Məhkəmə qərarları › İş №2(102)-3375/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3375/2021

19.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3375/2021 19.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: Ləğv Prosesində olan İddiaçı ASC-nin ləğvedicisi XXX Cavabdeh: Cavabdeh İddia tələbi: kredit müqaviləsi üzrə borcun ödənilməsi Açar sözlər: kredit müqaviləsi üzrə borcun müəyyən edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, Kassatorun vəkili və nümayəndəsi Vəkil, İddiaçının vəkili X1 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 sentyabr 2020-ci il tarixli qətnaməsindən cav abdehin kassasiya şikayətinə 19 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları 16 fevral 2011-ci il tarixli kredit xətti müqaviləsinə əsasən, İddiaçı” Açıq Səhmdar Cəmiyyəti tərəfindən X2 illik 18% olmaqla, 12 ay müddətinə 625.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Həmin kredit xətti müqaviləsinə edilmiş 06 aprel 2011-ci il tarixli 01 saylı əlavə sazişə əsasən kreditin limiti ******* ABŞ dolları məbləğinə kimi artırılmışdır. 09 fevral 2012-ci il tarixli 02 saylı əlavə sazişə əsasən kredit limiti azaldılaraq 600000 ABŞ dolları məbləğində müəyyən edilmişdir. 01 may 2013-cü il tarixli 04 saylı əlavə sazişə əsasən kredit xətti müqaviləsi və ona edilmiş əlavə sazişlər üzrə qalıq borc məbləği müəyyən edilmiş və kreditin müddəti 36 ay müddətinə uzadılmışdır. Birinci instansiya məhkəməsində icraat 09 mart 2018-ci il tarixdə iddiaçı cavabdehə qarşı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, sonradan iddia tələbinin dəqiqləşdirməsi barədə ərizə verərək kredit müqaviləsi üzrə 01 may 2016-cı il tarixinədək ödənilməmiş 465893,56 ABŞ dolları əsas borc, 164521 ABŞ dolları faiz borcu, 116510,33 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 746924,89 ABŞ dolları məbləğində borcun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən alınmış məhkəmə-mühasibatlıq ekspertizasının 17 iyul 2019-cu il tarixli rəyinə əsasən cavabdehin 01 may 2016-cı il tarixə (sualda göstərilən) banka olan borcu 465893,56 ABŞ dolları əsas, 164521 ABŞ dolları faiz borcu olmaqla, ümumilikdə 630414,56 ABŞ dolları məbləğində, 20 fevral 2018-ci il tarixə (maliyyə arayışında göstərilən) banka olan borcu 465893,56 ABŞ dolları əsas, 315703,46 ABŞ dolları faiz borcu olmaqla, ümumilikdə 781597,01 ABŞ dolları məbləğində təşkil edir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-205/2020 nömrəli iş üzə 10 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim S.B.Mehrəliyev) iddia qismən təmin edilmiş, kredit müqaviləsi üzrə 465893,56 ABŞ dolları məbləğində əsas borc, 164521 ABŞ dolları məbləğində faiz borcu və 16510,33 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 646924,89 ABŞ dolları məbləğində borcun manat məzənnəsi ilə cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət olunmuş, iddia qalan hissədə rədd edilmişdir. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi qənaəti o nunla əsaslandırmışdır ki, cavabdehin 16.02.2011-ci tarixli 41/0 USD saylı kredit xətti müqaviləsinə edilmiş 01 may 2013-cü il tarixli, 04 saylı əlavə saziş üzrə banka 465893,56 ABŞ dolları əsas borc və 164521 ABŞ dolları faiz borcunun qalması müəyyən olunmuşdur. Ona görə də, həmin borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Eyni zamanda, öhdəliyin vaxtında ödənilməməsinə görə 116510,33 ABŞ dolları məbləğində penya tənasübsüz yüksək dəbbə pulu hesab olunmalı, buna görə tələb olunan penya 16510,33 ABŞ dolları məbləğinədək azaldılmalıdır. Apellyasiya instansiyası məhkəməsində icraat Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, və şikayətini onunla əsaslandırmışdır ki, ekspertiza tə rəfindən iş üzrə verilmiş rəy səhvdir, rəy ilə müəyyən edilmiş borcun məbləği şişirdilmişdir. Çünki, tərəflər arasında 18.02.2016-cı il tarixli “Tələbin güzəşti barədə müqavilə” olmuş, cavabdeh, banka girov qoyduğu 4.000.000 manat dəyərində olan əmlakları bankın mülkiyyətinə verməklə borcu tam bağlamışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6227/2020 nömrəli iş üzrə 11 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – M.A.Məmmədov, Ş.Ə.Məhərrəmova, R.M.Həsənov) apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Cavabdehin tərəfindən təqdim edilmiş 18 fevral 2016-cı il tarixli tələbin güzəşti barədə müqavilədə göstərilmişdir ki, cavabdeh 2 mə nzil üzərində pay hüququnu Banka güzəşt edir və Bank həmin mənzilləri qəbul edərək cavabdehin ona olan borcunu tam ödənilmiş hesab edir. Apellyasiya məhkəməsi Mülki Prosessual Məcəllənin 89-cu maddəsinə istinad edərək hesab emişdir ki, cavabdehin vəkili (nümayəndəsi) tərəfindən təqdim edilmiş sənəd fotosurət olmaqla təsdiq olunmayb. Hətta qeyd edilən bu sənəd müqavilənin etibarlı qaydada təsdiq edilmiş surəti kimi qəbul edilmiş olsa belə, bu sənəd özü özlüyündə cavabdehin qeyd etdiyi xüsusatı təsdiq edə biləcək sübutu kimi qəbul edilə bilməz, çünki onun üzərində iddiaçı Bankın rəsmi rekviziti hesab edilən möhürü yoxdur. Bu baxımdan, həmin sənəd cavabdeh tərəfindən iddiaçı Banka borcun ödənilməsini təsdiq edə biləcək sübut kimi qiymətləndirilə və qəbul edilə bilməz. Beləliklə, cavabdehin id diaçı banka borcu mövcuddur, cavabdeh bank qarşısında üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Cavabdehin ekspert rəyi ilə razılaşmamasına dair dəlillərinə münasibətdə isə qeyd edilmişdir ki, ekspert rəyini səhv hesab edən cavabdeh, rəyi şübhə altına ala biləcək digər ekspertin və ya mütəxəssisin alternativ hesablamalarını məhkəmələrə təqdim etməmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 77.1 və 14.2-ci maddələrinin tələblərinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası m əhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti apellyasiya şikayətinin məzmununa uyğun əsaslandırılmışdır. Məhkəmə kollegiyasının iclasında kassatorun vəkili və nümayəndəsi kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçının vəkili isə kassasiya şikayətini əsassız hesab edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəlləsinin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdehin kassasiya şikayəti əsasında tam yoxlanılır. Tətbiq edilən hüquq Mülki Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa dü şülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448-ci maddəsinə görə, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 462-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən, qanuna və y a digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 89.3-cü maddəsinə əsasən, lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnam əsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilləri cavabdehin apellyasiya şikayətində irəli sürülmüş dəlillərlə məzmunca eynilik təşkil edir ki, həmin dəlillərə apellyasiya məhkəməsi tərəfindən araşdırılmaqla hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Proessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar