Məhkəmə qərarları › İş №2(102)-3377/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-3377/2019

20.05.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3377/2019 20.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Xnun katibliyi, İlkin iddia üzrə iddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı “A+Co” Məhdud Məsuliyyətli Cəmiyyətin cavabdehlər Cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyətə və Cavabdeh1 qarşı pulun geri qaytarılması, cərimənin və müqavilə öhdəliyinin pozulması nəticəsində dəymiş zərərin ödənilməsi tələbinə dair ilkin iddiası və iddiaçı Cavabdeh2 MMC-nin cavabdeh “A+Co” MMC-nə qarşı öhdəl iklərin icra edilməsi və alınan avadanlığın pulunun qaytarılması tələbinə dair qarşılıqlı iddiası barədə mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-10356/2018 saylı, 11 dekabr 2018-ci il tarixli qətnaməsindən Cavabdeh2 MMC tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “A+Co” MMC cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 qarşı ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “A+Co” MMC ilə Cavabdeh2 MMC arasında bağlanmış 13 iyul 2013-cü il tarixli müqaviləyə əsasən ödənilmiş 44.100 manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 müştərək qaydada tutularaq iddiaçı “A+Co” MMC-nə ödənilməsi, tərəflər arasında bağlanmış müqaviləyə əsasən Cavabdeh2 MMC-dən 30.937,5 manat cərimə məbləğinin və 11.970 manat əl dən çıxmış faydanın, cəmi 42.844,5 manat məbləğində pulun tutularaq iddiaçı “A+Co” MMC-nə ödənilməsinə dair qətnamənin qəbul edilməsini xahiş etmişdir. İlkin iddia tələbi belə əsaslandırılmışdır ki, “A+Co” MMC ilə Cavabdeh2 MMC arasında 13 iyul 2013-cü il tarixli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh2 MMC dəyəri 55.000 manat məbləğində olan su soyuducu qülləni satmağı, iddiaçı “A+Co” MMC isə göstərilən malın dəyərini müqavilə qiymətlərinə görə 17.000 manat avans, 7500 manat avadanlıq hazır olduqda, 30.500 manat isə avadanlıq quraşdırılıb təhvil verildikdə ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən Cavabdeh2 MMC avadanlığı 60 gün ərzində “A+Co” MMC-nə təhvil verməyi öhdəsinə götürsə də, müqavilə öhdəliyinə əməl etməmiş, müqavilədə nəzərdə t utulan avadanlığı müqavilə bağlanan vaxtdan 9 ay sonra gətirərək “A+Co” MMC-nə məxsus zavodda quraşdırmış, lakin həmin anda avadanlıq işləməmiş, standartlara və tələblərə cavab verməmiş, buna görə də avadanlıq cavabdehin əməkdaşları tərəfindən sökülərək kənara qoyulmuşdur. Bu səbəbdən tərəflərindən avadanlıq təhvil alınmamış, cavabdehlə aralarında təhvil-təslim aktı tərtib olunmamışdır. Həmin vaxt Cavabdeh2 MMC-nin əməkdaşları avadanlığı təmir edəcəklərinə və istifadəyə yararlı vəziyyətə gətirəcəklərinə söz vermişlər. Lakin cavabdeh təşkilatın əməkdaşları və Cavabdeh1 2014-2015-ci illər ərzində bir neçə dəfə zavoda gələrək guya avadanlığın təmiri ilə məşğul olmalarını bildirsələr də, sonda yenə də avadanlığı təmir edə bilməmişlər və avadanlıq yararsız vəziyyətdə qalmışdır. Bundan sonra cav abdeh şirkətin əməkdaşları və digər cavabdeh Peyman avadanlığı aparacaqlarını və tərəflərindən ödənmiş 47000 manat məbləğində pulu qaytaracaqlarını bildirsələr də, uzun müddət avadanlığı aparmamışlar. Cavabdeh tərəf onlara geri qaytarmalı olduğu 47000 manat pulun yalnız 01 avqust 2014-cü il tarixdə 2900 manatını qaytarmış, qalan 44100 manat məbləğində pulu isə indiyədək qaytarmamışdır. 11 aprel 2016-cı il tarixdə şirkətin əməkdaşları və Peyman arasında akt tərtib olunmuşdur. Həmin akta əsasən yararsız vəziyyətdə olan avadanlıq Cavabdeh2 MMC-nin nümayəndəsinə təhvil verilmiş, lakin hazırkı vaxtadək tərəflərindən ödənilmiş 44.100 manat məbləğində pul vəsaiti geri qaytarılmamışdır. Cavabdeh2 MMC malı 13.07.2013-cü il tarixdən hesablanmaqla 60 gün ərzində alıcı “A+Co” MMC-nə təhvil verməyi ö hdəsinə götürmüş, lakin hazırkı vaxtadək öhdəliyi yerinə yetirməmişdir. Cavabdeh2 MMC tərəfindən 30.937,50 manat cərimə məbləği tutularaq “A+Co” MMC-nə ödənilməlidir. Cavabdeh2 MMC onlara qaytarılmalı olan 44.100 manat məbləğində pulu əsassız özündə saxlamaqla daha çox zərər vurmuşdur. Cavabdeh bu qanunsuz hərəkətləri ilə pulu geri qaytarmamaqla əldə edə biləcəkləri gəlirdən məhrum edilmişdir. Bundan başqa, Cavabdeh2 MMC “A+Co” MMC-nə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 55000 manat məbləğində pulun tutulmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi belə əsaslandırılmışdır ki, “A+Co” MMC ilə Cavabdeh2 MMC arasında müqavilə bağlandıqdan sonra Cavabdeh2 MMC Naghibosadati X4 13.07.2013-cü il tarixdə Cavabdeh2 MMC-nin adından ödənişləri “A+Co” MMC-dən qəbu l etməyi etibarnamə əsasında etibar etmişdir və verilən etibarnamə 30.12.2013-cü il tarixədək etibarlı idi. Etibarnamə ilə Naghibosadati X4 30.12.2013-cü il tarixədək ödənişləri Cavabdeh2 MMC-nin adından rəsmi qəbul etməkdən başqa heç bir hüquq verilməmişdir. İddiaçı müqavilənin şərtlərinə əməl etməmiş və Cavabdeh2 MMC ilə aralarında bağlanan müqavilənin şərtlərinin tələblərinə uyğun Cavabdeh2 MMC-nin mühasibatlığına 17.000 və 7.500 manat pul vəsaiti ödəniş etməmişdir. Avadanlıq iddiaçıya çatdırılsa da “A+Co” MMC müqavilənin şərtlərinə əməl etməmişdir. İlkin iddiaçı hər dəfə etibarnamə ilə 30.12.2013-cü il tarixədək ödənişləri “A+Co” MMC-dən qəbul etmək hüququ olan Naghibosadati X4 müxtəlif bəhanələr gətirərək ödəməmiş və ödənişləri bu günə qədər Cavabdeh2 MMC-nə ödənilməmiş qalmışdır. “A+ Co” MMC satıcı ilə aralarında olan etibardan sui-istifadə etməklə müqavilə üzrə öhdəsinə düşən ödənişləri etməmiş, avadanlığı 3 ildən çox istismar edib yararsız hala saldıqdan sonra 55.000 manatı satıcıya qaytarmamaq üçün saxta sənədlər hazırlayaraq müqavilənin şərtlərini kobud pozmasına baxmayaraq, satıcıya olan borcunu ödəməmək məqsədi ilə Cavabdeh2 MMC-ni və Naghibosadati X5 cavabdeh qismində məhkəməyə cəlb etmişdir. İddia ərizəsinə əlavə edilən sübutedici sənədlərin saxtalığı tam sübuta yetirir ki, iddiaçı müqavilənin şərtlərini pozaraq satıcıya heç bir ödəniş etməmişdir. Bütün bunlar 3 ildən artıq istismar olunan avadanlığın bu günə qədər ödənilməyən tam dəyərinin qaytarılmasını tələb etməyə imkan verir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (hakim Məzahir Sadıqov) 29 dekabr 2016-cı i l tarixli 2(007)-7499/2016 nömrəli qətnaməsi ilə ilkin iddia qismən təmin edilərək 13 iyul 2013-cü il tarixli müqavilə üzrə 44.100 manat məbləğində pulun və 5.000 manat cərimə məbləği olmaqla, cəmi 49.100 manat pulun, ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh2 MMC və Cavabdeh1 alınıb “A+Co” MMC-nin xeyrinə tutulması, ilkin iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh2 MMC-nin “A+Co” MMC-dən 55.000 manat pul vəsaitinin Cavabdeh2 MMC-nə qaytarılması tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi, qarşılıqlı iddia ərizəsi üzrə ödənilmiş 30,00 manat dövlət rüsumunun Cavabdeh2 MMC-nə aid edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakim Sənan Hacıyev (sədrlik edən və məruzəçi), hakimlər Raqib Qurbanov və Etibar Nəbiyev) 28 avqust 2017-ci il tarixli 2( 103)7505/2017 nömrəli qətnaməsi ilə Cavabdeh2 MMC-nin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 29 dekabr 2016-cı il tarixli 2(007)-7499/2016 nömrəli qətnaməsi ilkin iddianın Cavabdeh2 MMC-nə aid təmin edilmiş və qarşılıqlı iddianın təmin edilməmiş hissələrində dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının (hakim Ələsgər Əliyev (sədrlik edən və məruzəçi), hakimlər Aslan Kalbalıyev və Vəfaddin İbayev) 24 iyul 2018-ci il tarixli 2(102)-4664/2018 nömrəli qərarı ilə Cavabdeh2 MMC-nin kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 avqust 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yeni apellyasiya baxışına göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakim İ smayıl Xəlilov (sədrlik edən və məruzəçi), hakimlər Xəyalə Cəmilova və İlham Kərimli) 11 dekabr 2018-ci il tarixli 2(103)10356/2018 nömrəli qətnaməsi ilə Cavabdeh2 MMC-nin apellyasiya şikayəti qismən təmin edilmiş, həmin iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 29 dekabr 2016-cı il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək ilkin iddia qismən təmin olunmuş, Cavabdeh2 MMCdən maddi ziyana görə 32.000 (otuz iki min) manat, cərimə kimi 2500 (iki min beş yüz) manat pul, cəmi 34.500 (otuz dörd min beş yüz) manat pulun, Cavabdeh1 12.100 (on ik min yüz) manat pulun iddiaçı “A+Co” MMC-nin xeyrinə tutulması, ilkin iddianın qalan hissədə təmin olunmaması, qarşılıqlı iddianın təmin edilməməsi, məhkəmə ekpretizası xərclərinin dəyəri 138 (yüz otuz səkkiz) manatın yarıbaya rı Cavabdeh2 MMC-dən və Cavabdeh1 tutulması, digər məhkəmə xərclərinin tərəflərin özlərinə aid edilməsi qət edilmişdir. Cavabdeh2 MMC və vəkili Vəkil2 tərəfindən Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 dekabr 2018-ci il tarixli 2(103)-10356/2018 nömrəli qətnaməsindən kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi işə baxaraq qətnamə çıxararkən əvvəlki kassasiya instansiyası məhkəməsinin göstərişlərinə tam əməl etməmiş, müqavilə şərtlərinə ötəri olaraq nəzər salmış, maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, işin hallarını tam araşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-10356/2018 saylı, 11 dekabr 2018-ci il tarixli qətnamə sinin ləğv edilməsi və işin yenidən baxılması üçün həmin Məhkəməyə göndərilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Prosessual məsələlər: İddiaçı “A+CO” MMC-nin nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə əsasən onun izahatı dinlənilməmişdir. Digər proses iştirakçılarına işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhk əməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən olunmuş işin faktiki hallarına görə Cavabdeh2 MMC ilə “A+Co” arasında 13 iyul 2013-cü il tarixli müqavilə bağlanmış və satıcı alıcıya 55.000 manat dəyərində su soyuducu qüllə satmağı öhdəsinə götürmüşdür. Müqaviləyə görə, alıcı malın dəyərini aşağıdakı qaydada ödəməyi öhdəsinə götürmüşdür: 17.000 manat avans; 7500 manat avadanlıq hazır olduqda; 30.500 manat avadanlıq quraşdırılıb təhvil verildikdə. Satıcı malı müqavilə imzalandıqdan və avans ödənişi edildikdən sonra 60 gün ərzində alıcıya təhvil verməlidir. Müqavilə imzalandığı andan 3 0 dekabr 2013-cü il tarixədək qüvvədədir. Müqavilə öhdəlikləri və şərtləri vaxtında yerinə yetirilmədikdə, alıcı ümumi məbləğin 5% qədər cərimə ödəyir, müqavilə imzalandığı tarixdən 60 təqvim günü ərzində satıcı malı təhvil vermədikdə, gecikdirilən hər gün üçün müqavilənin 0.05% məbləğində cərimə olunur. Cavabdeh2 MMC tərəfindən 13.07.2013-cü il tarixdə verilmiş, 30.12.2013-cü il tarixədək qüvvədə olan etibarnaməyə görə Cavabdeh1 Cavabdeh2 MMC ilə “A+Co” arasında 13.07.2013-cü il tarixdə bağlanmış müqavilə üzrə ödənişləri qəbul etmək etibar edilmişdir. “A+Co” MMC-nin 10 oktyabr 2016-cı il tarixli maliyyə arayışının və kassa məxaric orderlərinin surətlərindən görünür ki, Cavabdeh2 MMC ilə “A+Co” arasında 13.07.2013-cü il tarixdə bağlanmış müqaviləyə və Cavabdeh2 MMC-nin etibarnaməsinə əsasə n X7 15.07.2013-cü ildə 10.000 manat, 23.07.2013-cü ildə 3000 manat, 25.07.2013-cü ildə 6934 manat, 11.09.2013-cü ildə 6500 manat, 26.12.2013-cü ildə 5566 manat, 21.01.2014-cü ildə 5000 manat, 10.03.2014-cü ildə 4500 manat, 14.04.2014-cü ildə 5500 manat, cəmi 47.000 manat su soyuducu qüllənin hazırlanması üçün rəsmi vəsait ödənilmişdir. “A+Co” MMC-nin 10 oktyabr 2016-cı il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 MMC ilə “A+Co” arasında 13.07.2013-cü il tarixdə bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq Cavabdeh2 MMC “A+Co” MMC qarşısında götürdüyü öhdəlik, su soyuducu qülləsi hazırlayıb təhvil vermək idi. Qeyd edilən öhdəlik “A+Co” MMC-nə rəsmi təhvil verilmədiyi üçün şirkətlə əldə edilmiş razılığa əsasən “A+Co” MMC-dən alınan vəsait hissə-hissə şirkətə geri qaytarılmalı idi. 01 avqust 2014-cü il tarixli kassa mədaxil orderinin surətindən görünür ki, Cavabdeh1 2900 manat pulu “A+Co” MMC-nin kassasına ödəmişdir. “A+Co” MMC-nin 10 oktyabr 2016-cı il tarixli arayışından görünür ki, 13.07.2013-cü il tarixdə bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq Cavabdeh2 MMC su soyuducu qülləni hazırlayıb təhvil verməklə bağlı “A+Co” MMC qarşısında götürdüyü öhdəliyi icra etmədiyi üçün “A+Co” MMC ilə Cavabdeh2 MMC arasında rəsmi təhvil-təslim aktı tərtib edilməmişdir. “A+Co” MMC-nin 27 dekabr 2016-cı il tarixli arayışından görünür ki, 13.07.2013-cü il tarixdə “A+Co” MMC ilə Cavabdeh2 MMC arasında tərəflərin razılığı ilə su soyuducu qülləsinin hazırlanması ilə bağlı müqavilə bağlanmışdır. Cavabdeh2 MMC müqavilə öhdəliyinə əməl etmədi, hazırladığı su soyuducu qülləsi istism ara tam yararsız olduğu üçün “A+Co” MMC tərəfindən qəbul edilmədi. Ona görə tərəflər arasında təhviltəslim aktı tərtib edilməmişdir. 11 aprel 2016-cı il tarixdə Qasımov X.M., Quliyev A.X., Dadaşov Z.Ə., Mədətov M.M., X10 iştirakları ilə tərtib edilmiş aktdan görünür ki, 13.07.2013-cü il tarixdə “A+Co” MMC və Cavabdeh2 MMC arasında imzalanmış müqaviləyə əsasən Cavabdeh2 MMC bağlanan müqavilə ilə Su soyuducu qülləni hazırlayaraq “A+Co”ya təhvil verərək müqabilində 55.000 manat ödəməyi öhdəsinə götürmüşdür. Hazırlanıb təhvil verilən avadanlıq tələblərə cavab vermədi, istismara yararsız olduğu üçün 44.100 manat ödədikdən sonra müqavilədə qalan hissə ödənilmədi. Avadanlıq istismara yararsız olduğu üçün aralarında olan razılaşmaya əsasən avadanlıq istehsal edən şirkətə geri qaytarılmalı və ödəni lmiş 44.100 manat “A+Co” MMC-nin hesabına ödənilməlidir. Cavabdeh2 MMC həmin vəsaitin hissə-hissə ödənilməsi öhdəliyini üzərinə götürdü. İstismara yararsız olan Su soyuducu qülləsi Cavabdeh2 MMC-nin nümayəndəsinə təhvil verildi və həmin avadanlıq Cavabdeh2 MMC-nin anbarına aparıldı. Bakı Apellyasiya Məhkəməsinin 24 sentyabr 2018-ci il tarixli qərardadı ilə məhkəməxətşünaslıq ekspertizası təyin olunmuş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 01.11.2018-ci il tarixli rəylə müəyyən edilmişdir ki, mülki işin 1-ci cildinin 15-ci vərəqəsində olan 11 aprel 2018-cı il tarixli Aktda “Peyman S.H” yazısı qarşısındakı imza, 2-ci cildinin 21-26-cı vərəqələrində olan 15 iyul 2013-cü il tarixli 28 nömrəli, 23 iyul 2013-cü il tarixli 31 nömrəli, 24 iyu l 2013-cü il tarixli 32 nömrəli, 26 dekabr 2013-cü il tarixli 51 nömrəli, 21 yanvar 2014-cü il tarixli 57 nömrəli məxaric xəzinə orderlərində “İmza” qrafalarındakı imzalar, 11 sentyabr 2013-cü il tarixli 49 nömrəli məxaric xəzinə orderində “Alanın şəxsiyyətini bildirən sənədin adı, nömrəsi, verildiyi tarix və yer” qrafasının aşağı hissəsində yerləşən imza Cavabdeh1 tərəfindən icra olunmuşdur. İddiaçının nümayəndəsi tərəfindən təqdim edilmiş Azərbaycan Respublikası Ədliyyə Nzairliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 21590 nömrəli, 19.09.2018-ci il tarixli rəydən görünür ki, Abşeron rayonu, Sumqayıt şossesi 10 A ünvanda «Cavabdeh2 MMC» şirkətinin ərazisində avadanlıqların hissələrinə baxış keçirilərkən müəyyən edilmişdir ki, avadanlıqların yerləşdirildiyi konteynerin içərisind ə heç bir avadanlıq yoxdur, bütün avadanlıq və cihazlar demontaj olunmuşdur. Konteynerin yan divarlarında qalmış paylayıcı plastik borular vardır. Boruların ucları açıqdır və daxili hissəsi təmizdir, heç bir çöküntü, yeyilmə, didilmə, rəngdəyişrnə əlamətləri yoxdur və bu da boruların istismarda olmadığını göstərir. Konteynerdən 50 m sağ tərəfdə açıq sahədə iki ədəd «McQuay» əmtəə markalı nasos aqreqatdan başqa həmin sahədə heç bir aqreqat, cihaz və istehsalat avadanlığı aşkar olunmadı. Avadanlıqların çıxarıldığı hissələrdə və nasosların üzərində istehsalat proseslərində yaranması üçün xarakterik olan korroziya, erroziya, mexaniki yeyilmə, çöküntü, aşınma izləri yoxdur. Bu da həmin avadanlığın istismarda olmaması qənaətinə gəlməyə əsas verir. Su qülləsi tamamilə demontaj olunmuşdur, iki ədə d nasosdan başqa həmin ərazidə heç bir aqreqat yoxdur və texnoloji istehsalat avadanlığı komplekti kimi-mövcud deyil. Məhkəmə kollegiyası qeyd edir ki, qətnamədən yalnız Cavabdeh2 MMC kassasiya şikayəti verdiyindən kassasiya baxışının predmetini qətnamənin ona aid hissəsinin yoxlanması təşkil edir. Məhkəmə kollegiyası iş üzrə apellyasiya instansiya məhkəməsinin Cavabdeh2 MMC-nə münasibətdə gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. - 1091.1-ci maddəsinə əsasən əsassız var lanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. ( Maddə 1091.1) - 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. -1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. -157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd edilən maddədə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülk iyyətçisi olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir. 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 135.1-ci maddəsinə əsasən bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və qiymətli kağızlar da əşyadır. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yə ni sübut etmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübut etmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü kimi, “A+Co” MMC ilə Cavabdeh2 MMC arasında müqavilə münasibətləri yaranmışdır. Müqavilə şərtlərinə görə satıcı avadanlığı saz vəziyyətdə gətirib alıcının ərazisində qurşadırmalıdır. Müəyyən müddətdən sonra satıcı avadanlıqları gətirib alıcının ərazisində quraşdırsa da, avadanlıqlar istismara yararlı olmamışdır. Avadanlıqların istismar olunmaması halı iddiaçının təqdim etdiyi yuxarıda qeyd olunan 21590 nömrəli ekspert rəyi ilə təsdiq olunur. Avadanlıqların istismar olunması üçün onların təhvil verilməsi lazım idi (müqavilənin bir şərti belə olmuşdur). Lakin satıcının avadanlıqları iddiaçıya təhvil verilməsi ilə bağlı rəsmiləşmə yoxdur. Cavabdeh həmin halın sübut edilməsi vəzifəsinin iddiaçının üzərinə düşməsini bildirir, lakin əksinə, həmin halı sübut etmə halı cavabdehin üzərinə düşür. Çünki müqavilə şərtinə görə satıcı avadanlığı quraşdırıb alıcıya təhvil verməli idi. Ona görə apellyasiya instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, avadanlıqların iddiaçı tərəfindən müəyyən müddət istismar olunması dəlili əsassızdır. Bundan başqa, Cavabdeh2 MMC əvvəlki məhkəmə iclaslarında avadanlıq ları quraşdırsa da, pulunu ala bilmədiyinə istinad edərək qarşılıqlı iddia ərizəsi vermişdir. Lakin hazırkı iclasda avadanlıqların ümumiyyətlə ona aid olmadığını, müqavilənin formal olaraq onunla bağlandığını, avadanlıqların Cavabdeh1 məxsus olduğunu, həmin avadanlıqların satışı ilə onun məşğul olduğunu, gətirilən avadanlıqlar istismara yararsız olduğu üçün 2016-cı ildə sökülərək Cavabdeh1 Cavabdeh2 MMC-nin ərazisində ayrılmış sahəyə yığıldığını bildirmişdir. Ona görə də apellyasiya məhkəməsi əsaslı qənaətə gəlmişdir ki, müqavilənin formal olaraq bağlanması və əhəmiyyətsiz əqd olması barədə Cavabdeh2 MMC-nin dəlili əsassızdır. Əvvəla, həmin müqavilə hazırki vaxta qədər mübahisələndirilməmişdir. Bundan başqa, tərəflər arasında bağlanmış və şərtləri razılaşdırılmış bir yazılı müqavilə var. İ mzalanmış yazılı sübutun məzmunca düzgünlüyü və tamlığı prezumpsiyası mövcuddur. Həmin sübut təsdiq edilmişdirsə, onun məzmunca düzgün olmamasına istinad edən tərəf elə mötəbər sübutlar təqdim etməlidir ki, yazılı sübutun mötəbəliliyi aradan qalxmış olsun. Lakin cavabdeh mübahisə ilə bağlı ziddiyyətli izahatlar vermiş, gah müqavilədə razılaşdıqları pulu almadıqlarını, gah pulun onlara çatmadığını, gah tərtib edilmiş ödəniş qəbzlərinin saxtalaşdırılmasını, gah da, müqavilənin formal olaraq bağlandığını bildirmişdir. Cavabdeh tərəfin ziddiyyətli izahatları həmin tərəfin mövqeyinin əsaslı olmadığına dəlalət edir. Apellyasiya instansiyası məhkəməsi əsaslı olaraq hesab etmişdir ki, cavabdeh tərəf müqavilənin formal olaraq bağlanması, müqaviləyə görə onlara pul ödənilməməsi, avadanlıqların iddia çı tərəfindən istismar olunması barədə etirazlarını sübuta yetirə bilməmişdir. Apellyasiya məhkəməsi müəyyən etmişdir ki, işin sübuta yetirilən halları ondan ibarətdir ki, “A+Co” MMC ilə Cavabdeh2 MMC arasında avadanlıqların alqı-satqısı və quraşdırılması ilə bağlı müqavilə bağlanmış, avadanlıqlar gətirilərək quraşdırılmış, lakin istismara yararlı olmadığı üçün sökülərək Cavabdeh2 MMC-nin həyətinə aparılmışdır. Müqavilədə avadanlıqların satıcı tərəfindən təhvil verilməsinin aktla rəsmiləşdirilməsi nəzərdə tutulmuşdur. Lakin belə bir akt tərtib edilməmişdir. Bu onu təsdiq edir ki, avadanlıqlar həqiqətən istismara yararsız olmuşdur. 2016-cı ildə avadanlıqların sökülərək qaytarılması ilə bağlı akt tərtib edilmişdir. Həmin aktdakı imzanın Cavabdeh1 məxsus olması ekspert rəyi ilə təsdiq olunur. Eyni zamanda məhkəmə araşdırması zamanı təsdiq olunur ki, Cavabdeh1 avadanlıqlara görə 47.000 manat pul almışdır. Həmin puldan 2900 manatının Cavabdeh1 tərəfindən qaytarılmasını iddiaçı etiraf edir və bununla bağlı sübut təqdim edir. Cavabdeh2 MMC həmin məbləğin onların tərəfindən qaytarılmasını təkzib etdikləri üçün qaytarılan məbləğin Cavabdeh1 tərəfindən qaytarılmış vəsait olması qəbul edilməlidir. Cavabdeh1 30 dekabr 2013-cü il tarixədək iddiaçıdan avadanlıqlara görə pul almaqda səlahiyyətli olmuşdur, onun adına etibarnamə rəsmiləşdirilmişdir. Həmin tarixdən sonra ona belə bir səlahiyyət verilməmişdir. İşin yuxarıda qeyd olunan sübuta yetirilmiş hallarını rəhbər tutan apellyasiya məhkəməsi doğru qənaətə gəlmişdir ki, Cavabdeh1 səlahiyyətli olduğu dövr ərzində Cavabdeh2 MMC-nin adınd an aldığı vəsait Cavabdeh2 MMC-dən tutularaq iddiaçıya ödənilməlidir. Birinci instansiya məhkəməsi pul vəsaitin müştərək qaydada tutulmasını qət edərkən səhvə yol vermişdir. Çünki iddiaçı ilə Cavabdeh1 arasında müqavilə münasibətləri olmamışdır. Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında 1-cinin öhdəliklərinə təminat verməsinə dair heç bir razılaşma yoxdur. Ona görə borcun müştərək tutulmasını şərtləndirən heç bir qanuni əsas yoxdur. Cavabdeh2 MMC-nə qarşı tələbin qanuni əsası müqavilə, öhdəlik və əsassız varlanma hüquq münasibətlərini nizama salan maddi hüquq normaları çıxış edir. Ona görə də apellyasiya məhkəməsi haqlı olaraq Cavabdeh2 MMC-nə münasibətdə də iddia tələbinin qismən təmin olunması qənaətinə gəlmişdir. Belə ki, Cavabdeh2 MMC-nin vermiş olduğu etibarnamə əsasında Cavabdeh1 iddiaçıd an müxtəlif vaxtlarda (15.07.2013-cü ildə 10.000 manat, 23.07.2013-cü ildə 3000 manat, 25.07.2013-cü ildə 6934 manat, 11.09.2013-cü ildə 6500 manat, 26.12.2013-cü ildə 5566 manat) cəmi 32.000 manat pul almışdır. Həmin məbləğ müqavilə, öhdəlik və əsassız varlanmaya dair hüquq münasibətlərini nizama salan maddi hüquq normaları (Mülki Məcəllənin 425.1-ci, 427.3-cü, 385.1-ci, 386.1-ci, 567ci, 462.1-ci, 465.2-ci, 467-ci, 21-ci, 21.2-ci, 1092.1. maddə) tətbiq olunmaqla iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, iddiaçının cərimə tutulması tələbi ilə bağlı qeyd olunur ki, tərəflər müqavilənin 4.2. bəndində bu barədə razılığa gəlmişlər. Həmin bəndə əsasən müqavilə imzalandığı tarixdən 60 təqvim günü ərzində “Satıcı” malları təhvil vermədikdə, gecikdirilən hər gün üçün müqavilənin 0,05%-i məblə ğində cərimə olunur. Müqavilənin həmin məbləği hər gün üçün 27 manat 50 qəpik təşkil edir. İddiaçı məhkəməyə müraciət edən vaxta qədər avadanlıqların müqavilə şərtlərinə uyğun olaraq təhvil verilməsindən 3 ildən artıq vaxt keçmişdir. Müqavilə şərtlərinə uyğun hesabladıqda cərimənin məbləği həddən artıq çox təşkil edir. İşə baxan birinci instansiya məhkəməsi 5000 manat cərimə tutulması qənaətinə gəlmiş, lakin gəldiyi nəticəni əsaslandırmamışdır. Dəbbə pulu ilə bağlı apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, dəbbə pulunun (cərimənin) məbləğini müəyyən edərkən yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərinə riayət edilməmişdir. Əvvəla, cərimənin hər iki cavabdehdən tutulması əsaslı deyil. Çünki yuxarıda qeyd olunduğu kimi müqavilə münasibətləri iddiaçı ilə Cavabdeh2 MMC arasında mövcud olmuşdur. Apellyasiya məhkəməsi cərimənin məbləğini müəyyən edərkən işin hallarını nəzərə almış və hesab etmişdir ki, cərimə məbləği 2500 manat məbləğində Cavabdeh2 MMC-dən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə kollegiyası bu hissədə də apellyasiya məhkəməsinin mövqeyini qanuni və əsaslı sayır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1. maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüks ək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi düzgün qeyd etmişdir ki, iddiaçının iddiası qismən əsaslı olduğundan və iddianın əsaslılığı qarşılıqlı iddianın təmin olunmasını istisna etdiyindən elə həmin əsaslarla qarşılıqlı iddia rədd edilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi yoxlanılan hissədə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri mülahizə olmaqla, hər hansı sübut la təsdiq edilmir, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyildir. Belə ki, iş üzrə kassasiya instansiya məhkəməsinin əvvəlki qərarının göstərişlərinə təkrar apellyasiya baxışı zamanı tam əməl olunmuş, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiya məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr qətnamədə əsaslandırılmışdır. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi yoxlanılan hissədə dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsin ə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh2 MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-10356/2018 saylı, 11 dekabr 2018-ci il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar