Məhkəmə qərarları › İş №2(102)-3378/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3378/2023

05.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3378/2023 05.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı "xxxx" X3 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏRARİ İş № 2(102)-3378/23 (Açar sözlər: kredit müqaviləsi üzrə borcun qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), X1 və Şamayev Elşad Yaqubovçdən ibarət tərkibdə, iddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2720/2023 nömrəli, 28 aprel 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 05 oktyabr 2023-cü il tarixdə Ali Məhkəmənin inz ibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən, Cavabdeh 60 ay müddətinə illik 25% olmaqla, 8793 manat məbləğində kredit verilmiş, sonuncu götürdüyü krediti xx.xx.2020-ci il tarixdən xx.xx.2025-ci il tarixədək ilk 6 (altı) ay 783,30 manat, qalan aylar isə hər ay 273 manat ödəniş etməyi öz öhdəsinə götürmüşdür. 2. "xxxx" KB ASC-nin xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən, Cavabdeh "xxxx" KB ASC-yə kredit müqaviləsinə əsasən 8124,90 manat əsas, 844,43 manat faiz borcu, 25,29 manat cərimə borcu olmaqla, cəmi 8994,62 manat məbləğində borcu vardır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı "xxxx" KB ASC (bundan sonra – iddiaçı) Cavabdeh (bun dan sonra – cavabdeh) qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 8124,90 manat əsas, 844,43 manat faiz borcu, 25,29 manat cərimə borcu olmaqla, cəmi 8994,62 manat borcun və 109.95 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2020-ci il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 60 ay müddətinə 25% ödəmək şərtilə 8793 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə v erir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir.

5. Birinci instansiya məhkəməsində cavabdeh iddianı qəbul etmədiyini və rədd edilməsini xahiş etmişdir.

6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/7318 saylı ekspert rəyinə əsasən, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 1493nkNAR/20 nömrəli kredit və bank hesabı müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla, xx.xx.2022-ci il tarixinə Cavabdeh banka olan borcu 8134,15 manat əsas, 1291,29 manat faiz borcu vardır.

7. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(001)-169/2023 nömrəli iş üzrə 26 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (hakim G.M.Abbasova) iddia təmin edilmiş, cavabdehdən 8124,90 manat əsas borc, 844,43 manat faiz borcu və 25,29 manat cərimə borcu olmaqla, cəmi 8994,62 (səkkiz min doqquz yüz doxsan dörd manat altmış iki qəpik) manat və 109,95 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, borclu icranı gecikdirməklə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımınca icra etmədiyi üçün iddiaçı qarşısında mülki məsuliyyət daşıyır.

9. Odur ki, iddiaçı əsas borcun və ona hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Buna g örə də, iddia tələbi təmin edilməlidir.

10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra – Mülki Məcəllə) 6.2, 385.1, 386.1, 442, 448.1, 448.2.1, 449.1, 739.1, 739.2, Mülki Prosessual Məcəllənin ( bundan sonra – MPM) 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, kreditor müqavilədən irəli gələn hüquqlarını tələb edərkən öz hərəkətləri ilə şüurlu şəkildə cavabdehin həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmışdır. Bank qanunvericiliklə müəyyən edilmiş və ikitərəfli müqavilədə öz əksini ta pan razılaşmanın bu bəndinə əməl etməmiş və nəticdə əsassız və qanunsuz olaraq müqavilə şərtlərinə əməl etməmişdir. Bu hal isə məhkəmə araşırması zamanı nəzərə alınmamışdır. Məhkəmə prosessual hüquq normalarını pozmuşdur. Kassator məhkəmə iclasında bir ildən çox ödəniş etdiyini, həmin məbləğin əsas borca deyil faiz borcuna silinməsini bildirsə də işə baxan məhkəmə isə bu halı nəzərə almamışdır. Obyektiv və qərəzsizlik prinsipləri gözlənilməmiş, işə yalnız iddiaçı tərəfin təqdim etdiyi sübutlara istinad etməklə baxmışdır.

13. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-2720/2023 nömrəli mülki iş üzrə 28 aprel 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər N.Ş.Cəfərov (sədrlik edən və məruzəçi), İ.S.Şirinov və E.C.Kazımov) apellya siya şikayəti təmin edilməmiş, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmış və qeyd etmişdir ki, iddiaçı (kredit verən) ilə cavabdehin (kredit alanın) arasında bağlanmış xx.xx.2020-ci il tarixli 1493nkNAR/20 nömrəli kredit və bank hesabı müqaviləsinə əsasən iddiaçı cavabdehə 8.793 manat 60 ay müddətinə kredit verilmiş, kreditdən istifadəyə görə illik faiz dərəcəsi 25 faiz müəyyən edilmişir. Cavabdeh müqavilə öhdəliyini pozduğuna görə iddiaçı xx.xx.2022-ci il tarixinə olan borcun ödənilməsi üçün məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı keçirilmiş məhkəmə-mühasibat ekspertizasının xx.xx.2022-ci il tarixli 9/7318 nömrəli rəyinə görə, xx.xx.2022-ci il tarixinə əsas borcun məbləği 8.134,15 manat, faiz borcunun məbləği 1.291,29 manat təşkil edir. Göründüyü kimi, mövcud borcun məbləği iddia ərizəsində tələb olunandan artıqdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

15. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

16. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eynilik təşkil etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

18. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

19. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

20. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

21. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası MPM-si

22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun mə hkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

25. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

26. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

27. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və də lillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

28. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

29. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsini n mövqeyi

30. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.

31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

32. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.

33. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikd ə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

34. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

35. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2720/2023 nömrəli, 28 aprel 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar