Məhkəmə qərarları › İş №2(102)-3377/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3377/2020

12.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3377/2020 12.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli 2(103)1418/2019 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim X.B.Məhərrəmova, iş № 2(004)-6774/2018) İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilərək Cavabdeh 184.450 ABŞ dollarının ödəniş anında olan məzənnəyə uyğun olaraq manatla alınıb İddiaçı ver ilməsi qət edilmişdir. Həmin qətnamə ilə eyni zamanda cavabdehdən iddiaçının xeyrinə 15.000 manat tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: A.Ə.Hüseyn, E.Q.Nəbiyev və R.Ə.Qurbanov) cavabdehin apelyasiya şikayəti qismən təmin edilərək Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddianın qismən təmin edilib Cavabdeh İddiaçı xeyrinə 145.000 ABŞ dollarının tutulması, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. İşin halları: xx xxx 2016-cı il tarixdə tərəflər arasında borcun etirafı barədə müqavilə bağlanmış və həmin müqavilədə İddiaçı xx xxxxx 2016-cı il tarixdə Cavabdeh 145.000 ABŞ dolları məbləğində borc verməsini, Cavabdeh isə İddiaçı 145.000 ABŞ dolları məbləğində borc almasını etiraf etmişdir. Həmin müqavilə ilə Cavabdeh 145.000 ABŞ dolları məbləğində borcu xx xxxx 2016-cı il tarixə kimi qaytarmaq barədə üzərinə öhdəlik götürmüşdür. 2018-ci ilin avqust ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx xxxx 2015-ci il tarixdə tanışı Cavabdeh 95.000 ABŞ dolları məbləğində borc verməsini, xx xxxxx 2016-cı il tarixdə ona verdiyi 145.000 ABŞ dolları məbləğində borca dair onlar arasında xx xxx 2016-cı il tarixdə borcun etirafı barədə müqavilə bağlanmasını və həmin borcdan 55.450 ABŞ dollarının ona qaytarılmasını, avtomobilini nisyə satmasına görə cavabdehin ona 15.000 manat məbləğində borcunun olmasını əsas göstərməklə Cavabdeh onun xeyrinə 184.450 ABŞ dolları məbləğində pul vəsaitinin, avtomobilə görə 15.000 manatın tutulm asına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri: İş üzrə Cavabdeh kasasiya şikayəti verərək iddiaçıdan götürdüyü borcu ona verdiyi iki torpaq sahəsi ilə əvəzləşdirməklə qalıq borcun cəmi 40.000 ABŞ dolları təşkil etməsini və bunun onların imzaları ilə təsdiq olunmuş iddiaçı tərəfindən tərtib olunmuş hesab yazısı ilə təsdiq olunmasını, qətnamənin işdə olan sübutlara düzgün qiymət verilmədən çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və işin yeni apelyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə zidd olaraq məhkəmə iclasına vəkilsiz gəldiyindən məhkəmə tər əfindən onun izahatı dinlənilməmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kasasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kasasiya şikayəti təmin olunmalı, qətnamə ləğv edilərək iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəmə si İddiaçı iddiasını qismən təmin edib Cavabdeh onun xeyrinə 145.000 ABŞ dolları tutarkən həmin borcun notariatda təsdiq olunmuş müqavilə ilə rəsmiləşdirilməsini əsas göstərmişdir. Kollegiya hesab edir ki, apelyasiya instansiyası məhkəməsi ödənilməmiş borcun məbləğini müəyyən edərkən cavabdehin bütün dəlillərini nəzərə alıb onlara müvafiq hüquqi qiymət vermədiyindən qətnamə qanuni sayıla bilməz. İş materiallarından görünür ki, tərəflər arasında 145.000 ABŞ dollarına dair yaranmış borc münasibəti notariatda təsdiq olunmuş müqavilə ilə rəsmiləşdirilməklə həmin müqavilənin həqiqiliyi onun iştirakçıları tərəfindən mübahisələndirilmir. Cavabdeh tərəfindən mübahisələndirilən məsələ ondan tutulan borcun məbləği ilə bağlıdır. Cavabdehə görə o, həmin borcu iddiaçının adına hər birinin ölçüsü 1200 k v.metr olan iki torpaq sahəsinə dair etibarnamə verməklə əvəzləşdirilmiş, qalıq borcun cəmi məbləği 40.000 ABŞ dolları təşkil etmişdir. İşin 82-83-cü səhifələrində olan 23 və xx xxxxxx 2016-cı il tarixli Dövlət Reyestrindən Çıxarışlardan görünür ki, həqiqətən də, iddiaçının həyat yoldaşı S.H.Mahmudova Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi, 32-də yerləşən hər birinin ölçüsü 0,12 ha olan iki torpaq sahəsinin mülkiyyətçisidir. Məhkəməyə təqdim olunmuş çıxarışlar sənədin kserosurəti olsa da, məhkəmə kollegiyası cavabdehin bununla əlaqədar irəli sürdüyü dəlillərin yoxlanılmasını təmin etməli, bu məqsədlə iddiaçının həmin çıxarışlara münasibətini aydınlaşdırmalı, həmin çıxarışların verilməsi üçün əsas olmuş sənədləri tələb edib qiymətləndirməli idi. Qalıq borcun məbləğinin 40.000 ABŞ dolları təşkil etməsinə dair cavabdehin dəlili də, işdən göründüyü kimi yoxlanılmamış, bu məqsədlə müvafiq araşdırma aparılmamış, iddiaçının həmin dəlilə münasibəti öyrənilməmişdir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. (217.1) Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. (217.2) Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. (217.3) Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəfl ərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Kollegiya hesab edir ki, qətnamə cavabdehin dəlilləri yoxlanılmadan, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarına istinad olunmadan çıxarılmışdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli 4 №-li qərarının 1-ci bəndinə görə məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Həmin qərarın 6.5-ci bəndinə əsasən qətnamə nin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanun və ya digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir. Göstərilənlərlə əlaqədar kollegiya hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisəyə baxılarkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikas ı MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kasasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxx 2019cu il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar