlığı ilə bağlı mübahisənin məhkəmə aidiyyəti məsələsi də müəyyənləşdirilməlidir. Ona görə də işə yeni apelyasiya baxışında nəzərə alınmalıdır ki, X6 Komitəsinin mübahisə predmeti olan zirzəmi üzərində sərəncam vermə səlahiyyətinin olmadığının müəyyən edilməsi onu eh tiva edir ki, Komitənin həmin zirzəmi barəsində Cavabdehla bağladığı alqı-satqı müqaviləsi əhəmiyyətsiz əqddir. Qeyd edilən əqd əhəmiyyətsiz olduqda isə Q.İsaqov həmin əqdi mübahisələndirmədən onun əsasında verilmiş çıxarışı mübahisələndirə bilər. Belə ki, Mülki Məcəllənin 337.1-ci maddəsinin tələblərinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Bundan başqa Cavabdeh tikilinin texniki pasportda mövcud nəfəsliklərdən dördünün və qapı boşluqlarının isə hamısının öz əksini tapmasl barədə kasasiya şikayətinin dəlilinə münasibətdə qeyd edilməlidir ki, tikilinin texniki pasportu mülkiyyəti təsdiq edən sənəd deyildir. Texniki pasport tikilinin faktiki vəziyyətini əks etdirir və tikilinin yenidən qurulması və yenidən quraşdırılması üçün əsas hesab edilə bilməz. Beləliklə işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, apelyasiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır. Azərbaycan Respublikası MPM-nin 418.3-cü maddəsinin məzmununa görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddəl ərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh və müstəqil tələb irəli sürən üçüncü şəxs kasasiya şikayətləri təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar